Yumurtalığın polikistozu

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 6 226
Səs ver:
(səs: 1)
Polikistoz xəstəliyi son zamanlar xanımlar – xüsusən də gənc qızlar arasında daha çox rast gəlinir.
Yumurtalığın polikistozu hormonal dəyişikliklərlə əlaqədar bir xəstəlikdir və yumurtalığın kistası ilə əslində heç bir əlaqəsi yoxdur.Xəstəliyin bir təzahürü olan ovulyasiyanın baş verməməsi ilə əlaqədar follikulların yumurtalıq səthində toplanmasını əks etdirir. Belə ki, ayda bir dəfə yetişib partlamalı olan follikullar bu xəstəlikdə axıra qədər yetişmir və ultrasəs müayinəsində yumurtalıq səthində toplanmış çoxsaylı kistalar şəklində görünür ki, sindromun adı da burdan götürülmüşdür.
Xəstəliyin mexanizmi yumurtalıqlardakı hormonal balansın pozulması, kişi cinsi hormonlarının həddindən artıq ifraz olunması ilə əlaqədardır. Bu pozğunluq həm normal follikul yetişmə prosesinin dayanmasına, həm də tüklənmə və üzdə sızanaqlara gətirib çıxarır.

Xəstəni həkimə gətirən şikayətlər menstruasiyaların gecikməli olması,tüklənmədir.Kişi cinsi hormonlarındakı artış, tüklənmənin əsas səbəbidir.Follikul yetişməyi pozulduğundan hamiləlik də baş vermir. Göründüyü kimi, eyni bir xəstəlikdə müxtəlif şikayətlər xəstəni həkimə müraciət etməyə sövq edir.
Yumurtalıqların polikistozu tamamilə müalicə oluna bilən bir xəstəlik deyil. Aparılan müalicə xəstənin şikayətlərinə görə istiqamətləndirilir. Xəstə klinikaya menstruasiya pozğunluğu şikayəti ilə müraciət edibsə, müalicədə hormonal vasitələrdən istifadə edilir. Bu vasitələr təkcə menstruasiyaları nizama salmır, eyni zamanda xəstəliyin patogenetik mexanizmini qıraraq, müalicəvi təsir də göstərir. Tərkibinə kişi cinsi hormonlarının təsirinin qarşısını alan maddələr daxil edilmiş preparatlar da vardır ki, bunların sayəsində tüklənmə kimi əlamətləri də aradan qaldırılır. Əgər xəstə hamilə qala bilmədiyi üçün müraciət edibsə, bu zaman müalicənin istiqaməti follikul yetişməsinə doğru olur. Bu məqsədlə ovulyasiyanı işə salan preparatlardan istifadə edilir.

Dr. Sevinc Qehremanova
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 6 226
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri