Beləliklə, siz bir aydır ki, intizarla növbəti aybaşını
gözləyirsiniz. Əgər indiyədək həkimə müraciət etməmisinizsə, indi tam
zamanıdır. Qadın məsləhətxanasına müraciət edin və genetiki ziyarət
edin (əgər indiyənədək onun yanında olmamısınızsa).
İlk ziyarətdə hamiləliyinizin fərdi müşahidə cədvəli tərtib ediləcək. Buraya laborator müayinələr də daxil ediləcək.
Qanın ümumi, RW və BİÇ, rezus –faktor və s. analizi.
Yaxıntılar (bəziləri sonrakı müddətdə təyin edilə bilər).
Ailə və mama anamnezi.
Siz doğuşla bağlı harada və nə vaxt psixi –proflaktik hazırlıq kursu keçmək üçün məlumat alacaqsınız.
Səhhətinizin və anamnezinizin xüsusiyyətləri nəzərə alınaraq, ehtiyac olarsa, əlavə müayinələr təyin ediləcək.
Həkim
–genetik irsiyyətinizi araşdıracaq və lazım gəlsə, prenatal diaqnostik
(dölün şikəstliyinə səbəb olacaq ağır xəstəlikləri aşkara çıxaran tibbi
araşdırma) tədbirlər görəcək.
Həkim müayinəsinin sayı və müddəti hamiləliyi necə keçirmənizə bağlıdır.
I-ci həftənin tövsiyələri əvvəlki kimi aktualdır.
Gələcək uşaq
Ürəyin «cilalanması» başa çatmaq üzrədir – bölmələrin arakəsmələri tamamlanır.
Ürəklə böyük qandaşıyıcı damarların əlaqəsi yaxşılaşır.
Mədə
aşağıya enir və qarın boşluğunda öz yerini alır. Mədə əzələlərinin
sinir elementləri ilə «təchizatı» başlayır (bu, gələcəkdə qidanın mədə
boşluğunda düzgün hərəkəti üçün lazımdır.
Tüpürcək vəzisinin təməli qoyulur.
Sümüklər,
hətta oynaqlar da fəal inkişaf edir. Üst dodaq formalaşmağa başlayır
(müəyyən hissləri sıxılır). Əgər uşağınız oğlandırsa, bu həftə
yumurtaların formalaşması prosesi gedir.
Ultrasəs skaneri bu
həftə rüşeymin baş və çanaq ətraflarını, hətta «kürək» və «qarın»
hissələrini ayrıd etməyə imkan verər. Bel sütununu, hətta gözlərini
(tibbi dildə desək, göz çanaqlarını) görmək mümkündür.
Düşünürsünüz ki, asandır? Sizi əmin edirik ki, belə deyil.
Körpənin uzunluğu təpəsindən yançağına qədər cəmi 8 11 mm!