Bürclərin yataqdakı davranışları

Müəllif: Mr. OffiCeR
Şərhlər: 10
Baxılıb: 19 435
Səs ver:
(səs: 6)
Qoç qadını
Yataqda danışqan və hətta zarafatcıldır. Əksəriyyətlə öz həzzini ön planda tutar və rəhbərliyi əldən buraxmaq istəməz.
 
Qoç kişisi
Son dərəcə temperamentlidir. Yataqda özünə həddindən artıq güvənir, fərqli təcrübələrə açıqdır. Zamanla  onu bir az tələsgən, yəni məqsədinə tez çatmaq istəyən biri  kimi görə  bilərsiniz!
 
Buğa qadını 
Sadiqdir, yatağını başqasına dəyişməz. Özünə toxunulmasına huşunu itirir. Ön sevişməyi nə qədər uzun etsəniz birləşməniz o qədər ehtiraslı olacaq.
 
Buğa kişisi
Yataqda güclü olduğunu hiss edincə  huşunu itirər. Söz və hərəkətləriylə  idarənin  öz əlində olduğunu hiss etdirər.

Əkizlər qadını
Yataqda eşqbazlıq oyunlarına huşunu itirər! Hər səfərində başqa biriylə olurmuşsunuz kimi bir  hiss yaşadar. Ancaq özü üzərində idarə qurulmasını çox sevməz. Həzzə çatmaq üçün onu azad buraxmalısınız.
 
Əkizlər kişisi
Adətən bir gecəlik əlaqələrə uyğundur. Eyni zamanda birdən çox şeylə maraqlana bilmə potensialına sahib olduğundan sizə fərqli təcrübələr yaşada bilər.
 
Xərçəng qadını
Romantik sözlərlə başlayıb özünü arzuladığınızı dilə gətirən cümlələrlə davam edərək onu dəliyə çevirə bilərsiniz! Duyğuları nə qədər çox olsa seks həyatı da o cür hərəkətli olar.
 
Xərçəng kişisi
Sadə cinsi macəralar heç ona geri deyil! Eşq və vərdişləri onun üçün seksin  ayrılmaz bir parçasıdır.  Kövrək olduğunu unutmayın və yataqda çox çox istiqamətləndirməyə qalxmayın!
 
Şir qadını
Cinsi istəkliliyini göstərməkdən və ilk addımı atmaqdan heç çəkinməz. Təbiəti gərəyi olan -  idarənin  hər vaxt əlində olmasını istər.
 
Şir kişisi
Eşq oyunlarında gerçək bir ustadır. Nə istədiyini çox yaxşı bilər və əldə etməkdə çox çətinlik çəkməz. Və  bir cəhddən sonra "xeyr" cavabını aldısa  o insandan dərhal uzaqlaşar.
 
Qız qadını
Soyuq və məsafəliymiş kimi görünsə də yataqda olduqca aktivdir. Mükəmməl bir quruluşa sahib olduğu üçün ani macəralardan xoşlanmaya bilər.
 
Qız kişisi
Yatağını başqasına dəyişməz.  Gözəl qoxulu qadınlara qarşı etinasız qala bilmir. Kiçik detallar onun xəbərdar edilməsində böyük rol oynaya bilər.
 
Tərəzi qadını
Seksə düşkün olsa da birlikdə olacağı adamı əvvəlində yaxşı tanımaq və güvənmək istər. Estetik duyğusu çox inkişaf etmiş olduğundan atletik  bədənli kişilərdən xoşlanar.
 
Tərəzi kişisi
Yataqda idarə etməyi sevən qadınlara huşunu itirər. Estetik duyğusu inkişaf etmişdir. Bundan başqa  onu seksual alt paltarıyla   başdan çıxarda bilərsiniz.
 
Əqrəb qadını
Əqrəb qadınına görə cinsi həyat  olmadan eşq ola bilməz. Son dərəcə ehtiraslıdır. Cinsi gücü yüksək olduğundan partnyorunda  da   bu xüsusiyyəti axtarar.
 
Əqrəb kişisi
Seks onun üçün həyatın olmazsa - olmaz bir parçasıdır. Cinsi cazibədarlığı yüksəkdir. Bolluca fantaziya qurar və bunları partnyoru ilə  paylaşar. Hər an hər yerdə xəbərdar edilə  bilər.
 
Oxatan qadını
Seksdə macəranı sevər! İstənildiyini bilmək onu ən çox təhrik edən şeydir. Qulağına pıçıldayacağınız  dəvətlər onu hərəkətə keçirmək üçün kifayətdir.
 
Oxatan kişisi
Fərqli insanlarda fərqli gözəlliklər tapa biləcəyindən tək bir adama bağlanması çətindir. Fərqli təcrübələrə açıqdır, seks əsnasında danışmanız onu ehtirasa gətirər.
 
Oğlaq qadını
Cinsi həyatda təzyiq etməkdən   xoşlanar. İstəndiyini hiss etmək onu ehtirasa gətirir.
 
Oğlaq kişisi
Nizamlı cinsi həyatdan xoşlanır. Nə qədər ehtiraslı olursa olsun hər vaxt biriylə yaşamağı seçər və yatağını dəyişməz.
 
Dolça qadını
Seksdə ilk addımı atmaqdan heç çəkinməz. Partnerinin istəklərinə qarşı həssasdır.
 
Dolça kişisi
Seks onun üçün bir ehtiyacdır... Yataqda azadlığına düşkün bu kişinin tək bir həyat yoldaşına sadiq qalması olduqca çətindir.
 
Balıq qadını
Sirrli görünüşüylə qarşı cinsin marağını  asanca özünə cəlb edər. Empati duyğusu inkişaf etmişdir və özü hissiz olsa belə "xeyr" deməz.
 
Balıq kişisi
Yataqda romantik paylaşmalara əhəmiyyət verər. Fantaziya dünyası olduqca inkişaf etmişdir. Ayaq fetişizminə ən çox Balıq kişilərində rast gəlinər.
(səs: 6)
Şərhlər: 10
Baxılıb: 19 435
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri