Bürclər oktyabrda nə vəd edir? Yeni

Müəllif: Mr. OffiCeR
Şərhlər: 10
Baxılıb: 280 964
Səs ver:
(səs: 38)
Qadinlar.Biz sayti 2014-cü ilin oktyabr ayı üçün astroloji proqnozu təqdim edir:

Qoç
Fikirlərinizdə və hərəkətlərinizdə sərbəst olacaqsınız, bu, bir tərəfdən sizi məqsədinizə tez çatdıracaq, digər tərəfdən rəhbərliklə münaqişə yarana bilər. Siz tabe olmaqdan boyun qaçıracaqsınız. Sevdiyiniz adamla aranızda soyuqluq yaranacaq.

Buğa
Kiçik ailə üzvünüzlə bağlı evdə toy-bayram olacaq. Ola bilər ki, uşağınız təhsildəki uğurları ilə sizi sevindirəcək. Bu aya planlaşdırdığınız uzaq səfər karyerada artmağınıza kömək olacaq. Amma mənəvi aləminizə pis təsir edəcək.

Əkizlər

Sizin iş metodunuza qarşı kolleqalarınızın yaxşı olmayan münasibəti pis nəticələrə gətirib çıxaracaq. Ətrafdakılara o qədər də fikir verməyin və tənqidi elə də ciddi qəbul etməyin. Sevdiyiniz insanla münasibətlərin güclənməsi vaxtınızı səmərəli keçirməyə kömək edəcək.

Xərçəng
Ətrafdakılara təsir göstərərək süni yolla istəklərinizin reallaşmasına çalışmaq əks nəticəyə səbəb ola bilər. Dostlarınıza daha çox diqqət və zaman ayırmalısınız, amma bu, işlərinizi yerinə yetirməyə mane olacaq, çünki vaxtınız çatmayacaq. Qazandıqlarınızı itirmək qorxusu yaranacaq.

Şir
Bu ay problemlərinizi təkbaşına həll etməkdən yorulacaq və məsləhət üçün təcrübəli adamlara müraciət edəcəksiniz. Etibarlı işgüzar partnyorlar kifayət qədər çətin biznes-planı uğurla həyata keçirməyə və itkilərdən qaçmağa sizə yardımçı olacaq. Romantik münasibətlərdə bir irəliləyiş olmayacıq. Yeni eşq macəraları da gözlənilmir.

Qız
Bu dövr həyatınızda elektron əlaqənin rolu böyük olacaq. Bu yolla yeni stabil qazanc yeri əldə edə bilərsiniz. Uzaqda yaşayan adamla əlaqə maddi çiçəklənmənizə təsir göstərəcək. Özünüzü yormayın, əks halda halınız pisləşəcək və xroniki xəstəliklər yaranacaq. Uzaq səfər gözlənilir.

Tərəzi
Əgər yerinizi dəyişmək istəyirsinizsə, bunun səhv addım olduğunu bilin. Xoşbəxtlik və uğur sizi öz yerinizdə gözləyir, özü də yaxın zamanda. Bu ay yaşayış və iş yerinizdə təmir işlərilə məşğul olmaq, həmçinin əmlak məsələləri ilə maraqlanmaq yaxşı olardı. Vaxtınızı düzgün bölüşdürməyi öyrənin.

Əqrəb
Bu ay həyatınızda romantika, hisslər və ehtiras daha çox olacaq. Ən əsası isə odur ki, qarşılıqlı ehtiras qısqanclığa çevrilməsin, bu, asanlıqla ayrılığa və soyuqluğa gətirib çıxara bilər. Əgər bu müddətdə kimdənsə küssəniz, barışmaq və münasibətləri düzəltmək üçün üçüncü şəxsə müraciət etməlisiniz.

Oxatan

Oxatanlar istək və vəzifələri arasında qalacaqlar. Onlara elə gələcək ki, vaxt uçur və işlərini vaxtında bitirə bilməyəcəklər. İşdə bütün tapşırıqların öhdəsindən gəlmək üçün az yüklənmiş işçilərdən yardım istəyə bilərlər. Radikal dəyişiklik ətrafdakıların xoşuna gəlməyə bilər.

Oğlaq
Təcrübəli və ciddi adamlarla əməkdaşlıq sizə həm başladığınız işləri uğurla bitirməyə, həm də qiymətli iş təcrübəsi yığmağa kömək edəcək. Bu təcrübə sizə gələcək işlərinizdə çox gərəkli olacaq. Sevdiyiniz insanla münasibətdə qarşılıqlı hisslər oyanacaq və ikinci bal ayını yaşayacaqsınız. Ayın sonunda ürək-damar xəstəliyinin artması və enerjinin azalması hiss olunacaq.

Dolça
Dolçalara əvvəlki həyatsevərlik və ünsiyyət qayıdacaq. Siz şən ziyafətlər və müxtəlif iclaslardan çıxa bilməyəcəksiniz. Bu dövrdə ağlınıza elə maraqlı və orijinal fikir gələcək ki, öz uğurlarınızla tanına biləcəksiniz.

Balıqlar
Yeni işgüzar əlaqələr biznesinizi tez zamanda inkişaf etdirəcək, stabil və yaxşı gəliriniz olacaq. Amma pulunuzu gecə klublarında xərcləməyə dəyməz. Sevgi cəbhəsində çoxsaylı uğurlarınız sevdiyiniz insanla münasibətləri korlaya bilər.
(səs: 38)
Şərhlər: 10
Baxılıb: 280 964
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri