KABAB | Röyada kabab görmək-ruzi,
güzəran müjdəsidir. - Bişməmiş kabab-röya sahibinin çocuğu tərəfindən gələcək bir tasaya, üzüntüyə yozulur. - Qızarmış yağlı quzu kababı-çoxlu var-dövlətə; quzu arıqdırsa-az mala, sıxıntı və çətinliklə əldə ediləcək ruziyə işarədir. - Yuxuda quzu kababı yemək-övladının qazanc və mənfəətindən röya sahibinin güzəranı yaxşılaşacaq. Sığır kababı-qorxaq adam üçün əmniyyət , iman; hamilə qadın üçün-oğlan uşağı ilə müjdələnir. - Mal və dana ətindən kabab-ucuzluğa və bolluğa işarədir. - Oğlaq kababı-oğlan uşağını ifadə edir. - Erkək dəvə ətindən kabab yeyən adamın oğlu olacaq. - Dəvənin budlarından tutulmuş kabab-röya sahibinin qüvvətli və qüdrətli olacağına, ölüm təhlükəsindən qurtulacağına yozulur. - Quş ətindən kabab yemək-bir qadından hiylə və fitnəylə gələcək haram mala; yetkinləşməmiş quş ətindən kabab yemək isə o qadının şərəfli, hörmətli olacağına, eyni zamanda, zülmə, zəhmət və çətinliklə əldə ediləcək mala yozulur. - Bütün heyvanların bud ətindən tutulmuş kabab-sıxıntıya, qəmə, kədərə və qadına işarədir. - Kabab satın almaq-bir nəfəri pulla tutub öz işinizi gördürəcəksiniz. - Dişi qoyun ətindən kabab yemək-röya sahibinin arvadı, anası, yaxud ailə üzvlərindən biri xəstələnəcəkdir.
|
KABARE | Birisinin röyada kabareyə getdiyini
görməsi-röya sahibinin mənasız bir məsələ üstündə yaxın dostu ilə arası
dəyəcək, münasibətləri pozulacaq.
|
KAĞIZ | Röyada insanın kağıza yazı
yazması-bir şeyi aşkar etməyə işarə sayılır. - Yuxuda kağız, bəzi yozumlara görə, üzüntülü, kədərli adamı, yaxud hidayətə yetən və ya üzüntüdən, kədərdən qurtulan kimsəni ifadə edir. - Bir adam röyasında əlində kağız görərsə, onun ehtiyacı təmin ediləcək, işi görüləcək. - Kağızçılıqla məşğul olan adamı yuxuda görmək-insanlara hiylə öyrədən və ya hiyləgərliyə yardım edən kimsələrə işarədir.
|
KADAYIF | (qənnadı növü)Xoş xəbərə, toy-düyünə yozulur.
|
KAZİNO | Röyada bir kazinoda oturub
əylənmək-bütün cəhdlərə baxmayaraq, ruhi və mənəvi rahatlığı saxlamağın
mümkünsüzlüyünə yozulur. - Kazinoda dava-dalaş salmaq da yaxşı röya sayılmır.
|
KAYUT | Röyada gəmi kayutu görmək-dost zənn etdiyiniz
bir adamdan gözləmədiyiniz halda xəyanət görəcəksiniz. - Kayut xidmətçisi-yoxsul adam üçün bu röya var-dövlətə yozulur.
|
KAMANÇA | Kamança ilə ilgili yuxular
işlərinizdə tələsmək lazım olduğunu göstərir.
|
KAMELİYA ÇİÇƏYİ | Uğurlu bir eşq macərasının xəbərçisi kimi
yozulur.
|
KANAL VƏ YA SU SƏDDİ | Röyada içi su dolu bir
kanalın kənarıyla yerimək-həyatınızda çox önəmli bir an
yaxınlaşmaqdadır. - Gündüz vaxtıdırsa və su da təmizdirsə-fərəhə, əmin-amanlığa qovuşacaqsınız. - Gecədirsə və su bulanıq axırsa-bir müddət çətinliklərlə qarşılaşacaqsınız.
|
KANAT | Gəlirli bir işə ortaq olacaqsınız.
|
KARAMEL | Röyada bir qutu karamel
almaq-qadın üçün özündən xeyli yaşlı bir kişi tərəfindən seviləcəyinə;
kişi üçün isə maddi vəziyyətinin düzələcəyinə işarədir. - Karamel yemək-evinizə və ya işinizdə kəskin problemlə qarşılaşacağınızı göstərir. - Karamel hazırlamaq-başınızdan dadlı bir eşq macərası keçəcəkdir.
|
KARVAN | Yuxuda karvan görmək-uzaq bir yerdən çoxlu
qonaqlarınız gələcək.
|
KARVANSARAY | Karvansarayla ilgili bütün
röyalar – karvansarayda qalmaq, orda çalışmaq, karvansaray sahibi olmaq
və s. – xeyrə yozulan yuxulardandır. - Zehni, mənəvi, sosial, tibbi baxımdan təmin olunmuş bir halda yaşayacağınız anlamına gəlir.
|
KARİKATURA | Röyada karikatura görmək-yaxın vaxtlarda
könülaçan bir xəbər alacaq və ünlü bir adamla dostluq quracaqsınız.
|
KARLIQ | Röyada kar olduğunuzu
görmək-xeyrə yozulmur, o günlərdə bir haram iş tutacağınıza işarə
sayılır.
|
KARTON | Rəsmə həvəs göstərdiyiniz təqdirdə gələcəkdə
məşhur bir rəssam olacağınızı xəbər verir.
|
KARTOF | Yuxuda kartof-sərvət, nemət,
şöhrət, sevinc və könül rahatlığı deməkdir. Çeşidli yozumlarla açıqlanır: - Kartof soymaq-qismət və arzu olunan muraddır. - Kartof əkmək-yeni və qazanclı bir işə başlayacaqsınız. - Kartof almaq və ya tapmaq-ümid edilməyən bir yerdən xeyli pul alacağınıza işarədir. - Kartof satmaq-zərərə düşəcəksiniz.
|
KASA | Röyada kasa belə yozulur. Dolu kasa-qismətdir. - Boş kasa-üzüntüdür. - Qızıl və ya gümüş kasa-bol qazanc və işdə uğurların artmasıdır. - Kasadan bir şey içmək-bir eşq xəbəridir. - Kasadan yerə su tökmək-pul itkisidir. - Kasa ilə içki içmək-eşqdə üzüntü və itkidir.
|
KASKAT | (kepqa)Yaxşı bir iş təklifi
alacağınıza yozulur.
|
KASSA | (daxıl) Əlinizə ya çoxlu pul gələcək, ya da
əlinizdən çoxlu pul çıxacaqdır.
|
KATİB | (mirzə) Röyada katib-hiyləgər
bir kimsədir. - Katib yazısını çirkin yazsa-tövbə edərək başqasına hiylə gəlməkdən çəkinər. - Yuxuda özünü yaxşı bir katib kimi görmək-röya sahibi başqa birisinin işindən dolayı suçlanacaq və bu səbəbdən çox sıxıntılar çəkəcək, heç bir fayda görməyəcəkdir. - Xəstələr üçün bu röya ölümə yozulur. - Katib yuxuda, eyni zamanda, qadın dərzisinə də işarə sayılır. - Əkinçilər üçün mirzənin qələmi-onların kotanıdır. - Röyada dövlət başçısının katiblərini görmək, yaxud onların yerində özünü görmək-işinizdə yüksələcəksiniz.
|
KAUÇUK | Üzüntülü günlərin başlayacağını xəbər verir.
|
KAFİR | Allahin birliyini və
kitablarını danan kafirdir. - Yuxuda kafir görmək-düşmənə yozulur. - İxtiyar, yaşlı kafir görmək-kinli və əski bir düşməni ifadə edir. - Röyada kafir ilə birlikdə bir cariyə görmək-gizli şeylərə və sevincə işarədir. - Bir kimsə röyada kafir olduğunu və önündə bal olduğu halda, yemədiyini görərsə, o adam Allahın peyğəmbərini inkar edəndir. - Kafir olduğunu və küfründən dönmədiyini görən adam öldürülür. - Röya sahibi əkinçi isə, tarlasına toxum əkib-səpməklə məşğuldur.
|
KAFTAN | Yuxuda ipək atlasdan kaftan görmək-güc və
yardıma yozulur. - Əbrişim, yun və ipək işləməli atlas kaftan görmək-kaftanın dəyəri nisbətində yetişəcəyiniz sərvəti və səadəti ifadə edir. - Geyilmiş kaftan görmək-işinizdəki sıxıntı və tasadan qurtulacağınıza və uzun ömrə yozulur.
|
KAFTAR | (goreşən) Röyada görülən
kaftar çox zalım bir düşmənə yozulur. - Belə düşmənə qarşı ayıq olmaq gərəkdir. - Dişi kaftar əti yemək-sehrbaz bir qadına işarədir. - Dişi kaftarı minmək-bir qadınla izdivaca yozulur. - Bu röya əsil-nəsəbsiz bir adamın arvadına işarə olmaqla hiyləgər bir kimsəni də ifadə edir. - Erkək kaftarı minmək-hökmdar və dövlət başqanlığına qovuşmağa, sirli işlərin üstünü açmağa işarə sayılır.
|
KAFUR | (kamfora) Yuxuda dərman kimi istifadə edilən
kafur görmək-yüksəliş və zənginliyə, şərəfə, ləyaqətə yozulur. - Röya sahibinin yaşayışının yaxşı olduğuna, sədəqəyə və uşaq doğulacağına da işarə sayılır. - Kafuru həyat və ya ölümlə ilgili olaraq görmək-xoş davranışlı gözəl işlər görən adamlara yozulur.
|
KAHİN | Röyada kahin görmək-əskidən
ilişginiz olan bir adamla yenidən qarşılaşıb əlaqə yaradacağınıza və
dadlı eşq günləri yaşayacağınıza yozulur.
|
KEFAL BALIĞI | Xeyrə yozulur, bir xəstəliyin qısa zaman içində
yaxşılaşacağını göstərir.
|
KEÇƏ | Röyada keçə paltar geymək –
get-gedə yoxsulluq üz verəcəyini, kədərli və üzüntülü günlərin
yaxınlaşdığını bildirir. - Rəngli keçə-xeyir xəbərə yozulur. - Yırtıq keçə-yaxın gələcəkdə var-dövlət sahibi olacağınızı göstərir.
|
KEÇƏL | Röyada keçəl adam görmək-axır zamanlar
ətrafınızdakı adamları çox üzməkdə olduğunuza işarədir.
|
KAŞİKÇİ GƏMİSİ | Röyada kiçik keşikçi gəmisi
görən adam çoxdan gözlədiyi bir məktuba qovuşacaqdır.
|
KƏBƏ | Ən gözəl röyalardan sayılır. Yuxuda Kəbəni
görən qadındırsa, böyük bir mövqe sahibi tərəfindən evlənmək təklifi
alacaq. - Röyada Kəbə – görüləcək xeyirli bir işin müjdəçisidir, yuxuda röya sahibi ürəyindən keçən pis bir əməldən sakınacaq. - Röyada Kəbəyə girən adam hökmdar hüzuruna çıxar. - Kəbədən bir şey aldığını görən kimsə hökmdardan bir şey alar. - Kəbədə namaz qıldığını görmək-bir başkan və ya imamdan qüvvət almağa, düşmənlərin bədxahlığından qurtarmağa və xeyrə qovuşmağa yozulur. - Kəbəyə gedib orda həcc mərasimiylə bağlı bir iş görmək-din vəzifə borclarından çıxmaq üçün səy göstərmək, çalışmaq lazımdır. - Kəbənin divarlarından birinin yıxıldığını görmək-hökdarın öləcəyini xəbər verir. - Məkkədə bir vəzifəyə təyin edildiyini görmək-dini işlərlə ilgili bir vəzifə anlamına gəlir. - Məkkədə ölülər arasında olduğunu və sorğu-suala tutulduğunu görən adam şəhid olacaq. - Röyada Kəbənin üstündə namaz qılan şəxs dinini dəyişdirəcək. - Röyada mələklərin göydən endiyini və Kəbəni təməlindən qaldırıb başqa bir şəhərə qoyduqlarını görmək-o yerdə fitnəkarlıq olacaq. - Kəbədə bir xəta işləndiyini görən kimsə günahkar adamların yoluna qədəm qoyub. - Çeşidli yozumlara görə, Kəbə-cənnəti, İmamı, Quranı, sünnəti, alim bir adamı, ata və ana kimi övladlarını haqq yoluna, hidayətə çağıran kimsələri ifadə edir. - Yuxuda öz evinin Kəbə olduğunu görmək-bu röya o adamın elmini və gördüyü işdən dolayı qapısının qələbəlik olacağını göstərir. - Röya sahibi kölə isə, azad olacaq. - Röyada Kəbəni təvaf etdiyini (dörd dolandığını) görən adam bir alimin, ibadət əhli bir kimsənin, valideyinlərinin, arvadının, yaxud əsilzadə bir şəxsin qulluğunda duracaq.
|
KƏBƏDƏ MÜQƏDDƏS "QARA DAŞI" GÖRMƏK | Bu röyanı görən adamın bütün
diləkləri yerinə yetəcək, tay-tuşu arasında həsəd doğuracaq uğurlar
qazanacaqdır.
|
KƏVƏR | Yuxuda kəvər-kor və kar bir adam tərəfindən
gələcək ruziyə işarə sayılır. - Kəvər yemək-haqsızlığa, zülmə, haram mal yeməyə əlamətdir. - Kəvəri bişirib yemək-tövbəyə, haram maldan imtinaya yozulur. - Kəvər almaq-röya sahibi söylədiyi bir sözün peşmançılığını çəkəcəkdir.
|
KƏKOY | (pəltək adam) Röyada pəltək
adam görmək-uşağınız olacağına yozulur.
|
KƏKOTU | Bu günün işinin sabaha qoyulmaması gərəkliyini
göstərir.
|
KƏLBƏTİN | Yuxuda kəlbətin görən adam
qüsurlu davranışları səbəbindən sıxıntı işinə düşəcəkdir.
|
KƏLƏ-KÖTÜR BİR ŞEY | Röyada kələ-kötür bir şey görmək-gələcəyiniz
çox parlaq olacaq, girişəcəyiniz işlər yaxşı sonluqla bitəcək,
mənfəətiniz artacaq, xoş xəbərlər alacaqsınız.
|
KƏLƏM | Röyada kələm yeməyi
görmək-gələcəkdə çox xoşbəxt həyat sürəcəksiniz.
|
KƏLLƏ-PAÇA | Əti yeyilən heyvanların kəllə-paçasını yuxuda
görən adamın güzəranı yaxşı, qazancı bol olar.
|
KƏMƏR | Sıxıntıya yozulur.
|
KƏND | Yuxuda kənd görmək-zülmü, ölüm-itimi ifadə edir. - Röyada qurulu, abad bir kəndə girdiyini görən adam bir kimsəylə qovğaya girişəcək və ya onu öldürəcək. - Kənddən bir itin getdiyini görmək-yüksək pul müqabilində əskik bir işi gözəl sayıb, sonra peşman olmağa yozulur. - Xaraba və torpaqları əkin-biçinsiz kənd görmək-o kəndin camaatı pis yoldadır. Barlı-bərəli, firavan yerlər isə-dinin sağlamlığına və tövbəyə işarədir. - Sel və ya yanğın fəlakətinə uğramış kəndliləri yuxuda görmək-o kəndin camaatı dövlət rəhbərinin zülmünə məruz qalacaq. - Kənddən çıxıb şəhərə getdiyini görən adam sıxıntılardan qurtularaq rahatlığa, qorxudan əmniyyətə qovuşacaq. - Bir şəhərdən kəndə getmək isə-rahatlıqdan sıxıntıya və məşəqqətə düşüləcəyinə yozulur. - Röyada görülən kənd qarışqa yuvasını, qarışqa yuvası da kəndi ifadə edir.
|
KƏND MOLLASI | Kənd mollasını yuxuda
görmək-qısa müddətdə əməllərinizə qovuşacaqsınız.
|
KƏNDİR | (çatı) Qara xəbərə əlamətdir.
|
KƏNDİRBAZ | Yuxuda kəndirbaz görən adamın
maraq və həvəs göstərdiyi peşəsində, sənətində gözəl uğurlar və şöhrət
qazanacağına şübhə edilməz.
|
KƏPƏK | Pul baxımından böyük qazanc əldə edəcəyinə
yozulur.
|
KƏPƏNƏK | Yuxuda kəpənək-röya sahibinin
çox həssas ruhlu və sənətkar yaradılışlı bir adam olduğunu göstərir.
|
KƏRƏ YAĞI | Röyada kərə yağı görmək-faydalı elmə, şübhədən
uzaq olmağa, bəzən də bəyənilən bir qadına yozulur. - Çeşidli yozumlara görə, kərə yağı-dava-dərmana, mala, taxıla, qazanca; çətinlik içində yaşayan adam üçün-bolluğa və ucuzluğa işarə sayılır. - Yuxuda yağ yediyini görən xəstə şəfa tapacaq.
|
KƏRKƏS QUŞU | Axmaqlıqla, idiotluğa
işarədir. - Adətən burnu iri olanlar belə yuxu görürlər. - Yuxuda kərkəs quşuna çevrildiyini görən adamı güclü bir dava-dalaş gözləyir. - Xəstə olan evinə kərkəs quşu gəldiyini görərsə-evlərdən iraq, çox pis şeyə-ölümə yozulur. - Ölü kərkəs quşu-yamanlığın, şər işlərin keçib gedəcəyinə, yox olacağına işarədir.
|
KƏRPİC | Yuxuda kərpic və ya kərpicdən tikilmiş ev
görmək-qız övladınız doğulacağını xəbər verir.
|
KƏRTƏNKƏLƏ | Böhtançı və fitnəkar adama
işarə sayılır.
|
KƏSKİ | (tiyə) Röyada bir kəski aləti görmək-önəmli bir
qərar ərəfəsində olduğunuzu göstərir.
|
KƏTAN | (çətənə) Pis xəbər
əlamətidir.
|
KƏTİL | (taburet) Səfər xəbəri olaraq yozulur.
|
KƏFƏN | Bir doğum, ya da ölüm xəbəri
kimi yozulur.
|
KƏFKİR | Qısa vaxt ərzində sıxıntılardan qurtulacağınıza
işarə olaraq qəbul edilir.
|
KİBRİT | Röyada yanan kibrit görən
cavan oğlan onu xoşbəxtliyə çatdıracaq yaxşı qazanclı yeni bir işə
girəcək. - Orta yaşlı kişi üçün bu röya-başqalarının səbəb olacağı qovğaya; subay qız üçün-ani və xoşbəxt evlənməyə; evli qadın üçün-ailədə bəzi narazılıqlara yozulur.
|
KİLİD | Röyada düşmən ehtimalı ilə qapını
kilidləmək-həyatda hər kəsdən şübhələnməyə və bu pis xasiyyətdən vaz
geçməyin gərəkliyinə yozulur. - Yoxsa, ən yaxın dostları belə hirsləndirib özünüzdən incik sala bilərsiniz. - Qapının üzünə bağlandığını və bir müddət beləcə içəridə qaldığını görən adam yüngül bir xəstəlik keçirəcək. - Röyada kilid açmaq-üzüntüdən, kədərdən qurtulmağa; kilid bağlamaq-kədərə işarə sayılır.
|
KİLİM | Röyada kilim-geyimə,
bürüncəyə işarədir. - Qış mövsümü yuxuda kilim görmək, daha xoş və daha faydalı röya hesab edilir. - Bir kimsənin yuxuda belinə kilim salması, yaxud kilimə bürünməsi-bu vəziyyət röya sahibinin adət etdiyi hallardan deyilsə, onun yoxsulluğu, başqasına möhtac olması kimi açıqlanır.
|
KİLSƏ | Yuxuda kilsə görmək-bilik və davranış, ibadət,
qorxu, ağlamaq, kədər, qüssə anlamına gəlir. - Kilsə-Boş, mənasız şeylərə, qovğaya, zülmə, oyun və əyləncəyə, içkiyə, qadına, zalım hakimə də yozulur. - Röyada kilsəyə girdiyini görən adam subaydırsa-evlənəcək, yaxud uşağı olacaq. Bu yuxu, eyni zamanda, doğru yoldan sapmağa da işarə sayılır. - Kilsədə namaz qıldığını görmək-röya sahibi bir qəbri ziyarət edərkən, yaxud cənazə namazı vaxtı qorxacaq. - Yuxuda kilsənin içində ölü görmək-o ölünün günahkar kimsələrlə birlikdə cəhənnəmdə əzab çəkdiyinə yozulur. - Kilsədə xristian ainini icra etdiyini yuxuda görən adam günah işləyəcək.
|
KİMYAGƏR | Röyada kimyagər
görmək-işlərinizin qarışıq duruma düşəcəyinə və gərəksiz yerə əlinizdən
pul çıxacağına yozulur.
|
KİNƏ | Acı xəbərə yozulur.
|
KİNƏ AĞACI | Bir dostunuzun sizə yardım
edəcəyi anlamına gəlir.
|
KİRƏ | (kirəçilik) Röyada hər hansı bir şeyin kirə
haqqını ödəmək-əziz bir dostunuzdan ayrılacağınıza işarədir. - Başqa birisinin yuxuda sizə kirə haqqı ödədiyini görmək-Çoxdan gözləmədiyiniz bir adamı və ya bir yeri yenidən görəcəksiniz.
|
KİRƏÇ | Hisslərinizin qarşılıqlı
olacağı anlamına gəlir. - Kirəç məhlulu-sıxıntıların sona yetəcəyinə işarədir.
|
KİRƏMİT | Tasa, qayğı və kədər anlamına gəlir.
|
KİRPİ | Yuxuda kirpi
görmək-həyatınızda yeni bir dövr başlayacaq, mühüm qərarlar qəbul edəcək
və bu qərarları uğurla həyata keçirəcəksiniz. - Düşmən şərindən qorunacaqsınız.
|
KİSƏ | Röyada xırda pul kisəsi-insanın bədəninə
işarədir. - Boş kisə-röya sahibinin ölümünə yozulur. - Bir kimsə yuxuda belində bir kisə olduğunu görərsə, bu, o adamın həyatda faydalandığı biliklərə yiyələnmiş olduğuna işarədir. - Kisənin içindəki xırda pullar qırıq və ya əzik-üzük görülərsə, bu röya biliyin az olduğunu və yuxu görənin yenidən dərs alması gərəkliyini göstərir. - Kisə insanın sirrinə işarə olub, yuxuda başıaşağı çevrilərsə və içindən pullar tökülərsə, bu, röya sahibinin sirrinin yayılacağını xəbər verir. - Cüzdanın (kisənin) deşilməsi və pulların tökülməsi xeyrə yozulmur. - Kisə, eyni zamanda, röya sahibinin sahib olduğu şeylərə və qəlb anlamına da gəlir.
|
KİTAB | Röyada kitab-qüvvətə və
yüksəlişə işarə sayılır. - Kitab açıqsa-məşhur bir xəbər anlamına gəlir. - Orta yaşlı kişilərin yuxuda kitab görmələri qeyri-adi bir kəşfə yozulur. - Gənc qadın üçün-bu röya-seçdiyi peşəsində uğur qazanacağını və yüksələcəyini; daha yaşlı qadınlar üçün isə rahat, sakit, xoşbəxt bir gələcəyi xəbər verir. - Yuxuda kitabı örtülü, qapalı görmək-gizli xəbərdir. - Oğlan uşağının əlində kitab görmək-müjdədir. - Bir kimsə yuxuda kitabı cırdığını və ya kəsdiyini görərsə, o adam üzüntü və kədərdən, pisliklərdən qurtularaq xeyrə qovuşacaq. - Göydən özünə kitab endiyini görən adam kitab əhlidir. - Yaxud kitabda xeyir yazılıbsa xeyri, şər yazılıbsa şəri ifadə edir.
|
KİTABXANA | Röyada ümumi kitabxana görmək-uğursuzluq
ucbatından işinizi tərk edəcəksiniz. - Şəxsi bir kitab evini yuxuda görmək-röya sahibinin ona yaxşı bir mövqe təmin edəcək bir imtahan və ya müsabiqədən uğurla çıxacağını xəbər verir.
|
KİF | Röyada kif görmək-illərdən bəri qarşılaşmadığınız bir dostunuzla təsadüfən rastlaşacaq və onunla birlikdə xeyirli bir işə başlayacaqsınız. |
KİŞİ | (cavan oğlan) Cavan oğlanın gözəl bir gənci
yuxuda görməsi-düşmənlərin hamısını yenəcək, məğlub edəcəkdir.
Ayəti-cəliləyə görə, İbrahim peyğəmbər daş və heykəllərə tapınan
düşmənləriylə savaşda onları necə yenib aciz hala gətirmişsə, cavan
oğlan da ona zülm edən, düşmən olan kəslərə eləcə üstün gəlib öcünü
alacaqdır. - Yuxuda gözəl, gənc bir dəliqanlı görmək, bəzən də ürəkaçan xoş işlərə və ya ehtiyaclardan qurtulmağa işarə sayılır. - Cavan oğlanın göz oxşayan taxıl tarlası görməsi-üzündə və bədənində bitəcək tüklərdən, saç-saqqaldan hamı hürküb qorxuya düşəcək. Yuxuda gənc bir adamla oynamaq-hiylə və fəsada yozulur. - Röya sahibi hərəkətlərini, davranışını ölçüb-biçməlidir.
|
KİŞİ CİNSİYYƏT ÜZVÜ | Bacarıqla bir övlad sahibi
olacağınıza və uzun ömrə işarə sayılır. - Ağrıması-çox sevdiyiniz bir yaxınınızı əbədilik itirməyə yozulur. - Kəsilmiş olması-xəstələr üçün ölümü, sağlam adamlar üçün malının-pulunun gedəcəyini ifadə edir. - Bir qadınla münasibətdə olduğunu görmək-övladınız dünyaya gələcək. - Yox olduğunu görmək-ətrafınızı bədniyyət adamların sarmış olduğunu göstərir.
|
KAFUŞ | (oyuq) Son zamanlar boş işlərlə məşğul
olduğunuzu göstərir.
|
KOLBASA | Yuxuda kolbasa yemək-rahat
həyata qovuşacağınıza işarədir.
|
KOL-KOS | (ağaclıq) Röyada gözəl, yaşıl bir ağaclıqda
gəzmək-röya sahibi romantik bir həyat keçirəcək.
|
KOMA | Röyada özünü bir komada və ya
bağ evində görmək-sizi məmnun edəcək bir qonağınız gələcək, yaxud bəzi
xırda-para işləriniz bir müddət yaxşı gedəcəkdir. - Qadın üçün bu yuxu-gözəl bir sürprizə, hədiyyəyə sahib olacağına işarədir.
|
KOMANDİR | (zabit) Yaxın günlərdə şan-şöhrət və etibar
sahibi olacağınıza yozulur.
|
KOMİK (gülməli) BİR ŞEY | Xoşbəxtlik müjdəsidir.
|
KOMİSSAR | Gələcəkdə yüksək mövqelər qazanacağınıza
işarədir.
|
KOMİSSİYA | Bu cür röyalar iş həyatınızda
uğur qapıları açılacaq deməkdir.
|
KOMPOT | Röyada kompot içmək-dadlı günlərin keşiyində
olduğunuza yozulur.
|
KONQRES | (qurultay) Röyada bir
konqresə (qurultaya) getdiyini görmək-yaxın vaxtlarda sürprizli bir
xəbər alacaqsınız.
|
KONDUKTOR | Nəqliyyat vasitələrində çalışan konduktoru
röyada görmək və ya onunla söhbət etmək-kişilər üçün-işdə bir sıra
çətinliklərin olacağına; - qadınlar üçün-başqasının hərəkətlərini izləyən bir adama işarə sayılır. - Özünün konduktor olduğunu görmək-kişilər üçün sonunda peşmançılıq olacaq bir həyata; - evlənməmiş qadınlar üçün-sonu o qədər də dəyərli olmayan nişanlanmaya; - evli qadınlar üçün-bacarmadığı bir işi öz üzərinə götürəcəyinə yozulur.
|
KONKİDƏ SÜRÜŞMƏK | Ay işığında buz üstündə
konkidə sürüşmək-çox maraqlı röyalardandır, səadət, fərəh, gözəl bəxt
anlamındadır. Gündüz vaxtı konkidə sürüşmək-bir sıra çətinliklərə və üzüntüyə yozulur. Buz üstündə sadəcə sürüşmək-həyatda ani yüksəlməyə; qrup halında sürüşmək isə-sıxıntıya, pul itkisinə əlamət sayılır.
|
KONSERV | Yuxuda konserv görmək-işləriniz pozulacaq və
çətin anlar yaşamalı olacaqsınız.
|
KONSERT | Yuxuda bir konsert salonunda
musiqi dinləmək, mahnıya qulaq asmaq-cavan oğlan üçün-uğurlu, müştərək
bir işə girmək fürsəti əldə edəcəyinə, yaxud bir kapitalistlə əlaqə
yaradacağına; - orta yaşlılar üçün-işlərində bəxtinin gətirəcəyinə, ailə və iş həyatında firəvanlığa və səadətə qovuşacağına; - gənc qız üçün-çox sevdiyi bir ziyarətdə olacağına; yaşlı qadın üçün-qiymətli bir hədiyyə alacağına yozulur.
|
KONTRAKT | (müqavilə)Yuxuda müqavilə bağladığınızı
görmək-birisi sizdən pul qoparacaq.
|
KORLUQ | İnsanın yuxusunda kor
olduğunu görməsi-yaxud bir kor adama yol göstərməsi-röyanı çox vaxt
dolandırıcı olduğuna dəlalət edir. - Belə röya görən adam lüzumsuz cəsarətdən, risqdən çəkinməlidir. - Çünki onun cəsarətli və cürətli hərəkətlərindən yararlana biləcək düşmənləri vardır.
|
KOSA | Qara xəbərə, ölümə, ağır xəstəliyə yozulur.
|
KOTAN | Bolluq və bərəkət işarəsi
olaraq qəbul edilir.
|
KÖVSƏR | Cənnət çaylarından birini adıdır. - Röyada cənnətdəki kövsərdən su içdiyini görən adam kafirdirsə-müsəlman olacaq, günahkarsa-tövbə edəcək, yaxud fitnə-fəsadçı bir qadından ona bir qazanc qalacaq.
|
KÖYNƏK | Röya sahibi yaxın zamanlarda
zənginliyə qovuşacaq. - Cırıq köynək-böyük bir sərvətə işarədir.
|
KÖK | Röyada bir bitki kökü görmək övlad sahibi
olacağınız anlamına gəlir.
|
KÖKƏ | Xeyirli bir qismət
anlamındadır.
|
KÖLGƏ | Yaz günündə röyada kölgəlik görmək-rahatlığa,
bir şeydən fayadalanmağa, yaxud yüksək bir məqam sahibindən himayə
görəcəyinizə yozulur. - Qış günündə kölgəlik görmək-tasaya, qayğıya, kədərə, dini yasaqlara meyilli olmağa işarədir. - Sərinləmək üçün kölgəyə çəkildiyini görmək-röya sahibi qayğı və tasadan qurtulacaq, qazanc əldə edəcəkdir. - Qadının kölgəyə çəkilməsi-kölgə onun əridir, ərinə arxalanır, güvənir deməkdir. - Əri olmayanın kölgəyə çəkilməsi-o qadın zəngin bir adama ərə gedəcəkdir. - Qaynar gün istisindən kölgəyə çəkilmək-sıxıntı və qayğılardan qurtuluşu müjdələyir. - Günəşə isinmək üçün kölgədən çıxmaq-yoxsulluğun daşını atmağa yozulur, çünki soyuq-kasıblıqdır.
|
KÖMÜR | Röyada kömür, ocaq
görmək-mala-sərvətə yozulur.
|
KÖNÜL DARLIĞI | (qüssə, kədər) Könlün sıxılıb qərarsız
olması-tövbəyə, duaya, peşmanlığa yozulur.
|
KÖPƏK | Röyada köpək-günahkar və hər
cür pis əməlin yiyəsi olan səfeh bir adama işarədir. - Köpəyin hürdüyünü görmək-o səfeh adamın həddən artıq tamahkar olduğunu göstərir. - Yuxuda köpəyin sizi tutduğunu və ya cırmaqladığını görmək-kədərə və əmələ, düşməndən zərər çəkdiyinizə yozulur. - Bəzən də röya sahibinin xəstəliyə tutulacağı anlamına gəlir. - Röyada görülən köpək zövq və səfaya düşkün bir adamı ifadə edir. - Çoban köpəyinə sahib olmaq-dövlətdən gələn faydadır. - Ev köpəyi-zalım bir düşməndir. - Yuxusunda köpəklərlə bərabər hürdüyünü görən adam arzusuna yetişəcək. - Köpəkləri öldürmək-düşmənə qalib gəlməkdir. - Yuxuda görülən köpək, eyni zamanda, qızdırma xəsətliyinə də işarə sayılır. - Röyada bütün cinslərdən olan köpəklər görmək-pərişan bir qövmü ifadə edir. - Oynatmaq və boğuşdurmaq üçün istifadə olunan köpəklər-fərəhli, zövqlü-səfalı ömür sürməyə işarədir. - İtləri hirsləndirib bir-biryilə boğuşdurmaq-üzüntüyə, kədərə yozulur. - Dişi köpək-bitməyən işi və yalançı ümidi ifadə edir. - Röyada bir itin ona tərəf hürdüyünü görən adam bədniyyət bir adamdan qanqaraldıcı söz eşidəcək. - Yuxuda it əti yemək-düşmən üzərində qələbəyə və düşməndən mal ələ keçirməyə işarədir. - Ov köpəyi-qüdrət, ucalıq və ruzidir. - Röyada köpək-gözətçi və uyğarlı bir adam anlamına da uyğun gəlir.
|
KÖRPÜ | Röyada körpü dünya nemətlərinə işarədir. - Körpü üstünə çıxmaq-heyvana minməkdir. - Kirəmitdən qurulmuş körpü-o yerin əhalisi zülmə məruz qalacaq, durumları pozulacaq. - Çeşidi yozumlara görə, körpü-rahatlıq, arvad; kədər və sıxıntılardan qurtulmaq kimi də mənalandırılır. - Körpü, eyni zamanda, zənginliyi, uzun ömrü, xəstəliyi, əhdə xilaf çıxmağı ifadə edir. - Röyada küçə üzərində qurulmuş körpü görmək-körpü daş kərpic və kirəmitdən hörülmüşsə, səltənət sahibi bir adama işarə sayılır. - Kiçik körpü-qapıçı və ya komandir anlamına gəlir. - Yuxuda körpü olduğunu görən adam səltənət və dövlətə yetişəcək, şöhrəti və üstünlüyündən dolayı ona möhtac olacaqlar.
|
KÖRPÜ | (gəmilərin yan alması
üçün)Röyada körpü görən adamın qəlbi çox təmizdir. O adam əgər körpüdə
dayanıb qağayıları seyr edirsə və popiros çəkirsə, gözlədiyi iş
gerçəkləşəcək, arvadı-uşağıyla birgə rahatlığa, firəvanlığa
qovuşacaqdır. Körpüdə gəmi gözləmək isə, röya sahibinin xeyirxah bir iş
tutacağına yozulur.
|
KÖRÜK | Röyada ağacdan körük görmək-yuxunu görən
etibarını, mövqeyini itirəcək, malı-mülkü əldən gedəcək. - Bir körüyə sahib olduğunu görmək-röya sahibi sənətkar və öz işini bilən adamdırsa, səltənət, vilayət yiyəsi olacaq; ləyaqəti yoxsa, xeyrə, mənfəətə çatacaq. - Körüyün yanında ocaq da görülərsə, bu röya-ehtiyacların ödənəcəyinə və güzərana, mala işarə sayılır. - Əgər ocaq yanmırsa, bu yuxu sıxıntıya və kədərə yozulur. - Bəzən yuxuda körük-hamilə olub, lakin uşağı saxlaya bilməyən (uşaq salan) qadını, tez inciyən və həssas bir qocanı, həbsi də ifadə edir. - Dəmirçi körüyü-işlərin asanlaşacağını xəbər verir.
|
KÖSÖY | Çoxdan arzusunda olduğunuz
bir iş axır-axırda gerçəkləşəcək və rifaha qovuşacaqsınız.
|
KÖÇ | Röyada ev əşyalarını bir mahaldan daha yaxşı
bir yerə daşımaq-dinin yasaq saydığı şeylərdən qaçınmağa yozulur. - Ev avadanlığını əvvəlki yerdən daha aşağı və pis yerə daşımaq-dini yasaqlarla, yaxud yasaq edilən işlərlə uğraşmağa işarədir, yaxud pis bir şeyi yaxşı şeylə dəyişdirəcəyinizi bildirir.
|
KÖŞƏK | Gözləmədiyiniz bəzi adamların
əleyhinizə olmazın dedi-qodu yaydığına işarə sayılır.
|
KRAB | (balıq) Həsədçi və bədniyyət adamlar arasına
düşəcəksiniz.
|