Kontraseptiv (hamiləlik əleyhinə) həblər

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 8 208
Səs ver:
(səs: 1)
Kontraseptiv həblər estrogen ve progesteron təsrkibli hormonal həblərdır. Yüksək nəticə ve az yan təsirinə görə ən çox istifadə olunan qorunma usuludur. Kontraseptivlərin istifadəsinə menstruasiyanın ilk günü başlanılmalıdır. Hamiləlikdən qoruma faizi bu həblərdə 100 faizdir.
Kontraseptiv həblərin ən əsas tələbi unudulmamalı və gündəlik alınmalıdır. Kontraseptiv həblərin alındığı zaman, ilk həbin qəbulundan qorunmanın başlandığı düşünülür. Hətta qadın həbləri istifadə etməyə başlamışkən iki gün üst üstə unudarsa, o ay belə bir başqa, yeni qorunma yollarından istifadə edilməsi tövsiyə edilir. Bir gün unutmaq çok vacib deyil, ancaq iki gün üst üstə unudularsa bu zaman qorunma pozulur. Kontraseptiv həblərn günlük həblərdir, o gün sizi qoruyur, qutu bitdikdən sonra heç bir şəkildə qorumur.
Kontraseptivlər hamiləliyin qarşısın necə alır?
Hamiləlik qadın yumurtalıqlarında əmələ gələn yumurta hüceyrə ilə kişi spermatozoidinin birləşib, döllənərək uşaqlıq içinə yerləşməsi nəticəsində yaranır. Kontraseptivlərin içində olan hormonlar xaricdən verildiyi üçün orqanizmin hormon kontrolunu ələ alaraq yumurtalıqlarda yumurtlamanın yəni yumurta hüceyrənin əmələ gəlməsinin qarşısını alır. Beləliklə spermanın dölləndirə biləcəyi yumurta hüceyrə olmadığından hamiləlik olmur.
Kimlər kontraseptiv həbləri istifadə edə bilər, kimlər edə bilməz?
Damar tutulmasının olması və ya şübhəsi olanlar, damar tutulması olan şəkər xəstələri, ciddi qaraciğer xəstələri və qaraciyər  şişi, döş və ya cinsiyyət organlarına aid şiş, ciddi migren tutmaları olanlar, ailəvi qanda lipid yüksəkliyi olanlar, bilinən hamiləlik və ya hamiləlik şübhəsi olanlar - oral kontrseptiv preparatlar istifadə etməməlidir. Həmçinin səbəbi bilinməyən qanaxmaları olan qadınlarda kontraseptivlərdən istifadə etməməlidirlər. Əlbətdə siz kontraseptiv həblərin istifadəsinə ümumi ginekoloji müayinədən keçdikdən sonra başlamanız daha məsləhətdir
Kontraseptiv həblər kilo almaya səbəb olurmu?
Son vaxtlar istifadə olunan az dozalı kontraseptiv həblərdə bu təsir çox azdır. İstifadə olunan ilk vaxtlardan bunu bilmək olur.
Kontraseptiv həblərinin düzgün itifadəsi necədir?
Kontraseptiv həbləri 21,28 və ya 24 günlük buraxılış formasında ola bilər. Mütləq həkiminiz ara vermədən, sizə təyin etdiyi kimi istifadə edin. İçində 21 dənə həb olan preparatlarda, sadəcə ilk dəfə həb istifadə olunmağa başlanacaqsa, qutudakı ilk həb menstruasiyanın (aybaşının) ilk 5 günü ərzində istifadə olunmağa başlanmalıdır. Hər gün 1 həb qəbul edilir. Bütün qutudakı həblər qurtardıqda, 7 gün ara verilir 8ci gün yeni qutuya başlanılır. Bu yeddi günlük arada menstuasiya başlayır. Menstruasiya davam etmiş olsa bele 8cı gün yeni qutuya keçilməlidir. Əgər 24 günlük həblərdirsə, üzərinde 1ci gün yazılan həbdən istifadə etməyə başlanılır və davam edilir. Dərman istifadəyə başlanılan ilk 3 ayda, ləkə şəklində qanamalar ola bilər. Qısmən gözlənilən bir haldır. Nadirən bu preparatın dozasından asılı olur və preparatı dəyişmək lazım gəlir. Bu ləkələr görüldüyü zaman həkiminizi xəbərdar etməlisiniz.
Həbləri istifadə edərkən, günün eyni saatında qəbul etməyə calışın. Kontraseptiv preparatlar istifadə edərkən başqa dərman (məsələn antibiotik) içməli olsanız mütləq həmin preparatın kontraseptiv preparatlarla birgə istifadəsi zamanı bir-birinin təsirindən xəbərdar olun. Çünki bəzi preparatlar konseptivlərin təsirini azaldır
Kontraseptiv həblərin qadına başqa nə müsbət təsiri var?
Kontraseptivlər uşaqlıq, yumurtalıq və uşaqlıq yolu xərçəngi riskini azaltdığı bilinir.
Menstruasiya sancılarını azaldır, menstrual tsiklin normal gedişini təmin edir.
Menstrasiya önü gərginliyi azaldır.
Menstrual qanın miqdarını azaldaraq qan itkisinin qarşısını alır.
Civzə və tüklənmənin müalicəsində faydalıdır.
Fibrokistoz döş xəstəliyi daha az rast gəlinir.
Vaginal infeksiyaların rast gəlmə tezliyini azaltır.
Uşaqlıq xaric hamiləlik riskini azaldır.
Kontraseptiv həblərin istifadəsi hansı halda dayandırılmalıdır?
Şiddətli baş ağrısı, eyni zamanda ürək bulanma, qusma, bulanıq görmə olarsa, ani görmə itkiləri, keçici körluq kimi hallarda dərman dərhal kəsilməlidir. Ayaqlarda qızartı, şişliklik və ağrı, iflic, şiddətli qarın ağrısı, şiddətli sinə ağrısı və nəfəs almada çətinlik, qan təzyiqində yüksəlmə dərmanın kəsilməsini tələb edən digər hallardır.Əlavə təsir olaraq isə ürək bulanma, baş ağrısı, cinsi istəksizlik, mensruasiyalar arasında qanaxmalar görülə bilər.
Nədən kontraseptivlərin istifadəsi dayandırıldıqda hamilə qalmaqda çətinlik olur?
Kontraseptivlərin qəbulu dayandırılan kimi hamilə qalına bilər. Hamilə qala bilmənin çətinləşməsi əzələ içinə edilən qorunma usulunda daha çox rast gəlinir.
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 8 208
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri