Bürclər sevgidə qısqancıq hisslərini necə yaşayır?

Müəllif: Barbaris
Şərhlər: 11
Baxılıb: 2600
Paylaş:
Səs ver:
(səs: 2)
Qoç bürcü: Həmişə ön planda olmağı sevən Qoçlar arxa planda olduğu zaman da öz mövqeyini artıqlaması isə göstərəcək. Özünə güvənən tip olduğu üçün ikinci planda qaldığı zaman qısqanclıq hissi onu rahat buraxmır. Qısqanclığı hiss olduğu zaman qarşıdakı insanı istəmədən də incidə bilər. Münasibətlərdə qısqanc və hər zaman hücum mövqeyindədir. Özünə rəqib gördüyü zaman hirsli və əsəbi olur. Eyni zamanda qarşı tərəfin diqqətini həmişə öz üzərində hiss etmək istəyir. Qoçlar dürüst olduğu üçün hər şeyi həyat yoldaşları ilə paylaşmaqdan zövq alırlar.

Buğa bürcü onlar üçün qısqanmaq təbii duyğulardan biridir. Buğalar əldə etmədiyi hər şeyə qarşı aqressiv və qısqanclıq hiss edir. Bu duyğu onları daha yüksək işlərə motivasiya edə bilər. Lakin qısqanclıq hissinə hakim olmadıqları zaman insanları sıxa bilərlər. Rahatlığına düşkün olan Buğalar qısqanclıqları ilə həm özünü, həm də insanları narahat edirlər. Sevgidə isə qısqanclıq onlar üçün sevginin əsas göstəricisidir. İki buğanın birlikdə sevgi yaşaması olduqca çətin olur.

Əkizlər bürcü: Şəxsi həyatlarında Əkizlərin başqa bir insana o qədər də ehtiyac olmur. İlk baxışda qısqanclıq nəzərə çarpmır. Əkizlər çox pozitiv bürc olduğu üçün qısqanclıq və xoşagəlməz duyğuları açıq şəkildə göstərmək yerinə, gizlədirlər. Hər zaman şən və pozitivlikdən yana olduğu qısqanclıq duyğuları hiss olunmur. Qəlbi qırılmadığı müddətdə qısqanclıq duyğularını qətiyyən göstərmir, əksinə vecinə olmadığını nümayiş etdirir. Əkizləri sevindirmək çox çətin məsələdir. Əkizlərlə sevgi yaşamaq istəyənlər hər şeydən əvvəl səmimi, mehriban və dürüst olmalıdır.

Xərçəng bürcü: Həddindən ziyadə duyğusal olan Xərçəng bürcü qısqanclıq mövzusunda da geri qalmır. Qısqanclıq hisslərinin əsiri olduğu zaman onlar çevrəsindəki hər kəslə qəddar davranır. Gərgin və narahat halı ilə hər kəsdə qıcıq yaradır. Qısqanclıqların ən yüksək həddi olanda isə ətrafındakı insanları incidə və təzyiq göstərə bilərlər. Yalan danışdığınızı o dəqiqə hiss edirlər. Güvəni sarsıldığı zaman onu bərpa etmək üçün uzun vaxt lazım olur.

Şir bürcü: Şirlər ərköyün olduğu üçün aşırı diqqət gözləyir. Lider ruhlu olduqları üçün hər zaman irəli getməyə öyrəşirlər və sevgi ilə təmin olmaqlarını gözləyirlər. Başqasının yüksək pilləyə qalxmasını həzm edə bilmədiyi üçün qısqanclıq duyğuları açıq şəkildə hiss olunur. Bundan isə stressə düşürlər. Qısqanc olduqları zaman ətrafında olan hər kəsi günahlandıra və pis rəftar edə bilərlər. Onların inamını qazandığınız zaman sarsıtmaq asan deyil. Yəni, səhvlərinizi bağışlaya bilirlər.

Qız bürcü: Sakit, soyuqqanlı və məntiqli davranır. Bu baxımdan qız bürcü qısqanclıqdan uzaq durur. Lakin hər insanın olduğu kimi qızların da zəif nöqtələri var. Qısqanclığa qapıldığı zaman depressiyaya düşür və küsəyən olur. Ətrafındakı insanları sərt şəkildə tənqid edir. Qızlar qısqanc duyğusunu yaşamır və yaşatmazlar lakin onları qısqanclığa sürükləyən davranışlardan uzaq durun. Çünki bu pis nəticələrə gətirib çıxara bilər.

Tərəzi bürcü: Son dərəcə şən həyat sürən tərəzilər üçün qısqanclıq duyğusu bəlli edilməyən duyğudur. Lakin hərdən diqqətləri üzərinə çəkə bilmədikləri üçün qısqanclığa qapıla bilərlər. Qısqanclıq səhnəsi göstərdikdən sonra kin saxlamırlar. Çox qürurlu olduqları üçün əsasən qısqanclıqları göstərməməyə çalışırlar.

Əqrəb bürcü: Qısqanclıq əqrəb bürcünün yaşam tərzidir. Digər bürclərin uzaq durduğu şeyləri də əqrəblər qısqanır. Özünü kontrol etmə arzusuna nail ola bilmirlər. Hadisələrin gedişatı zamanı idarəni itirsələr, fırtına qopa və dəhşətli hadisələr baş verə bilər. İnsanlarla münasibətlərdə siyası davranışlar sərgiləsələr də, sevgidə qətiyyən belə deyillər. Qısqanc olsalar da, güzəştə getməyi bacarırlar. Qısqanc davranışlar göstərsələr də, xeyirxah və ürəyitəmiz olurlar.

Oxatan bürcü: Adətən bu bürclər qısqanc deyil. Dəyişkən xarakterə malik olduğu üçün qısqanclıq hissləri baş qaldırdığı zaman nə cür hərəkət edəcəklərini bilmirlər. Qısqanclıq hislərini ciddi cəhdlə gizlətməyə çalışsalar da, bacarmırlar. Qısqanc oxatan bürcünü sakitləşdirməyin ən yaxşı yolu onu anlamaqdır.

Oğlaq bürcü: Məntiqli düşünüb hər zaman yüksəlməyi düşünür və çevrəsindəki insanların onları geridə qoyduğunu gördüyü zaman qısqanc olurlar. İnsanlarla münasibətlərdə öz mənfəətlərini güdürlər. Qarşıdakı insandan heç bir mənfəət əldə etmədikdə isə qısqanclıqdan ağlagəlməz hərəkətlər edə bilər. Sədaqətinizə güvənməyən oğlaq bürcü ilə birlikdə xoşbəxt olmaq çox çətindir.

Dolça bürcü: Hər bir insan kimi dolçalarda hərdən qısqanclıq hisslərinin əsiri olur. Lakin digər bürclərlə müqayisədə dolçalar demək olar ki, qısqanclıq hiss etmirlər. Onlar qısqanclıq səhnələrinə sərf edilən vaxtı başqa məşğuliyyətlərlə əvəz etməyin tərəfdarıdır. Özləri qısqanc olmadığı üçün başqalarının qısqanclıq hisslərini başa düşmür və mənasız hesab edirlər. Onlara qarşı qısqanc olmadığınız müddətdə münasibətləriniz normal və qaydasında gedəcək.

Balıqlar bürcü: Qısqanclıq balıq bürcləri üçün ən zərərli duyğulardan biridir. Qısqanclıq hiss etdiyi zaman ürəyinin yağını yeyib dərin kədərə bürünürlər. Sevdiyi insanlara hər zaman sahib çıxdıqları üçün qısqanclıq onları rahat buraxmır. Bir yandan da başqalarının onları qısqanmağından xoşları gəlmir çünki azadlıqları düşkün insanlar olur. Özlərini güvəndə hiss etdikləri müddətdə qısqanclıq böhranına girmirlər.

(səs: 2)
Şərhlər: 11
Baxılıb: 2600
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
Antikvar
Tərəzi bürcü: Son dərəcə şən həyat sürən tərəzilər üçün qısqanclıq duyğusu bəlli edilməyən duyğudur. Lakin hərdən diqqətləri üzərinə çəkə bilmədikləri üçün qısqanclığa qapıla bilərlər. Qısqanclıq səhnəsi göstərdikdən sonra kin saxlamırlar. Çox qürurlu olduqları üçün əsasən qısqanclıqları göstərməməyə çalışırlar.

Ola bilər;)
Təşəkkürlər
15 sentyabr 2018 15:02
11
Dinləməyi sev-Danışmağı yox...Ağıllı olmağı sev-Ağıl verməyi yox...Özünü ailəni sev-özgəsini yox..Vaxt gələr elə zərbələr alarsan ki,göz yaşlarıyla bərabər niyə belə oldu?Sualları ürəyini ağrıdar....


İmza:Antikvar
Offline
fiyonik
Qız bürcü: Sakit, soyuqqanlı və məntiqli davranır. Bu baxımdan qız bürcü qısqanclıqdan uzaq durur
Bu fikirle razi deyilem belke de men tereziyem cunki qiz burcunun ozellikleri mende yoxduu
15 sentyabr 2018 11:09
10
But my dear it is not Wonderland you are not Alice
Offline
CANAN
Oğlaq bürcü: Məntiqli düşünüb hər zaman yüksəlməyi düşünür və çevrəsindəki insanların onları geridə qoyduğunu gördüyü zaman qısqanc olurlar. İnsanlarla münasibətlərdə öz mənfəətlərini güdürlər. Qarşıdakı insandan heç bir mənfəət əldə etmədikdə isə qısqanclıqdan ağlagəlməz hərəkətlər edə bilər. Sədaqətinizə güvənməyən oğlaq bürcü ilə birlikdə xoşbəxt olmaq çox çətindir.
Menimle yasamag cetindirmi122
14 sentyabr 2018 22:04
9
canan qizim sirin seker qizim.
Offline
Son Bahar
Men qisqanc deyilem yeni qisqanc demirem ozume...ama o qisqancliq krizim var haa o tutdumu Allah gosdermesin 100/90 conur beynim.Ona gorede kiwim coxda sey elemirdeli
14 sentyabr 2018 21:43
8
Offline
Miss_Oxatan
hami ele bilir men qisqancam.heyat yoldawim wukur ki xeyanet meyanet yolcusu insan deyil.herden olur bezi ozunu idare ede bilmeyen qadinlarla rastlawirsan yaxwi bawa duwursen ki gozu qawi oynayir.ferqi yoxdur rus ya da bizim milletden.qadin qadin daha yaxwi tanidigindan bawa duwur qarwindaki nece biridir ve neler ede biler.bu zaman ele qadinlara qarwi davraniwim deyiwir.cunki iyrenirem ele qadinlardan.mesafeni qoyuram ve aqressiv oluram.onda da her kes ele bilir men heyat yoldawimi ona qisqaniram)))ele teessurat yaranir hamida.
14 sentyabr 2018 19:48
7
Offline
sweet dreams♡
Oğlaq burcuyem.Her zaman yukselmek isteyirem.dogru yazib.
14 sentyabr 2018 17:52
6
Offline
vipbetul
son dediyi cox doqru
14 sentyabr 2018 17:21
5
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
BARBI
Ekizlerem.Qisqanc deyilem.
14 sentyabr 2018 17:07
4
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
_NigaR_
Qiz burcuyemmm....hamisi mene aiddi
14 sentyabr 2018 15:38
3
Online
Cema_Axodova
Baliq burcu olaraq bir tek onu deye bilerem qisqanmiram vay o gune qisqanam 122 heyatin zeher ederem )))
14 sentyabr 2018 15:35
2
p.s
Offline
_Mrs_
Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.
14 sentyabr 2018 15:18
1
Seni cooxx sevirem heartEsgerimheart

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri