Avesta Qoroskopu- 2015- İnək ili

Müəllif: Mr. OffiCeR
Şərhlər: 12
Baxılıb: 9 843
Səs ver:
(səs: 5)

Dünya astroloqlarının bu günə qədər istifadə etdiyi Günəş təqvimi qədim dinimiz olan zərdüştiliyin müqəddəs kitabı "Avesta”dan götürülüb. Taleyin sirrini agah edən "Avesta” insan ömrünü 64 illik tsiklə bölür. Onları iki qismə ayıran kahinlər birinci 32 ili passiv, digərini isə aktiv dövrə şamil ediblər. Elə bu səbəbdən də Şərq astrologiyasından fərqli olaraq zərdüştlər illəri 12 deyil, məhz 32 sayda qruplaşdırıblar.

Öz proqnozlarında yanılmayan Günəş təqvimi təkcə insanları gələcəkdən xəbərdar etmir, həm də onlara ruh yüksəkliyi, iradə və güc verir. Bu isə istər insanın, istər cəmiyyətin, istərsə də dünyanın harmonikliyində təminatçı rolu oynayır. O ki qaldı rəqəmin 32 olmasına, bunu Saturnun Günəş ətrafında dövrəetmə müddətinin məhz 32 ilə tamamlanması ilə əlaqələndirirlər. Çünki bir çox qədim dövlətlərdə də Saturnun həyatverici qüvvə olduğunu təsdiqləyən mənbələr var. Bu il də (21 mart 2015-ci il-20 mart 2016-cı il) Günəş təqviminin 14-cü ili – İnək ilidir.

Avestada qeyd olunur ki, Ahura Məzdanın ilk yaratdığı məxluq olan İnək öləndə onun beyninin çıxdığı yerdə 55 növ dənli və 12 müalicəvi bitki yetişir. İnəyin toxumları Ayın qərargahına aparılır, orada təmizlənir və ondan çoxlu sayda heyvan yaradılır. İlk olaraq öküz və inək, sonra hər növdən bir cüt dünyaya buraxılır. Bu səbəbdən də inək (və ya öküz) dünyaya göndərilən ilk məxluq kimi zərdüştilərdə (sonradan buddistlərdə də – red.) müqəddəs heyvan sayılır.

Avesta astrologiyasında İnəyin himayədarı Geyş Urvandır ki, mənası bütün dünyanın Canlı Ruhu deməkdir. Bu işarə altında doğulanlar bir qədər passiv olurlar. Onlar uşaqqəlbli, qayğıya, mənəvi himayəyə ehtiyac duyan insanlardır. İnkişaf etmələri üçün bu insanlara əlavə impulslar lazımdır. Nəfs toxluğuna, xeyirxahlığına, mülayimliyinə, səbrli olmasına, ətrafdakılara kömək etməsinə, insanları sağaltmasına görə onları böyük mükafatlar gözləyir. İnək naturaca idealistdir, mum kimi yumşaqdır, onun çox zərif və kövrək qəlbi var, bəzən bu xüsusiyyətinə görə onu asanca ləkələyir, aşağılayırlar. Bu adamlar öz doğma və yaxınlarına, xüsusən də uşaqlarına görə ölümə belə getməyə hər zaman hazır olurlar. Bu işarə altında doğulan qadınlar şax yerişləri ilə fərqlənirlər.

İnək ili sülh ilidir. Bu dövrdə borcları qaytarmaq, çoxlu işləmək və tabe olmağı bacarmaq lazım gəlir.

Avestada İnək ilinin antitotemi (iç üzü mənasında) əlikdir. O, qısqanclığı, barışmazlığı, imtina və inkar etməni, aqressivliyi və zalımlığı, öz nəfsini gerçəkləşdirmək üçün hər bir pislik etməyi himayə edir. Belə adamlar yaramaz, köməksiz və ağlagəlməz dərəcədə qəddar olurlar.

 

İnək ilində doğulan məşhurlar: Mişel Nostradamus, Fridrix Şiller, Nikolay Çernışevski, Maykl Faradey, Molla Cuma, Samuel Bris Morze, Yusif Vəzir Çəmənzəminli, Ələkbər Hüseynzadə, Xuraman Qasımova, Məmməd Əfəndiyev, Robin Uilyams, Seyid Hüseyn, Mirzə Mənsur Mənsurov, Sultan Məcid Əfəndiyev, Əminə Dilbazi, Soltan Hacıbəyov, Nəcəf Nərimanov, İsrafil Məmmədov, Mixail Kalaşnikov, Firudin İbrahimi, Anatoli Karpov, Sadıq Zərbəliyev, Ədalət Vəzirov, Eldar Mansurov, Lalə-Şövkət Hacıyeva, Hüseyn İbrahimov, Aslan Məshədov, Baloğlan Abbasov, Nazim Rizvan, Baloğlan Əşrəfov, Alsu, Zamiq, İlkin Həsənli…

(səs: 5)
Şərhlər: 12
Baxılıb: 9 843
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri