Körpənizin bürcünə görə şəxsiyyəti

Müəllif: Wiyinka
Şərhlər: 8
Baxılıb: 5 356
Səs ver:
(səs: 5)
Bir cütlüyün həyatına bir körpənin daxil olması, onların həyatını dəyişdirir.
Qısalan gecələr, izlənilməsi lazım olan yeni ritimler, yeni vərdişlər... Qısası, körpənizlə ortaq bir həyat hər vaxt üçün bir adaptasiya dövrü tələb edir. Nə də olsa artıq "cüt" olmaqdan çıxıb, "köklü ailə" olmağa keçirsiniz.
Buna baxmayaraq, əslində siz həmişə ananızın uşağı sayılarsınız və ya uşağınızın anasısınız!
Duyğu, gözləmə, xoşbəxtlik və qarşılıqsız sevgi üzərində qurulan bu ana-körpə əlaqəsi, sonradan insan əlaqələri arasında ən fundamental və kompleks əlaqəyə çevrilir. Quracağınız əlaqəni irəli aparmaq üçün, ailənizin yeni üzvüylə bir-birinizi anlamaq və fərqliliklərinizi görə bilmək əsas məsələdir.İlə uşağınızın xarakterini daha asan anlayacaq və bir-birinizi daha yaxşı tanıyacaqsınız...

Od qrupu bürcünün uşaqları (Qoç, Şir, Oxatan)
Söz dinləməz, tərs, avtoritar insanlardan xoşlanmayan, səbirsiz, münaqişədən xoşlanandırlar.

Şəxsiyyət İnkişafı:
Od qrupundan bir uşağın öyrənməsi lazım olan ən əhəmiyyətli şey, səbirdir. Bunu ola bildiyincə erkən bir yaşda əldə etməlidir. Bunun başqa ətrafındakıların haqqlarına, azadlıqlarına və hisslərinə hörmət etməyi öyrənməsi lazımdır. Od qrupundan olan bir uşağın içindəki enerjini xərcləməsi çox lazımdır. Ona, bunu reallaşdıra biləcəyi imkanlar verilməlidir. Oyunlar, idman, rəqs və s. kimi.
Qarşılıqlı dialoq cəza verməkdən daha məsləhətlidir. Əks halda üsyankar ruhlu, yaramaz bir uşağınız olar.

Torpaq qrupu bürücünün uşaqları (Buğa, Qız, Oğlaq)
Ciddi, nizamlı, tənqidçi, həqiqi, etibarlı, oxumağı və öyrənməyi sevən, çalışqandırlar.

Şəxsiyyət İnkişafı:
Bu qrupa daxil uşaqların ilk olaraq depressiyaya girməmələri üçün, hər şeyi ciddi qəbul etməmələri və gülüb keçməyi öyrənməsi lazımdır . Sonra, yoldaş əldə etmə və ictimai mühitlərə girmə baxımından təcrübə qazanmalarına kömək olunmalıdır. Yoxsa öz başlarına olmağı sevərlər və bu onların irəlidə tək qalmalarına səbəb ola bilər. Belə uşaqların kollektiv içində böyüməsini təmin etmək lazımdır. Ön fikirlidirlər və öz karyerlərini əvvəldən planlamağa başlarlar. Ümumiyyətlə planladıqları şeyləri də reallaşdırarlar.

Hava qrupu bürclərinin uşaqları (Əkizlər, Tərəzi, Dolça)
Cazibədar, maraqlı, romantik, bəzən soyuq, qərarsız, dürüst, açıq fikirlidirlər.

Şəxsiyyət inkişafı:
Hava qrupundakı uşaqlar, ümumiyyətlə, qarşısındakılarla ünsiyyət qurmağı bacara bilməzlər. Bu səbəblə onlara ola bildiyincə erkən yaşda, yaşıdlarıyla necə dolanmaları lazım olduğunu öyrətmək lazımdır. Bundan başqa qərarsızlıqdan , bunu aşmaları üçün qərar verməyi və qərarlarına sadiq qalmağı erkən yaşdan sınamaqları lazımdır. Birdə, cazibədar olmanın hər vaxt işə yaramadığını da anlamaları lazımdır. Əks halda bunu başqalarının duyğularını incitmək bahasına istifadə edə bilərlər.

Su qrupu bürcünün uşaqları (Xərçəng, Əqrəb, Balıq)
Fədakar, şəfqətli, həssas, içə qapalı, əzmli, dəyişən, hissləri güclü, romantikdirlər.

Şəxsiyyət inkişafı:
Su qrupuna daxil uşaqlar, ümumiyyətlə, sizin nə edəcəyinizi əvvəldən sezərlər. Onlara ilk öyrədilməsi lazım olan şey, özünə güvən və öz ayaqları üzərində dayana bilmə bacarığıdır. Hər gözəl sözə aldana bilərlər.
Digər insanların da haqqları və hissləri olduğunu öyrənmələri lazımdır. Yoxsa sevdikləri insanı tükənməz maraqlarıyla boğa bilərlər. Dünyadakı hər şeyin özlərinə xidmət etmək üçün var olduğu fikrinə qapıla bilərlər. Əlaqə və maraqlarını çox tez yaşayıb tez də tükədə bilərlər. Bunu erkən yaşdan düzəltmək lazımdır.
(səs: 5)
Şərhlər: 8
Baxılıb: 5 356
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri