Prezident ailəsi ilə birlikdə Heydər Əliyevlə bağlı tədbirdə - fotolar

Müəllif: NoName
Şərhlər:
Baxılıb: 1087
Paylaş:
Səs ver:
(səs: 1)
Mayın 10-da Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə və Heydər Əliyev Fondunun yaradılmasının 11 illiyinə həsr olunan təntənəli mərasim keçirilib.

Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri mərasimdə iştirak ediblər.

Dövlət başçısı mərasimdə nitq söyləyib.

Sonra "Heydər Əliyev” mükafatının təqdimetmə mərasimi oldub.

Əvvəlcə xalq rəssamı Tahir Salahovun "Heydər Əliyev” mükafatı ilə təltif olunması haqqında Azərbaycan Prezidentinin Sərəncamı oxunub.

Prezident İlham Əliyev mükafatı Tahir Salahova təqdim edib.

Sonra ulu öndər Heydər Əliyevin fəaliyyətinə həsr edilən videoçarx nümayiş olunub.

Daha sonra Heydər Əliyev Fondu tərəfindən təsis edilmiş "Qızıl çinar” beynəlxalq mükafatının 2015-ci il qalibləri elan olunub.

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Heydər Əliyev Fondunun mədəniyyət sahəsində həyata keçirdiyi layihələrə dəstəyinə və Azərbaycan mədəniyyətinin təbliğində fəal iştirakına görə tanınmış incəsənət eksperti Erve Mikaelofa və qədim muğam irsinin qorunmasına, muğam ifaçılıq məktəbinin inkişafına, yeni ifaçılar nəslinin yetişdirilməsinə, Azərbaycan mədəniyyətinin inkişafına verdiyi töhfələrə görə xalq artisti, muğam sənətinin görkəmli nümayəndəsi Ağaxan Abdullayevə "Qızıl çinar” beynəlxalq mükafatlarını təqdim edib.

Erve Mikaelof və Ağaxan Abdullayev çıxış edərək mükafata görə təşəkkürlərini bildiriblər.

Təntənəli mərasim bədii hissə ilə davam edib.
 

 

 

 

 

 

 


loading...
(səs: 1)
Şərhlər:
Baxılıb: 1087
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv