Yuxuyozma Ö hərfi
ÖVLAD Qız övladı işlərin yaxşı gedəcəyinə işarədir. Ananın qız övladını görməsi – darlıq və sıxıntıdır.
ÖVLİYA Mələk övliya kimi müqəddəs varlıqları röyada görək həmişə xeyrə işarədir, böyük bir xoşbəxtliyi və var-dövləti müjdələyir.
ÖD KİSƏSİ Öd kisəsinin yuxuda şişdiyini görmək – son günlər işləriniz və səhətiniz bir az pozulacaqdır.
ÖDƏMƏK Yuxuda bir borcunu ödəmək röya sahibinin gördüyü dünya miqyaslı işlərdə maneələr və çətinliklər aradan qalxacaqdır.
- Bu röya, eyni zamanda, ianəyə, şahidliyə, günahları yumağa və həccə getməyə də işarə sayılır.
ÖYÜNMƏK Röyada öyündüyünü görən adam var-dövlət və yaşayış sarıdan çox zəngindir.
ÖKÜZ Fərəhə, var-dövlətə yozulur. Röyada öküz görmək – bir əşirət və ailənin, bir evin, şəhərin və kəndin işlərini boynuna alan, idarə edən adama işarədir.
- Öküzə minmək – bolluq və ucuzluq əlamətidir.
- Yuxuda öküz hökmdar, böyük adam simvoludur. Bəyaz öküzü görən adam xeyirxah işlər görər.
- Öküz röyada sahibini buynuzlarsa, o adam Allahın qəbzinə gələr.
- Öküz əti yemək – var-dövlətdir.
- Röyada öküzü çox buynuzlu görən kimsənin ömrü-günü yoxluq içində keçər. Alaca öküz – nəşə və sevincə.
- Qara öküz – ucalığa, xəstəlikdən şəfa tapmağa yozulur.
- Yuxuda öküz bəzən də, axmaqlığı, cəhaləti ifadə edir.
ÖGEY Röyada ögey ana, ata, yaxud yaxud qardaş görmək – cansıxıcı bir xəbər alacağınıza yozulur.
ÖLDÜRMƏK Röyada kimisə öldürmək – o adamla dost olacağınızı xəbər verir.
- Yuxuda özünü öldürdüyünü görən kimsə xeyir tapar.
- Yuxuda adam öldürdüyünü görən böyük günah işlər.
ÖLKƏNİN PREZİDENTİ Ölkə prezidentini yuxuda görən adam məmurdursa – vəzifəsində böyüyəcək, tacirdirsə – qazancı, gəliri artacaq, yoxsuldursa – varlanacaqdır.
ÖLÜ BASDIRMAQ Xeyrli xəbərə yozulur.
ÖLÜ YUYAN (mürdəşir) Xəstəliyə, ya da dərin bir üzüntüyə, sıxıntıya yozulur.
ÖLÜM Röyada öldüyünü görmək – dini baxımdan suçlu olmağa və əxlaqi pozğunluğa işarədir.
- Yuxuda öldüyünü, çiyinlərdə qəbiristana götürüldüyünü, lakin hələ dəfn edilmədiyini görmək – röya sahibinin ucalacağım və yüksək bir mövqeyə çatacağını göstərir.
- Röyada dəfn edilmiş olduğunu görən adam xeyir tapmaz, tövbə etmədən ölər.
- Öldüyünü və qəbirdən çıxdığını görənə tövbə nəsib olar.
- Yuxuda ölmək, bəzən də evlənməyə yozulur.
- Öləndən sonra da yaşadığını görən kimsə yoxsulluqdan qurtulub zəngin olur və ya günahlarından təmizlənir.
- Röya sahibi müsafirdirsə -sağ-salamat vətəninə dönəcək.
- Röyada ölmək – böyük bir günahdan peşmanlıq duymaqdır.
- Xəstələnmədən öldüyünü görən adamın ömrü uzun olur.
- Bir şeydən qorxan və üzüntü içində olan adamın öldüyünü görməsi – xeyrə, xəstə adamın öldüyünü görməsi – xəstəlikdən qurtulmağa yozulur.
- Röyada bir ölünün əlindən tutmaq – röya sahibinin əlinə ümidini üzdüyü bir yerdən mal keçəcək.
- Tanıdığınız bir ölünün yuxuda sizi öpməsi – o ölü və ya onun varisləri tərəfindən bir xeyrə qovuşacaqsınız.
- Röyada anasının öldüyünü görmək – yaşayışınızı təmin edən peşəniz daha heç nəyə yaramır deməkdir.
- Cənazə üstündə namaz qıldığını görən adam zərərə düşər və ya vəziyyəti pisləşər.
- Həyat yoldaşının öldüyünü görmək – yaşayışınızı təmin edən peşəniz daha heç nəyə yaramır deməkdir.
- Cənazə üstündə namaz qıldığını görən adam dinsiz birisinə vasitəçilik edərək ona köməklik göstərəcəkdir.
- Röyada bir ölüdən bir şey almaq – ruzinizin artmasına işarədir.
- Yuxuda ölüm – yoxsul üçün zənginliyi, zəngin üçün yoxsulluğu ifadə edir.
- Dindar adam üçün şana, şərəfə və ya tənhalığa qapılmağa da yozulur.
ÖLÇMƏK Yuxuda hər hansı bir şeyi ölçmək – tasadan, qayğılardan qurtuluşa, yaxud kilo ilə ölçülən taxıl, buğda kimi məhsullara işarə sayılır.
ÖNLÜK Röyada kirli bir önlük geymək – yaxın vaxtlarda təzə paltarlar geyəcəksiniz.
- Önlük yamamaq – yeni bir eşq macərasının qəhrəmanı olacağınıza əlamət sayılır.
ÖPÜŞ Röyada birisini öpmək – ehtiyaclardan qurtarmağa və düşmənə qalib gəlməyə yozulur.
- Yuxuda bir adamla öpüşmək və ya onunla qol-boyun olmaq – məqsədinizə nail olacaqsınız.
- Bir uşağı öpmək – röya sahibiylə həmin uşağın atası arasında olan dostluğa və sevgiyə işarə saydır.
- Sevdiyiniz birisinin dodağından öpmək – qısa vaxt ərzində əlinizə pul gələcək.
- Yanağından öpmək – sonra qazanacağınız pulu ifadə edir.
- Bir qadını öpmək – sevdiyiniz bir adam tərəfindən sevgi və mehribanlıq görəcəksiniz.
- Yaşlı bir qadını öpmək – ağzınızdan çıxan bir sözə görə üzr istəməli olacaqsınız.
- Bir gənci öpmək – içki qədəhi anlamındadır.
- Uşağınızın yuxuda sizi öpməsi – o uşaq həddi-buluğa çatmışsa, ailəyə arxa və kömək olacaqdır.
ÖRDƏK Havada uçan və ya göldə üzən ördək – əmin-amanlıq içində yaşadığınıza və həyatınızdan məmnun olduğunuza işarədir.
ÖRTÜ Röyada örtü görmək – pis nəticələr verə biləcək gizli bir işbazlıq planı qurmaqda olduğunuza işarə sayılır.
ÖRTÜK
(divan örtüsü)
Xoş güzərana, sevincə, gözəl və xeyirxah həyat yoldaşına, oğul-uşağa işarə saydır.
- Örtük – əhdə, qəti, inamlı sözə, ortaqlıq qurmağa və əmin-amanlığa da yozula bilir.
ÖSKÜRMƏK Aşağıdakı şəkildə yozulur: Öskürərək bəlğəm gətirmək – sıxıntıdan qurtulmaqdır. İstənilən halda öskürmək – bir fəlakət xəbərinə yozulur.
- Quru öskürək – fənalıq və ölüm işarəsidir.
- Uzun-uzadı öskürmək – pis xəbərdir. Kəsik-kəsik öskürmək – röya sahibinin soyuqladığını xəbər verir.
ÖTƏN GÜNLƏR
(keçmişlər)
Ötən günləri, keçmişlərlə bağlı olayları röyada görmək – ötən günlərin həsrətini çəkmək, yəni sıxıntılar içində qalacaqsınız. Lakin çox keçmədən bu sıxıntılardan qurtulacaqsınız.
ÖHDƏÇİLİK Röyada bir iş öhdəçiliyinə girmək – gözləmədiyiniz bir adamın xəyanətinə məruz qalacaqsınız.
ÖC ALMAQ
(qisas almaq)
Röyada birisindən öc aldığını görmək – həyatda bəzi çətinliklərlə qarşılaşacaq və bu maneələri yenə bilmək üçün çox zəhmət çəkməli olacaqsınız.

Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri