Yuxuyozma Ü hərfi
ÜZ
(sifət)
Bir kəsin yuxuda öz çöhrəsini gözəl görməsi-işlərinin yaxşı gedəcəyini, müjdə və sevinci ifadə edir.
- Röyada görülən üz-sarılığa, qısqanclığa və paxıllığa, ayrı-seçkiliyə, araqarışdırıcılığa və xəstəliyə işarə sayılır.
- Yuxuda bədəninin ağ, üzünün qara olduğunu görmək-içiniz çölünüzdən daha sağlam və mənalıdır.
- Bədəninin qara, üzünün ağ olması-çölünüz içinizdən gözəldir.
- Üzünün qara olduğunu görən adam çox yalan danışar.
- Üzünün böyük olduğunu görmək rütbə və yüksək məqamdır.
- Üzünün qırmızı və tutqun olduğunu görmək-bir bəlaya və kədərə düşəcəksiniz.
- Üzünün açıq və gözəl olduğunu görən kimsə əxlaqlı və fəzilətli adamdır.
- Üzünün çirkin olduğunu görmək-pisliyə, rüsvayçılığa yozulur.
- Üzünün çatlayıb yarıldığını görmək-röya sahibinin həyasızlığına işarədir.
ÜZƏNGİ Üzəngi ilə ilgili yuxular murada çatacağınıza yozulur.
ÜZMƏK Yuxuda dənizdə üzdüyünü görən cavan oğlan yad bir məmləkətdə ürəkaçan uğurlar qazanacaqdır.
- İki sevgilinin dənizdə bərabər üzməsi-gözlənilən bir fəlakət və faciənin onları izləməkdə olduğunu göstərir.
ÜZÜK Xeyrə yozulur.
ÜZÜM Röyada üzüm-gözəl və bol ruzidir. Yuxusunda yerdən bir salxım üzüm qaldırdığını görən adam nir qadın tərəfindən çoxlu mala sahib olacaq.
- Ağ üzüm-xeyrə, şəfaya; qara üzüm-kiçik faydaya işarədir.
- Lakin bu röyalar üzüntüyə və kədərə də yozula bilir.
- Röyada yerə düşən üzümü qaldırmaq-az gəlirə, mənfəətə yozulur.
- Yuxuda təzə üzüm görmək-xeyrə və qadın vasitəsilə əldə ediləcək gəlirə işarədir.
- Başqa yozumlara görə, yuxuda üzüm-halal ruzini, dostluğu və sevgini də ifadə edir.
- Üzüm yemək-şərab içmək və a comərd bir adam tərəfindən əldə ediləcək ruzi anlamına da gəlir.
- Üzüm sıxmaq-bolluğa, xoşbəxtliyə, şadlığa, sevincə əlamət sayılır.
ÜZÜM BAĞI Yuxuda üzüm bağı, ümumiyyətlə, xeyrə yozulur.
Aşağıdakı yozumlara bölünür:
-bağda dolaşıb üzüm toplamaq-fərəhli və nəşəli istirahətə.
-bağdan gizlicə üzüm oğurlamaq-umulmayan yerdən gözlənilməz bir yaxşılıq.
-bağda üzümü torpağıyla birlikdə yığmaq-əyləncəli bir toplantıya.
-bağda üzüm urası-yaxın vaxtlarda gerçəkləşəcək toy-düyünə.
-bağdan salxım-salxım üzüm vermək-xeyirli və şad xəbərə yozulur.
ÜZÜM TƏNƏYİ Bolluq, varlıq kimi yozulur. Üzüm tənəyi (meynəsi) yuxuda onu basdıran və yetişdirən adam üçün ən böyük şərəf hesab edilir.
- Üzüm tənəyi-zəngin və şərəfli bir qadına da işarədir.
- Röyada budanmış üzüm tənəyi aldığını görən kimsə şərəfli və möhtərəm bir qadından mal sahibi olacaq.
ÜYÜTMƏK Röyada buğda və arpa uyutmək-yeni və sevinc dolu xəbərlər alacaqsınız.
ÜLGÜC Yuxuda ülgüc-oğlan uşağına yozulur.
- Ülgüclə bir şey kəsmək-başladığınız iş yarımçıq qalmayacaqdır.
- Ülgüclə ət doğramaq, yaxud heyvan yaralamaq-camaatın zəhləsini töküb rahatsız etməyə, pis sözlərə işarədir.
- Ülgüc-kinə, düşmənçiliyə, kədər və iztirab verən acı dilə də yozulur.
ÜNNAB AĞACI Xoşbəxtliyə və sevincə yozulur.
ÜRPƏRMƏK Kiçik bir rahatsızlığa işarədir.
ÜSYAN Röyada bir üsyan olayı görmək-röya sahibi yaxın vaxtlarda dostlarının onun haqqında yaydığı dedi-qodulardan xəbər tutacaqdır.
- Üsyan uğursuzluqla sona çatmışsa, röyanı görən pis bir xəbərlə qarşılaşacaqdır.
ÜTÜ Yuxuda isti ütü görmək-çox zəkalı olduğunuza, ancaq zəkanıza gərəyindən artıq güvəndiyinizdən zərər gördüyünüzə yozulur.
- Dərzi ütüsü-xoş xəbərdir.
- Bir şey ütüləmək-işlərinizin düzələcəyinə işarədir.
ÜFLƏMƏK Röyada ocağı, ocaqdakı qoru üfləmək-gizlin işin aşkar olacağına, sirr saxlayan adama sirr açmağa işarədir.
- Yemək bişirmək üçün ocağı üfləmək-mənfəət məqsədiylə bir şeyi göz altına almağa yozulur.
- Allahın əmriylə Əzrayıl surunun (şeypurunun) üflənməsi-bu səsi yalnız röya sahibi eşitmişsə, iztirablı xəbər təkcə ona aiddir; camaat da eşitmişsə-bütün xalqın sıxıntı və qərarsızlıq içində olacağına yozulur.
ÜŞÜMƏK Cavan oğlanın yuxuda üşüdüyünü görməsi-həyatda uğur qazanmağa əngəl olan səbəbləri başqasında yox, özünüzdə axtarmalısınız.
- Daha yaşlı adamlar üçün bu röya-əvvəllər əlinizdən çıxmış bir xətanın qarşınıza çıxacağına, lakin zəka və incə düşüncəylə hərəkət edərək, bunu öz yoluna qoya biləcəyinizə;
- evli qadınlar üçün-kiçik bir qəzadan qurtulmağa işarədir.

Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri