Yuxuyozma V hərfi
Vaqon Röyada kömür dolu vaqon görmək-zənginliyə işarədir.
- Başqa şeylərlə dolu vaqon-bir-birini izləyən çətinliyə, sıxıntıya; içi boş vaqon -qazancı, muzdu az bir işə yozulur.
Vağzal Yaxın zamanda çoxdan arzusunda olduğunuz bir səfərə çıxacaqsınız.
Vadi Yuxuda yaşıl vadi-yaşayışınızın xoşbəxtlik içində davam edəcəyini göstərir.
Vaiz Yuxuda vaiz görmək-ətrafınızın bəd niyyətli adamlar tərəfindən sarıldığına işarədir.
Vaz keçmək Röyada qətiyyətsizlik üzündən bir şeydən vaz geçmək-üzüntüyə, əndişəyə yozulur.
Vali Röyada vali görmək-üzüntü, sıxıntı, içki içmək, qumar oynamaq, oğurluq və s. bu kimi qeyri-əxlaqi işlərə işarə sayılır.
- Başqa yozumlara görə röyada vali görmək-xalqa can başla xidmət etməyi göstərir.
- Yoxsul bir adamın röyasında vali olduğunu görməsi-dərcəsinin yüksəlməsi anlamındadır.
- Röyada vali olduğunu görən hakim rüşvət alıb həm verər.
Valyuta alış verişi Röyada valyuta işləri ilə məşğul olmaq-böyük miqdarda pul və dəyərli mal-mülk itkisinə işarə olaaqqəbul edilir.
Var-dövlət Röyada var-dövlət sahibi olduğunu görmək-xeyirli bir xəbər alacağına işarədir.
Vahə Sıxıntılı günləri arxada qoyub rahat və sevinc dolu bir yaşayışa qovuşmağa işarədir.
Vedrə Vedrəylə bağlı yuxular belə yozulur: Boş vedrə- pul itkisidir.
- Dolu vedrə-qazancdır. Yarıyacan dolu vedrə-gözlənilməz bir xəbərdir.
- Mis vedrə-pullu qazanclı işdir.
Velosiped Yuxuda velosiped görən adam çox çətin bir işlə qarşılaşacaq və o iş bir sıra xatırladan, səhvlərdən sonra yoluna qoyulacaqdır.
- Velosipedlə yoxuş yuxarı çıxmaq-röya sahibinin evindəki və iş həyatındakı bir sıra çətinlikləri, axır ki, yenəcəyinə işarədir.
- Velosipedlə eniş enmək-xoşbəxtlik içində keçən həyat gözlənilməz bəd xəbərlərdən alt-üst olacaqdır.
Vəba Vəba xəstəliyi ilə ilgili yuxular bu günlərdə böyük bir maddi sıxıntı içinə düşmənizin mümkünlüyünə işarədir.
Vəd vermək Röyada yaxınlarınızdan birinə nəsə vəd etmək – borc istəmək anlamındadır.
Vəzifədən çıxarılmaq Arvadını boşamaq kimi yozulur, ya da yeri dəyişdirmək anlamına gəlir.
- Özünün işdə çıxarıldığını, yerinə daha yaşlı birinin gətirildiyini görmək-həmin vilayətin rəhbərinə düşmənləri tərəfindən ziyankarlıq yetirləcəkdir.
Vərəm Vərəm ilə bağlı röyalar xeyrə yozulmur, mənəvi sıxıntı anlamındadır.
Vəsiyyət Röyada vəsiyyət etdiyini görmək-kədərli olduğunuza;
- Var-dövlətini başqasına vəsiyyət etmək- xeyirxahlığa, yardıma, birliyə, barışığa yozulur.
Viza Yuxuda viza almaq-yaxın dostunuzun yardımı sayəsində düşmüş olduğunuz sıxıntıdan qurtaracaqsınız
Vizit vərəqəsi Bir nəfərdən yardım təklifi alacaqsınız.
Villa
(imarət)
Röyada özünü bir villanın içində görmək-düşmən üzərində qələbəni xəbər verir.
- Villa-rahatlıq, zəiflik və xoşbəxtlikdir.
Viranəlik
(uçuq-sökük yerlər)
Xeyrə əlamət edilir. Bu cür röya görən amma pul-maliyyə işlərində daha ehtiyatlı davranmalıdır.
- Bəzi yozmalara görə, viranəlik-istəyə çatmaq kimi də açıqlanır.
Viski içmək Zənginliyə, səhhətinizin düzələcəyinə yozulur.
Vitamin Röyada vitaminli dərmanlar içmək-sağlamlığına diqqət yetirməyin gərəkliyinə işarədir.
Vitrin Yuxuda vitrin görmək-veriləcək göstərişlərin röya sahibini gülünc vəziyyətə salacağına işarədir.
Vulkan
(yanardağ)
Yuxuda vulkan püskürməsini gömək-cavan oğlan üçün-çox sayıb, hörmət etdiyi bir böyüyü ilə dalaşacağına və bu səbəbdən də işlərin pozulacağına;
- orta yaşlılar üçün-heç də istəmədiyi bir dəyişikliyə; gənc qadın üçün-çox sevəcəyi xoş davranışlı, lakin əsəbi biriylə evlənəcəyinə;
- evli qadın üçün-qonşu və qulluqçu ilə qovğa edəcəyinə yozulur.
Vücud
(bədən)
Röyada vücudunu şişmiş görmək-qüvvətli düşmənlərə üstün gələcəyinizə yozulur

Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri