Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycanın Naxçıvan şəhərində dəmiryolçu ailəsində dünyaya gəlmişdir.[9]1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun memarlıq fakültəsində təhsil almışdır. Başlanan müharibə ona təhsilini başa çatdırmağa imkan verməmişdir.
Heydər Əliyev 1941-1944-cü illərdə Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında və Naxçıvan MSSR Xalq Komissarları Sovetində müxtəlif məsul vəzifələrdə xidmət etmiş,1944-cü ilin mayında isə Naxçıvan Vilayət Partiya Komitəsi tərəfindən dövlət təhlükəsizliyi orqanlarına işə göndərilmişdir.[12] O, Leninqrad (indiki Sankt-Peterburq) və Moskva şəhərlərində xüsusi ali təhsil almış, 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir. Dövlət təhlükəsizliyi orqanlarında iyirmi beş il (1944-1969) çalışan Heydər Əliyev 1965-ci ildə Azərbaycan SSRİ Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildə isə sədri vəzifəsinə irəli çəkilmişdir H.Əliyevə 1967-ci ildə SSRİ Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi tərəfindən general-mayor rütbəsi verilmişdir.
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il 14 iyul tarixli plenumunda 46 yaşlı Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi seçilərək 1982-ci ilə qədər Azərbaycan SSR-ə rəhbərlik etmişdir.[16] Heydər
Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə (1969-1982) idarəçiliyin
möhkəmlənməsi, kadrlara qarşı tələbkarlığın artırılması nəticəsində
iqtisadi-sosial sahədə böyük nailiyyətlər əldə edildi.[17] 1982-ci
ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi
Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti
sədrinin birinci müavini vəzifəsinə təyin edilmiş və SSRİ-nin
rəhbərlərindən biri olmuşdur.
Heydər Əliyev SSRİ Ali Sovetinin (8, 9, 10 və 11-ci çağırışlar) deputatı,[19] 9-cu çağırış SSRİ Ali Soveti İttifaq Sovetinin sədr müavini (1974-1979), RSFSR Ali Sovetinin deputatı (XI çağırış, 1985), Azərbaycan SSR Ali Sovetinin (7, 8, 9, 10 və 12-ci çağırışlar) deputatı və Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin üzvü (8, 9 və 10-cu çağırışlar) olmuşdur.
Sov.İKP MK-nın 1987-ci il oktyabr plenumunda Heydər Əliyev Sov.İKP MK Siyasi Bürosunun üzvlüyündən və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsindən öz ərizəsi ilə istefa verdi
Heydər Əliyev 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün (21 yanvar, 1990-cı il) Azərbaycanın Moskvadakı
nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı
törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını
tələb etmişdir. O, Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli
vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti
olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk etmişdir.
1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev ilk əvvəl Bakıda, sonra isə Naxçıvanda yaşamış, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilmişdir. O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Sovetinin sədr müavini olmuş, Ali Sovetin sessiyalarında fəal iştirak etmişdir. Heydər Əliyev 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçilmişdir.
Azərbaycan xalqı 1993-cü ilin may-iyununda Gəncə şəhərində Sürət Hüseynovun başçılığı ilə prezident Əbülfəz Elçibəyə qarşıGəncə qiyamı qaldırılması
ilə ölkədə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi
yarandıqda Heydər Əliyevin hakimiyyətə gətirilməsi ilə ayağa qalxdı, bu,
əsl mənada, milli hərəkata çevrildi, Azərbaycanın o zamankı dövlət
başçıları onu rəsmən Bakıya dəvət etməyə məcbur oldular. Heydər Əliyev
iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi, iyunun 24-də isə
Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin
səlahiyyətlərini həyata keçirməyə başladı.
1993-cü
il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti seçildi. Onun Azərbaycan
rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi,
elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində dönüş yarandı, elmi
əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət
quruculuğu prosesi başlandı. Azərbaycan dövlətçiliyinin mövcudluğuna
böyük təhlükə olan 1994-cü il oktyabr və 1995-ci il mart dövlət çevrilişi cəhdlərinin qarşısı alındı, dövlət müstəqilliyi qorunub saxlandı, silahlı yolla hakimiyyətə gəlmək cəhdlərinə son qoyuldu.
1994-cü
il sentyabrın 20-də Bakıda "Xəzər dənizinin Azərbaycan sektorunda
"Azəri", "Çıraq" yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə
işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi" haqqında
dünyanın 11 ən iri neft şirkəti ilə Əsrin Müqaviləsi imzalandı.
Heydər
Əliyevin prezidentliyi zamanında milli ordu quruculuğunda ciddi
dəyişikliklər başladı. Təcavüzkar silahlı qüvvələrinin Azərbaycan
ərazisindəki azğınlıqlarının qarşısı alındı, qəddar düşmənə əks-zərbələr
endirildi və 1994-cü ilin mayındaErmənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində ilk mərhələ kimi cəbhə xəttində atəşkəs elan edilməsinə nail olundu.
1995-ci ilin noyabrında referendum yolu ilə Azərbaycan Respublikasının ümumbəşəri demokratik dəyərləri özündə əks etdirənKonstitusiyasının qəbul edilməsi, 1995 və 2000-ci illərdə çoxpartiyalılıq əsasında demokratik parlament seçkilərinin keçirilməsi,Konstitusiya məhkəməsinin fəaliyyətə başlaması, Azərbaycanda ölüm cəzasının
ləğv olunması, "Bələdiyyə seçkiləri haqqında qanun"un və bir sıra digər
qanunların qəbulu və əməli surətdə həyata keçirilməsi məhz Heydər
Əliyevin adı ilə bağlıdır.
Heydər Əliyev 1998-ci il oktyabrın 11-də xalqın yüksək siyasi fəallığı şəraitində keçirilən seçkilərdə səslərin 76,1 faizini toplayaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.
Heydər
Əliyev 15 may 2001-ci il tarixli fərmanı ilə EA-ya Azərbaycan Milli
Elmlər Akademiyası statusu vermiş, beləliklə bu nəhəng elm təşkilatının
Azərbaycan xalqı qarşısındakı xidmətlərini və akademik elmin ölkənin
inkişafının əsas təminatçılarından olduğu faktını bir daha yüksək
səviyyədə təsdiqləmişdir.[34] Heydər Əlyevin təşəbbüsü, bilavasitə rəhbərliyi ilə 2001-ci il noyabrın 9-10-da dünya azərbaycanlılarının Bakıda keçirilən I qurultayı Azərbaycan diasporunun fəaliyyətinin yaxşılaşdırılması və gücləndirilməsi sahəsində çox dəyərli tarixi qərarlar qəbul etmişdir.
2003-cü ilin prezident seçkilərində namizədliyinin
irəli sürülməsinə razılıq vermiş Heydər Əliyev səhhətində yaranmış
problemlərlə əlaqədar seçkilərdə iştirak etməkdən imtina etmiş və öz
namizədliyini İlham Əliyevin xeyrinə geri götürmüşdü.
Azərbaycanın ümummilli lideri Heydər Əliyev 2003-cü il dekabrın 12-də müalicə olunduğu Klivlend Klinikasında (ABŞ) vəfat etmiş, dekabrın 15-də Bakıda I Fəxri Xiyabanda dəfn olunmuşdur