Bürclərin ümumi xüsusiyyətləri

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 10 013
Səs ver:
(səs: 4)
Əqrəb bürcü
Ehtiraslı, romantik və mühafizəkardır. Məlumatı tətbiqə, tətbiqi də düşüncəyə çevirmə qabiliyyətinə malikdir. Ağıllı və təşəbbüskardır, amma riskdən əsla xoşlanmaz. Nəticələrindən əmin olmadığı heç bir hərəkətə cəhd etməz. Hadisələri dərininə qavramağı bacarar, özündən başqa heç kimə güvənməz. İstək və arzuları isə güclüdür. Bunları təmin etmək üçün hər yola əl atar. Bu bəzən həm özü, həm də başqaları üçün təhlükəli ola bilər. Gizliliyə heyrandır. Buna görə xüsusilə özüylə əlaqədar mövzularda ağızını açmaz. Susmasının bir başqa səbəbi də gizli planlarının ortaya çıxmamasını zəmanət altına almaqdır.
Oğlaq bürcü
Məntiqli, həqiqi, ayaqlarını yerə basan, müvəffəqiyyətli olmaq üçün hər şeyini ortaya qoyan bir insandır. Oğlaq üçün dərhal hər şey maddi gücdən keçər. Ona yüksəlmə yolunda lazımlı olan məlumata əhəmiyyət verər. Və tək arzusu vardır: bacarmaq və yüksəlmək. Bunun üçün çox çalışar. Təhlükəyə girməmək üçün riskdən uzaq dayanar və yaxşıca düşünüb- daşındıqdan sonra hərəkətə keçər. Amma haqqlarını qorumaq üçün cəsarətlə özünü müdafiə edər. Özünə edilən yaxşılığı da, pisliyi də əsla unutmaz. Digər yandan başqalarının arzu, istək və təkliflərinə qarşı diqqətlidir. Düşünmədən danışmaz, səssizliyi isə mənfəətlərini qorumaq üçün istifadə edər.
Dolça bürcü
Yenilikçi, müstəqilliyinə düşkün, yaradıcı, irəliyə dönük biridir. Dərhal hər mövzuda nəzəri bir məlumata malikdir. Estetik və artistik bir qarışıqlıq içində ola bilər. İstəkləri və arzuları daim güclüdür. Hətta tutduğunu qoparan bir insan havası yaradar. Ancaq arzunun dar uzun yolu müəyyən zaman kədər və böhranlarla son tapa bilər. Davranışları dəyişən, müəyyən  zaman əsassız ola bilər. Yaxşıca düşündükdən sonra hərəkətə keçər. İnandığı şeyə varını-yoxunu qoyar. Başqalarının fikirlərinə əhəmiyyət verməməklə birlikdə, dinləyə bilər. Yalnız fikirlərini təşkil etmək, qazandığı mövqenin işə yarayıb yaramadığını qiymətləndirmək üçün susayar.
Balıq bürcü
Rahatlığına və dincliyinə çox düşkündür. Saysız istəyi və arzusu vardır. Bunları gerçəkdə əldə edə bilməzsə özünə aid xəyal aləmində reallaşdırar. Onsuzda bu aləm o qədər güclüdür ki, tez-tez gerçəklə xəyali qarışdırar. Digər yandan mistik və fəlsəfi hadisələri bilməyi, öyrənməyi sevər. Şəxsiyyətinin elastikliyi, asan təsir altında qalması, məqsədlərini dayanıqlılıqla istəyə bilməsi xüsusiyyətini də zəiflətmişdir. Ancaq yumşaqlığın yaratdığı səmimilik və hisslərinin güclü olması istəklərini əldə etməsində ona köməkçi olar. Hərəkətləri isə yüksək ideallarına və həyəcanına bağlıdır. Ancaq çəkindiyi, bəzən də özünə güvənmədiyi üçün susmağı seçər.
Qoç bürcü
Son dərəcə hərəkətli və dinamikdir. İstəkləri də çox güclüdür. Hətta həyatını istəkləri istiqamətləndirər deyilə bilər. Bu insanda güclü bir "mən" duyğusu vardır. Elmi və elmlə məşğul olanları sevər, hətta müsbət elm onun da böyük maraq əlaqəsini çəkər. Çünki qəti və açıq şeylərdən xoşlanar. Davranışları ani, reaksiyaları isə sərtdir. O müstəqilliyinə çox düşkündür. Tez-tez heç düşünmədən hərəkətə keçər. Düşündüyü zaman susar. Hər şeyin açıq olmasından xoşlanar. Əgər bir mövzuda fərqli düşünürsə  bunu gizlətmənin saxtakarlıq olduğuna inanar.
Buğa bürcü
Sxematik, nizamlı və həqiqidir. Estetik və gözəlliklərin pərəstişkarıdır. Dərin hislərə malikdir, amma həyatda ən çox zəmanətə əhəmiyyət verər. Əskiklərini aradan qaldırmaq və həyatı tanımaq üçün məlumat əldə etmək, öyrənmək istəyər. Önünə çıxan maneələri aşa biləcək gücdə bir arzu istək duyğusuna malikdir. Məqsədləri mövzusunda özündən əmin və qərarlıdır. Yaxşıca düşünüb-daşındıqdan sonra maddi istəklərini əldə etmək üçün hərəkətə keçər. Tələsiklikdən xoşlanmaz, əksinə çox səbrlidir. Lazımlı olduğu qədər və müəyyən sərhədlərlər içində danışar. Ümumiyyətlə susmağı seçər. Bunun bir səbəbi də qarşısındakı insana daha sonra silah olacaq hər hansı bir səbəb verməmək narahatlığıdır.
Əkizlər bürcü
Yaradıcı, ağıllı, hərəkətli və çox yönlüdür. Bilməsi və öyrənməsi lazım olanı daim araşdırar və öyrənər. Nə istədiyi çox əvvəldən aydın olmaz. Onsuzda öz də nə istədiyini özüdə tam bilməz. Ancaq ürəyi sıxılırsa ya da bir bəhsə girmək ehtiyacını hiss edirsə bütün istəyini istifadə edər və hərəkətə keçər. Ancaq riskdən çox xoşlanmaz. Maneələri aşmaq üçün danışma və cazibə sənətini böyük bir məharətlə istifadə edər. Ümumiyyətlə çox danışandır. Ancaq əsəbiləşdiyi zaman susar. Zamanla davakar, bəzən də yaxşı bir siyasətçidir. Zarafatcıl, qəşəng və dözülməzdir. Bir xeyli də hiyləgərdir. Bu dörd fəziləti maraqlarına uyğun gəldiyi kimi istifadə etməsini bilər.
Xərçəng bürcü
İnsanlıq ilə əlaqədar mövzular, ədəbiyyat, klassika və tarixi elmlər ən xoşlandığı sahələrdir. Öyrənmək, bilmək, keçmişə qayıtmaq bu bürcə sahib insanların ən əsas tərəflərindən biridir. Çox həssas və romantikdir. Ümumiyyətlə içinə qapalı, yeni şeylərə qarşı şübhəlidir. Ancaq özünü müdafiə etmək üçün cəsarətini toplayar. Hərəkətə keçmədən əvvəl mənfi və müsbətləri düşünər və ancaq qazanacağından əmin olduqdan sonra hərəkətə keçər. Ümumiyyətlə passiv qalmağı seçər. Bəzən də həyəcanla coşa bilərlər. Bu vəziyyət başqalarına da təsir edə bilər və arxalarınca sürüyə bilər. Danışmaqdan çox düşünməyi seçərlər. Və çox  zaman çox donuq şəkildə susarlar.
Şir bürcü
Əldə etdiyi məlumatlardan və məlumatlı insanlardan çox yaxşı faydalanmasını bilərlər. Öz məlumat xəzinəsi isə ümumiyyətlə kafidir amma fövqəladə deyil. Güclü bir istəyə malikdir. Özündən əmin və qərarlı bir şəkildə hərəkətə keçər. Ancaq qərar verməkdə və seçki etməkdə çox tələsik davranar. Onu məntiqindən çox duyğuları istiqamətləndirər. Çox parlaq bir şəxsiyyətə malikdir. Öz dəyirmanını çevirmək üçün quyudan su daşıyar kimi danışar və susduğu zaman isə bu daha çox mistik, sirrli bir hava yaratmaq yəni qarşısındakını təsir etmək üçündür. Bəzən riskə girməmək üçün susar.
Qız bürcü
Ağıllı, məntiqli və həqiqidir. Analitik məlumata əhəmiyyət verər. Müvəffəqiyyətli olmaq üçün hər şeyini ortaya qoyar. Həm də çox nizamlı və vasvasıdır. Hər şeyin mükəmməl olmasını istəyər. Nə istədiyini yaxşı bilər. Əldə etmək istədiyi şeylərin üstünə dayanıqlılıqla gedər. İnadla öz üsullarını müdafiə edər. Çox intizamlı olduğu üçün səhv etməsi, işini yarım buraxması söz mövzusu deyil. Digər yandan yalnız əldə edə biləcəyinə inandığı şeyləri arzu edər. Qazanacağından əmin olduğu zaman hərəkətə keçər. Çox cəsur olduğu deyilə bilməz, onsuzda riskə girməkdən, macəraya atılmaqdan xoşlanmaz. Ümumiyyətlə susaraq məsuliyyəti başqalarına yükləyər.
Tərəzi bürcü
Məlumatını və ağlını şəxsiyyət quruluşuna çox yaxşı yerləşdirmişdir. İstəkləri isə digər bürclərdən daha fərqli bir üfüqə yönəlmişdir; sevdiyi, saydığı və çəkindiyi insanlara doğru. Yəni başqaları ilə ortaq bir iş içindədirsə, istəklərini paylaşa bilirsə hərəkətləri daha müsbət yöndə olar. Ədalətlidir, haqsızlığa dözümə bilmədiyi zamanlar, bir də məlumatını göstərmək üçün danışar. Digər yandan xüsusi həyatını müdafiə etmək üçün susar ya da danışdıqdan və aydın olduğundan əmin olduqdan sonra qarşısındakının reaksiyasını görmək üçün susar. Susqunluğunun bir başqa səbəbi də qarşısındakını qırmamaq ya da gərəksiz bir müzakirəyə gətirib çıxarmamaq narahatlığıdır.
Oxatan bürcü
Oxatanlar çox şəndirlər, ətraflarına enerji və həyəcan saçarlar… Ruhları, yeni doğulmuş bir uşaq qədər çılpaq və qatqısızdır. Çox vaxt instinktləriylə hərəkət edərlər. Sadə və dürüstdürlər.
Yaxşı niyyətləri hər hallarında müəyyəndir. İncə planlar edib taktika inkişaf etdirmək ona görə deyil. Olduqları kimi davranarlar. Gizləyəcək bir şeyləri yoxdur. Heç əsirgəmədən partlatdığı qəhqəhələri, müdhiş zarafat qabiliyyətləri, bilavasitə rəftarları onları yoldaş ətraflarında axtarılan insanlar edər. Əylənməyi və əyləndirməyi çox sevərlər. Yoldaşları da ümumiyyətlə özləri kimidir.
Həyat dolu və olduqca rahat insanladır. Keçmişə deyil, gələcəyə baxarlar.  Yerlərində dayana bilməmələri, ruhlarının sabit olmamasından qaynaqlanar.
/Mənbə: Qadınlar.biz/
(səs: 4)
Şərhlər: 4
Baxılıb: 10 013
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri