Yay gəlir. Qan qaynayan yay daha çox sevgi fəsli kimi də adlanır. Bəs
bürclər və sevgi hissləri arasında hər hansı bağlılıq var? Hansı bürcün
sevgi həyatı daha rəngarəngdir?
Qoç
Qoçlar
komplimentləri, həyat eşqi olan insanları sevirlər. Fəaldırlar. Qoçun
aktiv həyat tərzini nəzərə alaraq onunla birlikdə olmaq üçün hər şeyə
hazır olmaq lazımdır. Fərqliliklər qoçların diqqətini tez çəkir. Qoçlar
bəzən çox qısqanc olurlar. Onlar qarşı tərəfin vaxtının böyük hissəsini
onlar üçün ayrılmasını tələb edirlər. Qoç birlikdə olduğu insana
rəhbərlik etməkdən, ona məsləhət verməkdən, yön göstərməkdən məmnun
olur. Ürəyi açıq olduqları üçün fikirlərini, duyğularını rahatlıqla
həyat yoldaşları ilə bölüşə bilirlər. Qoç ilə münasibətləri bitirmək
üçün ən yaxşı yol ona əmr verməyə, başçılıq etməyə çalışmaqdır. Azadlığı
sevən qoçlar əslində çox etibarlı, sadiq və həyacan verməyi bacaran
həyat yoldaşıdır.
Buğa
Buğanın
qarşısındakına hisslərini bildirməsi uzun zaman ala bilər. Onlar
olduqca səbirli insanlardırlar. Buğa ilə birikdə olmaq üçün ilk növbədə
səbirli və sakit olmağı öyrənmək lazımdır. Gözəl şam yeməyi, romantik
musiqi, güllər buğanın daha tez təsir altına düşməsinə kömək edəcək.
Buğanın insana sakitlik verən aurası var. Bu bürcdən olan insanların
sadiqliyindən heç bir şübhə olmamalıdır. Əslində bu bürc altında
doğulanlar çox ehtiraslı və həssas olurlar. Ona dəyər verən insanlarla
gözəl anlar yaşaya bilirlər.
Əkizlər
Əkizlərin
sevgi həyatları ikili ola bilər. Onlarla münasibətə başlamamışdan əvvəl
bunu nəzərə almaq lazımdır. Onlar gülməyi, əylənməyi, yenilikləri
təcrübə etməyi çox sevirlər. Əkizlər dürüstlüyə və səmimiyyətə böyük
önəm verirlər. Onlar mübahisə etsə belə fikirlərini azad ifadə edən
insanları sevirlər. Əkizlər bəzən sərt danışdıqları üçün həssas
insanlarla o qədər də yaxşı yola getmirlər. Onlara yaxınlaşmaq üçün
qısqandırmaq üsulundan istifadəni ağlınıza belə gətirməyin.
Xərçəng
Xərçəngdən
heç vaxt ilk addımı atmasını gözləmək lazım deyil. Xasiyyətçə utancaq
və passiv olan xərçəng sevgidə də eyni yolu seçir. Xərçənglər
ənənəviliyə bağlı olduğyu üçün ilk görüşdə teatr və ya romanti yemək
onların özlərini daha rahat hiss etməsinə kömək edəcək. Onlar hər
fürsətdə tərif eşitməkdən, dəyərləndirildiklərini bilməkdən xoşbəxt
olurlar. Xərçəng rədd edilməkdən çox qorxur. Onların ən kiçik
məsələlərdə belə yox cavabı eşitməsi dərindən sarsılmalarına səbəb ola
bilər. Onların mükəmməl bir yaddaşı var və çox qısqancdırlar. Hər hansı
səhv onunla olan münasibətin bitməsinə səbəb ola bilər. Həyat yoldaşının
sevgisinə və hörmətinə dəfələrlə artıq cavab vermək iqtiarındadır.
Şir
Şir
kompilementləri və tərifi çox sevir. Onun rəğbətini qazanmağın ən asan
yolu onun müsbət cəhətlərini saymaqdır. Əslində xaricdən görünən qürurlu
bürcün altında romantik və çox həssas bir ruh gizlənə bilər. Şirin ilk
görüşdə güvənini qazanmaq üçün hər şeyin ən yaxşısı olmalıdır. Çünki
şirlər ən yaxşı şeylərə layiq olduqlarını düşünürlər. Yaradıcı, ağıllı,
istənilən mövzuda debatlar apara bilən insanları onları tez cəlb edir.
Şir lierliyi sevir. Gözəl bir münasibət üçün ideal həyat yoldaşıdır.
Əlbətdə istədiyi şərtlər olarsa.
Qız
Bu
bürc altında doğulanlar yaxşı natiqlik qabiliyyəti olan insanları
sevirlər. Onlar ünsiyyət qurmağı, ətrafında ağıllı, intelektual
inanların olmasına böyük önəm verir. Yaxşı müansibətin başlaması üçün
onunla keyfiyyətli və sakit yerdə görüşməyə çalışın. Onlarla istənilən
mövzuda danışmaq olar. Ancaq ilk gündən gizli, məhrəm mövzulardan
danışmaqdan, sirləri paylaşmaqdan, problemləri ortaya tökülməsindən
xoşlamırlar. Qızlar planlı hərəkət etməyi sevir. Həyatını paylaşmağa
hazır olduğu insanı tapdığına əmin olduqda onu xoşbəxt etmək üçün
əlindən gələni edəcəklər. Kənardan o qədər bilinməsədə qızlar olduqca
səmini, istiqanlı və dürüstdürlər.
Tərəzi
Tərəzilər
sevməyi və sevilməyi çox sevirlər. Anadangəlmə romantik olan tərəzilər
sevgi münasibətlərində də olduqca uğurludurlar. İnsana yaxınlığı,
nəzakəti sayəsində onunla birlikdə zamanın necə keçdiyinin fərqində belə
olmaq mümkün deyil. Onların ğbətini qazanmağın ən asan yolu
komplimentdən keçir. Əgər o bu təriflərin səmimiliyinə inanarsa ilk
addımın uğurlu atıldığını demək olar. Zövqü yaxşı olan tərəzilər hər
şeyin ən yaxşısından xoşlanır və həyat yoldaşlarınında belə olmasına
diqqət edir. Asan idarə edilən tərəzilər hamı tərəfindən çox sevilir.
Söz verməyi xoşlamasalar da, verdikləri sözü mütləq yerinə yetirilər.
Əqrəb
Əqrəb
sevgiyə hamıdan çox dəyər verir. Onlar bu münasibətlərdə ziyan
görməkdən çox qorxurlar. Bunun üçündə daha ehtiyatlı olmağa çalışırlar.
Əgər əqrəblə bir münasibət başlayıbsa o həyat yoldaşı, ailəsi üçün
əlindən gələni edəcək. Əqrəb onu dinləyən başa düşən insanın
axtarışındadır. Onun qarşısındakı hörmətsizlik edərsə, ona yaxşı
davranmazsa asanlıqla hücuma keçə bilər. Əqrəb həyatını birləşdirəcəyi
insane qarşı çox qısqancdır.
Oxatan
Oxatan
həyata əyləncə kimi baxır. Xəyal qurmağı, yeni münasibətləri çox sevir,
ən önəmli xüsusiyyətlərindən biri zarafatçıl olmasıdır. Oxatan sevgiyə
də bir məcara kimi baxır. Bu bürc altında doğulan insanlar çox şeylə
maraqlandığı üçün qarşısındakı insanın intelektual olmasına önəm verir.
Adətən qarşısının nə düşündüyünə önəm vermədən öz fikirlərini bildirməyə
çalışır. Qısqanc, gəzməyi sevməyən, evdə oturmaqdan xoşlanan insanla
oxatanın birlikdə olması mümkün deyil. Oxatanla darıxmaq olmaz.
Oğlaq
Bu
bürcün altında doğulanlar çox biruzə verməsələrdə lüksu sevirlər. Onlar
pulun gözəl həyatın ən başlıca amili olduğuna inanan insanlardır.
Oğlaqın sevgisini qazanamaq o qədərdə asan deyil. Ancaq münasibətlərini
həddindən çox ciddi qəbul edir. Birlikdə olduğu insanın qürurunu
qırmamaq üçün, onu sevindirmək, xoşbəxt etmək üçün əlindən gələni etməyə
çalışır. Onlar çox ehtiraslı və sevgi dolu həyat yoldaşı olurlar.
Dolça
Bəzən
soyuq, özündən razı kimi görünsədə əslində insanlara qiymət verən,
onları düşünən olurlar. Humanitar xasiyyətə malik olan dolçaların
diqqətini intelektual insanlar cəlb edirlər. Açıq fikirli olan dolça
tənqidə açıqdır və ona hörmətlə yanaşır. Onlar heç vaxt həddindən çox
qısqanclığa və həssaslığa yol vermirlər. Dolçanın bir insana güvənməsi
ən önəmli amil vaxtdır. Dayanmadan səhvlərindən, uğursuzluqlardan
danışan partnyor Dolçanı özündən çıxara, onun özünün bədbin hiss
etməsinə yol aça bilər. Qarşı tərəf sədaqətini qoruduğu müddətdə oda
sədaqətli qalacaq. Dolça da Tərəzi kimi söz verməyi sevmir. Ancaq
verdiyi sözü mütləq yerinə yetirir. Dolçaların bəzən artan tələbkarlığı
münasibətlərdə soyuqluğa səbəb ola bilər.
Balıq
İlk
görüşdə Balıq insanı nəzakəti, diqqəti ilə özünə heyran edə bilər.
Ancaq real həyatda onlar demək olar ki, reallıqdan uzaq, xəyal aləmində
yaşayırlar. Asanlaıqla aşiq olmağa və sevməyə meyillidirlər. Balıqlar
doğru insanı tapana kimi çox münasibət yaşaya bilər.Onlar üçün özünü
etibarlı şəxsin yanında hiss etmək vacibdir. Əgər balığa sevgi, nəzakət
ilə yaxınlaşıla bunun müqabilində də inanılmaz hörmət, sevgi, sədaqət
görmək mümkündür. Balıq sevgisi üçün hər şeyi etməyə hazır olan
insandır. Əgər sevirsə bütün enerjisini, gücünü, vaxtını qarşı tərəfə
sərf edə biər. Sevdiyi insanın hər bir istəyini, qərarını oda asanlıqla
qəbul edə bilər.