HABİL | Habil Adəm əleyhissəlamın oğlu
olub, qardaşı Qabil tərəfindən Şamda, Cebel Fasyon deyilən yerdə, bir
mağara öldürülmüşdür. - Röyada Habili görmək-yuxu sahibinə həsəd və kin bəslənəcəyinə, düşməndən ona bir pislik və bədbaxlıq yetişəcəyinə yozulur. Bəzən də adam suçsuz yerə öldürülür, yaxud zalım bir kimsədən ona zərər toxunur. -
Habili yuxuda görmək, eyni zamanda, Allah-təalaya itaət etmək kimi yozulur, lakin röya sahibinin dost deyə tanıdıqlarından çəkinməsi, çox diqqətli olması gərəkdir. |
HAYQIRMAQ | Röyada bir topluluğa hayqırdığını görən adam
sərvətə qovuşacaq, baxtı açılacaq. - Röyada hayqırmaq-bir fitnəni, ya da xəstəliyi ifadə edir. - Yuxuda yalqızca, təkcə bağıran adamın çılğınlığı get-gedə sozalar, qüvvəti zəifləyər.
|
HAZIRCAVABLIQ | Röyada hazırcavablıq etmək və
ya hazırcavab bir adamın söhbətini dinləmək-xeyir xəbər alacağınıza
işarə sayılır.
|
HAVA | Açıq və sakit havada gəzmək-hər kəsin dostluğunu,
sayğısını qazanaraq düşmənlə də dost olmağa, itmiş bir əşyanın
tapılacağına, işlərin qaydasında getməsinə işarədir. - Yuxuda buludlu, sıxıntılı və dumanlı hava görmək-qayğıya, sıxıntıya və ələmə yozulur. İlk baharın ilıq havasını görmək-rahatlığa, yaxşı yaşamağa, bütün işlərdə ağıllı hərəkət edərək uğurlar qazanmağa əlamətdir. - Röyada yer ilə göy arasında ayaq üstə durduğunu görmək-hökmdar tərəfindən qısa sürən şərəf və etibara layiq görüləcəksiniz. - Yuxuda açıq hava şəraitində torpaq üzərində gəzdiyini görən adam böyük şərəf və halal mal sahibi olacaq. Yalançı və təkəbbürlü adamın belə yuxu görməsi heç bir məna ifadə eləmir. - Özünü yerlə göy arasında görən kimsənin qəlbi doludur, lakin nə iş görəcəyini bilmir. - Röyada havadan yerə düşdüyünü görən adam vəzifəsindən, rütbəsindən məhrum olacaq, əgər vəzifə adamı deyilsə, istədiyinə nail ola bilməyəcəkdir. Havanı saf və bərraq (açıq, şəffaf) görmək-aydın havaya ehtiyac bulunduğundan səfərə çıxmağa hazırlaşan adam üçün bu röya xeyrə yozulmur. - Hava insan istəkləri olaraq yozulur. - Özünü göylə yer arasında ayaq üstə durub danışan görmək-xeyrə, xoşbəxtliyə, var-dövlətə yozulur. - Açıq havada bina tikmək, yaxud çadır qurmaq-röya sahibi xəstədirsə, bu yuxunun mənası onun ölümünə işarədir. - Röya sahibi dənizdədirsə, o gəmi batacaq. - Havada uçmaq-dənizdə və ya quruda səyahətə çıxmağa işarədir. - Havada qanadlanıb uçduğunu görən adam bu röya qüvvətli və açıq şeyi ifadə edir, bəzən də alacağı mala və sərmayəyə, sayəsində səfərə çıxacaq hökmdara, gəmisinin yeni və möhkəm olduğuna işarə sayılır. - Havada qanadsız uçduğunu görmək-quruda və dənizdə səyahət anlamındadır. - Göy üzü görünməyəcək dərəcədə hava qaranlıq görünərsə-röya sahibinin başqanla və ya öz rəhbəriylə arası pozulacaq. Rəhəbəri və ya başqanı yoxsa-gözləri kor olacaq.
|
HAKİM | Bir hakimi haqsızlıq və zülm
edən görmək-o şəhər əhalisinin ölçüdə-çəkidə bir-birilərini aldatdığını,
düzgünlüyün gözlənmədiyini göstərir. Şikayətlə hakimə müraciət etmək və hakimi bu şikayəti ədalətlə, insafla yoluna qoyması-röya sahibi düşməndən haqqını tamamilə ala biləcəkdir. Bu röyanı görən zərərdədirsə, yaxud məğlub olandırsa-üzüntülərinə son qoyulacaq. əgər hakim ədalətli qərar çıxarmazsa, röya sahibi düşmənindən haqqını tamamilə ala bilməyəcəkdir. - Röyada özünü hakim və ya namuslu bir bilgin (alim) donunda görmək-şöhrətə, bərəkətə, xoşbəxtliyə qovuşacaqsınız. Müsafir bu cür yuxu görərsə, yolu bağlanacaq. - Röyada hakimin üzünü xoşbəxt və gülər görmək-şikayət və tələbiniz xoş sonluqla bitəcəkdir. -
Hakimin oturduğu yeri, onun kürsüsünü
görmək-fəryad və fəğana, düşmənçiliyə işarədir. Bu röyanı görən xəstənin
ağrıları şiddətlənəcək. Xəstə adam hakimi onun xeyrinə hökm çıxaran
görərsə, bu yuxu onun vəfat edəcəyinə işarə sayılır. |
HALVA | Röyada halva görmək-məhbusun qurtuluşuna,
səfərdəki adamın sağ-salamat geri döməcəyinə, xəstənin şəfa bulacağına, subayların evlənəcəyinə, təzə doğulmuş övlada, yaxşı qulluqçulara, halal ruziyə yozulur.
|
HAMAM | Röyada görülən hamam və hamam
sobası-qayğıya, tasaya işarədir. - Hamama girmək, hamamda olmaq da sıxıntı anlamındadır. - Hamamda yuyunub yaxalanmaq-borcdan qurtarmaqdır. Suyun istiliyi-xəstəliyə, tabsızlığa; su-sağlamlığa, işlərin öz qaydasında getməsinə yozulur.
|
HAMİLƏLİK | (uşağa qalmaq) Yuxuda özünün və ya başqasının
hamilə olduğunu görən qadın gühan iş tutacaq. Qız xeylağı belə yuxu
görərsə-haqqında dedi-qodular çıxacaqdır. - Yuxuda doğmaq-günahlardan və hər cür pisliklərdən sıyrılıb təmizlənməyə yozulur.
|
HARUN ƏLEYHİSSƏLAM | Röyada Harun peyğəmbəri görən
adam bir kimsəyə vəkillik edəcək, onun ucbatından başı müsibət və bəla
çəkəcək, lakin sonunda xeyrə qovuşacaqdır. Yaxud qəddar və zalım adamlar
onun qarşısında qəhr olacaqdır. Səfərə çıxmaq istəyənlər üçün yuxuda
Harun peyğəmbəri görmək-qələbəyə, bol ruziyə yozulur.
|
HAFİZ | (Quranı əzbərdən bilən adam)Röyada bir hafizi
Quran oxuyarkən görən adam muradına çatacaq deməkdir.
|
HACI OLMAQ | Röyada özünü hacı olmuş
görmək-əlinizə böyük miqdarda pul keçəcəyinə, yaxud isti məmələkətlərə
səyahətə çıxacağınıza yozulur.
|
HEBƏ | İki qardaşa, ər-arvada, iki uşağa və ya iki
günüyə işarədir. Bir kimsə yanında heybə olduğunu, heybə satın aldığını
və ya ona heybə hədiyyə edildiyini görərsə, bu yuxu-səfəri, üzüntü və
kədərdən uzaqlaşmağı ifadə edir.
|
HEYVA | Yuxuda heyva görməyin çeşidli
yozumları var. Başlıca yozumlar bunlardırxəstəlikdən, şəfa tapmaq,
səfərə çıxmaq, doğum, işdə uğur, yeni dostlar, qazanc.
|
HEYVAN QIRXMAQ | Röyada heyvan qırxan adam görmək-pisliyə,
düşmənçiliyə, israfa işarədir.
|
HEYKƏL | Qara-qorxudan qurtulmağa,
düşmənə qalib gəlməyə, övlada, həyat yoldaşına və mənfəətə işarə
sayılır. - Röyada xristian kilsəsində heykəl görmək-İncili ifadə edir.
|
HEYRANLIQ | Yuxuda hamının sizə heyran olduğunu və ya
heyranlıqla sizdən danışdığını görmək-sevgilinizin, əgər sevgiliniz
yoxsa, həyatda özünüzə ən yaxın bildiyiniz bir kimsənin sizə gerçəkdən
sadiq və səmimi olaraq bağlı olduğu anlamına gəlir.
|
HEYRƏT ETMƏK | Yuxuda heyrətlənmək, yaxud
şaşırdıcı bir duruma düşmək-anadangəlmə sahib olduğunuz yetənək və
məziyyətlər sayəsində hər cür çətin durumdan çıxa biləcəyinizi göstərir.
|
HEKAYƏÇİ | (nağılçı) Gecələr, xüsusən də qış günlərində
dastan və hekayətlər söyləyən birisini yuxuda görmək-tərbiyə və ədəbə
dəvət etməklə insanları bir-biriylə barışdıran adama işarədir.
|
HEROQLİF YAZISI | Röyada əski misirlilərin
heroqlif yazılarını görmək-bütün hərəkətləriniz normal və məntiqli
olduğuna, təbiət qanunlarına zidd heç bir davranışda bulunmadığınıza
işarədir.
|
HESAB | (haqq-hesab kağızı) Hər hansı bir yerdən haqq
hesab kağızı almaq, ödəmək, yaxud bu səbəbdən üzülmək-gənc oğlan
üçün-unudulub getmiş üzüntülərin təkrar meydana çıxmasına; yaşlı adam
üçün-yaxınlarından birinin itkisinə; gənc qız üçün yoxsul birisiylə
evlənməyə; qadın üçün-puldan korluq çəkəcəyinə yozulur.
|
HƏBƏŞ | Yuxuda həbəş, efiopiyalı
görmək-bəzi xoşagəlməz xəbərlər alacağınıza yozulur.
|
HƏBS | Röyada həbs olunduğunu görmək-çevrənizin
düşmənlər tərəfindən fəna halda sarıldığına və diqqətli olmağın
gərəkliyinə işarədir. Həbsxana yuxusu isə xoş xəbər müjdəçisi kimi
yozulur.
|
HƏVƏNGDƏSTƏ | Həyata keçməyi mümkün olmayan
işlərə yozulur. Eyni zamanda, şərəf və ucalığı, oxuyan uçağı, sadist
qadınları, musiqiçiləri, yaxud da çox danışan gəvəzə xidmətçini ifadə
edir.
|
HƏDİYYƏ | Sərvət dəyişikliyinə işarədir. Tanıdığınız kiçik
bir uşaqdan hədiyyə almaq-fitnə və fəsada; hədiyyə vermək-sıxıntı və
pisliyə yozulur. - Hədiyyə-fərəh və rahatlıq işarədir. Hədiyyə-sevgi rəmzidir. - Hədiyyə-birisiylə evlənmək üçün anlaşma baxımından ən gözəl sevgiyə işarədir. - Yuxuda sizə bir tabaq təzə meyvə göndərilərsə-qızınıza adaxlı tapılaçaq, qızınız yoxsa-hədiyyə göndərən adamla aranızda yaranacaq sevgiyə, səmimiyyətə işarə sayılır.
|
HƏDİS | Röyada hədisi-şərif
oxumaq-islam baxımından çox böyük xeyrə, axirətdə Həzrəti Peyğəmbər
əfəndimizin himayəsinə qovuşacağına dəlil olaraq qəbul edilir.
|
HƏZM | (sinirmək) Yuxuda yediyiniz yeməyi həzm etmək,
sinirmək-sənətinizdə diqqətli və çalışqansınız. Yeməyi tamam sinirmək –
hər cür qorxudan qurtarmağa və hər işdə nəşəli və sevincli olmağa
yozulur.
|
HƏKİM | Röyada xəstənin evinə həkim
gəldiyini görmək-o xəstənin yaxşılaşacağı, lakin röya sahibinin
xəstələnəcəyi şəklində yozulur.
|
HƏLLAC | (pambıq əyirən) Röyada həllac görənin işi daima
yoldadır.
|
HƏMAYİL | (tilsim) Röyada boynunuzdan bir
həmayil asıldığını görmək-xeyir xəbər eşidəcəksiniz.
|
HƏRARƏT | (istilik)Nəşəli və sevincli adamların röyada hiss
etdikləri hərarət, zəiflik zəbunluq kimi hallar onların rəqibləriylə
danışmağa, bəhsləşmədə zəifliyinə və qorxaqlığına; çətinlik və sıxıntı
içində olanların isə rahatlığına dəlalət edir.
|
HƏRƏMXANA | Röyada özünün hərəmxanada
olduğunu və ya hərəmxana qurduğunu görən qadın, yaxud kişi ailə
həyatında xoşbəxt olmayacaqdır. Belə röya görənlər həm özlərini, həm
başqalarını bədbəxt etməmək üçün yüz ölçüb-bir biçməli, sonra evlənməyə
qərar verməlidir.
|
HƏSƏD | Röyada birinə var-dövləti, dostları, sosial
durumu, xoşbəxtliyi və ya hər hansı bir səbəbdən dolayı həsədlə
baxmaq-tam tərsinə yozulur, yəni o röyanı görən adamlar yaradılış
etibarı ilə, zərrə qədər də olsa, həsəd deyilən hiss yoxdur və yuxuda
həsədlə baxdığı şeylər onun özündə də artıqlamasıyla mövcuddur.
|
HƏSİR | Peşmanlıq gətirəcək bir
davranışa işarə sayılır.
|
HƏCC | Röyada həccə getmək-iş və ya məmuriyyət həyatında
böyük irəliləyişlər qazanacağınıza, yoxsulsunuzsa-zəngin olacağınıza,
zənginsinizsə-sərvətinizin daha da artacağına işarədir. Həccə getmək istədiyiniz halda, buna müvəffəq olmamaq-əməl və arzularınıza uzun müddət nail ola bilməyəcəksiniz deməkdir.
|
HƏŞƏRAT | Həşərat görmək yaxşı yuxulardan
sayılmır. - Qarışqa-gəvəzə və çox gəzən adamlardan toxunacaq xətəri; arı-yüksək və zəngin dostlardan birinin qaba davranışını; - ağcaqanad-amansız bir düşməni göstərir. Eşşəkarısı da bu cür yozulur. - At çibini-saxtakar bir yoldaşa işarədir. - Digər milçək və böcəklər də yaxşı şeyə əlamət hesab olunmur. - Kəpənək-abdal və saf qəlbli dost-yoldaş kimi yozulur.
|
HƏŞİŞ ÇƏKMƏK | Xeyrə yozulmayan röyalardandır.
|
HİDDƏT | Yuxuda
hiddətlənmək-süründürülən bir işin sona yetəcəyini xəbər verir.
|
HİYLƏ | Röyada hiyləyə uğramaq və ya hiyləgər bir adamla
qarşılaşmaq-aldanmamaq üçün öz işlərinizdə daha diqqətli olmanız
gərəkdir. Yuxuda bir başqasına hiylə gəlmək-röya sahibi şübhə etdiyi bir dostu tərəfindən aldadılacaq və ya söz qandırılıb yoldan çıxarılacaqdır.
|
HİMAYƏ | Röyada birisini himayə
etmək-bir qadının sevgisini qazanacaq və ya mirasa qovuşacaqdır.
|
HİND QUŞU | Hind quşunu satın və ya hədiyyə olaraq almaq-çox
xeyirli yuxudur. Bir müddət hər işdə bəxtinizin gətirəcəyinə yozulur. - Hinduşka yemək, hinduşka qonaqlığında bulumaq yaxşı yuxu hesab edilmir, iş həyatında ümidsizliyə uğramaq kimi mənalandırılır.
|
HİND CEVİZİ | Hind cevizinin ağacını röyada
görmək-uzaqdan bir xəbər alacaqsınız. - Hind cevizi almaq-cəsarətlə hərəkət etdiyiniz bir işdə uğursuzluğa uğrayacaqsınız. - Hind cevizindən hazırlanmış şirin əzmə yemək-fırıldaqla, əyri yolla pul əldə etməyə yozulur.
|
HİNDU | Həyatınızda bir dəfə də olsa, Şərqə səyahətə
çıxacağınıza işarədir.
|
HİPNOZÇULUQ | Röyada bir hipnoz nömrəsini və
ya özünüzün hipnoz edildiyinizi görmək-başınıza çeşidli işlər gələcək və
bunlar sizi çaşdıracaq, çətin durumlara salacaqdır. Hörmətdən düşə və
etibarınızı itirə bilərsiniz.
|
HİRS | (qəzəb) Röyada hirslənmək-yaxınlaşmaqda olan bir
üzüntünü səssiz-səmirsiz aradan qaldıra biləcəksiniz.
|
HIRXA | (arxalıq) Yuxuda hırxa
(arxalıq) geymək-işlərinizdə irəliləyişə nail olacaqsınız.
|
HOVUZ | Röyada içi suyla dolu gözəl bir hovuz
görmək-əlinizə böyük miqdarda pul gələcək və bununla daha da varlıqlı
bir ömür sürəcəksiniz. Şəklinin hovuzda əks olunması-evli olmayan qadın
və ya kişi üçün bu röya ailələrinin qəbul etməyəcəyi bir izdivaca
yozulur. - Röya sahibi evli isə, həyat yoldaşı başqası ilə eşq macərasındadır. - Hovuzun suyu soyulmuşsa-son ümidin də boşa çıxacağını göstərir. - Hovuzun üstünü çiçəklərlə bəzənmiş və süslü görmək-qara-qorxudan qurtulmağa işarədir. - Hovuzda qırmızı balıq üzdüyünü görmək-xarici səfərə yozulur.
|
HOQQABAZ | Röyada heyrətamiz nömrələr
göstərən hoqqabaz görmək-bədniyyət və məlun düşüncəli düşmənlərinizi
alt-üst edəcəyinizi göstərir.
|
HÖKM | Məhkəmədə mühakimə olunduğunu yuxuda görmək-bir
çox faydalı biliklər əldə edərək qüvvtlənəcəyinizi göstərir. Öz günahı
ucbatından məhkum olunmuş bir adam görəmək-röya sahibi dost bildiyi
bədniyyət birisinin üzündən üzüntüyə və əzablara düşəcəkdir.
|
HÖKMDAR | Bu yuxu hökmdarın görünüş
şəklinə görə yozulur. - Əgər hökmdar gülərüzlü isə xeyrə və mənfəətə; hirsli və qaraqabaqdırsa-zərərə və şərə işarə sayılır. - Hökmdarı at üstündə görmək – şan-şöhrətinizin artacağını xəbər verir.
|
HÖRÜMÇƏK | Yuxuda hörümçək görmək-asi bir qadına işarədir. - Hörümçək-hiyləgər, zəif və tənbəl bir adam anlamındadır.
|
HÖRÜMÇƏK TORU | Röyada hörümçək toru
görmək-cavan oğlan üçün bu yuxu-onun bütün işlərini alt-üst edən düşmənə
və bu düşməni axtarıb-öyrənmədən işlərinin düz gətirməyəcəyinə yozulur. - Yetkin yaşda kişilər üçün bu röya-uğura; qadınlar üçün-bir qəribinin sevgilisiylə arasını vuracağına; yaşlı qadınlar üçün – maliyyə-pul baxımından sıxıntılı duruma düşəcəyinə işarə sayılır.
|
HÜZN | Röyada məhzun olmaq, qəm-qüssə çəkmək-günahları
üçün tövbəyə və ya eşqə yozulur.
|
HÜRKMƏK | (qorxmaq) Mədə rahatsızlığına
yozulur.
|
HÜCRƏ | Röyada bir həbsxana hücrəsi görmək-tək-tənha və
səssiz bir həyat sürəcəyinizə işarədir. - Həbsxanada olanlar üçün bu röya-səbirli olduqları təqdirdə onların yaxın zamanlarda azadlığa çıxacağını göstərir.
|
HÜCUM ETMƏK | Bir adamın yuxuda düşmənindən qaçdıqdan sonra dönüb ona hücum etməsi-röya sahibinin düşmənlərinə qalib gələcəyini göstərir. Başqa yozumlara görə, bu yuxu-peşmanlığa, tövbəyə və xeyrə də yozula bilir. |