Mehriban Əliyeva övladları haqqında danışdı - FOTO

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 12 327
Səs ver:
(səs: 0)
«Həyatımda ən vacib, ən önəmli yeri övladlarım tutur»

«Leyla anadan olanda mənim 19 yaşım var idi. Gənc yaşda analığın mənə bəxş etdiyi bu xoşbəxtliyi heç vaxt unutmaram».
Bu sözlər Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya məxsusdur. "Baku” jurnalında dərc olunan məqalənin bir qismi dövlət başçısının kiçik qızı Arzu Əliyevanın sosial şəbəkədəki səhifəsidə yer alıb.

Birinci xanım övladları haqqında danışıb.

«Həyatımda ən vacib, ən önəmli yeri övladlarım tutur . Mən 3 uşaq anasıyam və onların həyatına aid olan hər şey – uğurları, nailiyyətləri, problemləri, həyəcanları mənə doğmadır. Mənim üçün Heydərin üzgüçülük məşqlərində yüz metr məsafəni qət etməsi, Arzunun imtahanlarını uğurla verib, magistraturaya qəbul olunması, Leylanın isə aktiv şəkildə ictimai fəaliyyətlə məşğul olması eyni dərəcədə əhəmiyyətlidir.

Onların problemlərini mənimlə bölüşməsi və müxtəlif vəziyyətlərə düşəndə məsləhət üçün müraciət etmələri mənə xoşdur. Ancaq mən heç vaxt öz fikirlərimi onlara təlqin etmirəm. Onların şəxsi mövqelərinə hörmətlə yanaşıram, seçim hüququ verməyə çalışıram. Mənim sərhədsiz sevgimə rəğmən, bu, onların həyatıdır və onlar bu həyatı sərbəst şəkildə qurmalıdırlar».

 

(səs: 0)
Şərhlər: 0
Baxılıb: 12 327
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri