Azərbaycan Əlifbası və Azərbaycan dili Günü

Müəllif: NoName
Şərhlər: 8
Baxılıb: 1093
Paylaş:
Səs ver:
(səs: 4)
biri də Qobustan və Gəmiqaya təsvirləri, həmçinin epiqrafik abidələrdir. Tarixi faktlar sübut edir ki, bu qiymətli əsərləri yaradarkən xalqımız müxtəlif yazı növlərindən vəəlifbalardan istifadə etmişdir. Qədim Manna dövlətində yerli yazı növü ilə yanaşı, heroqliflərdən də istifadə olunduğu məlumdur. Ulu əcdadlarımız olan albanların 52 hərfdən ibarət əlifbası vardı.

Ölkəmizdəİslam dininin yayılması iləəlaqədar ərəb əlifbasından geniş istifadə olunmuş, yüz illər boyu ərəb dili din, elm və təhsil dili rolunu oynamışdır. Lakin əsrlərlə müxtəlif xalqların mədəni əlaqələrinə xidmət etmişərəb qrafikası dilimizin səs sistemini bütün dolğunluğu iləəks etdirə bilmir, onun quruluşu və xarakteri haqqında tam aydın təsəvvür yaratmırdı. Bu çatışmazlıqlar M. F. Axundzadə başda olmaqla dövrün mütərəqqi maarifçi ziyalılarında əlifba islahatı keçirmək ideyaları yaratmışdı. Lakin o vaxt bu ideyanı həyata keçirmək mümkün olmamışdı.

Ana dilini sevək  və qoruyaq!1922-ci ildə Azərbaycan hökumətinin qərarı ilə Yeni Əlifba Komitəsi yaradıldı. Bu Komitəyə Azərbaycan (türk) dili üçün latın qrafikalıəlifba tərtib etmək tapşırığı verildi. Bu yeni əlifbaya keçilməsi yolunda atılmış ilk ciddi addım oldu. 1923-cü ildən etibarən latın qrafikalıəlifbaya keçmə prosesi sürətləndirildi. 1926-cı ildə keçirilmiş Birinci Ümumittifaq Türkoloji Qurultayın tövsiyəsinəəsasən 1929-cu il yanvarın 1-dən etibarən Azərbaycanda kütləvi şəkildə latın qrafikalıəlifba tətbiq edildi. Bu hadisə Azərbaycanda savadsızlığın ləğv olunmasında mühüm rol oynadı. Lakin Türkiyə Cümhuriyyətində də latın qrafikalı əlifbaya keçilməsi və bunun nəticəsində SSRİ-də və xaricdə yaşayan türk xalqları arasında mədəni əlaqələrin güclənməsi qorxusu Sovet imperiyası rəhbərliyində Azərbaycan əlifbasının yenidən dəyişdirilməsi planlarını yaratdı. Nəticədə 1940-cı il yanvarın 1-dən kiril qrafikalıəlifbaya keçmək haqqında qərar qəbul olundu.

Sonralar kiril qrafikasının Azərbaycan dilinin fonetik səs sisteminə uyğunlaşdırılması üçün Azərbaycan kiril qrafikasında müəyyən dəyişikliklər aparıldı. Yarım əsrdən çox bir müddət ərzində kiril qrafikası ilə Azərbaycan elmi və mədəniyyətinin qiymətli nümunələri yaradıldı. Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra latın qrafikalı Azərbaycan əlifbasının bərpası üçün tarixi şərait yarandı. Nəticədə 1992-ci ildə latın qrafikalı Azərbaycan əlifbasının tətbiqi barədə Qanun qəbul olundu. 2001-ci ildə isə latın qrafikalı Azərbaycan əlifbasına keçid başa çatdırıldı.

Latın qrafikalı əlifbanın tətbiqinin Azərbaycan Respublikasının siyasi həyatında, yazı mədəniyyətimizin tarixində mühüm hadisə olduğunu nəzərə alaraq Azərbaycan Prezidenti H. Əliyev 2001-ci il avqustun 9-da fərman imzalamışdır. Bu fərmanla avqustun 1-i Azərbaycan Respublikasında Azərbaycan Əlifbası və Azərbaycan dili Günü elan edilmişdir.

loading...
(səs: 4)
Şərhlər: 8
Baxılıb: 1093
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
arzum-aysum
dilimi cox sevirem.
13 fevral 2015 23:43
8
Qarşına ümüdlə bax, arxana şükürlə, yuxarıya imanla, ətrafına hörmətlə...
Offline
Ayti86
Maraqlidir. Ilk defe bu haqda melumat aldim, twk.
13 fevral 2015 15:17
7
~~ `Home is, wherever YOU are my Love `~~
Offline
tek umidim sen
Meqaleye gore tesekkurler! Tebrik edirem her kesi...Dilimizi qoruyaq!
13 fevral 2015 15:11
6
Ne mutlu TÜRK'üm diyene!...
Offline
Qlamurr
Düzdü əlifbamız zaman-zaman dəyişikliyə uğramış,bu da işğalçı ölkələrin siyasəti olub,necə deyərlər bir milləti məhv etmək üçün,onun dilini məhv etmək lazımdı,işğalçılar bu prinsiplə əlifbamızı dəyişdiriblər....dəfələrlə əlifbamız,ərəb,kiril əlifbası olaraq dəyişdirilib.B.Vahabzadə "Latın dili"şeirində xalqı yaşasada,özü yaşamayan dili ölü dil adlandırır.X.R.Ulutürkün "Mənim dilim"şeiri Sovet hakimiyyəti illərində yazılmasına baxmayaraq,yasaq edilmiş siyasi motivli əsərlərdən biridir...dilimizi sevək və qiymətini bilək...
13 fevral 2015 14:17
5
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
Offline
sona
Xeber yarimciq bawlayib.... ama bilmediyim cox weyi oyremdim tewekkur
13 fevral 2015 14:05
4
SEVMEK BU KADAR GUZELSE, KİM BİLİR SEVMEYİ "YARATAN" NE KADAR GUZELDİR...
Offline
Ayselina
Cox sevinirem ki bugun demokratik suveren unitar bir dovletin vetendasiyam..bir dilci olaraq qeyd etmeliyemki dilimizin latin qrafikasina kecmesi ucun M.F.Axundzadenin xidmetleri evezsizdir...dilimizle bagli maraqli bir fakti qeyd edim..dilimizde tarixen "X" herfini elifbamizda legv etmek isteyibler, "h" herfi ile evezlenmesini isteyibler.(turk dilinde oldugu kimi).lakin dovletimizin bir cox filoloqlari alimleri bildiriblerki " olu olende xirildayir demek evezine hirildayir deyeceyik"..butun bunlari nezere alaraq dilimizde " x" herfi berpa olunub..ona gore biz rus dilinde turklere nisbeten daha gozel danisa teleffuz ede bilirik..onlar rus dilinde "xocu"evezine "hocu"deyirler..herkesi tebrik edirem..dilimizi sevek qoruyaq varvar sozlerden az istifade edek..
13 fevral 2015 13:20
3
Təkcə Allah inandığım zaman yaşadığımı anladım!
Offline
Fialka
İnsan gərək birinci öz dilini bilə sonra hansı dili istəyir öyrənər bəziləri isə heç öz ana dilində doğru düzgün danışmağı belə bacarmır ...
13 fevral 2015 13:13
2
Offline
Tomris Müslümova
xeber nie yarimciq basliyib ardi ama maraqlidi...
13 fevral 2015 12:14
1

Sən sadəcə mənimsən...!

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv