Bürcləri ağladan AĞLAGƏLMƏZ SƏBƏBLƏR

Müəllif: YalniZ-ArZu
Şərhlər: 14
Baxılıb: 6 543
Səs ver:
(səs: 0)
Qadınlar çox emosional varlıqdır, hətta boş şeylərə görə gözlənilmədən ağlaya bilərlər. Ancaq, bu, o demək deyil onlar zəifdir. Bəzən qəlbimizdə yığılmış neqativi çıxarmaq üçün emosiyaları göstərmək lazımdır. Bu gün isə biz hər bürcü kədərləndirən səbəblərdən danışmışıq.

Qoç
Qoçlar çox həssas insanlardır və hər şeyə çox tez öyrəşirlər. Məsələn, sevdiyi serialın final etməsi də onları hönkür-hönkür ağlada bilər.

Buğa
Bu bürclərin həyatından kimsə gedəndə həmin dövrü çətin keçirirlər, hətta o şəxs onlar üçün ən xoş adam olmasa da.

Əkizlər
Əkizlər çox fərqli insanlardır. Onlar öz unikallığını idarə edə bilir. Lakin bu, onların özündən daha yaxşısını görənə qədər baş verir. Bax, məhz bu səbəb Əkizləri hönkür-hönkür ağlamağa məcbur edəcək!

Xərçəng
Xərçənglər hər zaman özünü inkişaf etdirməklə məşğuldur, həm də daim vəziyyətə nəzarət edirlər. Odur ki, onlar işlərinin qaydasında getmədiyini görəndə qəzəblənirlər. Ən xırda məsələ belə onları ağlamaq dərəcəsinə çatdıra bilər.

Şir
Şir bürcləri çox sosial insanlardır. Özünə vurğun Şirlər kiminsə xoşuna gəlmədiyini hiss edəndə buna görə çox kədərlənir və ağlamağa başlayırlar. Yadda saxlayın ki, diqqət onlar üçün hava və su qədər vacibdir.

Qız
Qızları isə mükəmməllik və maddi şeylər narahat edir. Bu bürclər uzun müddət üstündə əziyyət çəkdiyi işi kiməsə göstərəndə və qarşı tərəf onu bəyənməyəndə inciyirlər, ağlayırlar.

Tərəzi
Tərəzilər həqiqətən də yaxşı filirt edir və bununla da qürur duyurlar. Onlar sevdiyi insandan gözlədiyi qayğını hiss etməyəndə çox həssas olurlar. Bu, onları ağlamağa məcbur edən bəlkə də yeganə səbəbdir.

Əqrəb
Əqrəblər çox sədaqətli insanlardır, onlar heç vaxt şübhə üçün səbəb vermirlər. Əqrəb bürcləri dostlarının və yaxınlarının onlardan nə isə gizlətməsinə və sirr saxlamasına nifərt edirlər. Bu, Əqrəbləri sözün əsl mənasında yaralayır. Başa düşməlisiniz ki, sədaqəti hər kəsi sizin kimi yüksək qiymətləndirmir.

Oxatan
Oxatanlar yaxşı bilir ki, onlar böyüməyiblər, lakin dostlarının bu barədə qınaq bildirməsinə çox əsəbiləşirlər. Bu, onları o qədər emosional edir ki, ağlamağa başlayırlar.

Oğlaq
Oğlaqlar yaxşı insanlardır, lakin onlar maddi məsələlərə böyük əhəmiyyət verirlər. Özləri hədiyyə verməyi çox sevirlər. Amma xoşlarına gəlməyən hədiyyə onları ağlada bilər!

Dolça
Dolça bürcləri elə insanlardır ki, həmişə səylə çalışır və ətrafdakıları işlərini qiymətləndirməyə məcbur edirlər. Odur ki, kiminsə onların gördüyü işi bəyənməməsi, Dolçalara əzab verir və ağladır.

Balıq
Balıqlar onlara yalan danışan hər kəsə nifərt bəsləyir. Xüsusilə eşitsələr ki, bunu bilərəkdən ediblər.
(səs: 0)
Şərhlər: 14
Baxılıb: 6 543
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri