Yuxuyozma M hərfi ( PART - 2)
MİNTƏNƏ (geyim) Röyada mintənə geymək-sıxıntı içində olduğunuz anlamına gəlir. Bu sıxıntıdan qurtulmaq üçün röyada geyilən mintənənin yırtılmış olması gərəkdir.
MİRZƏ (katib)Yaxşılığa, sevinc, şadlığa işarədir.
MİS Röyada misdən düzəldilmiş əşya görmək-yaxın vaxtlarda övladınız dünyaya gələcəkdir.
MİSSİONER Röyada bir missioner (təbliğçi) görmək-başınıza bir bəla gələcək və bu dərddən böyük çətinliklər nəticəsində qurtula biləcəksiniz.
MİÇƏTKƏN Röyada miçətkən-əri ilə münasibətdə bulunmaq üçün iki qıçları arasına girmiş qadına işarədir. Miçətkən altında yatmaq, bəzən də, qayğı və qüssə içində olmağa yozulur.
MİŞAR (bıçqı) Yuxuda mişarla bir şey kəsmək-çətin və mürəkkəb məsələləri asanlıqla aydınlaşdıracaqsınız.
MODEL Röyada bir şeyin modelini görmək-bir-birinə bənzər günlər keçirəcəksiniz deməkdir.
MOZAİKA Yaxın vaxtlarda tarixi bir turist səfərinə çıxacaqsınız.
MOR (bənövşəyi) RƏNG Uğursuzluqlariniz sona çatacaq deməkdir.
MORSALXIM (bitki) Röyada morsalxım çiçəyi görmək-bəzi paxıl və pis niyyətli adamların ardınızca düşüb, sizə qəsd hazırlamaq istədiklərini xəbər verir.
MOTOR (mühərrik) Röyada işləyən motor görmək-işlərinizin öz yolunda olduğuna; dayanmış motor-bunun tərsinə yozulur.
MOTOSİKLET Yuxuda motosikletə minmək, kirayə götürmək və satın almaq-maraqlı və çox xeyirxah bir adamla dostluq edəcəyinizə işarədir.
MÖVLƏVİ (dərviş) Röyada bir mövləvi görmək-işlərinizin birdən-birə düzəlib, sonra yenidən baş-ayaq olacağına işarədir.
MÖHLƏT Röyada möhlət vermək-əzab işarəsidir. yuxuda bir şeyin möhlətini, vaxtını uzatmaq-röya sahibi şiddətli əzaba məruz qalacaq.
MÖHÜR Əmin-amanlığa, etimada yozulur.
MUZDUR (günəmuzdçu) Röyada qan-tər içində əlləşən muzdur görən adamın başında bir fəlakət var. Əgər röya sahibi həmin muzdurun tərini silərsə, fərəhli, xoş günlərə yetişəcəkdir.
MUZEY Bir muzetdə gəzmək-xoşunuza gələn, bacardığınız və zövq aldığınız bir işə keçənəcən çoxlu ev və iş yeri dəyişəcəyinizə işarədir. Bir muzeydə müxtəlif əntiq və qədimi əşyalara tamaşa etmək-bir işə hədsiz maraq göstərəcək və bundan qeyri-adi mənəvi həzz duyaraq, çoxlu qazanc əldə edəcəksiniz.
MUMİYA Röyada mumiya görmək-əski dostlarınızın birindən heç gözləmədiyiniz bir vaxtda xeyirli xəbər alacaqsınız.
- Yuxuda bir cəsədi mumiyalamaq-ruhunuzdakı acı bir xatirəni başınızdan çıxarmaq, unutmaq üçün çox çalışır, lakin buna müvəffəq olmayıb dərin iztirablar çəkirsiniz deməkdir.
MUNDİR (forma) xoşbəxtliyə, şöhrətə, işdə uğurlara yozulur.
MUNCUQ Yaxınlarınızdan birinin başına xeyrə yozulmayan bir hadisə gələcəkdir.
MUSA PEYĞƏMBƏR Röyada Musa əleyhissəlamı görən adam şan-şöhrətə, yüksək rütbəyə çatacaq. Ona heç bir qorxu və sıxıntı üz verməyəcək. Çünki o adam haqqa riayətlə hər baxımdan qüvvətli və haqq sevər bir insandır.
- Bir kimsə röyada Musa peyğəmbərin surətinə döndüyünü və ya paltarını geydiyini görərsə-o, məqsədinə nail olacaq və düşmənlərinə üstün gələcəkdir.
- Röya sahibi dustaqxanadadırsa, oradan qurtulub muradına çatacaqdır.
- Musa peyğəmbəri röyada görmək-həmin il nə qədər zalım və qəddar adam varsa, hamısının öləcəyinə işarədir.
- Musa peyğəmbərin məşhur əsasını əlində görmək-böyük məqama, yüksəlişə, düşmənə qalib gəlməyə, uzun səfərə qarşı tərəfin sehri-tilsimi varsa-çözüləcəyinə, kafirlərin məhvinə, sıxıntıdan, kədərdən qurtarmağa yozulur.
MUSİQİ Röyada mahnı, yaxud musiqi alətlərində ifa olunan musiqi dinləmək-işinizdə böyük uğurlar qazanacaq və çoxlu oğul-uşaq yiyəsi olub xoşbəxt bir ailə həyatı yaşayacaqsınız.
- Dinlədiyiniz musiqi qulağı oxşamırsa və qarma-qarışıq səs yığınıdırsa, bu röya-saxta və qeyri-səmimi adamların tövsiyəsinə qulaq asdığınız təqdirdə ciddi bir xətaya yol verəcəyinizə işarə sayılır.
- Röyada rəqs musiqisi dinləmək və bu musiqiyə uyaraq rəqs etmək-sosial mövqeyinizlə kübar cəmiyyətdə sevilən bir şəxs olduğunuzu göstərir. Romantik bir musiqi dinləmək-eşqə və səadətə işarədir.
- Kədərli, hüznlü musiqi-cansıxıcı xəbərlərə hazır olmanızı bildirir.
- Röyada özünün musiqi çaldığını görmək-yaxınlarda hazırki vəzifənizdən də yaxşı bir vəzifəyə keçmək üçün təklif alacaqsınız.
MUSİQİ ALƏTLƏRİ Röyada musiqi alətlərindən birini çalmaq-muradınıza nail olub, parlaq bir gələcəyə qovuşacaqsınız. piano və ya başqa bir musiqi aləti almaq-gözəl sənətlər sahəsində gözlədiyinizdən də artıq uğurlar qazanacaqsınız.
- Gənc bir qız belə röya görərsə, onun ailə həyatı əmin-amanlıq və xoşbəxtlik içində keçəcəkdir.
MUSİQİÇİ Yuxuda bir musiqiçi (sazəndə) görmək-bir çox eşq macərası yaşadığınıza və ya yaşayacağınıza işarədir.
MÜBARİZƏ (savaş) Tanış və ya tanış olmayan bir düşmənlə mübarizə etmək-röya sahibinin yaşayışı çətin olcaq, pulu daşdan çıxacaq. Düşmənini yenərsə-həyat savaşında uğur qazanacaq.
- Əgər mübarizədə hansı tərəfin qalib çıxacağı bəlli deyilsə-röya sahibinin gələcək həyatı şübhə altındadır. Savaşda düşmənə yenildiyini görən adamın başına bir qəza gələcək.
MÜĞƏNNİ QADIN Yuxuda qadın müğənni görmək-mənəvi böhranlar keçirəcəyinizi xəbər verir.
MÜDİR (rəhbər işçi) Röyada öz müdirini, yaxud şefini görmək-yaxşılığa və ya pisliyə doğru bir dəyişikliyi bildirir.
- Özünün şef və ya müdir olduğunu görmək-cavan oğlan üçün bu röya-vəzifədə böyüyüb aylığının artacağına; təcrübəli yaşda adam üçün-bir yerdə çalışdığı yoldaşları arasında umu-küsüyə, narazılığa; gənc qadın üçün-əyləncəli istirahətə; yaşlı qadın üçün-aşpaz və qulluqçusu üzündən sıxıntıya və narahatlığa yozulur.
MÜƏZZİN Röyada müəzzin görmək-xeyrə çağıran bir adamı, nikah məmurunu və ya elçini ifadə edir.
- Yuxuda əzan oxuduğunu görmək-həccə gedəcəyinizə işarədir.
- Bəzi yozuculara görə, əzan-oğurluğa da işarə sayılır.
- Bir qadının minarədə əzan oxuduğunu görmək-cəmiyyətdə cahil və nadan adamların çoxalması deməkdir.
- Röyada əzanın vaxtsız oxunduğunu görmək-bir işin əvvəlcədən bəyan edilməsinin gərəkliyinə işarədir.
MÜƏLLİM Biliyinizin artacağına, dost-yoldaş arasında etibar və sayğı qazanacağınıza işarədir.
MÜNAQİŞƏ Röyada bir nəfərlə münaqişədə olmaq-kişilər üçün bu yuxu-məhkəməyə düşmüş bir işi uğurla başa vurmağa, bəraət qazanmağa; qadınlar üçün-küsülü olduğunuz birisiylə barışmağa yozulur.
MÜNƏCCİM Röyada münəccim görmək-qabaqcıl adamlarla söhbət etməyə və bəzi sirləri öyrənməyə, çox danışmağa, doğru və yalan söz-söhbətə, hadisələri nəql etməyə işarədir.
- Münəccim görmək, bəzən də, üzüntüyə və sıxıntıya; kədərli, qayğılı adamın qəm-qüssədən qurtulmasına, xoş xəbərə, elmə, görülən yaxşı işlərə yozulur.
MÜRƏBBƏ Röyada mürəbbə yemək-gəlirə və mənfəətə yozulur. Evdə mürəbbə bişirmək-ürəkaçan, sevincli bir qazanc xəbəridir.
MÜRƏKKƏB Röyada mürəkkəb görmək-hərəkətlərinizə diqqət göstərməsəniz, davranışınızın yanlış mənalandırılacağı anlamına gəlir.
- Mürəkkəb tökmək-istedadınız görünməyən, eyni zamanda, arzu və həvəs duymadığınız bir sənət sahəsində boş yerə zəhmət sərf etməkdə olduğunuzu göstərir.
- Yuxuda bir mürəkkəb ləkəsini silib təmizləməyə çalışmaq üzünüzə gülən dostlarınız daldala adınızı ləkələməyə çalışırlar. Mürəkkəb şüşəsi-çoxlu pul qazanacağınızı göstərir.
MÜRƏKKƏB QABI Röyada mürəkkəb qabı görənin övladı və varı çox olur.
MÜFTİ Röyada müfti görmək-mənəm fərəhə, şadlığa qovuşacaqsınız deməkdir.
MÜHARİBƏ (döyüş) Röyada qarşı-qarşıya dayanıb bir-birinə hücum edən əsgərləri görmək, bu döyüşə tamaşa etmək və ya bu müharibədə iştirak etmək-kişilər üçün bu röya şəxsi bir iş təşəbbüsündə bulunmağa və ya ailə həyatında güzəran çətinliyinə; qadınlar üçün-peşmançılıq gətirəcək bir xətaya, yaxud maddi sıxıntıya işarə sayılır.
MÜHASİRƏ Röyada ətrafa düşmənlər tərəfindən sarılmış olan bir kimsə gündəlik yaşayışını düzəltməli, dost-tanışı daha diqqətlə tələbkarlıqla saf-çürük edib seçməlidir.
MÜHAFİZƏ (keşikçi) Röyada mühafizlə ilgili olay, yaxud mühafiz görmək-hamının etimadını qazanacağınıza işarə sayılır.
MÜHƏNDİS Röyada mühəndis görmək-yaxşı tikilib təmir edilmiş bir şeyin xarab olmasına, xarab edilmiş bir yerin isə tikilib qurulmasına, fəsad və pisliklərə işarədir.
- Röyada mühəndis olduğunu görən adamın ömrü uzun olur, qüdrətə, şərəfə və amirliyə yetişir. Bu röyanın sahibi bəzən də, hakim və ya nikah məmuru olur.
- Bir hökmdarın özünün mühəndis olduğunu görmək-o hökmdar ərazisi üzərində çox dəyişikliklər edəcək və tutduğu işlərdə çox tədbirli davranacaq. Mühəndis görmək-kasıbçılıqdan qurtulub var-dövlət sahibi olmağa və xəstəlikdən şəfa tapmağa da yozulur.
MÜŞƏMBƏ (linoleum) Yeni bir evə daşınacağınıza yozulur. Röyada özünüzü bir düşəmbə (linolium) – dükanında görmək və ya evinizə müşəmbə döşətmək-bir çox yeni və uğurlu işlərə atılacaq, çoxlu qazanc götürəcəksiniz.
MÜŞK Röyada müşk qoxulamaq və qoxusunu hiss etmək-sirrə, sədəqəyə və uşağı olmağa yozulur.
- Ölüdə görülən müşk-onun cənnətdə olduğunu xəbər verir.
- Müşk, ticarət adamı üçün karlı və faydalı alış-verişə, böyük əmlak ticarətinə, meyvə bağlarına, eyni zamanda, böyük alimlərə işarə sayılır.
- Yuxuda görülən müşk-var-dövlətdir.
- Müşk qoxulayan və müşkü olan adam gözəl yaşayış və xeyir sahibidir.
- Müşk istintaq altında olan adamın bəraət alacağını da ifadə edir.
- Oğru və ya yolkəsənlərin birində müşk olduğunu görmək-onu dərhal tutulacağı anlamına gəlir.
MÜŞTƏRİ Röyada alış-veriş edən adam görmək-darda qalmış, möhtac və çarəsiz bir adama işarədir.

Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri