Talış dağları

Müəllif: Pure Love
Şərhlər: 3
Baxılıb: 9 288
Səs ver:
(səs: 3)
Talış dağları - Azərbaycan Respublikasının cənub-şərq hissəsində yerləşir.

Talış dağları əsas etibarilə üçüncü dövr çöküntülərindən təşkil olunmuşdur. Talış dağları Kiçik Qafqaz dağlarından Əlburz (İran) dağlarına keçid həlqəsini təşkil edir və hündürlüyü 2477 metrə çatan üç əsas dağ silsiləsi və onların bir sıra qollarından ibarətdir. [1] Talış dağları Burovar, Peştəsər və Talış dağ silsilələrindən ibarətdir. Talış dağ silsiləsi Cənubi Azərbaycan ərazisindədir. Talış dağları cənub-şərqdə Əlbürs, qərbdə isə Savalan dağları ilə birləşir. Vilayətin ən hündür nöqtələri Kömürgöy (2493 m) və Qızyurdu (2433 m) zirvələridir. Vilayətin Lənkərançay (Bəşəru), Vazaru, Sadaşaru, Astaraçay, Təngərüd, Pensərçay, Ləkər, Veravulçay, Qumbaşıçay, Viləş, Mişarçay, Göytəpəçay, Bolqarçay və b. çayları öz başlanğıclarını Talış dağlarından götürürlər.
(səs: 3)
Şərhlər: 3
Baxılıb: 9 288
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri