15 maddədə POLİKİSTOZ YUMURTALİQ sindromu

Müəllif: YalniZ-ArZu
Şərhlər: 2
Baxılıb: 3 259
Səs ver:
(səs: 0)
15 maddədə POLİKİSTOZ YUMURTALİQ sindromu

Polikistoz yumurtalıq sindromu əlamətləri nələrdir?
Polikistoz yumurtalıq sindromu, yanında başqa narahatlıqlar gətirən bir qadın xəstəliyidir.Adət nizamsızlığı,sonsuzluq, hədsiz tüklənmə, saç tökülməsi, həddindən artıq kilo alimi, dəri problemləri və depressiya kimi əlamətləri var. Əsas başlıqlar halında polikistoz yumurtalıq sindromu əlamətlərini təhlil edək:

Ədəd pozğunluğuna səbəb ola bilər
Ən sıx görülən əlamət olub adət gecikməsi və ya amenoreya şəklində ortaya çıxır. Bu qadınlar ildə 8 və ya daha az sayda adət görürlər. Bu da ovulyasiyanın nizamsız olaraq yarandığını göstərir. Nizamsız adət görmənin nəticəsində endometrium adlanan rəhim pərdə nizamsız olaraq qalınlaşır və bu da xərçəng riskini artırır.

Polikistoz yumurtalıq sindromu sonsuzluğa səbəb ola bilər
Sonsuzluğa görə müxtəlif mərkəzlərə müraciət edən xəstələrin az qala yarısını polikistoz yumurtalıq sindromu olan qadınlar təşkil edir. Yumurtanın kifayət qədər böyüməməsi və ovulyasiyanın olmaması hamilə qalmağı əngəlləyir.

Tüklənmədə artım görülə bilər
Arzuolunmaz tüklərdə artım qadınlarda hər yaş qrupunda psixoloji sıxıntı yaradan mühüm amildir. Təbii olaraq mövcud olan açıq rəngli incə tüklər, kişilik hormonlarının qeyri-stabilliyinə görə, tünd qara rəng alma və qalınlaşmaya meyllidirlər. Əksəriyyətlə döş bölgəsində tüklənmə, dodaqların üstü, çənə, əl-ayaq və qarın bölgələrindəki tüklərdə qalınlaşma və çoxalma müəyyənləşdirir. Müalicəsində dərman və yeni tük inkişafının qarşısının alınması və çıxmış tüklərin fiziki metodlarla (lazer epilyasiya kimi) alınması birlikdə istifadə edilməlidir. Xəstələrin dərman müalicəsinin ancaq 6 aydan etibarən təsirli olacağı barədə xəbərdarlıq edilməsi müalicənin uğuru üçün çox əhəmiyyətlidir.

Sızanaq və dəri problemləri ola bilər
Üz, döş və kürək bölgəsində əhəmiyyətli bir kosmetik problemdir. Xüsusilə irəli yaşlarda başlayan sızanaq çox tipik əlamətdir. Ümumiyyətlə, insulin metabolizmində ziddiyətə bağlı olaraq, akantozis nigrans adı verilən boyun, büyük və qoltuq altı bölgələrindəki dərinin rəngi dəyişir,qaralmalar olur.

Göbək ətrafında yağlanma ola bilər
Bu xəstələrin böyük bir əksəriyyəti kilo vermək və ya çəkilərini qorumaq üçün ciddi mübarizə aparır. Xüsusilə bel və qarın bölgəsində bud hissəsinə görə daha çox yağ toplanması görülür. Bu, şəkər və insulin metabolizmasının pozulmasının təbii bir nəticəsidir.

Depressiya və qorxu yaşana bilər
Birbaşa hormonal pozğunluqlar və ya bunun yaratdığı kosmetik problemlər və sonsuzluq nəticəsində yaranan psixoloji çətinliklər, bu xəstələrin özlərini cəmiyyətdən uzaq tutmalarına, cinsi narazılıq, günah hissi və ümidsizliyə yol açır.

Polikistoz yumurtalıq sindromu necə başa düşülür?
Polikistoz yumurtalıq sindromunun əlamətlərini ehtiva edən aşağıdakı suallara veriləcək beşdən artıq "bəli" cavabı, sindromun mövcudluğuna qarşı ciddi bir xəbərdarlıqdır

Bir il içində 8 və ya daha az sayda adət görmə
Nizamsız 10 gündən artıq adət görmə
Ara qanaxmalar
Sonsuzluq
Gec yaşlarda başlayan sızanaq
Həddindən artıq tüklənmə
Saç tökülməsi
Boyun-qasıq-qoltuk altında ləkələnmə
Artıq kilo
Ani kilo artımı
Pay arası aclıq hissi
Şəkər xəstəliyi və ya insulin müqaviməti
Ailədə şəkər xəstəliyi
Miqren
Depressiya-narahatlıq
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 3 259
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri