ÜMUMİ XÜSUSİYYƏTLƏRİ Ulduzunuz: Ay (Duyğular nümayəndəsi) Qrupunuz: Su, mənfi Bürcünün cinsiyyəti: Dişi İstedadınız: Səbirli olmaq Keyfiyyətiniz: Mərhəmətli, yumşaq xasiyyətli, yaxşı niyyətli olmaq Əməliniz: Böyük pul sahibi olmaq Məqsədiniz: Daim yüksəlmək Mənfi cəhətiniz: Ehtiyatsızlıq Uğurlu gününüz: Bazar ertəsi Uğurlu daş: Yaqut və ay daşı Uğurlu rənginiz: Ağ, gümüş, açıq boz, bənövşəyi, bəzən də tünd qara Uğurlu çiçəkləriniz: Ağ suzanbağı, ağ gül, zanbaq Uğurlu qoxular: Müşk, yasəmən Uğurlu musiqiniz: Romantik mahnılar Ehtimal olunan xəstəliyiniz: Döş və tənəffüs yolu xəstəlikləri, həzm sistemi xəstəlikləri, xora Evlilik üçün uyğun olan bürc: Buğa və Əqrəb və ya Balıq Müvəffəqiyyətli olacağınız peşələr: Turizm, otelçilik, idxal-ixrac, pilotluq, gəmiçilik və maye maddələrlə əlaqədar olan peşələr, kimyagərlik, əczaçılıq.
SƏCİYYƏVİ XÜSUSİYYƏTLƏRİ Duyğularının dilini çox axıcı bir şəkildə danışması, iç dünyasının zənginliyi Xərçəngin mənbələridir. Xərçəngdə, duyğusal sıxlıq sonuna qədər açıqdır. Strategiyası qorunmaqdır. Xərçəng qabığında saxlanıb və ya içinə qapanıb güc toplayaraq bu daxili proseslərini qorumaq məcburiyyətindədir. Şəfqət və maraq Xərçəngin özünü qoruma səbəbindən daha güclü xüsusiyyətləridir. Qoruyucu olmaq, müavin olmaq sevginin etibarlı bir növüdür. Radikal bir özünü qoruma, etibarlı sevgi əvvəllər yaxşıdır, amma bir müddət sonra Xərçəngin cəsarətini toplayaraq qabığından çıxması, başka bir sözlə, həqiqətən, sevmə cəsarətini tapması lazımdır. Belə olduqda fəal olaraq dünya ilə inteqrasiya olunur. Əvvəl öz ruhunun dumanlı diyarlarını araşdırmaq üçün istifadə etməsi lazım olan nəzakətli xidmət prosesini yaxşılaşdırıcı, müavin və rahatladıcı rollarını dünyaya ötürür.
XƏRÇƏNG BÜRCÜ KİŞİLƏRİ Xərçəng bürcündə doğulmuş bir kişi sevirsinizsə və onunla evlənmək istəyirsinizsə, hər şeydən əvvəl ona uyğun bir qadın olmağa çalışmalısınız. Hər nə qədər bu bürcün kişisi, əkizlər tipi kimi insanı yormasa da, onun da bəzi xasiyyətlərinə diqqət etmək lazımdır. Hər şeydən əvvəl qarşınızda çox hisli bir kişinin olduğunu bilməlisiniz. Tərbiyəli və nəzakətlidir. O daima sizə etina edəcək, hörmət göstərəcəkdir.
XƏRÇƏNG BÜRCÜ QADINI Xərçəng bürcü qadını bir çox baxımdan bu bürcün kişilərinə bənzəyirlər. Onlar da utancaq, yaxşı niyyətli, çox həssas romantik tiplərdir. Xərçəng bürcündə doğulmuş bir qadını bəyənə bilərsiniz. Bəlkə bir fürsətini taparaq ona yaxınlaşa da bilərsiniz. Onu anlamaqda çətinlik də çəkərsiniz. Çünki dəyişkən bir tipdir.
YÜKSƏLƏN BÜRCÜNÜZ XƏRÇƏNG Əgər astroloji xəritənizdə Xərçəng Bürcü yüksəlirsə o zaman son dərəcə həssas və ətrafında baş verənləri hissləri ilə sanki sovurub sinəyə çəkən bir insansınız deməkdir. İçinizdə şəxsiyyətinizi gizli olaraq tutub, bunu insanlara hiss etmirsiniz. Çox həssas olduğunuz üçün asan incinən bir insan olduğunuza şübhə yoxdur. Bu səbəbdən özünüzü gücsüz və asan zərər görən biri kimi qəbul edirsiniz.