Yumurtalığın xərçəngi

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 4 304
Səs ver:
(səs: 1)
YUMURTALIĞIN XƏRÇƏNGİ
Yumurtalıqların xərçəngi qadın cinsiyyət orqanlarının bədxassəli şişləri arasında uşaqlığın xərçəngindən sonra ikinci yeri tutur. Yumurtalığın xərçəngi əsasən 40-60 yaş arasında olan qadınlarda təsadüf olunur.
Yumurtalığın xərçəngi quruluşuna görə 3 yerə bölünür:
– birincili
– ikincili
– metastastik

Birincili xərçənğ yumurtalıqlqrın biricili zədələnməsində əmələ gələn xərçəngdir.
Bu xərçəngə karsinoma, disgerminoma, xorinepitelioma, qonadoblastoma aiddir.
Yumurtalığın ikincili xərçəngi yumurtalıqların xoşxassəli şişlərinin bədxassəli şişlərə keçməsindən əmələ gəlir. Bu şiş bədxassəli şişlərin 80-88%-ni təşkil edir. Çox vaxt yumurtalığın ikincili xərçəngi seroz sistadenomalardan əmələ gəlir.
Yumurtalığın metastatik xərçəngi birincili olaraq mədə-bağırsaq, mədə, süd vəziləri, qalxanabənzər vəzinin xərçənginin metastazı zamanı baş verir. Metastaz adətən ikitərəfli olur.
Klinik olaraq yumurtalığın xərçəngi heç bir əlamətlə özünü biruzə vermir. Xəstəlik zamanı qarın assit hesabına böyüyür. Xəstələr əsasən zəiflikdən, halsızlıqdan, yorğunluqdan, iştahanın azalmasından şikayətlənirlər.

DİAQOZU: Müasir dövrdə diaqnostika üsullarından transvaginal exiqrafiya, rəngli doppleroqrafiyaya, kompyuter və maqnit rezonans tomoqrafiya xəstəliyə vaxtında və düzgün diaqnoz qoyulmasında mühüm rol oynayır.

MÜALİCƏSİ: Yumurtalıqların xərçənginin müalicəsi cərrahi yolla aparılır. Xəstəyə şüa türapiyası və kimyəvi terapiya təyin edilir. // immunitet.az
(səs: 1)
Şərhlər: 1
Baxılıb: 4 304
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri