Azərbaycan Dahiləri - Tomris

Şərhlər: 5
Baxılıb: 4 217
Səs ver:
(səs: 0)
E.ə. VII əsrdən başlayaraq Azərbaycan ərazisinə şimal tərəfdən kimmer, skit, sak tayfaları köçməyə başlmışlar. Onlar burada məskunlaşmış və yerli əhaliyə qaynayıb- qarışmışlar. Bu zaman Şimali Azərbaycanda, Araz çayı sahilində massaget tayfaları yaşayırdı. E.ə.VI əsrdə İran Əhəməni dövlətinin başçısı II Kir bu tayfaları bu tayfaları tabe etmək məqsədi ilə şimala yürüş edir. Massagetlər tayfa başçıları Tomrisin (bəzi mənbələrdə - Tomris) başçılığı ilə inadlı müqavimət göstərirlər. E.ə. 530-cu ildə həlledici döyüşdə II Kir məğlub edilir və öldürülür. Azərbaycan tarixinə Tomris ölkənin azadlığı uğrunda mübarizə aparan sərkərdə-qadın kimi daxil olmuşdur.

E.ə. VII əsrdən etibarən Şimali Qafqaz, Krım yarımadası və Qara dəniz sahillərində yaşayan qədim türkdilli xalqlar - kimmer, skit, saklar cənuba doğru köç etməyə başlayırlar. Onların böyük qismi Qafqaz dağlarını aşaraq Azərbaycan ərazisində məskunlaşır.

Azərbaycanın şimal və qərb rayonlarında kimmerlər məskən salırlar. Onlardan bizim dövrümüzədək Qımır, Qımırlı, Qəmərli, Kəmərli adları ilə tanınan kəndlər yadigar qalmışdır.

Sak tayfaları şimal-qərb rayonlarında, həmçinin Kür və Arazın qovuşduğu yerdə və Araz çayından Urmiya gölünün şimalınadək uzanan ərazilərdə məskunlaşırlar. Onların

məskunlaşdığı ərazilər Balasakan, yəni "sak düzü", Sakatala, yəni "sak otlağı" (indiki Zaqatala), Sakasena, yəni "saklara bənzəyənlər" adları ilə tanınırdı.

Skit tayfa birlikləri əsasən indiki Cənubi Azərbaycan ərazilərində

məskunlaşmışlar. Tədricən yerli əhali ilə qaynayıb-qarışmış tayfalar Azərbaycanı özləri üçün vətən sanmış, əzəldən burada yaşayan əhali ilə bərabər ölkəmizdə quruculuq işləri ilə

məşğul olmuş, ərazilərimizi düşmənlərdən qorumuşlar.

Kimmer, sak, skit tayfa birliklərinə onlarca ayrı-ayrı tayfalar daxil idi. Bu tayfalar arasında sak tayfa birliyinin tərkibində olan massagetlər seçilirdilər. Onlar əsasən Şimali Azərbaycanda - Araz çayı sahilində məskunlaşmışdılar.

E.ə. V əsrdə yaşamış qədim yunan tarixçisi Herodot "Tarix" əsərində massagetlərin təsvirinə böyük yer ayırmışdır.

Massagetlər köçəri həyat tərzi sürür, əsasən maldarlıqla məşğul idilər. Mal-qara, süd, ət, yun, dəri məhsulları istehsal edən massagetlər qonşu xalqlarla ticarət əlaqələri qurur, məhsullarını onlara satır, özlərində olmayan məhsulları isə onlardan alırdılar. Köçəri həyat tərzi sürmələrinə baxmayaraq sənətkarlıq yüksək inkişaf səviyyəsinə çatmışdı. Massagetlər

ölülərini torpaq qəbirlərdə dəfn edir, axirət dünyasına, ölümdən sonrakı həyata inandıqlarına görə mərhumun yanına qab-qacaq, silah, bəzək əşyaları qoyurdular. Ən hörmətli şəxslərin qəbirləri üzərində kurqan ucaldılırdı. Belə kurqan qəbirlərə yüzlərcə

müxtəlif bahalı əşyalar - qızıl və gümüş qab-qacaq, daş-qaşlarla bəzədilmiş

bilərziklər, boyunbağılar, üzüklər, silahlar qoyulurdu.

Massagetlərdə hər bir həddi-büluğa çatmış kişi döyüşçü hesab olunurdu, həmçinin qadınlar və yeniyetmələr də silah işlətməyi bacarırdılar. Massagetlərin ordusu təkcə süvarilərdən ibarət idi.

E.ə. VI əsrin 40-cı illərində massagetlərin tayfa başçısı vəfat etmiş, onun oğlu kiçik olduğundan müvəqqəti olaraq tayfa başçısı vəzifəsinə onun həyat yoldaşı Tomris seçilmişdir. Massagetlərdə qadınların hüquqları kişilərin hüquqları ilə eyni olmuşdur.

İran Əhəməni dövlətinin banisi II Kir işğalçı siyasət yürüdərək qısa müddət

ərzində Aralıq dənizindən başlamış Xəzər dənizinədək əraziləri zəbt etmişdir. Yüz minlərlə döyüşçüsü olan Əhəməni ordusunda süvarilər, piyadalar, dəvə süvari dəstələri, daşatan qurğular da var idi. Midiya, Lidiya, Babil kimi dövrün möhtəşəm dövlətlərinin mövcudluğuna son qoyan II Kir dünyanın hakimi olmaq fikrinə düşmüşdü. Qərbdə rəqiblərini məğlub etdikdən sonra o, şimala - Araz çayına doğru üz tutur. Onun fikri burada yaşayan massagetləri məğlubiyyətə uğradıb Şimali Azərbaycanı zəbt etmək idi.

II Kir massagetlərin başçısı Tomrisə məktub yollayaraq ondan tabe olmağı tələb edir. Məktubu alan Tomris dərhal tayfanın ən müdrik və təcrübəli şəxslərindən ibarət

ağsaqqallar şurası çağırır və məktubu səsləndirir. Massagetlər ya II Kirin tələbini qəbul edib qul olmalı, ya da onun tələbini rədd edib ağır müharibəyə hazırlaşmalı idilər. Azadlıqsevər massagetlər ikinci yolu seçirlər - Tomris II Kirə rədd cavabı verir.

Rədd cavabı alan II Kir bərk qəzəblənir və böyük ordu ilə şimala doğru yürüşə

başlayır. Qoşunlarının başında II Kir özü dururdu, o, massagetləri qırmaq, onlann qanını şəxsən axıtmaq istəyirdi. II Kirin orduları Arazı keçərək şimala doğru irəliləyirlər.

Massagetlərin qoşunları tədricən geri çəkilirlər. Onlar kəşfiyyatçılarından düşmənin sayca çox üstün olması barədə məlumat almışdılar. Ona görə də massagetlər geri çəkilərək

düşməni sərhəddən uzaqlaşdırmaq, sonra kəskin zərbələrlə onun qüvvələrini zəiflətmək və

nəhayət, son zərbə ilə düşməni tam məhv etmək qərarına gəlirlər. Massagetlərin ordusu üç hissəyə bölünür: birinci hissə Əhəməni qoşununun qarşısına çıxır və onu öz ardınca susuz, səhralıq yerlərlə aparır. Bu hissənin başında Tomrisin oğlu dayanırdı və o, vaxtaşırı Əhəmənilərə zərbələr vuraraq onlan sanki döyüşə səsləyir və yenidən geriyə çəkilərək ölkənin dərinliklərinə aparırdı. Bu hissəni təqib edən II Kir elə zənn edirdi ki, onun önündə

bütün massaget ordusu cəmləşib. Əslində isə massagetlərin əsas qüvvələri Əhəməni ordusunun sağında və solunda cəmləşmişdilər. Əhəməni qoşunu sərhəddən uzaqlaşdıqdan sonra massagetlərin bu qoşunları hücuma keçərək II Kirin ərzaq və su ehtiyatlarını məhv edir, onun öz ölkəsi ilə əlaqələrini tam kəsir.

Təhlükəni başa düşən II Kir müharibəni tezliklə bitirmək qərarına gəlir. Onun qoşunları irəli atılır və massaget ordusunun birinci hissəsinə çatır. Döyüş zamanı massaget

döyüşçülərinin əksəriyyəti və onların başçıları - Tomrisin oğlu həlak olur. Lakin onlar

vəzifələrini yerinə yetirmişdilər: düşmən ordusu öz ölkəsindən xeyli uzaq düşmüş və mühasirəyə alınmışdı. Oğlunu itirmək Tomris üçün nə qədər ağır olsa da, o, ordusunda ruh

düşkünlüyü yaranmaması üçün bunu biruzə verməməyə çalışır.

Massaget qoşunları II Kirin ordusunu sağdan və soldan dövrəyə alır. Geriyə qayıtmağa çalışan II Kirin ordusu ilə massagetlərin arasında ağır döyüş baş verir.

Massagetlər torpaqlarını, vətənlərini qoruduqlarını anladıqları üçün böyük rəşadətlə

vuruşurlar. Üstəlik, onlar həlak olmuş yoldaşlarının qisasını almağa can atırlar. İşğal məqsədi ilə Azərbaycana gəlmiş Əhəməni döyüşçüləri isə canlarını xilas edib Arazı keçməyə çalışırlar. Sayca az, lakin mənəvi baxımdan üstün olan, qələbə ruhu ilə yaşayan massagetlər qalib gəlirlər. Əhəməni qoşunları darmadağın edilir, II Kir öldürülür.

Döyüşdən sonra Tomris II Kirin cəsədini tapdırır və onun boynunu vurdurur. Tomrisin əmri ilə II Kirin kəsilmiş başı qanla dolu çuvala atılır və bu zaman o, məşhur kəlamını deyir: "Sən qan içməyə gəlirdin. Doyunca iç".

Tomris və onun döyüşçüləri böyük qurbanlar hesabına olsa da torpaqlarını

düşmən tapdağına vermirlər.

Atropat (e.ə. VI əsr)

E.ə. IV əsrin 30-cu illərində bütün Şərqdə yeni fateh - Makedoniyalı İsgəndər güclü ordu ilə Əhəməni İran dövlətinə qarşı hücuma keçmiş və bir neçə döyüşdə bu dövlətin qoşunlarını sarsıdıcı məğlubiyyətə uğradaraq, Şərqə doğru yürüşünü davam etdirmişdir. İsgəndər qısa müddət ərzində Aralıq dənizinin Hind çayına qədər ərazilərini zəbt etmişdir. Bütün Şərq hökmdarları arasında təkcə Atropat adlı şəxs onunla dil tapa bilmişdir. Vaxtilə Əhəmini qoşunları ilə birgə makedoniyalılara qarşı vuruşmasına baxmayaraq, İsgəndər onu yerli hakim kimi tanımış və onun iran torpaqlarına, indiki Cənubi Azərbaycan ərazisinə toxunmamışdır. Atropat öz torpaqlarını iqtisadi və mədəni baxımdan inkişaf etdirmişdir. E.ə. 323-cü ildə İsgəndər vəfat edəndə və onun dövləti parçalananda Atropat öz dövləti – Atropatenanın müstəqilliyini bəyan edir və tezliklə Atropatena regionun ən qüdrətli dövlətinə çevrilir.

Azərbaycan tarixinə Atropat çətin tarixi şəraitdə müstəqillik qazanmış hökmdar və mərkəzləşmiş dövlət tərəfdarı olan siyasi xadim kimi daxil olmuşdur.



Atropat adının kökü "Ater", yəni "od, alov" deməkdir. Atropat Kiçik Midiya adı ilə tanınan Cənubi Azərbaycanda zadəgan ailəsində dünyaya göz açmışdır. Midiya adı ilə e.ə. 672 - 550-ci illərdə mövcud olmuş möhtəşəm bir dövlət tanınır. Bu dövlətin ərazisi Araz çayından İran körfəzinədək, Kiçik Asiyadan indiki Əfqanıstanadək uzanırdı. Onun Kiçik Midiya adlanan hissəsi dövlətin mərkəzi olan Cənubi Azərbaycana aid idi. E.ə. 550-ci ildən başlayaraq Əhəməni dövləti Midiyanı əvəz etdi, əvvəlki kimi Kiçik Midiya adlanan Cənubi Azərbaycan bu dövlətin tərkibinə qatıldı. Əhəmənilərin Şimali Azərbaycanı zəbt etmək məqsədlərinin qarşısı Tomrisin başçılığı ilə massagetlər tərəfindən alındı.

Döyüşçü kimi fərqləndiyi üçün Atropat dəstə başçısı təyin edilir və hərbi vəzifələrlə tədricən daha yüksək pillələrə qalxırdı. E.ə. IV əsrin 30-cu illərində o, Kiçik Midiyanın satrapı təyin edilir. "Satrap" anlayışı "canişin" mənasını verməklə vilayət başçısı demək idi. Vilayətin bütün qanunverici, icraedici, məhkəmə

hakimiyyəti satrapın əlində idi, üstəlik, o, vilayətin qoşunlarının başçısı və bəzən də dini başçısı hesab edilirdi. Bu zaman Kiçik Midiyada atəşpərəstlik yayılmışdı. Atropatın vilayəti digər vilayətlərə nisbətən daha sabit idi və iqtisadi baxımdan inkişaf etmişdi. İri quldarları itaət altına alan Atropat əhalini vergilərlə incitməyə imkan vermir, ədalətsizliklərin qarşısını alır, ölkədə sənətkarlıq və ticarəti inkişaf etdirirdi. Onun nüfuzu təkcə Kiçik Midiyada deyil, həm də Arazdan şimalda, indiki Şimali Azərbaycanda da böyük idi. Atropatın qoşunlarında döyüşçü qadınlardan ibarət Arazın şimalından toplanmış xüsusi dəstə var idi ki, bu dəstənin döyüşçülərinə Avropa müəllifləri "amazonka"lar deyirdilər.

Əhəməni dövlətinin başçısı III Dara dövlətin bütün varidatını özünün və əyanlarının əyləncələrinə sərf edir, təmtəraqlı saraylar və imarətlər tikdirirdi. Artan xərcləri ödəmək üçün o, vergiləri artırırdı. E.ə. 336-cı ildə Makedoniyalı İsgəndər Əhəməni dövlətinə hücum edəndə III Daranın əmri ilə Atropat başqa satraplarla bərabər düşmənə qarşı vuruşa gedir. Qranik və İss döyüşlərində Əhəməni qoşunları məğlub olsalar da, Atropat özünü bacarıqlı sərkərdə və merd döyüşçü kimi göstərir. E.ə. 331-ci ildə həlledici Qavqamela döyüşünə o öz qoşunları ilə bərabər. Arazdan şimalda yerləşən alban, sak, massaget tayfalarının döyüşçülərini aparmışdı. Atropatın başçılıq etdiyi dəstələr düşmənin bir cinahını əzir, lakin III Daranın qorxaqlığı və vaxtından əvvəl döyüş meydanını tərk etməsi nəticəsində döyüş məğlubiyyətlə başa çatır. Xəzərin cənub sahillərinə çatdıqda III Dara silahdaşlarından biri tərəfindən öldürülür və beləliklə, Əhəməni imperiyası süquta uğrayır. Yeni dövlət - Makedoniya imperiyası formalaşmağa başlayır.

Makedoniyalı İsgəndərin qoşunları Kiçik Midiyaya çatdıqda onun Atropat barəsində fikri mənfi idi. Belə ki, Atropat Əhəmənilərin satrapı olmuş, onlara xidmət etmiş, neçə-neçə makedoniyalı döyüşçünü öldürmüşdü. Bu zaman dağ vilayətlərində olan Atropat gizlənib canını qurtara bilərdi. Lakin o, qırılmaq təhlükəsi ilə üzləşmiş xalqını xilas etmək qərarına gəlir. Kiçik bir dəstə ilə o, Makedoniyalı İsgəndərin hərbi düşərgəsinə gəlir və cəzasını çəkməyə hazır olduğunu bildirir. Tarixdə ədalətli hökmdar kimi tanınan Makedoniyalı İsgəndər bu hərəkətdən heyrətlənir. O başa düşür ki, Atropat əslində vətənpərvər hökmdar və qorxmaz insandır. İsgəndər Atropata toxunmur və Kiçik Midiyaya qoşun yeritmədən Şərqə doğru yürüşünü davam etdirir.

İsgəndər tərəfindən Kiçik Midiyaya satrap təyin olunmuş Atropatın adamlarından biri ölkəni idarə edə bilmir, iqtisadiyyat dağılır, insanların narazılığı artır, quldur və canilərin sayı artır. Vəzifədən kənarlaşdırılan, lakin xalq arasında böyük nüfuza malik olan Atropat quldur dəstələrini məhv edir. E.ə. 328-ci ildə İsgəndərlə Atropat görüşürlər və İsgəndər onu yenidən Kiçik Midiyanın satrapı təyin edir. Vilayətin vəziyyətini sabitləşdirəcəyinə söz verən Atropat Kiçik

Midiyaya Makedoniya qoşunlarının yeridilməməsini xahiş edir və İsgəndər bununla razılaşır.

Bir sıra tədbirlər nəticəsində Atropat iqtisadiyyatı bərpa edir. Çay vadilərində, Urmiya gölü ətrafında yerləşən torpaqlarda əkinçilik, bağçılıq və üzümçülük inkişaf edir. Dağ ərazilərində yaylaq maldarlığı yayılır, mal-qara və at ilxılarının sayı günü-gündən artır. Dəmir, qızıl, gümüş, mis yataqlarının işlənməsi genişləndirilir, "Midiya yağı" adı ilə tanınan neft uzaq ölkələrə göndərilirdi; neftdən çıraqlarda və hərb işində istifadə edilirdi. Qazaka, Fraaspa, Fanaspa, Aqnazana, Vera şəhərləri regionun on iri sənətkarlıq və ticarət mərkəzləri kimi tanınırdı. Bu baxımdan Atropatın iqamətgahı yerləşən Qazaka şəhəri xüsusilə fərqlənmişdi. Arxeoloji qazıntılar nəticəsində müəyyən edilmişdir ki, sənətkarlar yüksək keyfiyyəti ilə seçilən silahlar, metal və gil qablar, parçalar, bəzək əşyaları və s. düzəldirdilər. Vilayətdə Makedoniyalı İsgəndərin pul sikkələri geniş istifadə edilirdi.

Qədim müəlliflər Strabon, Plutarx, Ptolemey və digərləri Atropatın mədəni inkişafa böyük diqqət yetirməsini xüsusi qeyd edirlər. Sonrakı dövr müəllifləri Kiçik Midiya əhalisinin azəri dilində danışdığını qeyd edir, yazıda isə yunan yazılarından istifadə etmələrini xəbər verirlər.

E.ə. 323-cü ildə Makedoniyalı İsgəndər vəfat edir və onun imperiyası parçalanmağa başlayır. Atropatın güclü ordusu peşəkar döyüşçülərdən və bacarıqlı sərkərdələrdən ibarət idi. Arazdan şimalda yaşayan tayfalarla yenidən əlaqələri genişləndirən Atropat hərbi qüdrətini daha da artırır. Bütün görülmüş tədbirlər

nəticəsində Atropat Kiçik Midiyanı tabe etməyə çalışan makedoniyalıların qarşısını ala bilir.

Öz mövqelərini gücləndirdikdən sonra o, Kiçik Midiyanı "Atropatena dövləti" adı ilə müstəqil dövlət elan edir. Dövlətin paytaxtı Qazaka şəhərində müstəqilliyin rəmzlərindən biri olan pul sikkələri buraxılır. Həmin dövlətin ərazisi indiki Cənubi Azərbaycan torpaqlarını və Şimali Azərbaycanın bəzi rayonlarını əhatə edirdi.

Atropatena dövlətinin yaradılması Azərbaycan xalqının tarixində

əlamətdar hadisə idi. Ona görə ki, yenidən dövlətçilik ənənələrimiz bərpa edilir, dövlət rəmzlərimiz, milli ordumuz formalaşır. Azəri dili dövlət dili səviyyəsində inkişaf etdirilir. "Atropatena" sözü tədricən dəyişərək "Aderbayqan" sözü kimi işlənir və sonralar "Azərbaycan" termininə çevrilir. "Azərbaycan" sözü isə "Od allahının qoruduğu məkan" deməkdir.
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 4 217
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri