Qadınlar diqqət: Sizdə bu əlamətlərdən biri varsa...

Müəllif: Barbaris
Şərhlər: 1
Baxılıb: 5 256
Səs ver:
(səs: 0)
Son dövrlərdə xanımlar arasında olduqca geniş yayılan xəstəliklərdən biri də yumurtalıq kistalarıdır. Yumurtalıq kistaları - yumurtalığın içində və ya üzərində yer alan, içləri maye ilə dolu kisəciklərdir. Yumurtalıqlar uşaqlığın hər iki tərəfində yerləşən, badamvari orqanlardır. Bir çox qadınlar yumurtalıq kistaları ilə rastlaşa bilərlər. Əksər hallarda yumurtalıq kistalarının çoxu xəstəyə heç bir narahatlıq vermir. Və bəzi kistalar bir neçə ay ərzində müalicə olunmadan keçib gedir. Ancaq bəzi partlayan yumurtalıq kistaları ciddi simptomlar yarada bilər. Sağlamlığınızı qorumaq üçün ən yaxşısı kistaların simptomlarını və növlərini bilərək, nizamlı müayinədən keçməkdir. Lakin yumurtalıq kistası olub-olmadığı mövzusunda ancaq simptomlara güvənmək olmaz. Çünki kistanın olduğuna baxmayaraq, qadında heç bir simptom olmaya bilər. Və ya simptomlar endometrioza, çanaq orqanların iltihabi xəstəliklərinə, boru hamiləliyə və ya yumurtalıq xərçənginə oxşarlıq göstərə bilər. Yəni simptomları müşahidə etmək, bədənindəki dəyişiklikləri izləmək və hansı simptomun əhəmiyyətli olduğunu bilmək çox vacibdir.

Əgər yumurtalıq kistası varsa, aşağıdakı əlamətlərdən bir və ya bir neçəsi müşahidə ola bilər:

- aybaşı pozğunluğu (gecikmələr, vaxtından tez başlanması)

- çanaqda ağrılar (kəskin və ya davamlı)

- aybaşıdan əvvəl başlayan və ya bitməsinə yaxın ağrılar

- cinsi əlaqə zamanı ağrı

- aybaşı arası qanaxma, uşaqlıq qanaxmaları

- bəzi hallarda mədə bulanması, süd vəzilərin həssaslığı, hərarət

- böyük bir yumurtalıq kistası qarında narahatlıq hissi verə bilər. Əgər böyük bir kista sidik kisəsinə təzyiq edirsə, daha tez sidiyə getmə ehtiyacı hiss edə bilərsiniz.

Bu əlamətlər sizdə varsa, həkimə müraciət etməlisiniz
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 5 256
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri