Bürclər haqqında ''Şir''

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 5 327
Səs ver:
(səs: 3)
Şir Bürcü Qadını
Şir bürcü qadını məğrur, özünə güvənən, dürüst, cəsur və yaxşı niyyətli quruluşuyla diqqət çəkər. Dürüstlük şir bürcü qadını üçün çox əhəmiyyətlidir. Qarşı tərəfin yalan danışdığını fərq etdiyi anda ondan soyuyar və uzaqlaşar.
Şir bürcü qadını rol etməyi və fərqli görünməyi sevər. Bu ona oyun kimi gəlir. İnsanları qadın olmasıyla deyil, çox simpatik yanaşması və xoş sohbetiyle təsir edir. Canlı, enerjili və şəndir.

Müxtəlif insanlarla tanış olmaqdan və onlarla dostluq qurmaqdan çox zövq alar. Lakin dostluq qurduğu insanları diqqətlə seçməyə cəhd göstərər. Hər kəslə yaxınlaşmaqdan xoşlanmaz. Yaxşı niyyətlidir amma, sui istifadə edilməsini xoşlamaz.

Şir Bürcü Kişisi
Şir bürcü kişisi mülayim, ağıllı, mehriban, romantik və praktik rəftarıyla diqqət çəkər. İkili əlaqələrdə mükəmməl bir sevgilidir. Qürurlu şir bürcü kişisi təqdirlərdən və təriflərdən çox kef alar. Od ünsürlü olduğu üçün əsəbiləşdiyində, hirsliliyi partlama şəklində cərəyan edir. Kin tutmaz və hirsliliyi gəlib keçicidir.

Hərəkətli və şən rəftarlarıyla dost mühitlərinin axtarılan və imtina edilməz şəxslərindəndir. Rahatlığına olduqca düşkündür və lyuksu sevər. Gəzməyi, əylənməyi və sosial fəaliyyətlərdə olmağı çox sevər.

Şir bürcü kişisi məsuliyyət sahibidir və işlərində detalçıdır. Əmr almaqdan xoşlanmaz və idarə etməyi sevər. Ətrafını asanlıqla təsir edə bilər və məşhur olar. Ətrafıyla olduqca əlaqədardır və mərhəmətli olduğu üçün də yaxınlarının və dostlarının dərdləriylə maraqlanar. Yaxşı bir dinləyici olan şir bürcü kişisi praktik həllər çıxarmaq mövzusunda kabiliyetlidir.

Şir və Eşq
Şir komplimentləri və təqdir edilməyi sevər. Bir Şiri qazanmaq üçün ən uyğun üsul Onun üstün cəhətlərini yenə Ona izah etməkdir. Səthdə görünən bu qürurlu şəxsiyyətin altında, olduqca həssas və asanca təsirlənə bilən bir quruluş vardır. Bu səbəbdən, Şirin eqosunu bəsləmək, bəyənməyə, təqdirləri, duyquları açıqca xaricə vurmaq, münasibətlərin başlanmasına kömək edər. İlk görüşmədə Şirin etibarını və bəyənməsini qazanmaq üçün, mütləq hər şeyin ən yaxşısı və gözəli olmasına diqqət etmək lazımdır. Ən yaxşıya layiq olduğunu düşünən Şir, sıravi heç bir şeylə xoşbəxt ola bilməz. İntellektual mövzularda müzakirələrə girə bilən, ağıllı, yaradıcı insanlar Şirləri özlərinə cəlb edir. Amma Şirlər fikirlərini paylaşmaqdan xoşlandığını, ancaq asanca öz fikirlərindən imtina etməyəcəyini də həmişə xatırlamaq lazımdır.

Şir liderlik rolunu oynamağı sevər. Sıx və həyəcanlı bir əlaqə üçün ideal bir yoldaşdır. Sədaqətə əhəmiyyət verdiyi üçün, qısqanc və hamısına sahib olmaq istəyən bir rəftarı da vardır. Əsl bir Şir əlaqədə sadiq qalır amma, hər zaman yeni macəralar axtarışı üçün azadlığa da ehtiyacı vardır.

Şir kraldır, öndərdir. Başqalarının həyatlarını da onların yerinə təşkil etmək istəyirlər. Hər şeyə qarışırlar, təkəbbürlüdürlər. Bu səbəblə onları təyin edən söz ‘İdarə edirəm’ dir. Həyat səhnəsində hər vaxt parlayaraq, mərkəz nöqtəsi olmaq istəyərlər. Təşkilat gücləri çox güclüdür. İstəklərini başqalarına qəbul etdirmək, onlar üçün həyatlarının ‘əvəzolunmaz’ şərtidir. Yaxşı zamanlarında təsir edici, gülər üzlü, başqalarına kömək etməyi sevən və bunu özünə vəzifə sayan Şirlər sevimli və optimist kəslərdir.

Ona qarşı səhv davransanız belə, sizə yetişkin bir şəkildə reaksiya verər. Lakin, səbri daşdıqdan sonra, dürüst və mərd, lazım olduğunda sərt bir şəkildə rəftar göstərər. Çətin günlərində şansları onlara hər zaman kömək edir. İdarəçi planetləri Günəş onları ən qaranlıq günlərində işıqlığa çıxarar. Təhsilsiz və inkişaf etməmiş Şir tipləri çəkilməz olarlar. Hər mövzuda sahib olduqlarından daha çoxu varmış kimi davranarlar.

Müsbət yanları
Ürəyi genişlilik
Cömərdlik
Yaradıcılıq
Atalıq
Fədakarlıq
Üstünlük
Sevinc
Yaxşı təşkilatçılıq qabiliyəti
Açıq zehinlilik

Mənfi yanları
Nüfuz
Diktatorluq
Təcavüzkar
Tolerantlıq göstərməmək
Sabit fikirlilik
Qüvvət dəlisi
Özünü bəyənmişlik
(səs: 3)
Şərhlər: 8
Baxılıb: 5 327
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri