ƏBRİŞİM | (ipək sap) Varlılar üçün sərvətə, mala; orta hallılar və kasıblar üçün sıxıntıya və yoxluğa yozulur. |
ƏBUBƏKR | Yuxuda Əbubəkr həzrətlərini görmək-sağlam dini, dürüst əxlaqı, əliaşıq və yardım sevər bir adam olduğunuzu ifadə edir. |
ƏQİQ | (qiymətli daş) Sağlam və uzun ömrə işarədir. |
ƏQRƏB | Ümumiyyətlə, xeyrə yozulmur. Əqrəblə bağlı
çeşidləmələr bunlardırEvdə əqrəb görmək-hiyləgər və dələduz, üstəlik də,
cahil və tərbiyəsiz birisi tərəfindən yoldan çıxarıla bilərsiniz. - Əqrəb sancması-ən pis yozumlardan biridir, ölüm, ağır xəstəlik, faciəli qəza və bu kimi bəd hadisələrlə açıqlanır. - Əqrəbi yatağa, ya da divarda gəzən görmək-röya sahibinin yaxınlarından birinin başına fəlakət gələcəkdir. Əqrəb öldürmək-düşmənlə çətin bir mübarizəyə girişəcəksiniz. |
ƏDALƏTLİ OLMAQ | Röyada özünüzü ədalətli bir şəxs kimi görmək-hər cür fənalıqlardan, pisliklərdən təmizlənmiş olduğunuza işarədir. |
ƏDƏBİYYAT | Röyada ədəbiyyatla məşğul olmaq-yuxu görənin incə
ruhlu və duyğulu bir adam olduğuna, işlərində uğur qazanacağına işarədir. |
ƏJDAHA | yuxuda əjdaha və ya buna bənzər qorxunc heyvan görmək-düşmənin öhdəsindən gələ bilmək anlamındadır. |
ƏZVAY | (aloe) |
AĞACI | Bu röyanı görən adam çox varlı olur. |
ƏZAN | Röyada məsciddə əzan çəkmək-həcc ziyarətinə
getməyə müqtədir olacaqsınız. Təsadüfi bir yerdə əzan oxumaq-mal və pul
itkisinə uğrayacaqsınız.
- Qonşunun damı üstündə əzan oxumaq-yaxın bir adamınızdan pislik görəcəksiniz. - Çarşı və ya bazarda əzan çəkmək-yoxsulluğa düşəcəksiniz. - Qadını əzan çəkməsi-ailə həyatında narazılığa yozulur. Mehrabda əzan çəkmək-səyahətə çıxmağa və sağ-salamat qayıtmağa işarədir. - Hər hansı bir nəqliyyat vasitəsilə gedərkən əzan çəkmək-səfərə çıxacaqsınız. - Gəmidə əzan çəkmək-iş yerində imkan yaranacaq və müşkülləriniz öz həllini tapacaqdır. |
ƏZMƏK | Röyada hər hansı bir şeyi ayaqla və ya əllə əzmək – düşmənlərə üstün gələcəyinizə yozulur. |
ƏZRAYIL | Böyük və uca mələklərdən olan Əzrayılı röyada
mehriban, gülərüz görmək-yuxunu görən adam şəhadət və imanla vəfat
edəcək.
- Əzrayıl hirsli görülərsə-röya sahibi tövbə etmədən öləcəkdir. - Əzrayıl ilə görüşmək, ya da ona qalib gəlmək-xəstəlikdən qurtarmağa yozulur. - Əzrayılı normal halda görmək-yuxu görənin Böyük Allahın sevimli və sadiq qulu olmasına, məqsədinə çatacağına, xeyirxah və yardım sevər adam olduğuna işarədir. Röyada - Əzrayılın əlini öpən adam mirasa çatacaq. - Əzrayılın sifətinin dəyişdiyini görmək-yuxu sahibinin xalq içində qədr-qiymətli, nüfuzlu olduğuna yozulur. Bu yuxunu görən xəstədirsə, öləcək. |
ƏYİLMƏK | Yuxuda bir adamın özünü əyilən, donqarlanan görməsi xeyrə yozulur, işləri yaxın vaxtlarda və gözlənilməyən bir şəkildə düzələcəyi anlamına gəlir. |
ƏYYUB | Röyada Əyyub peyğəmbəri görmək-qayğıya, narahatlığa, zəhmətə, xəstəliyə, yoxsulluğa və ehtiyaca yozulur. Bu sıxıntılara səbrlə qatlaşa bilsəniz, durumunuz düzələcək, əmin-amanlığa və xeyrə qovuşacaqsınız. |
ƏYLƏNCƏ | Röyada bir əyləncədə olmaq-böyük bir sevincdən sonra təkrar əvvəlki halınıza dönəcəyinizi bildirir. |
ƏKİZLƏR | Röyada əkiz övladı olduğunu görmək-işinizdə orta səviyyəli uğur qazanacaq, orta səviyyəli bir həyat tərzi keçirəcəksiniz. |
ƏKMƏK | (çörək)Yuxuda çörək yemək-xeyir və gözəlliklərlə dolu bir röya olaraq yozulur, yaxın zamanda istəkləriniz hasil olacaq deməkdir. Çörək kəsmək-ümidlərin boşa çıxacağına yozulur. |
ƏKMƏKÇİ | (çörəkçi)Röyada çörək satan görmək-ayağınızın altını eşən, sizə quyu qazmağa çalışan düşmənləriniz var. |
ƏKMƏK ÇEYNƏMƏK | Şəxsi həyatınızın iztirablar içində keçməkdə olduğuna işarədir. |
ƏKMƏK QABIĞI | Röyada çörək qabığı görmək və ya yemək xəfif bir kədərə və sıxıntıya yozulur. |
ƏL | Röyada gözəl əllər
görmək-sənətin bir sahəsində uğur qazanacaqsınız. Qüvvətli və qüdrətli
əllər-siyasətdə, idmanda, sənayə sahəsində uğurlar qazanacaq və böyük
mövqelərə yüksələcəksiniz.
- Röyada görülən əllər röya sahibini qınayırsa, günahlandırırsa, o, bir müddət öncə xətrinə dəymiş olduğu həqiqi bir dostuyla dil tapmalı, barışmalıdır. - Röyada görülən əl yuxu sahibinə qarşı öyücü, təqdiredici işarələr edirsə, o adam şan-şöhrətə çatacaq, çalışdığı firma, yaxud rəhbəri tərəfindən təqdir ediləcək vəzifədə irəli çəkiləcəkdir. - Əllərinizi çirkin görmək-irəlidə çətinliklərlə qarşılaşacaq, lakin bu çətinlikləri zəkanızla yenərək zəfərə qovuşacaqsınız. Kəsik əllərə sahib olmaq – xəstəliyə tutulacaqsınız. - Əl yaxalamaq (yumaq) – eqois həyat tərzinə yozulur. İri və qüvvətli əllərə sahib olmaq-yaxınlarınızı məmnun edəcək dərəcədə çalışmadığınıza işarədir. - Röyada əlləri və barmaqları itirmək-bir müddət işləriniz tərs gedəcəkdir. - Qadının öz əllərini biləkdən qopmuş halda görməsi-evlənmə anlamına gəlir. |
ƏL ARABASI | Yuxuda əl arabası görənin, ya da onun yaxınlarından birinin səhhəti pozulacaq. |
ƏL QANDALI | Yuxuda əlinə qanda və ya zəncir vurulduğunu görmək-xeyrə yozulmur, məhkəmədə işi uduzmaq kimi mənalandırılır. |
ƏL YAZISI | Yuxuda çətin oxunan, qarma-qarışıq əl yazısı
görmək-yol göstərməli olduğunuz adamlara məramınızı yetərincə anlada
bilmirsiniz.
- Divarda və ya qara taxtada əllə yazılmış yazılar görmək-yaşayış intizamınızda dəyişiklik olacaqdır. - Göydə tüstüylə yazılmış yazı görmək-gerçəkləşmək ehtimalı olmayan bir sıra fantastik istəklərdən və xəyallardan vaz keçməyiniz gərəkdir. - Qabiliyyətiniz və imkanınız çatan, praktik nəticəsi olan işlərlə məşğul olmalısınız. |
ƏLƏK | Röyada ələk görmək və ya ələkdə un ələmək-əsli və əsası olmayan işlərlə həddən artıq məşğul olduğunuza və bu xasiyyətdən vaz keçməyin gərəkliyinə işarə sayılır. |
ƏLİ ƏBU TALİB | (Həzrət Əli)Röyada Həzrəti Əlini görmək ən xeyirli yozumlarla açıqlanır. Böyük bir müjdə və fərəhdən xəbər verir. Həzrəti Əlini evində görmək-yuxu görəni xeyirxah, yaxşı adam olduğuna və yaxın zamanda ummadığı, gözləmədiyi bir yerdə böyük yaxşılıq görəcəyinə yozulur. Yuxuda Həzrəti Əlini Qurani-Kərim oxuyarkən görəni çocuqları dərslərinədə böyük uğurlar qazanacaqdır. |
ƏLYAZMA | Gözləmədiyiniz birisindən maddi yardım alacaqsınız. |
ƏLSİLƏN DƏSMAL | Mənəvi təmizliyə işarədir. |
ƏLÜZYUYAN | Röyada əlüzyuyan görən adamın təmizliyi ifrat dərəcədədir və bu, onun çevrəsindəki adamların rahatlığını pozmaqdadır. |
ƏLCƏK | Sevincə və nəşəyə yozulur. Yırtıq əlcək-kədərə və üzüntüyə işarədir. Əlcək almaq-bir dostunuz tərəfindən ziyafətə dəvət ediləcəksiniz. Əlcək geymiş çoxlu adam görmək-tutduğunuz bir pisliyin cəzasını gec-tez çəkəcəksiniz. |
ƏMƏKÖMƏCİ | Yaxın gələcəkdə gözəl, ürəkaçan bir olayla qarşılaşacaqsınız. |
ƏNGƏL | (maneə) Divar, qapı, sədd, uçurum və ya hündür bir yer kimi aşılması çətin olan maneə görmək-röya sahibinin ən böyük istək və məqsədinə çatması deməkdir, bir çox çətinliklərə uğrayacaq, lakin sonda uğur qazanacaqdır. |
ƏNGİNAR | Ömrünüzü unutqanlıqla keçirib, işlərinizdə uğur qazana bilməyəcəyinizə yozulur. Ənginar bişmişsə, bir fəlakət xəbəri var deməkdir. |
ƏNCİR | Yuxuda təzə əncir yemək-xoş bir röya olub sevinc,
evlənmək, rahatlıq və var-dövlətlə yozulur.
- Mövsümü keçdikdən sonra əncir yemək-qəmə-qayğıya və yoxsulluğunuza işarədir. - Quru əncir-sərvətin artacağını; əncir ağacı-mənfəətli, lakin çox sərt və qəddar var-dövlət sahibi olan adamı ifadə edir. - Röyada əncir yemək-xoş bir eşq macərasına da yozula bilir. |
ƏRİŞTƏ | Röyada əriştə şorbası içmək-mədənizin çox sağlam olduğunu xəbər verir. |
ƏRZAQ | Ərzaqla ilgili röyalar, bu cür yuxu görəni boğazını otardığına, gödən qulu olduğuna və bu səbəbdən də mədə rahatsızlığı keçirəcəyinə işarə sayılır. |
ƏSİR | Röyada əsir düşmək-başqasının malına göz dikməyə, borcunu inkar etməyə, yaxud ailə həyatında bədbəxtliyə işarədir. |
ƏSGƏR | Xeyrə yozulur. Böyük bir fürsət və imkana işarə sayılır. |
ƏSHABİ | KİRAM (möhtərəm adamlar) Röyada Əshabi-kiramı görmək, Həzrəti Peyğəmbər əfəndimizin yaxınında bulunmaq – dinə bağlı olmağa, sünnəti-şəriflərin yolunu tutmağa və düşmənə üstün gəlməyə yozulur. |
ƏT | Yuxuda ət yemək yaxşı yuxulardan hesab olunur. İnsan əti yemək-çox fəna bir dedi-qoduya; qoyun əti-xəstəliyə və ya fəlakətə; quş əti isə-hansısa bir məqsədə, həvəsə yozulur. |
ƏTİR | (cövhər) Röyada gözəl ətirlərlə
ətirlənmək yaxın bir səadətdən xəbər verir.
- Cövhər və ya gözəl ətir almaq-röya sahibini sevən birisi daima onu düşünməkdədir. - Ətir almaq-evlənməyə də yozulur. - Yuxuda ətir görmək, evlilər üçün xoşbəxtlik və uğur anlamındadır. |
ƏTİRŞAH | Röyada ətirşah çiçəyi görmək-mənəvi çirkablardan
təmizlənərək normal yaşayışa başlamaq barədə gəldiyiniz qərarın doğru və yerində olduğunu göstərir. |
ƏFƏ | (igid, qoçaq) Mərdlik və igidlik kimi yozulur. Əgər əfə zeybək oyunu oynayırsa, yaxın günlərdə röya görənin başında bir toy-düyün, şənlik qurulacaqdır. |
ƏFLATUN | (bənövşəyi rəng) Xeyrə yozulmur, bir rahatsızlıq olacağını xəbər verir. |
ƏHVALİ-RUHİYYƏ | Röyada gözəl və nikbin bir əhvalda olmaq-həyatda bir çox sürprizlərlə qarşılaşacaqsınız. |
ƏCƏMİLİK | Röyada əcəmicə bir iş tutulması, yəni naşı bir hərəkətə yol verilməsi-yuxu görənin fərəhli günlər ərəfəsində olduğuna yozulur. |
ƏCZA | (dərman) Bir könül macərasının başlanğıcı kimi yozulur. |
ƏCZAXANA | Yuxuda əczaxanaya girib dərman alan kişini əbəs yerə qınayacaqlar, yanlış suçlamaya məruz qalacaq. Gənc qadın üçün bu yuxu-yad kişilərlə dostluq etməyin zərərli olduğuna; yaşlı qadın üçün isə yüngül bir rahatsızlıqdan sonra halının yaxşılaşacağına yozulur. |
ƏCNƏBİ | Röyada başqa irqdən olan yad
dilli yabancı görmək-çeşidli yozumlarla açıqlanır
- Ətrafınızdakılar davranışınıza yanlış qiymət verməkdədir; Nəzərdə tutmadığınız bir səfərə çıxa bilərsiniz; Məmursunuzsa, çox yaxında bir işə təyin edilə bilərsiniz; Ailənizdən birisinin xoşbəxtliyini və toyunu görəcəksiniz; - Şagird, yaxud tələbəsinizsə, kursu başa vurmaq imkanınız olacaq. - Gənc qızlar üçün bu cür röya xeyirli qismətə, bəxtə yozulur. |
ƏŞYA GÖNDƏRMƏK | Röyada harasa bir şey göndərmək-yuxu sahibi davranışını, hərəkətlərini məqbul ölçülərə uyğunlaşdırmalıdır. |