ZABİT | Yuxuda hərbi geyimdə bir polis və ya zabit görmək-dartışmaya və əndişəli üzüntülərə səbəb olacaq bir çağırıya (dəvətə) işarədir. |
ZANBAQ | Eşq və gözəl niyyət əlamətidir. |
ZARAFAT | Bir komediya artistinin
gülüşlə, zarafatla, hazırcavab ifadələrlə dolu çıxışına tamaşa edib
gülmək-xoş xəbərlər alacağınıza əlamətdir. - Zarafatdan xoşlanmamaq-önəmli bir sosial vəzifəni unutmuş olduğunuzdan əfv diləmək məcburiyyətində qalacağınıza dəlalət verir. |
ZAHİ QADIN | Bu röya kişilər üçün xoş bir iş müjdəçisi
olaraq yozulur. - Qadını yuxuda özünü yenicə doğmuş görməsi-keçici bir xəstəliyədoğum yatağından durmuş görməsi isə-xeyrə və sağlamlığa işarə sayılır. |
ZEYTUN AĞACI | Muradınıza çatacaq, istəklərinizə yetişəcəksiniz. |
ZƏİFLİK | Röyada özündə zəiflik, gücsüzlük hiss etmək-qorxuya; zəiflikdən şikayət etmək isə-istəyə qovuşmağa yozulur. |
ZƏKAT | Röyada zəkat verdiyini görən
adam son dərəcə sevindirici bir xəbər alacaq və işləri düzələcəkdir. - Birisindən zəkat pulu almaq-bəzi yozuculara görə, bolluq və bərəkətə, bəzilərinə görə isə, fəqirliyə və çətin güzərana işarə sayılır. |
ZƏLİ | Yuxuda zəli-röya sahibinin çoluq-çocuğuna işarə
sayılır. - Burnundan və ya başqa bir yerindən zəli çıxdığını görən adamın arvadı uşaq salacaq. |
ZƏNBİL | Bolluq və bərəkət işarəti olaraq yozulur. |
ZƏMZƏM SUYU | Röyada zəmzəm suyu içdiyini görən adam dərd və xəstəliklərdən qurtulur, arzularına çatır. |
ZƏNG | Röyada qapı və ya məktəb
zənginə oxşar bir səs eşitmək-xeyrə əlamətdir. - Cavan oğlan üçün-daha yüksək bir mənsəbə çatacağına; - yaşlı adam üçün-durumunda daha xoş bir dəyişiklik olacağına; - ərə getməmiş qız üçün-xoşbəxt bir ailə quracağına; - evli qadın üçün-gələcəyi parlaq bir oğlan uşağı doğacağına yozulur. |
ZƏNGİN ADAM | Yuxuda varlı bir adam görmək-sıxıntı içində olmağa işarədir. |
ZƏR | Röyada zər oynatmaq və oyunu udmaq-haram mala və pul itkisinə işarədir. |
ZƏRGƏR | Röyada zərgər və ya qızıl əşyalar satan bir
adam görmək-sevincə işarədir. - Yuxuda zərgər görmək, bəzən, riyakarlığa, hiylə və yalana, elmə, haqq yoluna, evlənməyə, övlada da yozula bilir. - Röyada zərgər görmək, eyni zamanda, özünə xeyri olmayan pis və yalançı bir adam anlamına da gəlir. |
ZƏRF | Yuxuda zərf-mühüm bir sirri öyrənməyə, üstünlüyə, öncüllüyə işarədir. |
ZƏFƏR | Röyada zəfər qazanmaq-sıxıntı içində olduğunuza yozulur. |
ZƏFƏR TAĞI | (alaqapı) Bir yerdən mükafat alacağınıza işarədir. |
ZƏFƏRAN | Sevincə, xoşbəxtliyə yozulur. |
ZƏHƏR | Yuxuda zəhər görmək-malı,
sərvəti ifadə edir. - Zəhər içirildiyini və bədəninin şişdiyini görmək-röya sahibinə bir yerdən mal gələcək, sıxıntı və kədərdən qurtulacaq. - Yuxuda zəhər içdiyini görən adamın ömrü uzun olar. - Öldürücü zəhər-ölümü, üzüntü və kədəri ifadə edir. |
ZİBİLXANA | Röyada görülən zibilxana-çoxlu mala,
var-dövlətə yozulur. Özünü zibillik bir yerdə görmək-miras olaraq
əlinizə sərvət keçəcək. - Yuxuda özünü çirkab içində görən adam əgər xəstədirsə və öləcəyindən qorxursa, bu qorxudan qurtulacaq. - Bu röya, eyni zamanda, dünya mülkünü toplamağa da işarə sayılır. - Yoxsul adamın belə yuxu görməsi-fəqirlikdən, kasıblıqdan qurtarmağa və ya bir mirasa qovuşmağa; subay adam üçün-evlənməyə yozulur. - Röya sahibini rəhbər işdə işləmək qabiliyyəti varsa, belə bir məqama nail olacaqdır. - Yuxuda zibillik, bəzən də, dövlət malına, yetimxanaya işarə sayılır. - Zibillikdə çılpaq olduğunu görən adam vali və ya rəhbər işdədirsə, vəzifəsini itirəcək; yoxsul isə-varlanacaqdır. |
ZİYAFƏT | Röyada ziyafət vermək-xeyir işlərə toplanmaq və itkin bir adamın qayıtması anlamındadır. Bir topluluğu ziyafətə dəvət etdiyini və orda yemək yeyildiyini görən adam o topluma başqan olacaq. |
ZİYİL | Röyada ziyil-mal-dövlətdir. Əlində, yaxud ayağında ziyil görmək-getdikcə artıb-çoxalan sərvətə yozulur. |
ZİNDAN | (dəmirçi zindanı)
Əmin-amanlığa işarədir. - Zindan üstündə dəmir döymək-özünə güvənməyə və işdə qazanılacaq uğura yozulur. |
ZİNCİR | Yuxuda zincir görmək-ömrü uzun qadını, halal
malı, qorxunu, günahı, işlərin durğunluğunu və çətinləşməsini ifadə edir. - Boynunda zincir olduğunu görən adam əxlaqsız bir qadınla evlənəcək. |
ZİRƏ BİTKİSİ | Xeyrə yozulmur, üzüntülü bir xəstəliyə işarədir. |
ZİRZƏMİ | Yuxuda şərab çəlləkləriylə dolu anbar və ya
zirzəmi görmək-ailə səadətinə işarədir. - Ərzaqla ağzınacan dolu zirzəmi-pul və maliyyə baxımından gələcəyinizin təmin olunduğuna, uzun və xoşbəxt bir ailə həyatı yaşayacağınıza yozulur. - Boş zirzəmi-qocalığınız xoşbəxt və dərd-sərsiz keçəcək. - Su ilə dolu zirzəmi-yabancı adamlara bəzi məhrəm işləriniz barədə qətiyyən söz açmamanız məsləhətdir. |
ZOOPARK | Röyada uşaqlarıyla birgə
zooparkda gəzmək-bir müddət sıxıntı və əndişə içində qalacaq, sonra
istəməməyiniz bir məsuliyyəti üzərinizə götürəcəksiniz. - Görülən heyvanlar çox yırtıcıdırsa və onlardan qorxmursunuzsa, işlərinizdə bəzi anlaşılmazlıqlar olacaqdır. - Yuxuda heyvanları tək-tənha seyr edirsinizsə, yeni bir vəzifə diləyində bulunduğunuza yozulur. |
ZOPA | Yuxuda əldə zopa dolaşdığını görmək-bir
dostunuza yaxşılıq edəcək və ya dostunuzdan yaxşılıq görəcəksiniz. - Zopa ilə birisini vurmaq-hürriyyətə qovuşacaq və ya ailənizdən ayrılaraq ayrıca ev alacaqsınız. - Zopayla vurduğunuz adam haqlı yerə vurulmuşsa, düşmənlərinizə və sizəi istəməyənlərə qarşı mübarizədə qəti zəfər qazanacaqsınız. |
ZÖKƏM (tumov) | Röyada zökəm olduğunu
görmək-həyatda daha mətin və qabiliyyətli olmağın gərəkliliyinə yozulur. - Bu röya-yolçular üçün gözlənilən xəbərin gecikəcəyini göstərir. |
ZÜLM | Röyada iqtidar sahibi adamlardan zülm
görmək-erkən ölümə işarədir. - Özünü zalım, zülmkar görmək-yoxsulluqdur. - Yuxuda zalımlığını etiraf edən adam tövbə edər. - Zülmünü gördüyünüz adama bəd dua etmək-müjdə və sevincə yozulur. |
ZÜMRÜD | Yuxuda zümrüd-halal mala,
xeyirxahlığa, uğur qazanmağa işarə sayılır. - Dəlikli zümrüd görən qadın güzəranın pisliyi üzündən ərindən boşanaraq başqa kişiyə ərə gedəcək və ya dedi-qodu ünvanı olacaqdır. |
ZÜRAFƏ | Boylu qadına, yaxud ərinə itaət etməyən arvada yozulur. |