Bürclərin optimizm sirləri

Müəllif: Sweet Candy
Şərhlər: 4
Baxılıb: 3 458
Səs ver:
(səs: 1)
Hər zaman optimizmi saxlamaq mümkündürmü? Çətin ki. Amma cəhd etməyə dəyər!

Hər bürcün həyata nikbin münasibətinin öz sirləri var.

Qoçlar barədə deyirlər ki, onlar ən çətin vəziyyətlərdə belə optimizmi saxlamağı bacarırlar. Bəziləri hətta qeyd edirlər ki, Qoçlara nə qədər çətindirsə, bir o qədər də onlar gələcəyə böyük optimizmlə baxırlar. Ona görə ki, bu bürc nümayəndələri dəqiq bilirlər ki, təslim olmaq olmaz. Qoçlarda optimizm və döyüş ruhu birbaşa əlaqədardır, məhz onlar qalib gəlməyə kömək edir!

Buğalar əsassız optimizmi sevmirlər, real uğurlar və nailiyyətlərə əsaslanmağa üstünlük verirlər. Buna görə də, çətinliklərlə qarşılaşarkən onlar təkrarlamırlar: “Hər şey yaxşı olacaq”, artıq qazandıqları qələbələri və aşa bildikləri maneələri xatırlayırlar. Təcrübə bürc nümayəndələrinə əminliyi saxlamağa və hər şeyə pozitiv baxmağa kömək edir.

Əkizlər nikbin əhvala asanlıqla köklənirlər. Bürc nümayəndələrində çətinliklər yaranmasına baxmayaraq, nikbin əhvalı uzun müddət saxlaya bilirlər. Bu məsələdə onlara bəyənmədiyinə fikir verməmək bacarığı kömək edir. Kənardan elə görünə bilər ki, Əkizlər özlərini aldadırlar, amma bu belə deyil - onlar yaxşıya fikirlərini yönləndirirlər ki, çətinlikləri dəf etmək asan olsun.

Xərçənglər göründüyü kimi elə də pessimist deyillər. Bəli, onlar bəzən həyatdan şikayətlənirlər və hansısa şübhələrə qərq olurlar. Amma hər zaman dəstək əldə edirlər, məhz bunun hesabına da nikbin əhvala köklənirlər. Güclü güvən hissi Xərçənglərə hətta başqa bürc nümayəndələrinin optimizmi itirdiyi vaxtlarda belə saxlamağa imkan verir.

Şirlər əmindirlər ki, bir çox çətinliklərin öhdəsindən gəlməyi bacararlar; məhz bu adətən optimizmə əsaslanır. Əgər birdən şübhə yaranırsa, bürc nümayəndələri əsəbiləşməyə başlayırlar. Amma - uzun müddətlik deyil. Şəxsi möhtəşəmlik hissi Şirləri o qədər sevindirir ki, onlar ümkün qədər onu qaytarmağa çalışırlar!

Qızlar ən pessimist bürc nümayəndələrinə oxşayırlar. Bu da ona görədir ki, onlar təkcə imkanları deyil, problemləri də görürlər və bunu heç kimdən gizlətməyə çalışmırlar. Amma məhz bu yanaşma ümidsizliyə qapılmamağa imkan verir. Qızlar əmindirlər: əgər problem varsa, onun həlli yolu da var. Onu tapmaq isə başqa işdir. Beləliklə, bürc nümayəndələri təkcə optimizmi saxlamırlar, həmçinin real uğur qazanırlar.

Tərəzilər adətən həyata pozitiv baxırlar. Onlar qəbul etməsələr də inanırlar ki, dünya bütövlükdə kifayət qədər səxavətlidir, yaxşı insanlara qarşı isə xüsusilə səxavətlidir. Tərəzilər özlərini yaxşı hesab etdikləri üçün (əsassız deyil) optimizmi saxlamaq elə də çətin olmur.

Əqrəblər çox vaxt pessimist olurlar, amma bu ancaq məsələ başqalarına aid olanda olur. Şəxsi gələcəklərini onlar adətən ən xoş formada görürlər, hərçənd bunu hər zaman etiraf etmirlər. Başqasının mənfi təcrübsəini ürəyinə götürməyi qəbul etməmək bacarığı Əqrəblərə mənasız narahtqlıqdan qaçmağa və hər şeyə nikbin baxışı saxlamağa kömək edir.

Oxatanlar optimizmi özlərinin tükənməyən ehtiyata malik həyat enerjisi hesabına saxlayırlar. Hətta uğursuzluğa düçar olanda belə onlar məhv olmamaq üçün dayanmırlar, sadəcə irəlidə maraqlı bir şeyin olduğuna əmin olaraq irəliyə addımlayırlar. Hər zaman nail olmaq mümkün olan məqsədi görmək ümidsizliyə və kədərli fikirlərə müqavimət göstərməyin əla üsuludur.

Oğlaqlar optimizmi şüurlu surətdə saxlayırlar. Onlar yaxşı başa düşürlər ki, hər şeyə pozitiv yanaşmaq hər şeyin pis tərəfini görməkdən xoşdur, buna görə də məhz belə etməyə çalışırlar. Adətən Oğlaqlar həyatsevərlik əhvalına köklənməyin bir neçə sadə üsullarını bilirlər: dadlı nahardan musiqi sədaları haqqında rəqsə qədər və bunu ətrafdakılarla paylaşmağa hazırdırlar.

Dolçalar real olmağa çalışdıqlarını düşünürlər - bu onların həyata pozitiv münasibətini saxlamağın sirli üsuludur. Onlar hesab etmirlər ki, hər şey yaxşı olacaq, amma ümid edirlər ki, hər şey müəyyən şəraitdə yaxşı ola bilər. Sonra isə şəraitin necə olmasını araşdırmaq və onları yerinə yetirmək lazımdır. Belə yanaşma ilə optimizm çox vaxt əsaslı olur!

Balıqlara optimizmi saxlamağa onların zəngin təxəyyülü kömək edir. Bürc nümayəndələri istənilən an həyatı daha yaxşı etməyin üsulunu fikirləşib tapmağa qadirdir. Düzdür, bu üsul çox güman ki, tamamilə fantastik olacaq, amma Balıqların əhvalı yaxşılaşacaq, bundan sonra isə daha real ideyalar yaranacaq.
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 3 458
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri