DABAN | (dabanlıq) Röyada görülən
ayaqqabı dabanı övlada işarədir. Yuxuda ayaqqabında dabanın olmadığını
görmək-röya sahibinin özündən sonra övladı qalmayacaq, nəsli
tükənəcəkdir. Dabanının qırıldığını və ya kəsildiyini görən adamın uşağı
öləcək. Sol daban-qız uşağına, sağ daban-oğlan uşağına əlamət sayılır.
Röyada dabanın gözəlliyi-xeyirxah işlərə, gözəl xasiyyətə işarədir.
Yuxuda ayaqqabı dabanı-insanın aqibətini də ifadə edir.
|
DABBAQXANA | Yuxuda dabbaqxana вЂ" eynən sallaqxana kimi
yozulur. Gözəl əxlaqlı, tərbiyəli, yoxluğa və çətinliyə qatlaşa bilən
evdar qadına işarə sayılır. Bəzən də çirkin və pis söz danışan əxlaqsız,
adi bir qadına və ya mala yozulur.
|
DAVAR | Xoşbəxtlik və zənginlik
bəlirtisi kimi yozulur.
|
DAVUD | Peyğəmbərlərdən Davud əleyhissəlamı yuxuda
görmək sağlam iradəyə, günahlarından dolayı tövbəkarlığa və xeyirxahlığa
işarə sayılır. Röyada peyğəmbər görmək-ana və ata uşaqlarına necə şəfqət
və mərhəmət göstərib, onların üstündə əsirsə, onlar da özünə tabe olan
millətə eyni şəfqət və mərhəmət göstərməkdə əsla tərəddüd etməzlər. Bu
səbəbdən də peyğəmbər röyada bir böyük, bir müəllim və ya sayğılı bir
ustad anlamındadır. Peyğəmbər doğru yol göstərən ən yaxşı rəhbərdir.
Peyğəmbərin yuxuda bütün gözəl keyfiyyətləriylə görən və ya ondan çox
ləziz bir şərbət alan, yaxud da peyğəmbərdən bilgi öyrənən adam əmr və
yol göstərməyə uyub ki, bu da o kimsənin pozğun yolda olduğuna işarədir.
|
DAVUL | (təbil) Yuxuda təbil səsi
eşitmək, təbil çalmaq, yaxud da təbil çalınmasına tamaşa etmək-kişi üçün
pul itkisinə; subay qadın üçün sevgili bulacağına, yaxud bir toplantıya
dəvət alacağına; evli qadın üçün isə sonu istədiyi kimi bitəcək bir
olaya və ya buna bənzər bir hadisəylə qarşılaşacağına yozulur.
|
DAVULÇU | (təbilçi) Dalğınlığa və unutqanlığa işarədir.
|
DAĞ | Röyada dağa dırmanan, özünü
dağın zirvəsinə kimi çıxmış görən adam işində, peşəsində ən yüksək
yerlərə yüksələcək, nə qədər böyük çətinliklərlə qarşılaşarsa,
başarıları və uğurları da o qədər parlaq olacaqdır. Dırmaşdığınız dağın
zirvəsinə yetişmədən geri dönmək-xarakterinizə görə sizə kənardan bir
çox hücumlar olduğunu və iş-işdən keçməmiş müdafiə olunmağın
zəruriliyini göstərir. Yuxuda özünü uzaqdan dağları seyr edən
görmək-çətin bir işi yoluna qoyacaq və mükafatlandırılacaqsınız, yaxud
işinizdə yüksələcəksiniz. Dağdan aşağı yuvarlanmaq-eşitdiklərinizə
həmişə inandığınızda və bu xasiyyətiniz üzündən yaxın vaxtlarda sizi
gerçəkdən üzəcək olaylar baş verəcəkdir. Röyada dağ rəsmləri
çəkmək-sevdiyiniz adamların gələcəyindən əmin ola bilərsiniz.
|
DAĞ KEÇİSİ | Yuxuda dağ keçisi-bir cariyə və ya dini, əxlaqı
pozuq bir qadınla qeyri-qanuni birləşmək anlamındadır. Dağ keçisinin
piyli və ətli olduğunu görmək-çox zəngin bir qadına; zəif və xəstə
keçi-yoxsul qadına işarədir. Dişi dağ keçisini ələ keçirmək-röya sahibi
bolluğa və bol ruziyə qovuşacaq. Qadının dişi dağ keçisini yuxuda
görməsi-o qadın bircə il kasıblıq görəcəkdir. Bəzi yozuculara görə, dişi
keçi-təhqir edilmiş qadına, yaxud da iş bilməyən qulluqçuya işarə
sayılır.
|
DAĞARCIQ | Xeyrə yozulur. Belə yuxu görən
adam gərək gəlir-çıxarına diqqət etsin, yoxsa onu yoxsulluq gözləyir.
|
DADAŞ | Röyada özünü və ya yaxın adamını dadaş olaraq
görmək-röya sahibi ətrafındakılara və ailəsinə yardım edəcəkdir.
|
DAZLIQ | Röyada özünü daz görmək-yaxın
vaxtlarda xoşagəlməz xəbərlər alacağınıza işarədir.
|
DAYƏ | Ümumiyyətlə, xeyrə yozulur. Belə röya görən adam
əgər yardıma möhtac bir durumdadırsa, mütləq bu yardımı alacaqdır. Xəstə
olan qısa müddətdə yaxşılaşacaq, borclu borcundan, dərdli dərdindən
qurtulacaqdır. Dayə məfhumunun "yarı ana" kimi mənimsənilməsi bu cür
yozumlara dayanaq olmuşdur.
|
DAYI | Röyada əmi, dayı kimi yaxın
qohumları görmək-yaxın vaxtlarda dostlarınızdan biri borc pul üçün
üstünüzə gələcəkdir. Əgər dayınız sağdırsa, bu yuxu dəniz gəzintisini
bildirir, sağ deyilsə-uzaq bir məmləkətdə məskunlaşacağınıza işarədir.
|
DALANDAR | (süpürgəçi) Cavan oğlanın yuxuda özünü dalandar
görməsi xeyrə yozulur. İşində yüksəlməsi üçün səy göstərməyin
gərəkliliyini göstərir. Orta yaşlı kişilər üçün bu yuxu-işlərinin bir
müddət düz gətirməyəcəyinə; evli olmayan qadın üçün-hər baxımdan özündən
aşağı olan, lakin çox zəngin bir adamdan evlənmə təklifi alacağına və bu
təklifi qəbul edəcəyinə yozulur. Ərli qadın belə yuxu görərsə, o, çox da
şərəfli olmayan bir iş tutacaqdır.
|
DALĞA | Röyada özünü böyük bir dənizdə
nəhəng dalğalarla çarpışan görmək-həyatınız son dərəcə uğurlu olacaq
deməkdir.
|
DALĞIC | Dalğıc yuxuda-balıq kimi xeyrə, qismətə yozulur.
|
DALYAN | (balıqçı toru) Balıq ovlanan
dalyan görmək-tale və bəxt artıq üzünüzə gülməyə başlayır deməkdir.
|
DAM | Yuxuda damdan düşmək-qorxunc bir olayla
qarşılaşaraq, özünüzü itirəcəyinizə işarədir. Damda bir-bir seçib
kirəmit düzmək-bəzi vasvası və unutqan kimsələrlə tanışaraq böyük ziyan
çəkəcəyinə işarədir.
|
DAMA | Röyada dama oynamaq-vaxtınızı
boş yerə sərf edib tükədirsiniz deməkdir.
|
DAMAR | Röyada damarlarınızdan qan axdığını
görmək-zənginlər üçün yoxsulluğa, kasıblar üçün vəziyyətinin bir qədər
yaxşılaşacağına işarədir.
|
DAN ÜZÜ | Röyada səhərin açıldığını, dan
üzünü müşahidə etmək-parlaq və bəxtiyar bir istiqbala namizəd olduğunuza
işarədir.
|
DANA | Dostlarınızın sevgi və etibarını qazanaraq
xoşbəxt olacaqsınız. Bir dana satın almaq-iş həyatınızda və tutduğunuz
vəzifədə böyük uğurlar əldə edəcəyinizə işarədir.
|
DANA GÖNÜ | Ömrünüz zaman-zaman sıxıntı
içində keçəcək, lakin əvvəl-axır, xoş günləriniz başlayacaqdır.
|
DANTEL | (kurjeva) Paltar üzərində dantel görmək-yaxın
vaxtlarda evlənməyə işarədir. Röyada özünü dantel hörən görən gənc qadın
özü də bilmədən bir çox sənətkaranə fəzilətlərə sahibdir və öz zövqünə
uyğun bir oğlanla evlənəcəkdir. Bir parça yırtıq dantel görmək-çirkin
dedi-qodulara hədəf olmamaq üçün hər addımınızı ölçüb-biçməlisiniz.
|
DAR AĞACI | Bəzi qarışıq və müəmmalı
vəziyyətlərin ortaya çıxa biləcəyini xəbər verir.
|
DARAQ | Yuxuda daraq görən gənc və subay qız cavan bir
oğlana ərə gedib xoşbəxt olacaq. Subay oğlan üçün isə bu yuxu-sıxıntıya,
üzgünlüyə yozulur. Daraq, eyni zamanda, səbirli və möhtərəm bir qadına
işarə sayılır.
|
DARI | Röyada darı görən adamın uzun
müddətli sıxıntıdan sonra əlinə xeyli miqdarda var-dövlət keçəcəkdir.
|
DARÇIN | Üzüntülü bir xəbərə yozulur.
|
DAŞ | Röyada bir yerə toplanmış
çoxlu daş görmək-şad xəbərə yozulur. Bir adama daş atmaq-düşmənləriniz
tərəfindən təqib edildiyinizi göstərir. Daş almaq-qısqanclıq üzündən
şöhrət və etibarınızı itirəcəksiniz. Yuxusunda daş olduğunu görən adam
asi və daşürəkli bir adamdır. Bu röyanı görən xəstədirsə-öləcək;
varlıdırsa вЂ" var-dövlətdən kənar ediləcək.
|
DAŞINMA | (köçmə) Röyada bir evdən başqa evə, bir şəhərdən
başqa şəhərə daşınmaq (köçmək) вЂ" təcili səyahətə çıxmaq barədə təklif
alacaqsınız.
|
DEPO | (anbar) Röyada depoya, kömür,
odun, ərzaq və s. anbarına girmək-yaxın vaxtlarda var-dövlətə
çatacağınıza; əgər depo (anbar) boşdursa, ümidsizliyə uğrayacağınıza
yozulur. Şərab, yaxud buna bənzər içki deposu (anbarı) görmək-əyləncəli
bir qonaqlıq və ya toy olacağını xəbər verir.
|
DƏBİLQƏ | Qovğa işarəsi olaraq açıqlanır.
|
DƏVƏ | Röyada erkək dəvə
görmək-təmasda olduğunuz kimsələrdən pis xasiyyətlər öyrənərək, getdikcə
inadcıl və əsəbi bir adama çevrilirsiniz. Dişi dəvə-həmin il
məmləkətinizdə dişi heyvan və süd bolluğu olacaqdır. Dəvəni qaçan
görmək-bir qız tanışınızın yaxın vaxtlarda səyahətdən dönəcəyinə
işarədir. Dəvənin sırtına minərək dolaşmaq-kasıblıq çəkən bir məmləkətə
müəyyən qədər şey-şüy göndərəcəyinizə yozulur.
|
DƏVƏQUŞU | Kədər və üzüntülərinizin uzun çəkəcəyinə işarə
sayıldığı kimi, bəzən də çox gözəl, lakin gözəl olduğu qədər də qısqanc
və şıltaq bir qadının sevda toruna düşəcəyinizə yozulur. Dəvəquşuna
minmək-zəngin bir evlənmə xəbəridir.
|
DƏVƏTİKANI | İşlərinizin bir anda alt-üst
olacağına, arzu və əməllərinizin yerinə yetəcəyinə işarədir.
|
DƏVƏTNAMƏ | (çağırış vərəqəsi) Bir kişi yuxusunda məhkəmədən
çağırış vərəqəsi alarsa və özünümüdafiədən qalib çıxarsa, onu parlaq
gələcək gözləyir, uduzarsa-çox əhəmiyyət verdiyi bir işdə zərər
çəkəcəkdir. Belə röyanı qadın görərsə, udub-uduzmağından asılı
olmayaraq, ev sahibi, əri və ya ağası ilə onun arasında dartışma,
mübahisə olacaq və nəticədə fikrini, diləyinin qəbul etdirəcəkdir. Toy,
nikah, iclas dəvətnaməsi isə yaxın adamlarınızdan xeyirli və xoş xəbər
eşidəcəyinizə yozulur.
|
DƏZGAH | Yuxuda dəzgah görmək və ya
dəzgah başında çalışmaq-işlərinizin xeyli irəli gedəcəyinə yozulur.
|
DƏYƏNƏK | (əsa) Diqqətə, qürura, şərəfə, qüdrət və qüvvət
sahibi olan, xalqa imdad göstərən bir adama işarədir. Yuxuda dəyənək
görən-istəklərinə qovuşur, düşmənə qalib gəlir, varı-malıyla qüvvətli
olur. Əgər dəyənəyin, yaxud əsanın içi boşsa və röya sahibi ona
söykənibsə, varı əldən gedəcək. Dəyənəyin sınması-vəzifə sahibidirsə,
işindən atılacaq, tüccardırsa, qazancından məhrum olacaqdır. Yuxuda biri
özünün dəyənək olduğunu görərsə öləcək, öz dəyənəyinin sındığını görsə,
şiddətli xəstəliyə düçar olacaq. Dəyənək-qüvvət rəmzi olub, güvənilən,
inanılan bir adama işarədir.
|
DƏYİRMAN | Röyada dəyirman görən-mənsəbcə
yüksələr. Dəyirmanda un üyütmək-böyük bir adamdan mal alacaqsınız.
Dəyirman daşını qırıq görmək-əcəlin yetişdiyinə dəlalətdir.
|
DƏYİRMANÇI | Yuxuda dəyirmançı görmək-dünyasını, yaşayışını
düzəltməklə məşğul olan adama işarədir. Özü üçün un üyüdən adam
görmək-röya sahibi dəyirmançılıqla öz ehtiyaclarını təmin edəcək və
üyütdüyü unun miqdarınca güzaranını, yaşayışını düzəldəcəkdir. Yuxuda
dəyirmançı-bəzən qəm, tasa, düşmənçilik, mənfəət, sələmçilik, çətin və
ağır işlər anlamına da gəlir. Zəfəran üyüdən adam görmək-gizli işlərə,
elmə yozulur. Qadının zəfəran, yaxud buğda dəni üyütməsi-qayğıdan,
tasadan qurtarmağa və təmizliyə işarə sayılır.
|
DƏLİ | Yuxuda dəli olduğunu görən
adamın ömrü uzun olar, o, hamı tərəfindən xoş üzlə qarşılanar və
sevilər.
|
DƏLİQNLI | (cavan oğlan) Röyada sevimli və gülərüzlü bir
gənc görmək-sevincə, xoşbəxtliyə yozulur. Bütün istəklərinizə
çatacaqsınız. Çirkin və vəhşi üzlü bir gənc görmək-düşmənçiliyə, qəmə,
kədərə işarədir. Bir dəliqanlının (gənc qızın) arxasına düşüb
getmək-düşmənlərinizə üstün gələcəksiniz, qismətiniz açılacaq. Subay bir
gənc qızın yuxusunda cavan oğlan görməsi, onunla danışması və ya
arxasınca getməsi-həmin qızın bəxti açılacaq və qısa bir zamanda xoşbəxt
ailə həyatı quracaqdır.
|
DƏLİLİK | Dəliliyə dair yuxular tərsinə
yozulur və bu cür röya görənin ağlının sağlamlığına işarə olmaqla
bərabər, həm də onun qarşıya çıxacaq çətin bir olayı hamını məmnun
edəcək bir biçimdə yoluna qoyacağı anlamına gəlir.
|
DƏLİXANA | Yuxuda dəlixana görmək-dostlarınızı ağıllı və
ciddi adamlar arasından seçmədiyiniz üçün işləriniz, sən deyən, irəli
getməyəcək. Dəlixanaya atıldığını görmək-ağıllı hərəkətləriniz sayəsində
işlərinizi yoluna qoyacağına yozulur.
|
DƏLLAL | Yuxuda dəllal görmək-bir çox
gəvəzə adamlarla münasibətdə olacağınıza və bu səbəbdən də çətin
durumlara düşəcəyinizə, bəlkə də işinizi, mövqeyinizi itirəcəyinizə
işarədir. Bir sığorta dəllalı görmək-böyüklərinizin faydalı
nəsihətlərinə qulaq asmağın vacibliyini göstərir.
|
DƏLMƏK | Röyada hər hansı bir yeri dəlmək-hələ kişi üzü
görməmiş subay qızlar istəyində olmaq və məmləkətin ətraflarını gəzərək
durumu pis gözlə izləmək anlamına gəlir. Bəzən də bir yeri
deşmək-Peyğəmbərin həyatına dair müqəddəs rəvayətləri oxuyub araşdırmağa
yozulur. Özünün şəhər içində bir şeyi dəldiyini görmək-qaba və qəddar
bir valini (rəhbəri) nəzarətə almağa işarədir. Evin divarını deşərək
içəri keçmək-röya sahibi istədiyi bir qadına sahib olacaq və o qadın
haqqındakı hiyləsi həyata keçəcəkdir.
|
DƏMİR | Röyada dəmir döymək-kimsə
sizinlə pis rəftar edəcək Əyilmiş, burulmuş dəmir görmək-sevdiyiniz bir
adamdan küsüb inciyəcəksiniz. Emal edilmiş dəmir görmək-istədiyiniz hər
şeyi əldə edəcəyinizə və ad-sanınızın artacağına işarə sayılır. Röyada
dəmirdən düzəldilmiş alətlər görmək-əsasən, əminamanlığa yozulur.
|
DƏMİR BARMAQLIQ | Çox çətinliklə qazanılacaq xoşbəxtliyə işarədir.
|
DƏMİR YOLU | Yuxuda dəmir yoluyla heç bir
əngələ uğramadan qatarda yolçuluq etmək-işləriniz bundan sonra çox
genişlənəcəkdir. Dəmir yoluyla səfər zamanı yolda gecikib
yubanmaq-həyatınızın son günlərində çox acı şeylərlə qarşılaşacaqsınız.
Hərəkətdə olan qatar görmək-gözlədiyiniz bir xəbər sizə doğru
yolgəlməkdədir. Qəzaya uğrayıb çevrilmiş qatar görmək-şöhrət və
etibarınız sarsılacaq, işləriniz pozulacaq, min bir çətinliklərlə
qarşılaşacaqsınız.
|
DƏMİR SOBA | Qüvvət və qüdrət sahibi bir adamın ailəsindən
olan qadına işarədir. Soba misdən və ya tuncdan isə-qadın var-dövlətli
birisinin arvadıdır. Ocaq gur yanırsa-övlad sahibi olmağa və evə baxan
kişiyə işarədir.
|
DƏMİYOLU STANSİYASI | (vağzal) Yuxuda dəmiryolu
stansiyası görən əməlinə qovuşacaq, istəyinə nail olacaqdır.
|
DƏMİRÇİXANA | Çoxdan arzusunda olduğunuz bir işin könülünüzcə
sonuclanacağına yozulur.
|
DƏNİZ | Röyada sakit dəniz
görmək-həyatınız çox rahat və var-dövlət işində keçəcəkdir. Dalğalı
dəniz-bir təhlükəylə qarşılaşacaqsınız. Yaşıl və ya mavi dəniz-eşqdə və
ya iş həyatınızda uğur qazanacaqsınız. Cavan oğlan yuxuda özünün gözəl
və sakit bir dənizdə səfərdə olduğunu görərsə, bu yuxu onun eşq
macərasından xoşlandığını və yeni bir eşq fırtınasına tutulmaq üzrə
olduğunu göstərir. Evli qadının gəmiylə sakit bir dəniz səyahətinə
çıxması вЂ" o qadın əri tərəfindən aldadılacaqdır. Dalğalı və qaranlıq,
zülmət dəniz-işləriniz bütünlüklə tərsinə gedəcəkdir. Dənizə
düşmək-kiçilik və mövqeyinizin itiriləcəyinə yozulur.
|
DƏNİZ DONANMASI | Röyasında donanma görən adam kişi xeylağıdırsa,
bir qadın tərəfindən aldadılacaq, qadındırsa-qarşı cinsdən olan bir
nəfər tərəfindən çətin vəziyyətdə buraxılacaqdır.
|
DƏNİZÇİ | (matros) Böyük bir təhlükəylə
qarşılaşacaq, lakin bunu soyuqqanlılığınız sayəsində dəf edəcəksiniz.
|
DƏRVİŞ | Zəngin bir adamla dostluq quraraq xeyir və
mənfəət görəcəyinizə yozulur. Özünü dərviş olmuş görmək-zənginliyə,
ululuğa qovuşacaqsınız.
|
DƏRƏBƏYİ | (feodal) Qədim və tarixi
əsərləri öyrənib incələmək fürsəti əldə edəcəksiniz.
|
DƏRƏ OTU | (şüyüd) gələcəkdə aydınlaşacaq bir məsələyə
işarədir.
|
DƏRZİ | Yuxuda dərzi-ədalət sahibi bir
kimsəylə, yaxud sərvət yığan bir adama işarə sayılır.
|
DƏRİ | Röyada hər hansı bir heyvan dərisi qorxunc bir
xəbərə işarə sayılır. Bəyaz dərili adam görmək-sevincə yozulur. Qara
dərili adam-kədərə yozulur. Yuxuda qadın bədəni görüb
bəyənmək-başınızdan yeni bir eşq macərası keçəcəkdir.
|
DƏRİ SOYULMASI | Yalançı, fırıldaqçı adamlarla
dostluq etdiyinizə, onlardan ayrılmasanız başınıza böyük bəlalar
gələcəyinə işarədir.
|
DƏRMAN | Bir kimsə yuxuda dərman qəbul etdiyini görərsə,
elm və nəsihətlərdən faydalanacaq. Verilən dərmanı qəbul etmək-azğınlığa
və sapqınlığa yozulur. Qadınların uşağa qalmaq üçün istifadə etdikləri
dərmanı röyada görmək-subay qız üçün evlənəcəyinə, uşağa qalmayan qadın
üçün isə uşağı olacağına işarədir. Röyada dərman içdikdən sonra
yaxşılaşacağını gözləyən adam-dünyasını, gözünə dərman tökdüyünü görən
adam isə-dinini islah edəcək. İkram doğuran və udulması çətin olan
dərman görmək-tezliklə yaxşılaşacaq xəstəliyə əlamət sayılır. Acı
olmayan və asanlıqla udulan dərman-zəngin üçün xeyrə, kasıb üçün pisliyə
yozulur. Röyada buruna çəkilən dərman görmək-uğursuzluğa, ata-anaya
qarşı üsyan və ya ruhi xəstəliyə işarə sayılır. Yuxuda burnuna dərman
çəkildiyini görən adam hiyləyə məruz qalacaq.
|
DƏRS KİTABI | Röyada hər hansı bir dərs
kitabı görmək-vaxtilə böyüklərinizin nəsihətlərini eşitmədiyinizə və
indi bundan peşmanlıq duyduğunuza işarə sayilir.
|
DƏSMAL | (məhrəba) Röyada islaq dəsmal görmək, quru və
təmizini tapmaq-bir dost haqqında haqsız yerə pis fikrə düşməyə
işarədir. Dəsmalla üzünü silib qurulamaq-dostlarınızdan biri haqsızlıq
edəcək və sonra vicdan əzabı çəkəcəkdir.
|
DƏSTİ | (səhəng) Röyada boş dəsti
görmək-gözəl, fəqət qısqanc bir qadınla əlaqə yaradacaq və uzun müddət
onunla birlikdə yaşayacaqsınız. Sonunda isə bu qadının fəna bir
hərəkətini qurbanı olacaqsınız. İçi su dolu dəsti görmək-yaxın günlərdə
bir qızınız dünyaya gələcək.
|
DƏHRƏ | (nizə) Girişdiyiniz bir işdə parlaq nəticə və
uğur əldə edəcəyinizi göstərir.
|
DƏFİNƏ | Röyada dəfinə tapmaq-gənc kişi
üçün xoş taleyə işarə sayılır və həyatda yaşamağın yolunu asanca tapmağa
yozulur.
|
DƏFNƏ AĞACI | Sənətin gözəl bir sahəsində həqiqətən parlaq
uğurlar qazanacaqsınız.
|
DƏFN ETMƏ | Yuxuda birisini dəfn
etmək-toya dəvətdir. Dəfn edilən adam həyatda yaşayırsa, yuxu görəni
toyda nəsə maraqlandırıb diqqətini çəkəcəkdir. Birini diri-diri torpağa
gömülə görmək-uzun ömrə yozulur.
|
DƏFTƏR | Alacaq-verəcək hesablarında daha diqqətli
olmağın gərəkliyini bildirir. Belə yuxu görən tacir və ya dükançıdırsa,
vekselləri protest ola bilər, hətta iflasa uğrama ehtimalı da var.
|
DƏFTƏRDAR | (maliyyə müdiri) Maliyyə-pul
işlərinin bir müddət yaxşı getməyəcəyinə yozulur. Bu röya evlənməmiş
qadın üçün varlı bir kişiyə ərə gedəcəyinə, yaşlıdırsa-qumarda pul
qazanacağına işarədir.
|
DZÜ-DO | Röyada dzü-do ilə məşğul olduğunu görən adam çox
xəyalpərəstdir. Həyata gerçəkci (realist) gözlə baxması gərəkdir.
|
DİV | Yüksəlmə və irəliləyiş kimi
yozulur. Əgər div yuxuda boş-mənasız sözlər söylərsə, əsla yüksəlməyəcək
və bugünkü durumunuzu olduğu kimi mühafizə edəcəksiniz.
|
DİVAR | Bir dostunuz və ya sevgilinizlə sizin aranızda
çəkilmiş divar görmək-o adamla aranızda olan bir çox əngəllər aradan
götürüləcəkdir.
|
DİVAR KAĞIZI | (oboy) Yuxuda divar kağızı
görən adam gözlənilmədən çox dəyərli bir əşyasını itirəcəkdir. Tüccar
olanların belə yuxudan sonra bank krediti almaları xeyirli sayılmaz.
Məmurlar da rəislərini xəbərdarlıqlarına əhəmiyyət verməli, şagirdlər
müəllimlərinin sözlərini dinləməlidirlər.
|
DİVAR SAATI | İşlərin yaxşı gedəcəyinə əlamətdir. Saatı yatmış
görmək isə xeyrə yozulmaz, ölüm xəbəri sayılır.
|
DİYİRCƏKLİ KÜRSÜ | Röyada diyrcəkli kürsü almaq,
yaxud rahat bir kürsüdə oturub dincəldiyini görmək-bir sənət sahibinin
öz peşəsində uğur qazanacağına; ərə getməmiş qadın üçün-kübar dairələrdə
yüksək mövqe sahibi olan bir adamla ailə quracağına; ərli qadın
üçün-hazırkı durumunu daha da yaxşılaşacağına yozulur.
|
DİLƏNÇİ | Röyada dilənçi görmək və ya sədəqə vermək-cavan
kişi üçün yaxın vaxtlarda qiymətli bir dost qazanacağına; orta yaşlı bir
adam üçün cansıxıcı itkiyə əlamət sayılır. Bu yuxu gənc qadın üçün yaxın
zamanda hər hansı bir təklif olacağına, evli deyilsə, ona evlənmə
təklifi ediləcəyinə, yaxud dalğınlığından peşmanlıq duyacağı anlamına
gəlir. Röyada bir dilənçiyə yardımda bulunmaq вЂ" mirasa qovuşacaq,
durumunuz düzələcək və eşqdə xoşbəxt olacaqsınız. Yuxuda dilənçiyə
sədəqə verməmək-o anda əlinizdə olan işdə uğur qazanmayacağınızı
göstərir. Bir dilənçiylə birlikdə çörək yemək-öz dairələrinizdə sayılan
adam olacaq və çoxlu dost qazanacaqsınız.
|
DİPLOM | Röyada diplom almaq-poçt
vasitəsilə sevindirici bir xəbər alacaqsınız. Çərçivəyə alınmış və
divardan asılmış diplom görmək-uzun səfərlərə çıxacaq və işinizdə
yüksələcəksiniz.
|
DİRSƏK | Yuxuda dirsəyinizin sıyrıldığını görmək вЂ"
gedişatınız dəyişdirmədikcə xoşagəlməz işlərə qarşılaşacaqsınız.
|
DİŞ | -Röyada diş çeşidli yozumlarla
incələnir Üst çənədəki ön dişlər-ananı, atanı, böyük əmini; sağ tərəfədə
olan-atanı; sol tərəfdəki dişlər isə əmini bildirir. -Öndəki dörd dişin arxasında olan sivri dişlər röya sahibinin əmisi oğluna, yaxud da iki yaxın dostuna işarədir. Bu sivri dişlərin arxasında gələn göz dişləri ailə üzvlərinə, həyat yoldaşına və evin möhtərəm böyüyü anlamına uyğun gəlir. Göz dişini ardında bulunan dişlər isə dayılar və onların oğullarıdır. - Azı dişlər babalar, yaxud da sevilən, oyünülən kiçik oğlan nəvələrdir. - Alt çənədəki dişlər ana tərəfdən qadın qohumlara işarədir. İki alt, iki üst çənədə olan dörd ön diş-röya sahibinin öz törəmələri olan uşaqlardır. - Alt çənədəki iki ön diş xalalardır. Əgər röyanı görənin anası və xalası yoxdursa, o dişlər onun iki balası və balaca qızlarıdır. - Alt çənədəki sivri dişlər yuxu sahibinin qaynatası və ya həyat yoldaşının atasıdır. - Göz dişlərinin arxasındakı dişlər hörmətli, izzətli adamlara işarədir. - Azı dişlər ailədən uzaqda olanları, nənələri və sevimli kiçik qız nəvələri bildirir. - Yuxuda dişlərdən birini sallanması-xəstəliyə əlamətdir, düşməsi isə-o diş kimi bildirirsə, həmin adamın ölümünə, yaxud da izsiz-soraqsız itkin düşməsinə işarə sayılır. - Diş çıxarıb onu görmək-röya sahibi qohumu olan bir yaxınından o dişin dəyəri qədərində vara yetişəcək. - Dişlər çürüyüb görünməz olarsa, o dişin bildirdiyi adama pislik gələr. Ön dişləri normadan uzun və ya qısa görmək-röya sahibinin atası və ya əmisi dünyada çox böyük çətinliklərlə qarşılaşacaq. Bütün dişlərini sallanan görmək-ailə üzvləri arasında çəkişməyə və qovğaya işarədir. Ön dişlərini çürüməsi digərlərinə də zərər vermişsə-yuxu görənin həyat yoldaşının əxlaqsız olmasına işarə sayılır. - Dişlərinin qamaşdığını görmək-ailədən yardım gözləmək hədərdir. - Röyada çəkib çıxartdığı dişi dəyişmək-gəlirli bir ticarətlə məşğul olmağa yozulur. - Damağında qızıl və gümüş dişlərin çıxması-bədbəxtliyə və xəstəliyə işarə sayılır. Artıq diş görmək-röya sahibi gözünü, qulağını, burnunu, ümumiyyətlə, dişlərindən birini itirəcəkdir.
|
DİŞ FIRÇASI | Əgər qadın yuxuda diş fırçası görərsə, başına
üzücü bir olay gələcək. Kişi üçün bu yuxu-yaşayışında bir qayda-qanun,
səliqə вЂ" səhman yaratmağın gərəkliliyinə yozulur.
|
DİŞ HƏKİMİ | Pul baxımından ziyana
düşəcəksiniz.
|
DİŞLƏMƏK, GƏMİRMƏK | Röyada dişiylə bir şeyi gəmirən adam hiylə
yapar. Röyada öz ətini dişləyib qoparan adamın fitnə-fəsadçı olduğu
bəllənir. Dişlənən yerdən qan çıxması-günah içində olmağa işarədir.
Yuxuda bir adamı dişləmək-röya sahibini ömrü fərəh və xoşbəxtlik içində
keçəcək, ancaq gözü və ya ürəyi zəifləyəcəkdir.
|
DIRMANMAQ | Röyada bir yoxuşa, təpəyə
dırmanmaq, yaxud nərdivanla yuxarı çıxmaq-cavan oğlan üçün bu
yuxu-başarılması çox çətin işlərə; yetkin yaşdakılar üçün-səadət və
rifaha gedən yolun tapıldığına; subay qız üçün-yad məmləkətdən yabancı
birisiylə təhlükəli tanışlığa yozulur. Nərdivan və ya dairəyə
dırmanmaq-gözlənilməz və ani bir uğur qanacağınıza işarədir.
|
DIRMIQ | Tarla işlərində istifadə edilən dırmıq-kədər və
üzüntüyə işarə sayılır.
|
DIRNAQ | Yuxuda dırnaqlarını çox
biçimli bir halda görmək-səhhətinizin mükəmməl olduğuna işarədir. Qopmuş
dırnaq-səfalətə, fəqirliyə yozulur. Çirkli və uzun dırnaq-pul və mal
itkisi kimi açıqlanır. Dırnaq kəsmək və ya düzəltmək-çətin və yorucu
işlərlə qarşılaşacağınızı göstərir. Manikürlü dırnaqlar вЂ" eşq acılarıyla
qıvrılmaqda olduğunuza əlamət sayılır.
|
DIRNAQ LAKI | Bəzək-düzəyə həddən artıq aludəçiliyə və bunu
dost-tanış tərəfindən yaxşı qarşılanmadığına işarədir.
|
DOVŞAN | Yuxuda dovşan-bir qadınla
dostluq edəcəyinizə işarə sayılır. Əgər dovşan qaçırsa və arxasından
güllə atırsınızsa, bu- tez-tez aldadılacağınıza əlamətdir. Ovda dovşan
vurmaq-şad bir xəbərdən sonra kiçik bir kədərlə də qarşılaşacağınızı
göstərir.
|
DODAQ | Röyada qarşı cinsdən birinin dodaqlarını görən
qadın və ya kişi özünə ən uyğun olan həyat yoldaşı seçmiş və onunla
gözəl bir həyat yaşayacaq deməkdir. Yuxuda öz cinsinizdən birinin
dodaqlarını görmək-haqqınızda mənasız və pis söz-söhbət getdiyinə
yozulur.
|
DODAQ POMADASI | Yuxuda bir qadını dodağını və
ya yanağını boyadığını görmək-yaxın günlərdə gözəl bir surprizlə
qarşılaşacaqsınız.
|
DOLAB | Röyada dolab və ya qarderob almaq, yaxud
satmaq-bir evdən digər evə köçməyə işarədir. Qarderobun içi boşdursa,
lüzumlu bir iş üçün gözləniləndən də artıq pul sərf ediləcək. Dolab köhnə pal-paltarla dolu olarsa, qonaq gələcək. Paltaryeni və qəşəng görülərsə, röya sahibi dünya miqyasında şöhrətli bir adam olacaqdır.
|
DOLMA QƏLƏM | (avtoqələm) Dolma qələmlə yazı
yazmaq-peşədə, sənətdə uğur qazanacaq. Bu yuxu-evlənməmiş qadın üçün bir
dostu ilə onun qovğa edəcəyinə; ərli qadın üçün isə-məktubunun
itməsindən çox üzüləcəyinə yozulur.
|
DOLÇA | Etibarınızın geniş ölçüdə artacağına işarə
sayılır.
|
DONDURMA | yuxuda dondurma yemək-eşqdə
uğur qazanmağa işarədir. Dondurma almaq-maliyyə işlərində bic və ayıq
hərəkət etdiyinizə, yerində qərarlar verdiyinizə yozulur. Dondurma
satmaq-bir il ərzində işinizdə yüksələcəyinizi bildirir.
|
DONUZ | Röyada donuz görən adam fitnəkar, pis adamlarla
dostluq edir. Donuz öldürmək-günahkar bir adamın cəzasını vermək
deməkdir. Donuz əti yeyənin əlinə haram mal keçəcək. Özünü donuz olmuş
görən-xalq içində alçalar, donuza minən вЂ" var-dövlət qovuşar, düşmənini
məğlub edər.
|
DOST | Röyada dost görmək xeyrə
əlamətdir. Yuxuda dost qazanmaq-geçək həyatda da dost qazanılacağını
göstərir. Röyada bir dosta yaxşılıq etmək və ya bir dostunuzun sizə
yaxşılıq etməsi вЂ" geçək həyatda da bir dostunuza yardım edəcək və ya
dostunuzdan yardım görəcəksiniz. Bir dosta hədiyyə almaq-həyatınızın
vacib anlarında anılacaq, unudulmayacaqsınız.
|
DÖVLƏT BAŞÇISI | Röyada məmləkətinizin dövlət başçısını
görmək-ruziniz artacaq, evinizdə bolluq və bərəkət olacaq, işləriniz çox
düzgün gedəcəkdir.
|
DÖRD YOL AĞZI | Röyada dörd yolun birləşdiyi
bir nöqtədə durmaq-hər kəsin həyatında mühüm bir dönüş nöqtəsini və bu
dönüş nöqtəsinin seçiləcək istiqamətə görə yaxşı və ya pis olacağını
bildirir. Yola ağzında istiqamət göstəriciləri, yəni işarələr mövcudsa,
röya sahibi seçəcəyi yol üçün heç kəsdən nəsihət almayacaq, heç bir
yardıma ehtiyacı olamayacaq, doğru yolu ancaq özü arayıb tapacaqdır.
|
DÖŞƏK | Röyada döşək-kişinin ən yaxını olan arvadına
işarədir. Öz döşəyini satmaq-arvadı boşamağa, arvadı xəstə isə-onun
ölümünə yozulur. - Döşəyin üstündə donuz görmək-bədniyyət bir adam yuxu görənin arvadına qarşı xəyanətkar bir qəsddədir. - Döşək-röyada kişinin arvadına, qulluqçusuna, yaxud oynaşına işarə olub, o kişinin rahat həyat sürəcəyini bildirir. - Döşəyin yumşaq olduğunu görmək-röya sahibinin arvadı itaətkar və ciddi qadındır. - Döşəyin genişliyi-qadının yaradılış etibarilə gözəlliyinə; döşəyin təzə olması-qadının gəncliyinə və təzəliyinə, yəni bakirə olduğuna işarədir. - Döşək yundan, tükdən və ya pambıqdan olarsa, qadın mərifətli və dövlətlidir deməkdir. - Döşək ipəkdən və atlasdandırsa, qadının atəşpərəst olduğunu göstərir. Ağ döşək-qadının dindarlığına yozulur. Qara döşək-həyat yoldaşınız Uca Tanrının heç də razı olmadığı bir davranışda bulunmaqdadır.
|
DÖŞƏMƏ YOL | Röyada döşəmə yol
görmək-nəticəsi olmayan işlərin ardınca düşdüyünüzü və bu işləri
buraxmağın gərəkliyini göstərir. Döşəmə yolda minikdən düşmək isə
xeyirli bir xəbər anlamına gəlir.
|
DUA | Röyada özünüzü dua edərkən və ya ibadət
məqamında görmək-səhhətinizin çox yaxşı olacağını, həyatınızın səadət
içində keçəcəyini bildirir.
|
DUVAQ | Murada çatmaq.
|
DUEL | Yuxuda özünü dueldə dalaşan görmək-röya sahibi
uzaqgörən deyil, ətrafındakı təcrübəli adamların məsləhətlərinə qulaq
asması gərəkdir.
|
DUZ | Röyada duz-zəhmətsiz mala
işarədir. İki düşmən arasında duz görmək-o adamların barışmasını ifadə
edir. - Duz, eyni zamanda, bir şeylə məşğuliyyətə və xəstəliyə də əlamət sayılır. Bəyaz duz-xeyir və nemətdir. Çörəyi duza batırıb yeyən adam aza qane olar. Yuxuda duz tapmaq-sıxıntı və xəstəlik anlamına gəlir. - Duz, bəzən də, arvada, mala, uşağa, halal qazanca yozulur.
|
DURBİN | Röyada dubin-maraq göstərilən bir məsələnin
yaxın vaxtda aydınlaşacağını xəbər verir. - Durbinə tərs baxmaq isə, üzüntü yaradacaq bir hadisə olacağını bildirir. - Durbinin yerə düşüb qırılması-gözlənilməz bir xəbərə yozulur.
|
DURNA | Yuxuda durna görmək-gücsüz və
fəqir bir kimsəyə, toplantı və şirkət qurmağı sevən bir qrup adama
yozulur. Yuxusunda durna görən adam uzaq bir yerə yolculuğa (səfərə)
çıxar, qürbətdədirsə-vətəninə dönər. - Durnaya mindiyini görən adam yoxsullaşacaq. - Durna əti və tükü-kasıb bir kimsənin gəlirini ifadə edir.
|
DÜDÜK SƏSİ | (fit) Röyada düdük səsi eşitmək çeşidi biçimdə
yozulur Gözətçi fiti-gözlənilməz xəbər. Gəmi fiti-uzun bir yolculuq
həsrəti. Futbol hakiminin fiti-uğursuz cəhd. Fabrik fiti-bir işə uğurlu
cəhd. Qatar fiti-vətən həsrəti.
|
DÜYÜN | Bir işin yaxşı sonluqla həll
ediləcəyinə yozulur.
|
DÜKAN | Bir dükanda, ya da mağazada işlədiyinizi
görmək-rahat yaşayış imkanı təmin olunacaqdır.
|
DÜLGƏR | Ümumiyyətlə, xeyrə əlamət
sayılmır, pis xəbərə yozulur.
|
DÜMBƏLƏK | (kiçik təbil) Röya sahibinin şəxsi həyatda
yetərincə ciddi davranmadığına işarədir.
|
DÜŞƏRGƏ |