Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü qeyd olunur

Müəllif: Sweet Candy
Şərhlər: 6
Baxılıb: 447
Paylaş:
Səs ver:
(səs: 0)
Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü qeyd olunur.

Uzun bir dövr ərzində Azərbaycan Rusiyanın müstəmləkəsi olub. Ancaq Azərbaycan xalqı həmişə azadlığa, müstəqilliyə qovuşmaq üçün mübarizələr aparıb.

XX əsr tarixə yalnız elm, texnika əsri kimi yox, həm də milli oyanış, xalqların müstəmləkəçilikdən azad olması və milli dövlətlərin yaranması əsri kimi də daxil olub.

1917-ci ildə Rusiyada baş vermiş inqilab nəticəsində Romanovlar sülaləsinə son qoyuldu. Nəticədə Rus İmperiyası dağıldı. Xalqlar öz müqəddəratlarını özləri həll etməli oldular. Bu imkandan istifadə edərək 1918-ci il mayın 28-də Azərbaycanın milli qayəli, milli təfəkkürlü övladları Azərbaycan Xalq Cümhuriyyətini elan etdilər.

Azərbaycan Xalq Cümhuriyyəti təkcə Azərbaycanda deyil, bütün Şərqdə ilk demokratik respublika idi. Bu, respublika parlamentli dövlət idi. Onun dövlət atributları - bayrağı, himni, gerbi qəbul edildi. Üçrəngli bayraqda türkçülük, islamçılıq və avropalaşmaq bir vəhdətdə idi. Ancaq Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşaya bildi. 1920-ci il aprelin 28-də bolşeviklərin 11-ci ordusu Azərbaycanı işğal etdi və respublika süquta uğradı.

Respublika Günü 1990-cı ildən dövlət bayramı kimi qeyd olunur. Əmək Məcəlləsinə görə, 28 may qeyri-iş günü elan edilib.

loading...
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 447
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
vipbetul
Azerbaycan Bayramin Mubarek. Her zaman Musteqil Demokratik qudretli guclu dovlet olmaqimizi dileyirem.
28 may 2018 20:39
6
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
CANAN
Azerbaycan bayramin Mubarek.
28 may 2018 15:17
5
canan qizim sirin seker qizim.
Offline
guncicek
Ulu onder MEMMED EMİN RESULZADE.ALLAH rehmet etsin
28 may 2018 14:15
4
Offline
YalniZ-ArZu
Cumhuriyyetimizin 100 illiyi mubarek olsun. Nece gozel yarawir bizim olkemize bu reqem, bu tentene. Bu kewmekewli yolda can qoyan, emeyi, eziyyeti danilmaz olan butun dahilerimize Allah rehmet elesin. Werqde bir cox ilklere imza atan olke mehz vetenimiz olub. Her zaman ilkler siyahisinda olaq, her zaman bayraqlarimiz dalgalansin. Bayragimizin rengleri kimi yurdumuzda her zaman al elvan ehval ruhiyye hokm sursun. Allah duwmenlerimizi xar elesin, olkemizin serhedlerini qoruyan igid herbcilerimize Allah can sagligi versin, her zaman qorusun. Onlarin sayesinde rahat yawayiriq. Duwmenlerimiz yer uzunden silinsin, mundar xalqin pislikleri bizden uzaq olsun.
Bize catmaz bilirem, ancaq inwallah ovladlarimiz, nevelerimiz de Musteqilliyimizin 100 illiyini qeyd ederler.

Azerbaycan qayesi nur, mayasi nur ki,
Her dawindan alov dilli ox ola biler.
Azerbaycan deyilende ayaga dur ki,
Ana yurdun ureyine toxuna biler.

Vetenimizi cox sevirem, bu ise en sevdiyim weirlerdendir.
Bu bayramlar sirasina Qarabag qelebesi de qatilsin inwallah, veteni qurub yaradan ve bu gunlere getiren merdlerimizin ruhlari wad olsun nehayet...Allah butun wehidlerimize rehmet elesin!
28 may 2018 14:02
3
Gözümüz bağlı güvəndiyimiz insanlar, yaxşı niyyətimizin içinə zibili yığanda, bizə də hər münasibətə üz verməyib, hər mundarın sözünə aldanmamaq qalar. 08
Offline
BARBI
Azerbaycanimizin bayrami mubarek.Daim zirvelere yukselek
28 may 2018 12:43
2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
Zuzu
Bir kere yukselen bayraq bir daha enmez.M.EResulzade
28 may 2018 12:06
1
Geride biraktiklarina adaklanirsan,önünde seni bekleyenleri goremezsin

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri