2013-cü ildə hansı bürcü nə gözləyir? [maraqli]

Müəllif: Mr. OffiCeR
Şərhlər: 10
Baxılıb: 192 065
Səs ver:
(səs: 73)
"Qoç”: 2013
2013-cü il sizə həm maddi, həm də mənəvi olaraq ən düşərli il olacaq. Mart ayında ailənizlə birlikdə qərarlar verəcəksiniz. Bunun nə olmasında asılı olmayaraq, həm sizi, həm də ailənizi məmnun edəcək. 2013-cü il təhsil alanları...nıza digər illərdən daha çox uğur gətirəcək. Aprel ayında özəl olaraq xoş anlar yaşa bilərsiniz. Daha az yeməli və idmanla məşğul olmalısınız. Uzun yürüşə çıxmaq sizə görə olacaq. May ayında düşündüklərinizi reallaşdırarkən, keçmişdəki səhvlərinizi təkrarlamayın. Fikirlərinizi bəyənməyənləri ani reaksiya verməyin. Sizə yaxın olan bir qadın tərəfindən sıxıntı keçirə, ya da üzülə bilərsiniz. İyun ayında heç nəyi bəyənməyəcəksiz və buna görə uzun-uzadı deyinəcəksiniz. Bunun əvəzinə əlinizdə olana şükür edib, imkanlarınızdan istifadə etsəniz, daha çox fayda qazana bilərsiniz. İyul ayı sizin üçün qərar qəbul etmək ayı olacaq. Arada sizi rahat edən, zövq verən şeylərlə də məşğul ola bilərsiniz. Amma bədxərc olmayın. Noyabr ayında iki şey arasında seçim etməli olacaqsınız. Bu sevdiyiniz insanla bağlı bir məsələ ola bilər. Uşaq sahibi olanlar isə onlarla bağlı problemlərlə maraqlanmalı olacaqlar.

Eşq həyatı
2013-cü il maddi vəziyyətlə yanaşı, sevgi həyatında da sizə uğur gətirəcək. Bu il bir çoxun subay gənclər ailə quracaq, xüsusilə də ilin ikinci yarısından sonra axtardığınız sevgini tapa biləcəksiniz.

Aprel ayına xüsusi diqqət edin. Evli və ya ciddi münasibət yaşadığınız biri varsa, onunla gözəl günlər sizi gözləyir. Bəziləri isə əsl sevgini tapdıqlarını düşündükləri halda, bu münasibətlərə son qoya bilər. Ailəli olanlar şeytana uya bilər, amma diqqətli olun.

İyun ayında sürpriz sevgi ilə qarşılaşa bilərsiniz. Amma bu ay ərzində yaşayacağınız münasibətlər uzunömürlü olmaya bilər. 2013-cü ilin ikinci yarısında fiziki olaraq yorğun olacaqsınız. Amma qarşı cinslə münasibətləriniz şanslı bir dövr yaşayacaq. Hətta ciddi münasibətləri olmayan gözləmədikləri anda o şəxslə qarşılaşacaqsınız.

Bu il sevgi-məhəbbət sizin olacaq. Bəziləriniz uzun müddətdir gözlədiyiniz xoşbəxtliyə qovuşacaqsınız. Bu il həm də ailələrində problemləri olan cütlüklər hər işi rahat şəkildə yoluna qoya biləcəklər.

Səhhət
Bu il bəzilərinizdə qaraciyər, ya da öd kisəsində problemlər yarana bilər. Bunun üçün daimi çek-ap müayinələrinizi unutmayın. Yorğunluqla bağlı şikayətləriniz ola bilər. Həmçinin noyabr ayında ailənizdəki böyüklərinizdən birini səhhətində narahatlıq yaşana bilər.

”Buğa”: 2013
2013-cü ildə sevgi və özünüzü ifadə etmək fürsəti olacaq. Bu il həyat yoldaşınıza qarşı böyük fədakarlıq edə bilərsiniz. Sevdiyiniz şəxsin fikirləri və mövqeyini paylaşmadığınızdan xoşagəlməz problemlər yarana bilər. Bundan başqa, iş həyatınızda öhdəlik sahibi olduğundan vaxtınıza buna çox sərf edəcəksiniz. Kənardan isə sizin bu məsuliyyətiniz soyuqqanlı olduğunu kimi qəbul olunacaq. Sirlərinizi bölüşmək istəyəməcəksiniz. İyul ayında insanlarla səmimi olun. Maddi vəziyyətiniz heç gözələmədiyiniz halda pisləşə bilər. Avqust ayında da diqqətli olun-fikirləriniz qarışa bilər. Amma avqustun sonunda yaxınlarınızdan biri sizdən kömək istəyəcək.

Sentyabr əvvəllərində yeni bir iş yerində işləyəcək, ya da harasa köçmək lazım gələcək. Amma bu, sizin kefinizi pozmayacaq, əksinə bundan xoşunuz gələcək. Oktyabr ayında sizə çox uzaq olan söz-söhbətlərə qarışa bilərsiniz. Noyabr ayı da qarışıq görünür. Bu dövrdə səhhətinizə xüsusi diqqət edin. Güvənsizlik hissi, özününüzü çox aşağıda görmək və ya dəyərsiz hiss edə bilərsiniz. Dekabr ayında danışmaz əmlakla bağlı məsələlər gündəmə gələ bilər.

Eşq həyatı
Səfər zamanı sürprizlər ola bilər. Yəni emosioanl baxımdan sizi məmnun edəcək sürprizdən söhbət gedir. İlin sonunda da eşq həyatınız da müsbət irəliləyişlər olacaq. Evli cütlüklərin bu il yeni körpəsi ola biləcəyi gözlənilir. Fevral maraqlı aydır, vərdişlərinə sadiq və rəsmiyyəti sevən birini seçin. Mart ayında evlilik planlarınızı ləngidin. Aprel ayında anlaşılmazlıq yaranmasın deyə, sevginizi heç kimə deməyin. Əslində insanları gözünüzdə böyütməyin bir mənası yoxdur. Bu aralarda qarşınızdakı şəxsə olan heyranlığınızı həddindən artıq şişirtməyin. İyun ayında bəzilərinizin iş əhatəsində olan dostluqlar sevgiyə çevrilə bilər. Sentyabr ayında keçmiş hisslərini yenidən gündəmə gələ bilər. Sizi nastolji hisslər yaşada bilər. Bu zamanda özünüzə qapana bilərsiniz, amma mövcud olan münasibətlərinizi təhlükəyə atmayın.

Səhhət
Mədənizlə bağlı problem yaşa bilərsiniz. Qazlı içkilərdən uzaq durun. Bundan başqa, təzyiqinizə də fikir verin. Artıq çəki də sizi narahat edə bilər. İyul ayında odlu maddələr, kəsici alətlərdən uzaq durun, diqqətli olun. Sümüklərinizlə bağlı problemlər ola bilər.


”Əkizlər”: 2013
Bu il intuisiyalarınız sizi heç aldatmayacaq. Hisslərinizə həm sevgidə, həm də maddi vəziyyətizdə güvənin. Düşündüyünüz bir çox şeyləri həyata keçirmək tam bu ilə düşür. Bu il maddi vəziyyətinizlə bağlı probleminizin olmayacağını deyə bilərik. Amma maddi vəziyyətinizi böyük risklərdən qorumalısınız. İş həyatınızdakı qazanclarınızı sərmayənizi böyütmək məqsədilə istifadə edə bilərsiniz. İntellektual qabiliyyətinizi ortaya çıxaracaq fəaliyyətlə məşğul ola, ev, ya da torpaq sahəsi ala bilərsiniz.
2013-cü ildə fevral-mart aylarında ailədaxili anlaşılmazlıq, ya da maddi məsələlərlə bağlı xoşagəlməz hallar yaşana bilər. Problemlərin lazım olduğundan artıq şişirtməsəniz, hər şey sizin xeyrinizə yekunlaşa bilər. Evinizlə bağlı məsələlər bu il ön plana keçir. Ailədə böyükləriniz sizin istədiyiniz bəzi şeylərə qarşı çıxa bilər, amma məntiqli izahatlarını onları yola gətirə bilər. Martın sonunda ailə daxilində yaranan mübahisə böyüyüb, sizi darıxdıra bilər. Səbrli olsanız, hər şey yerinə düşəcək. Aprel ayında ailə daxilində narazlıq yarana bilər. May ayında əmlak satışını həyata keçirə bilərsiniz. İyul ayında isə bir çoxlarınız evinizi dəyişə bilərsiniz. Çox arzuladığını evə qovuşa bilərsiniz. Yay vaxtı xoşbəxtliyiniz daha da artacaq. Sürprizlər, dəyişikliklər etmək istəyəcəksiniz. Ürəyinizdən nə keçirsə, onu əldə etmək üçün çalışa bilərsiniz. Amma oktyabrda xoşagəlməz xəbər sizi narahat edəcək.

Eşq həyatı
2013-cü ildə emosional baxımdan bütün gözəl şeylər sizi gözləyir. Sürprizlərə hazır olun. Sevginiz daha da canlanacaq, hərəkətli və həyacanlı olacaq. Sevib-sevilmək 2013-cü ildə məhz sizi gözləyir. Eşqə düşmək, subaylığa son qoymaq, problemli bir evliliyi başa vurmaq, xoşbəxt münasibətlərin başlayacağı bir il olacaq. Mart-aprel, sentyabr-oktyabr aylarına diqqət edin, çünki bu aylarda hamı diqqətini sizin üzərinizdə cəmləyəcək.

Xüsusilə fevral ayının sonunda əlaqələriniz uğurlu, əhatəniz isə xeyirli olacaq. Aprel ayında tanış olacağınız şəxsə şans verin. O, sizi məyus etməyəcək. Ona güvənməyi öyrənəcəksiniz, həyatınıza girəcək bu yeni şəxs sizə əsl sevgini yaşadacaq.
İyul ayında sevgilinizlə bağlı sizi rahat buraxmayan suallar yarana bilər. Bunların cavablarını tapmaq üçün əvvəlcə qarşınızdakı şəxslə danışın. Bu yolla aranızdakı məsələ həll oluna bilər.

Səhhət
Bu il gözləriniz və dişləriniz ilə bağlı narahatlığınız yarana bilər. Xüsusilə qış ayılarında artıq çəki sizi narahat edəcək. Mədənizi də çox gücə salmayın.

”Xərçəng”: 2013

Maraqlandığınız hər sahədə yeni bir səhifə açılacaq. Dərhal reaksiya vermək və qısa bir zamanda qərar qəbul etməli anlar yaşayacaqsınız. Fevral ayında iki fərqli məsələ arasında qalacaqsınız. Bu vəziyyətdə sizə daha yaxın olanı seçməniz daha xeyirli ola bilər.
Mart-aprel ayı səhhətiniz güclənəcək. Sakit bir vaxt keçirəcəksiniz. Amma aprel ayının sonunda sizə gələn xəbərə görə səfərə çıxmalı olacaqsınız. Amma buna görə narahat olmayın. May ayında sevgi cəbhənizdə canlanma yaranacaq. Cüzi şeylərə görə sevgiliniz qəlbinizi qıra bilər. Bu dövrdə dostlarınıza kömək etməzdən öncə düşünün. Məsələni şişirtmədən bağlasanız, hər şey rahat həll olunar. Bu aralarda müdirinizlə anlaşılmazlıq yarana bilər. Siz haqlı ola bilərsiniz, amma dərdiniz onlara demək sizə çətin ola bilər. Özünüzü psixoloji yorğun hiss edə bilərsiniz. İyul ayında sevdiyinizlə şəxslə münasibətləriniz soyuya bilər. Avqustda isə pulunuzu düzgün istifadə etsəniz, maddi vəziyyətiniz yaxşılaşa bilər. Sentyabr-noyabr ayında uşaqları olanlarınız onlara daha çox vaxt ayırmalı olacaqlar. Oktyabrda peşənizlə bağlı qabiliyyətinizi artırsanız, pulunuz da artacaq.

Eşq həyatı
Yanvarın sonunda sevgilinizlə bağlı münasibətləriniz sizi narahat etməyə başlayacaq. Bunun cavabını tapmaq üçün ilk öncə onun özü ilə danışın. Bu şəkildə aranızda yaranan anlaşılmazlıq həll oluna bilər. Amma bəziləriniz isə münasibətlərinizi bitirə də bilər.

Fevarlın sonu, martın əvvəllərində yeni münasibətləriniz yarana bilər. Ən pisi isə onun qətiyyən sizə uyğun olmayan biri olmasıdır. Ona görə də hər şeydə diqqətli olun, yüz ölçüb-bir biçin. Amma aprel ayında sizi yeni bir eşq gözləyir. Yeni sevginizə şans versəniz, o sizi məyus etməyəcək. İyun ayında isə sevgiliniz, ya da həyat yoldaşınızdan layiq olmadığnız sözlər eşidə bilərsiniz.
Sevgiliniz, ya da həyat yoldaşınızın romantik hərəkətləri münasibətlərinizi daha da gücləndirəcək.

Səhhət
Bu il sizin səhhətinizdə ciddi problemlər gözlənilmir. Bəzilərini qaraciyərlə bağlı problemi ola bilər. Sentyabr ayında ailədən birinin səhhətindəki problem sizi narahat edə bilər.

”Şir”: 2013
Təzə ilin yanvar-fevral aylarında ailənizlə bağlı məsələlərlə başınız qarışacaq. Sosial həyat və dostlarınızla bağlı sizi gözəl həyat gözləyir. 2013-cü ildə gələcəyə dair planlarınızda irəliləyişlər olacaq. İş həyatınızda meydana gələn irəliləyişlər, evdəki həyatınızda qaydasına sala bilər. Yeni bir evə köçmək, yeni qərarlar vermək məcburiyyətində qala bilərsiniz. İş yükünüz bu ilin ortalarında arta bilər. Uşaq sahibi olanlar isə bu il onların uğurları ilə fəxr edəcəklər.
Aprel ayında şərtlər daha yorucu ola bilər. Maddi vəziyyətlə bağlı alacağınız dəstək qərarlarınızın dəyişməsinə səbəb ola bilər. May ayında ümumilikdə xoşbəxt bir mühit yaranaacq. Bitməsi lazım olan öhdəliklər və evlə bağlı məsələlər arasında çaş-baş qala bilərsiniz. Sizə verilən vədlərin yerinə yetirilməməsi sizi sıxa bilər. Həmçinin bu zamanda sevgilinizlə münasibətləriniz də soyuya bilər.

Avqust-sentyabr aylarında yaşca sizdən böyük olan insanlarla münasibətlərinizdə həm maddi, həm də mənəvi dəstək ala bilərsiniz. Oktyabr, noyabr, dekabr ayları şirlər üçün həm ev, həm də işinizdə rahatlıq olacaq.

Eşq həyatı
2013-cü ildə bir sıra sevgi macəraları yaşa bilərsiniz. İlin ilk yarısında qısa müddətli münasibətləriniz olacaq.

Mart-may aylarında nişan barədə qərar qəbul etməniz məsləhətli deyil. "Şir” bürcünə məxsus qadınlar sevgi münasibətlərində özlərinə uyğun birini seçməlidirlər.

Səhhət
2013-cü ildə sizi sağlam il gözləyir.

”Qız”: 2013
2013-cü ilin əvvəllərində işinizdə sizi sıxacaq narahatlıqlar, alıb-verəcək işlərlə bağlı sıxıntılar, kredit borclar, bankarla bağlı məsələlər ürəyinizi sıxacaq. Amma bu anlarda sizə ən böyük dəstəyi ailəniz göstərəcək. Lakin iş mühitini evə gətirməyin. İlin ikinci yarısında fərqli düşünməyə başlayacaqsınız. Xüsusilə də karyeranızla bağlı daha qətiyyətli olacaqsınız. Uşaq sahibi olmaq istəyənlər üçün bu il uğurlu ildir.

Yanvar ayında dostlarınızla bağlı bəzi gərginlik, anlaşılmazlıq yaşa bilərsiniz. Fevral ayında isə ailənizdəki fərdlərindən birinin narahatlığı sizi üzə bilər. Mart ayından dostlarınızdan birindən borc istəyəcəksiniz, amma onun sizə kömək edə bilməməsi sizi incidə bilər.

Əgər öz işinizi idarə edən birisinizsə, aprel ayında böyük layihələr haqda düşünməyin. İyun ayı isə xoş xatirələrlə yadınızda qalacaq. Dostlarınızla münasibətləriniz qaydasına düşəcək. Valideyn olanlarınız isə uşaqlarının akademik uğurları ilə yerə-göyə sığmayacaqlar. Iyul-avqust aylarında qısa müdəttli tətilə gedə bilərsiniz. Bu istirahət sizə yaxşı təsir edəcək.

Sentyabr ayında yeni avtomobil ala, olanları isə onu yenisi ilə dəyişdirə bilərsiniz. Noyabr, dekabr aylarında ev, əmlak məsələləri ilə maraqlana bilərsiniz. Bu zaman alqı-satqı işləri üçün əla vaxtdır.

Eşq həyatı
Ürəyi boş olanınız yeni sevgi yaşa bilərsiniz. Münasibətlərinizdə tələsməsəniz, qarşınızdakı şəxslə əlaqələriniz ciddi şəkil ala bilər. Fevral ayında diqqətli olun. Aranıza başqa biri girib sizi ayıra bilər. Bunu isə təsadüf bir dostunuzdan öyrənəcəksiniz. Hətta bir iclas, ya da gözləmədiyiniz bir məkanda onlarla qarşılaşa bilərsiniz.

Martın sonunda da münasibətlərində diqqətli olun, tələsməyin. İnsanları yaxşı tanımağa çalışın. Qadınlar dul bir kişi, ya da hansısa dostunuzun vasitəsilə kiminləsə tanış ola bilərsiniz. Amma həyatınıza kimisə daxil etməzdən öncə, yaxşıca düşünün.

Dekabr ayında maddi vəziyyətlə bağlı xoşagəlməz hallar yaşana bilər. Amma münasibətlərin korlanmasını istəmirsinizsə, hər şeyi şişirtməyin.

Səhhət
İlin ilk ayları stresslə bağlı ağrılarınız ola bilər.

”Tərəzi”: 2013
İlin ilk yarısı arzularınızı reallaşdırmaq üçün əla bir zaman başlayacaq. Təhsilini davam etdirən Tərəzilər olduqca böyük uğurlar əldə edəcəklər. Bəziləriniz heç inanmadığınız imtahana girəcəksiniz və bundan gözlənilməz şəkildə yaxşı nəticələr əldə edəcəksiniz. Bu il xariclə bağlı iş gözləntiləriniz varsa, bu reallaşacaq. Bəziləriniz keçən ildən yeni bir məkana, ya da ölkəyə köçmüsünüz və hələ də oraya öyrəşə bilməmisiniz. Eviniz üçün darıxa bilərsiniz, amma bilin ki, bu işin sonu səbrli şəkidlə gözəl nəticələnəcək.

İlin ilk yarısı yeni yerlər görmək, tətil planları, həftəsonu gəzintiləri fəaliyyətinizin əsas hissəsinə çevriləcək. Ailə və dostlarınızla reallaşacaq gözəl və nəşəli tətillər, birgə planlar və gəzintilər sizi gözləyir. Bu vaxta qədər getmək istədiyiniz yerlərə getmək fürsətləri yarana bilər.

2013-cü ildə yanvar-fevral aylarında bir çox şeylər uğurlu olacaq. Bəzi xoş səfərlər reallaşdıra bilər, insanlarla yaxşı münasibətlər yarada bilərsiniz. Sizdən uzaqda yaşayan ailə üzvünüz varsa, onlardan yaxşı xəbərlər ala bilərsiniz. Sizə baş çəkən insanlar da olacaq, sizin gedəcəyiniz insanlar da. Sevdiyiniz bir dostunuzun dərdinə şərik ola bilərsiniz.

Aprel-may aylarında dostlarınız sizi təsəvvür etmədiyiniz gözəl yerə dəvət edəcək. Bu münasibətləriniz dostuluğunuza çox yaxşı təsir edəcək. İyul ayında bəzi insanlardan gözləmədiyiniz münasibət görə bilərsiniz. Amma avqust ayı ağır gedən işlərinizə yardımçı olacaq. Oktyabr ayında çox istədiyiniz bəzi şeylər heç nə etmədən reallaşa, ya da bunun baş verməsi üçün yaxşı şərait yarana bilər.

Eşq həyatı
Bu ili sizin üçün çox şanslı hesab etmək olar. Amma hər addımınızda diqqətli olmanız sizə faydalı ola bilər. Heç bir münasibətinizi riskə atmayın. Evli olanlarınız isə son dərəcə sakit və rahat il keçirəcəklər.

Amma ailələrində problemləri olanlar bəzi gərginlik yaşa bilərlər. Amma böyüklərin işə qarışması hər şeyi qaydasına qoyacaq. Ürəyi boş olanlar, ya da sevgi məndən yan qaçır deyənlər- fevral, aprel, may, sentyabrın sonunda diqqətli olun. Bir də görəcəksiniz ki, axtardığınız həmin şəxs lap qarşınızdadır. Bundan başqa, işdə, səyahət zamanı qarşınıza çıxacaq biri ilə qısamüddətli münasibət qura bilərsiniz.

Səhhət
Ümumilikdə sağlamlığınız yerində olacaq. Lakin ayaq və bel ağrılarından şikayət edə bilərsiniz.

”Əqrəb”: 2013
2013-cü ildə içinizdə hər şeyi yenidən başlamaq hissi yaranacaq. İçinizdəki güclü hisslər sayəsində özünüzə güvəniniz artacaq, həyatınızı daha maraqlı edəcəksiniz. İş həyatınız olduqca uğurlu keçəcək. Təhsillərini davam etdirənlər üçün bu il uğurlu görünür.

Evli olanlarınız zamanlarını daha çox ailədaxili münasibətlərin güclənməsinə sərf edəcəklər. Mart ayında ailənizdə kiçik narahatlıq yaşana bilər. Aprel ayında yeni ortağınız, ya da əvvəlki işinizin bitməsi və yenisinə başlamaq haqda qərar verməli olacaqsınız. Bu il sizə heç gözləmədiyiniz şəkildə dəyişikliklər gətirəcək. Nəyinsə sonu, ya da heç nəzərdə tutmadığınız bir işin başlanğıcı ola bilər. Hətta ani evlənmə qərarı da verə bilərsiniz. Bu vaxta qədər cəsarət etmədiyiniz iş qura bilər və bununla bağlı olaraq yaşadığınız şəhəri dəyişə bilərsiniz.
İlin ilk yarısında yaxınlarınızdan biri sizə maddi yardım edə bilər. Bu vaxtda banklarda ödəmələrlə bağlı problemləriniz ola bilər. İyulda bir qədər pul əldə edə bilərsiniz, amma bundan rahatlanmayın. Çünki yeni borclarınız yara bilər. Xüsusilə sevdiyiniz insana görə borca girməyiniz maddi baxımdan sizi sıxa bilər. Ona görə də xərclərinizə diqqət edin.

Eşq həyatı
Evli cütlüklər xırda narazılıqlar yaşaya bilərlər. Bunun üçün aprel və oktyabr aylarına diqqət edin. Bəziləriniz səyahət və macəralar yaşamağı istəyə bilərsiniz. Amma bundan öncə itirə biləcklərinizi unutmayın.
Səhhət
İntensiv işlə əlaqədar boyun və bel ağrılarınız ola bilər.

”Oxatan”: 2013
Bu il təhsil ala bilər, başqa mədəniyyət və fəlsələ ilə tanış ola, ya da qısa səfərlərə çıxa bilərsiniz. Ali təhsilinizi tamamlamaq və özünüzü inkişaf etdirmək istəyirsinizsə, özünüzü buna məcbur edə bilərsiniz. 2013-cü ildə həm karyera, həm də ikili münasibətlər baxımından gərgin olacaq. Şəxsi həyatınızda ikili münasibətləriniz olsa da, iş həyatında olduqca uğurlu, bol qazanc əldə edəcəyiniz bir il olacaq.

Subaysınız və ailənizin bilmədiyi bir gizli münasibət yaşayırsınızsa, ailəniz bu haqda necəsə öyrəncək və sizə təzyiq edəcək. Mart ayı həm iş, həm də sevgi baxımından intensiv keçəcək. İstirahətinizi düzgün təşkil etməli və rejmlə qidalanmalısınız. İyun ayında ailədaxili xoşagəlməz hallar yaşana bilər, amma ailə başçılarınızın müdaxiləsi nəticəsində sizi daha narahat edəcək. İyul ayında sizi səyahətlər gözləyir.

Eşq həyatı
2013-cü ildə yeni münasibətlər, ani başlayan və ya birdən bitən əlaqələriniz olacaq. İlin ilk yarısında, daha doğrusu, mart ayında sevgilinizlə ayrıla bilərsiniz. Amma bunun ardıca başqa bir sevgi münasibətlərinə girəcəksiniz. Bir sözlə, qısamüddətli münasibətləriniz çox olacaq. Ailəli Oxatanlarda boşanmalar da mümkündür. Dul olanlar isə yeni ailə həyatı qura bilərlər. İkinci ailənizdə isə köhnə səhvlərinizi təkrarlamayın. Noyabr-dekabr ayında eviliyiniz və münasibətləriniz öz yoluna düşəcək.

Səhhət
İdmanla məşğul olun, açıq havada gəzin. Düzgün qidalanın.

”Oğlaq”: 2013
İlin ilk aylarında ruhdan düşəcəksiniz, amma bu müvəqqəti olacaq. Yanvar ayında zəhmət çəkdiyiniz şeyləri vaxtında bitirməlisiniz. Fevral ayında alacağınız bir xəbər sizi həyacanınıza səbəb ola bilər. Sizə səbrli və soyuqqanlı olmanızı tövsiyə olunur.

Mart-aprel ayında yeni tanış olduğunuz insanlarla diqqətli olmalısınız. Onlara çox güvənməyin. Bundan başqa, bəzi söz-söhbətlər kefinizi poza bilər. Sentyabr ayı alış-satışla məşğul olan Oğlaqlara düşərli olacaq. Evli Oğlaqların oktyabr-noyabr aylarında ailələri ilə olan bağları daha da möhkəmlənəcək. Ona görə də evdə vaxtınızın çox keçirməyiniz yaxşı olar. Subay Oğlaqlar isə sevgililərinə vaxt ayıra bilərlər.

Eşq həyatı
Oğlaqların sevgi həyatı yeni həyacanlarla doludur. Yanvar ayı ilə birlikdə həyatınızdakı istəmədiyiniz şeylərdən qurtulacaqsınız. Mart ayında toy, ya da ziyafət zamanı bir nəfərlə tanış ola bilərsiniz. Amma onunla münasibətlərinizin uzun davam etməsini istəmirsinizsə, ona sadəcə yox deyin.

Səhhət
Bu il bəzilərinizin çəki problemləri ola bilər. Ona görə də səhhətinizə qarşı diqqətli olun. Düzgün qidalanın, idmanla məşğul olun.

”Dolça”: 2013-cü il-
Bu il şansınız yüksəkdir. 2013-cü ildə sosial həyatınız rəngarəng, iş həyatınızda isə istəkləriniz reallaşacaq. Bu il sıxıntı yaşaya biləcəyiniz ay fevral ayıdır. İşlərinizi istədiyiniz kimi getmədiyi vaxta bir az sıxıntı yaşaya bilərsiniz. Amma bunun müvəqqəti olduğunu unutmayın. Heç kim və heç bir hadisə sizin dincliyinizi poza bilməyəcək. Fevral ayında ev almaq üçün kredit yığanlara şad xəbərlər verilə bilər. Amma unutmayın ki, həddindən artıq bahalı bir şeyə girişmək istəsəniz, borclarınız arta bilər.

İşinizlə bağlı bəzi problemlərdən qurtulmaq üçün qarşınıza inanılmaz imkanlar çıxacaq. Bu vəziyyəti qiymətləndirin və problemlərinizin öhdəsindən gəlməyi öyrənin. Aprel ayında ailəniz istəklərinizə qarşı çıxa və öz bildikləri kimi bəzi işlər etməyə hazırlaşa bilərlər. Və ya ailə üzvləriniz sizin fikrinizi öyrənmədən şəxsi həyatınızla bağlı verdikləri qərarlar evinizdə mühitin gərginləşməsinə səbəb ola bilər.

May ayı hərtərəfli yaxşı keçəcək. Yaxınlarınızla münasibətləriniz qaydasına düşəcək. Həyat yoldaşınız və dostlarınızla gözəl vaxt keçirəcəksiniz. Həyatınızda yaxşıya doğru şanslar artacaq. Hətta uzaq bir qohumunuz sizə qonaq gələcək.

İyun ayı xüsusilə sizə düşərli olacaq. Amma şanslarınız sadəcə bu ayla bitməyəcək. Kefinizi pozmağı düşünməyin də… Nikbinsiniz və getdikcə də canlanacağınızı hiss edəcəksiniz. Sizin üçün heç bir problem və ya hadisə həllini tapmamış qalmayacaq. Nəticələri tez bir zamanda əldə etmək üçün kifayət qədər zəka və fiziki gücə maliksiniz.

İyul ayında olduqca mühüm imkanlarla rastlaşa bilərsiniz. Uşağı olan "Dolçalar” isə ailəsinə bir az çox vaxt sərf etməlidir. Avqust ayında heç gözləmədiniz şəraitdə çoxlu pul qazanmağınız sizi rahatlaşdıracaq. Təşkilatçılıq tələb edən işlərinizi birinci yerinə yetirməlisiniz. Zehni işləriniz bu ayda artacaq.

Sentyabr ayında həyatınıza daxil olacaq yeni mövzular və üfüqlər sizi həyacanlandıracaq. Şəxsi nöqteyi-nəzərdən özünüzü daha da kamilləşdirməlisiniz. Yeni cəhdləriniz sentyabr ayında uğurla nəticələnəcək. Oktyabr ayında isə maraqlı bir qonağınız gələcək. Noyabr ayında iki dostunuzun arasında yarana biləcək gərgin münasibətlərin arasında qala bilərsiniz. Amma çalışın bitərəfliyinizi qoruyub saxlayın. Mümkün qədər bu işdən uzaq dursanız o qədər az zərər çəkmiş olarsınız. Amma bu vəziyyətin daha da böyüməsi və istəmədən sizin də qarışmaq məcburiyyətində qala bilərsiniz. Bundan başqa, xərclərinizə fikir verin, həyat yoldaşınıza probleminiz ola bilər.

Dekabr ayı sosial həyatınızda canlanma olacaq. Yeni dostlar qazana bilərsiniz. Tənhasınızsa, həyatınızda gözləmədiyiniz sürpriz münasibətlər başlaya bilər.

Eşq həyatı
Xoşunuza gələn birinə rast gəlmək fürsəti yaranacaq. Mart ayında o təsadüf qarşınıza çıxacaq. Amma həddən artıq bu məsələyə böyük önəm verməyiniz o insana mənfi təsir edə bilər. Əgər mart ayında bu şansı dəyərləndirə bilməsəniz, iyun ayının sonunda birdən birə sizə çox təsir edəcək bir şəxslə tanış ola bilərsiniz. Bu il emosional münasibətləriniz də uğurlu olacaq. Xüsusilə də ailəli olanlar problemlərini həll edəcək və hətta qısa tətil planları da reallaşdıra biləcəklər. May ayında xoşbəxtliyin bütün sirlərini kəşf etmək münasibətlərinizi daha da davamlı edəcək. Bundan başqa, bu vaxtda xoşladığınız birinin sizi də bəyəndiyinizi öyrənə biləcəksiniz. Sentyabr ayı evlilər üçün bir az gərgin olacaq. Bəziləriniz üçün noyabr ayında söz və ya nişan gözlənilir.

Səhhət
Bu il böyrəklərlə bağlı probleminiz ola bilər. Kiçik bir narahatlıq hiss etsəniz belə, dərhal həkimə müraciət edin. Sağlamlığınız və yuxu rejmininzə diqqət edin. Qidalanmanıza da fikir verin.


”Balıq”: 2013-cü il
2013-cü ildə ciddi şəkildə bədxərclikdən uzaq dursanız, bütün ilboyu problemsiz olacaqsınız. Ətrafınızda ahəng yaratmaq, zövq və rahatlıq içində yaşamaq bu il digərlərindən fərqli daha çox ehtiyacınız var. Qarşınıza çıxan çətinliklərin öhdəsindən rahat şəkildə gələcəksiniz. Sülh, gözəllik və estetik duyğularınız bu il olduqca yüksək olacaq. Bu il həyatınızda gözəl anlar yaşayacaqsınız. Uşaqlarınız, ailənizlə bağlı gözəl günlər sizi gözləyir. 2013-cü ildə xərclərinizə diqqətlə yanaşmalısınız. İlin birinci yarısında həyatınızın yönləndirmə və yeni hədəflərə nail olmağa çalışmalısınız. Güclü iradənizlə hadisələri öz xeyrinizə dəyişə bilərsiniz.
Evlilik, iş, təhsil, akademik karyera ilə bağlı yaşadığınız yeri dəyişə biləriniz. Bir başqa şəhər və ya ölkəyə gedə bilərsiniz. Fevral ayında maliyyə məsələlərində sürprizlə qarşılaşa bilərsiniz. Riskdən çəkinməlisiniz.

Mart ayında təkcə özünüz üçün deyil, bir yerdə yaşadığınız insan və ya insanları da düşünməlisiniz. Bu, ailənizə də aid olan bir məsələ və ya miras ola bilər. İyun ayında istəmədən dediyiniz sözlər ətrafınızdakı insanların sizə qarşı çıxmasına səbəb ola bilər. Bu ayda istəmədən də olsa, bir yaxınınızla münasibətləriniz pozula bilər. Dediyiniz sözlərin düzgün anlaşılmaması sizi sıxa bilər.

İyul-avqust aylarında ailədə yaşanacaq bir yenilik onun genişlənməsinə səbəb ola bilər: bu evlilik, ya da yeni bir körpənin doğulacağı xəbəri də ola bilər. Sentyabr-oktyabr aylarında narahatlıqlar yaşa bilərsiniz, amma bədbin olmayın. Bu il işinizdə sizi istəməyənlər, sizi qəbul etməyənlər sizə tələ qura bilərlər. Amma onların bu cəhdləri baş tutmayacaq, unutmayın ki, ətrafınızda sizi sevənlər də çoxdur. Noyabr-dekabr ayları maddi cəhətdən sizin üçün uğurlu olacaq. Bu dövrdə sosial münasibətləriniz artacaq. Ailə, dostlar, iclaslar, dəvətlər, iş yeməkləri çoxalacaq.

Eşq həyatı
İlin ilk aylarında sizin azadlığınızı məhdudlaşdıran bir münasibətə son qoya bilərsiniz. Amma bu münasibətlərin bitməsinə üçüncü tərəfin də təsiri ola bilər. Mart ayında bəziləriniz həyat yoldaşı, ailəninin başçısı ilə bağlı məsələlərə görə münaqişələr yaşa, hətta boşana bilərsiniz. Çemodanlarını götürüb gedənləriniz də ola bilər, amma siz tez qayıdacaqsınız. Bu dövrdə münasibətlərinizi və bir-birinizi çox yormayın. May ayında sevgilinizlə aranızda anlaşılmazlıq və ya qısqanclıq zəminində gərginlik yarana bilər. 2013-cü ildə sevgi həyatında bir az daha səmimi olmağa çalışın və duyğularınızı paylaşmağa səy göstərin. İyul ayında sonra isə hər şey qaydasına düşəcək. Uzun münasibətləri olanlarınız evlənmək haqda düşünə bilərlər. Ya da uzun müddətdir axtardığınız əsl sevgini tapa bilərsiniz.

Səhhət
Mədənizdə narahatlıq və dərinizdə allergiya yarana bilər. // KulisAz
(səs: 73)
Şərhlər: 10
Baxılıb: 192 065
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri