Vaxtından əvvəl aybaşı görmənin səbəbləri

Müəllif: Wiyinka
Şərhlər: 7
Baxılıb: 99 075
Səs ver:
(səs: 6)
Aybaşının erkən olmasının bir çox səbəbi ola bilər. Bu səbəbləri araşdırmaq və tədbirlər gömək, sağlamlığınız baxımından böyük əhəmiyyət daşıyır.
Aybaşı dövrü zamanı bir yumurtanın döllənməsi üçün hazırlıq olaraq rəhmin iç təbəqəsi formalaşır. Əgər yumurta döllənsə rəhmin bu iç təbəqəsinə yapışır. Döllənməzsə, endometriya (dölyatağı pərdəsi, ya da rəhm toxuması ) aybaşı dövründə tökülür. Rəhmin bu iç təbəqəsinin gözləniləndən əvvəl tökülməsinin bir çox səbəbi ola bilir.
Aybaşı olmağa ilk başlanan zaman, hormon səviyyəsi nizama düşənə qədər aybaşı bir neçə il nizamsız ola bilər. Gənc qızlarda adət dövrü 21-45 günkən, bu dövr yetkin qadınlarda 21-35 gün olur. Bir adət dövrünün uzunluğu, iki adət arasındakı günlər sayılaraq təyin olunur.
Bir gənc qızın 32 günlük bir adət dövrü varsa, sonrakı adət dövrünün də təxminən eyni olacağı təxmin edilir. Sonrakı adəti 21 gün sonra gəlirsə, bu erkən bir adət dövrüdür, lakin yenə də normal qəbul edilir.
Bəzi pozğunluqlar nizamsız adət dövrlərinə səbəb ola bilir ki, bu da bir adət dövrünün nə vaxt yaşanacağının təxmin edilməsini çətinləşdirir.
Endometriyoz - endometrial toxumanın rəhmin xaricində böyüməsinə səbəb olan bir xəstəlikdir. Bu vəziyyət erkən adət olmaya səbəb olur.
Təcili kontraseptivlər, döllənmiş bir yumurtanın rəhm toxumasına yapışmasının qarşısını almaq üçün yüksək miqdarda hormonlar ifraz edir. Bu hormonlar adət dövrünə təsir edib, erkən adət olmanıza səbəb ola bilir.
Aybaşı dövrü - yumurtalıqlar və rəhmə təsir edən hormonlar tərəfindən yaranır. Əgər bu hormonların səviyyəsi sonrakı adət dövrünün gözlənildiyi zamandan əvvəl artırsa, erkən adət baş verir. Özbaşına yaranan erkən adət dövrü narahatlıqlıq törətmir. Ancaq erkən adət dövrü pelvik (çanaq sümüyü və ətrafı) bir narahatlıq, cinsi əlaqə əsnasında ağrı ilə müşaiyət olunursa hökmən bir ginekoloqa müraciət edilməlidir.
Adətinizin gecikməsinin səbəbi nə olursa, olsun, əgər həyatınıza təsir etməyə başladısa və fiziki narahatlıqlarınızı artırdısa, mütləq bir həkimə müraciət edilməlidir.
(səs: 6)
Şərhlər: 7
Baxılıb: 99 075
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri