Şir Bürcü
Şir bürcü
Tarix - 23 İyul - 23 Avqust
Element - Atəş
Xüsusiyyət - Sabit
Qiymətli daşı - Yaqut

Məşhurlar - Napoleon Bonaparte, Fidel Castro, Alfred Hitchcock, Robert De Niro, Bill Clinton, Benito Mussolini, Coco Chanel, Mata Hari, Jaqueline Onassis, Henry Ford, Carl Gustav Jung, Guy de Maupassant, Madonna

Atəş qrupundan olan Aslan bürcü sabit qrupun xüsusiyyətlərini yaradıcı və sənətkar təbiəti ilə əks etdirər. Hər hansı bir fikri ən görkəmli şəkildə Aslan bürcü ortaya qoyar. Meşələr kralı Aslanın özünə sonsuz etibarı nəticəsində nüfuzu hər vaxt və hər yerdə etibarlıdır. Bu bürcün simvolu bir erkək aslandır. Erkək aslanlar yaxşı ovçu deyillər. Onlar evdə uşaqlara, bala aslancıqlara baxar, dişi aslanlarsa ovlanıb "yuvaya" yemək gətirərlər. Amma aslanın dişisi də erkəyi də güc simvoludur.
Aslanlar ehtiraslı, ürəkli, dominant, iradəli, müsbət, müstəqil, özünə etibarlıdırlar. Özləriylə qürur duyarlar. İstər status kvoya qarşı istər status kvo ilə olsunlar, lider doğularlar və elə qalarlar. Əmr verəcəkləri, əmr edəcəkləri mövqelərdə həqiqətən ən yaxşı xüsusiyyətlərini sərgilərlər. Fərdi cazibə gücləri, cazibədarlıqları göz oxşayandır. Uca könüllü bir zəkaları vardır. Belə ki; Aslanların əmri altında olan kəslər onlara böyük hörmət və sevgi bəsləyərlər. O da "təbəə"sindən ləyaqət gözləyər onsuz da. Aslanlar çox kompleks deyildirlər. Nə istədiklərini bilər və bütün enerjilərini, yaradıcılıqlarını istifadə edərək istədikləri nəticəyə çatarlar. Nəyin arxasından qaçacaqlarını bildiklərindən nəticəyə çatmaları da çətin olmaz. Ona heyran olanlar bir Aslanla rəqs etdiklərinin çox fərqindədirlər, fərqində olmasalar belə qısa zamanda bunu görəcəklər. Bir Aslanla birlikdə olmaq, normaldan böyük düşünməyi, böyük davranmağı tələb edir. Ancaq Aslanların bu böyük düşünmə ehtirasları və uca idealları bəzən ətraflarındakıları, onlarla birlikdə hərəkət edənləri qorxudar. Yenə də, ancaq Aslanların bacarıqlılıqları və hadisələrin ya da hər hansı bir problemin tam ürəyinə çatma qabiliyyətləri, onlara bağlı olanların, onlarla birlikdə hərəkət edənlərin etibarını təzələyəcək.

Dəbdəbəli və idealist
Ümumiyyətlə Aslanlar idealist, yaxşı niyyətli, insancıl və lütfkardır. Güclü bir zəkaları vardır və geniş perspektivli düşünə bilərlər. Bəzi Aslanlar çox güclü dini duyğulara sahib ola bilərlər. Dini inancları güclü Aslanlar bu inanclarına möhkəmcə bağlanacaq və ənənəvi inancları və qaydaları qorumaq, onları lazımınca yerinə yetirmək üçün var güclərini sərf edəcəklər. Bu rəftarları, liberal fikirlilərə son dərəcə qeyri müasir, köhnə moda gəlsə də Aslanlar inanışlarında və idealizmlərində son dərəcə səmimidirlər.

Vüqar qürura çevrilsə
Hər kəsin olduğu kimi Aslanların da qüsurları vardır. Mənfi istiqamətləri güclü bir Aslan, insanlığın görə biləcəyi ən böyük baş bəlalarından biri ola bilər. Həddindən artıq vüqarı, əslində qüruru, əmr verən tərzi, soyuqqanlılığını itirən təlaşıyla həqiqətən cansıxıcı ola bilər. Əgər rəqiblərinə güc gəlmək istəyərlərsə, zaman zaman hiyləgərlik etməkdən, gizli işlər görməkdən və onları pisləməkdən çəkinməyə bilərlər. Eqosentrizm, tərif aclığı, özünü bəyənmişlik, dəbdəbəli sözlər, snob bir üstünlük duyğusu, həyasızlıq, buyurqanlıq, təpədən baxma Aslanların pis, mənfi xüsusiyyətləri arasında sayıla bilər. Bütün bunların yanında, Aslanların başqa mənfi xüsusiyyətləri vardır. Lüksə düşkünlük, güc arzusu, sərhədsiz cinsi şəhvət, romantik mübtəlalıq kimi. Bu mənfi xüsusiyyətlər bəzən o cür irəliyə gedə bilər ki; hər kəs onlardan sanki ardına baxmadan qaçar. Ancaq Aslanın qürurunun hər şeydən əvvəl gəldiyini bilmək lazımdır. Ona görə Aslan, ümumiyyətlə çox düşünməyəcək. Qüruru bunu mane olar. Diqqətli olmaları lazım olan şey isə idarəolunmayan tələskənlikləridir. Bu, onların enişini hazırlayar.

Doğuşdan kral
Yaxşı ki, Aslanlar çox intizamsız deyildirlər. Bütün bu qopuşların qarşısını alacaq, ümumiyyətlə balanslı daxili müdriklikləri vardır. Onları üzən şeylərə qarşı zəkalarını şüurlu şəkildə istifadə etməyi bacarır və pisliklərin öhdəsindən gələ bilirlər. Professional həyatda daim ən üstdə olmaq istəyərlər. Siyasətçi olsalar, ancaq hökumətdə müdir mövqeyində vəzifə aldıqlarında rahatlayarlar. İş həyatında ya şirkət başçısı olarlar ya da heç olmasa müdir mövqesindədirlər. Mükəmməl təşkilatçılıq qabiliyyətləri vardır. Uzağı görə bilərlər. Yeni proyektlərin təməlini təyin edərlər. Bir proyektdə köməkçi olaraq başlasalar belə çox keçmədən proyektin idarəçisi olarlar. Çünki ehtiraslıdırlar, çünki kiçik və detallı işlər görməyi sevməzlər. Sənət sahəsində bir Aslan səhnələrin ulduzudur. Onsuz da teatr ilə Aslan çox yaxından əlaqəlidir. Nümayiş dünyası Aslanların ən rahatlayacağı sahələrdən biridir. Komediyadan çox dramları seçərlər, çünki dramda daha çox şişirtmə və görkəm vardır. Aslanlardan mükəmməl orkestr rəhbərləri, böyük musiqiçilər çıxar. Rəssam olsalar böyük ölçülü kətanla çalışarlar. Aslan qadınları da kömək dərnəklərində işləməkdən zövq alır.

Gözəlliyə aşiq, aldatmağa meylli
Aslanlar əlaqələrində açıq, ağıllı, səmimi və etibarlıdırlar. Xaricə dönük və istiqanlıdırlar. Nəzakətli amma açıq danışmağı sevərlər. Bir Aslan güvəndiyi bir insan tərəfindən rədd edilərsə ya da onun xəyanətinə uğrasa böyük reaksiya verəcək, çox dərindən yaralanacaq. O zaman şiddətlə kükrəyəcəkdir. Hirsi də yandırıcı olar. Mühakimə etmə mexanizmlərinin çox yaxşı çalışdığı deyilə bilməz. Sevdiklərindən və ona bağlı olanlardan ifrat bağlılıq və heyranlıq gözləyərlər, bu da bəzən xəyal qırıqlıqlarına yol aça bilər. Çox güclü bir seks impulsları vardır. Qarşı cinsə doğru çəkilərlər və sıx cinsi arzuları təmin etmək istəyərlər. Sırf zövq və gözəllik uğruna, bir cazibədar partnyordan digərinə qaçaraq saysız eşq əlaqəsinə girərlər. Çox təəssüf ki aldatmağa uyğundurlar. Evliliklərinin də bu səbəbdən bitdiyi görülər. Eşqləri sürdüyü müddətcə sevdiklərinə qarşı səmimi, comərddirlər və evlərinə bağlıdırlar; ancaq özlərinə laqeydlik edildiyini hiss etsələr vəziyyət dəyişər. Almağı bilərlər amma verməyi öyrənmələri lazımdır.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri