Yuxuyozma R hərfi
Radio
(teleqraf)
Röyada teleqrafla bir xəbər və ya göstəriş almaq – təcili səfərə çıxacağınıza yozulur.
- Radiodan musiqi dinləməkçox sevdiyiniz bir dostunuzla, yaxud sevgilinizlə keçirəcəyiniz xoşbəxt günlərə işarə sayılır.
- Radiodan bir veriliş dinləmək – işinizdə ortaya çıxacaq əndişəni, üzüntünü xəbər verir.
Razılığa gəlmək Yuxuda bir adamla ittifaqa girmək, razılığa gəlmək – mal və pul itkisinə işarədir.
Raket Həyatda böyük uğurlar qazanacaqsınız.
Rakı
(içki)
Ağır xəstəliyə yozulur. Ramazan ayı – ramazan ayı ilə ilgili yuxular həmişə xeyrə yozulur; bolluq, bərəkət, sağlıq və Tanrının rəhməti anlamına gəlir.
Rahib Xoş xəbərə yozulur. Röyanı görən qadındırsa – hamilə qalacaq; kişidirsə – işlərində uğur qazanacaq.
Rahibə Röyada rahibə görmək – dünya zövqlərindən artıq əl çəkməyin vaxtı yetişdiyinə və düzgün həyat tərzinin gərəkdiyinə işarədir.
Reaktiv təyyarə Röyasında reaktiv təyyarə görən adam qısa zamanda bir uğur qazanacaq və buna paxıllıq edənlər tapılacaq.
Revolver Heç gözləmədiyiniz adamın haqqınızda olmazın dedi-qodular yaydığına işarədir.
Rezin Röyada rezin görmək – ikiüzlü birisiylə tanışlıq quracaqsınız. Onunla bir işə girəcək olsanız, böyük ölçüdə zərərə uğrayacaq, pul və etibarınızdan olacaqsınız.
Reyhan Şadlığa, sevincə və xoşbəxtliyə yozulur. Reyhan çiçəyi röyada, ümumiyyətlə xeyirə əlamət sayılır.
- Röyanı görən kişidirsə – yaxın vaxtlarda xəyallarındakı qadınla evlənəcəkdir.
- Qadının röyada reyhan görməsi – böyük miqdarda pul sahibi olacaqdır.
Reklam Yaxın günlərdə bir adam sizi acınacaqlı bir vəziyyətdə aldadacaq. Diqqətli olmanız gərəkdir.
Rels Yuxuda qatar relsi görmək – çox uzun və yorucu bir səfərə yozulur.
Resept (nüsxə) Yüngül bir xəstəliyə işarədir.
Restoran
(yeməkxana)
İzdihamlı bir restoranda ora-bura vurnuxmaq – işdə canınızı sıxacaq xırda-para olayların olacağına işarədir.
- İzdihamlı bir restoranda nahar etmək – yüksək mövqe və məqam uğrunda bəhsdə rəqiblərinizin hamısına üstün gələcəksiniz.
- Bir restoranda özünü tək oturan görmək – o anda başladığınız işin uğurlu olmayacağına işarədir.
- Röyada bir restoranda qarsonluq etmək – təzə bir iş meydanına atılacaq və bu o işdə əvvəlkinə nisbətən daha xoşbəxt, daha uğurlu olacaqsınız.
Rəqs etmək Röyada rəqs etmək – qadın olsun, ya kişi, yuxu görənin işlərinin pozuq keçəcəyinə işarədir.
Rəzə
(qapının siyirməsi)
Röyada öz qapısının rəzəsini çəkib bağlamaq – sizə münasibətdə hiddətli və qəzəbli olan birisinin üstünlüyünə yozulur.
- Qapının rəzəylə bağlanmış görmək – röya sahibi dünya əmrlərini öyrənməyə yetənəkli (qabiliyyətli) deyil.
- Yuxuda evinin qapısının istəmədiyi halda bağlandığını görmək – həllində aciz qaldığınız, bacarmadığınız bir işbən çəkinməlisiniz.
Rəndə Pul itkisinə yozulur.
Rəncbər Bolluq və bərəkət anlamındadır.
Rəsm
(şəkil)
Рљöyada varlı adamın rəsm görməsi – xeyrə yozulan yuxulardandır.
- Kasıb adamın və ya qadının bu yuxunu görməsi – xəstəliyə işarədir.
- Röyada bir rəsmin sürətini çıxarmaq – iqamətgahınızı dəyişəcəyinə işarədir.
- Şəkil çəkmək, yaxud çəkdirmək – cavan oğlan üçün bu yuxu – boş ümidlərə qapılıb, əyri yola sapdığına işarə sayılır.
- Yaşlı kişilər üçün – xırda bir işdən böyük qazanc əldə etməyə;
- gənc qadın üçün – o qadının moda düşgünü kimi məsxərəyə qoyulduğuna;
- yaşlı qadın üçün – bir dostunun uğuruna ürəkdən sevinəcəyinə işarə sayılır.
Rəsm sərgisi Röya sahibinin uğurlu fəaliyyətini xəbər verir.
- Rəsm və ya tablo satın almaq – sərvətiniz və ya etibarınız artacaq, bir çox çətinliklərin öhdəsindən gələ biləcəksiniz.
Rəsmi-keçid Yuxuda bir hərbi birliyin rəsmi-keçidini, yaxud nümayiş görmək – böyük qismətə, uğurlu bəxtə əlamətdir. Diləklərinizin həyata keçəcəyini xəbər verir.
Rəssam Röyada rəssam – həmişə uğura yozulur.
Rəf Həyatda düzgün yolda olduğunuza və xoşbəxt günlər keçirəcəyinə yozulur.
Riyakarlıq Yuxuda riyakar bir adamla söhbət etmək – üzünüzə gülən, lakin arxada ayağınızın altını eşən adamlara işarədir. Diqqətli olmaq, onlardan qorunmaq lazımdır.
Rol Yuxuda bir tamaşada rol oynadığını görmək – yaxınlarda çoxlu pul qazancınız olacaq.
- Ancaq səhhətinizdə xırda bir nasazlıq olacağı da ehtimal daxilindədir.
Roma şəhəri Maraqlı bir eşq macərası ərəfəsindəsiniz.
Roman Yuxuda roman oxumaq – lazımsız və faydasız kitablar oxuyaraq mənasız yerə başınızı yormaqda olduğunuza işarədir.
Rüzgar
(külək)
Şiddətli və soyuq rüzgar – böyük bir qorxuya əlamətdir. Xəfif və ilıq rüzgar – yaraşıqlı və alicənab bir adamla tanış olacağınıza yozulur.

Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri