Ovulyasiyanın əlamətləri

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 7 726
Səs ver:
(səs: 1)
Əziz oxucular  texniki cəhətdən hamiləlik üçün əlverişli vaxt 12 saatdan 24 saata kimi hesab olunur. Beləki "ovulyasiya"  (latınca,ovum-yumurta demekdir) – yetişmiş follikulun partlaması nəticəsində yumurta hüceyrənin   qarın boşluğuna düşməsinə deyilir.
Yenidoğulmuş  qız uşağında follikulların sayı bir milyona yaxın olur,ancaq cinsi yetişkənlik dövrünə qədər onlardan 300-400 mini qalır, bunlardan isə cəmi 300-400 ədədi bütün reproduktiv dövrdə yetişir.
Ovulyasiya adətən menstural siklin ortasında ,yəni mensturasiyadan təxmini iki həftə əvvəl  baş verir. Follikulun yetişməsi və ovulyasiyanın həyata keçməsində hipofizin ön payının hormonları mühüm rol oynayır. Follikulların yetişməsində FSH(follikul stimulə edici hormon), ovulyasiyanın baş verməsində isə, digər hormonlarla yanaşı, LH(lüteinləşdirici hormon) əsas yeri tutur.Yumurta hüceyrənin mayalanması uşaqlıq borusunun ampulyar hissəsində baş verir. Mayalanmış  yumurta hüceyrə bir neçə günə  uşaqlığa düşərək onun divarına implantasiya olunur. Əgər  mayalanma baş verməzsə, yumurta hüceyrə 12-24 saat ərzində məhv olur.
Ovulyasiyanın subyektiv və obyektiv əlamətləri var. Subyektiv əlamətlərə qarının aşağı nahiyəsində ağrı, cinsi istəyin artması,obyektiv əlamətlərə isə, uşaqlıq yolundan seliyin artması, qatılaşması,dartılması, bazal temperaturun ovulyasiya günü düşüb sonra isə yüksəlməsi aid edilir. Bu əlamətlərə əsasən qadın özü ovulyasiyanın olmasını anlaya bilər.Lakin ovulyasiya testi, USM (ultasəs müayinəsi), qanda hormonların miqdarını yoxlamaqla ovulyasiyanın baş verməsini dəqiqləşdirmək olar. Ovulyasiya testi çox sadə test olub evdə istifadə oluna bilər. Bu test sidikdə LH-ın(lüteinləşdirici hormon) təyininə əsaslanır.Əgər mensturasiya requlyardısa,test növbəti mensturasiyaya 17 gün qalmış aparılmağa başlanılır.  Məsələn, tsikl 28 gündürsə,11 günündən başlanır. Test gündə 1 və ya 2 dəfə (səhər –axşam), təxmini 5-6 gün istifadə oluna bilər.Test hər gün eyni vaxtda tətbiq olunmalıdır. Sidik ifrazı test tətbiq olunana qədər 4 saat saxlanmalıdır. Testdən əvvəl bol maye  qəbul etmək olmaz. Çünki bu zaman sidikdə LH-ın səviyyəsi azala bilər. Ovulyasiya testi USM ile birlikdə aparıldıqda daha effektiv olur.Belə ki,bu artıq test istifadəsinin qarşısını alır. USM –də follikulun ölçüsü 18-20 mm olduqda test tətbiq olunmağa başlanılır.Testdə iki xəttin olması LH –ın yüksəlməsini göstərir.  Xətt əvvəl solğun olur,sonra isə LH-ın artması ilə parlaqlaşır. Əgər bundan sonra 48 ərzində cinsi əlaqə olarsa,mayalanma riski yüksəkdir. Nəzərə almaq lazımdır ki, ovulyasiyanın vaxtı hər qadında eyni deyil.Hətta, bir qadında da aylara görə fərq edə bilər. Bəzi hallarda isə,xüsusən qadının tsikli çox qısadırsa,ovulyasiya menstural qanın gəlməsinin son günlərinə düşə bilər. Bəzi tədqiqatlarda, ovulyasiyanın günlərinin dölün cinsinə təsir etməsi də göstərilir. Belə ki,ovulyasiya günü mayalanma baş verərsə,oğlan,digər günlərdə isə qız uşağı olacağı təxmin olunur.

Dr. M.Leyla
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 7 726
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri