Heydər Əliyev Fondunun vitse-prezidenti, "Baku” jurnalının baş redkatoru Leyla Əliyeva oxucularına təşəkkür edib.
Bu haqda sosial şəbəkədə yazan L.Əliyeva yeni şeirini paylaşıb:
"Əziz dostlar, mənim şeirlərimi oxuduğunuz üçün sizə təşəkkürümü bildirirəm. Sizin fikirləriniz mənim üçün olduqca dəyərlidir və mən şerlərimi məmnuniyyətlə sizə təqdim edirəm. Lakin bir daha qeyd etmək istəyirəm ki, onlar şəxsi hislərimi əks etdirmir və konkret insanlara ünvanlanmayıb. Mən həyat haqqında, bir çoxlarının bəlkə də nə vaxtsa keçirdiyi hislər barədə yazmağa çalışıram. Hamınıza xoş günlər arzulayıram və bir daha təşəkkür edirəm”.