2012 hansı bürclərə daha çox düşəcək?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 8 942
Səs ver:
(səs: 3)
Bir necə gündən sonra yeni - 2012-ci il gəlir. Bürclər qarşıdan gələn əjdaha ili üçün nə vəd edirlər? Türkiyə astroloqları gələn ilin astroloji proqnozunu elan ediblər.

2012-ci ilin ilk yarısı Oxatanların, ikinci yarısı isə Əkizlərin ili olacaq.

Qoç "Sevdiklərimi də düşünürəm"

Sevgi - 2012-ci ilin oktyabr ayına kimi həyat yoldaşınız, sevgiliniz, partnyorunuzla önəmli qərarlar verə bilərsiniz. Bu dönəmdə evlənən bir qoç üçün evlilik məsuliyyət mənasına gəlir. Evli və biri ilə birlikdə yaşayırsınızsa, bəzi önəmli qərarlar qəbul edə bilərsiniz. Sağlam münasibətlər daha da möhkəmlənəcək. Ancaq zəif halqalar qopa bilər. Ən önəmli vaxt 8 fevral- 5 martdır. Əgər bu zaman addım atsanız, gerisi gələcək.

Karyera - Əgər öz işiniz varsa, işi böyütmək üçün 2012-ci il fürsətlərlə doludur. Öz işinizi qurmaq sizə yaraşır. Böyük düşünün və hədəflərinizə doğru getmək üçün doğru insanlarla əlaqə qurmağa çalışın. İlin ilk yarısında qollarınızı çırmalayıb həvəslə başladığınız işlərdə böyük uğur qazana bilərsiniz.

Mart ayında heç bir işdə tələskənliyə yol verməyin və may ayına kimi qərar vermək üçün özünüzə zaman verin. İlin ikinci yarısından sonra ideayalarınız gerçəkləşə bilər. 4 iyul - 23 avqust arası işlə bağlı bir çox təkliflər ola bilər.

Buğa "Bolluq və bərəkət mənimlədir, güvəndəyəm"

Sevgi - İlin ilk aylarında istədiyiniz kimi biri ilə qarşılaşa bilərsiniz. Olduqca hərəkətli il sizi gözləyir. 23 yanvar - 14 aprel tarixlərində keçmiş sevgililərdən biri fikirlərinizin qarışmasına səbəb ola bilər. Əslində keçmişi bir az da olsa xatırlamaq sizə yaxşı təsir edə bilər. Qarşısıalınmaz cazibəniz 7 mart-3 may tarixləri arasında gözəl münasibətlərin başlanmasına səbəb ola bilər. Hər şeyin istədiyiniz kimi olması üçün sizin elə də çox iş görməyinizə gərək qalmayacaq.

Karyera - Pul qazanmaq əvəzinə, ilin ilk yarısında özünüzə sərmayə qoyun. Yaradıcılığınız ən üst səviyyəyə qalxacaq. Ətrafınızdakılar sizə etibar edir. Hamını sevin, ancaq yaxın iş yoldaşlarınıza diqqət edin. Tanışlarınız çoxu sizə dəstək verməyə hazırdır. 11 iyuna qədər qarşınıza çıxacaq fürsətləri qaçırmayın. İlin ikinci yarısında birdən çox mənbədən pul qazana bilərsiniz. 24 avqust - 8 oktyabr tarixlərində iş yerinizdə səbrli davranmanız lazımdır. Oktyabrın 5-dən sonra inadkarlığınızdan əl çəkməlisiniz.

Əkizlər "İtirmək qorxumu sevgiyə çeviririəm"

Sevgi - 2010-cu ilin dekabr ayından bəri münasibətlərinizdə yepyeni bir dönəmə daxil olmusunuz. Həyatınızdakı hər şey tam istədiyiniz kimi getmir. İlin iki yarısı sizin üçün tamamilə fərqli olacaq. Əgər evli və ya sevgiliniz varsa, ilin ikinci yarısında sevindirici xəbər ala bilərsiniz.

Köçmək istəyənlər 14 apreldən tez hərəkətə keçməsinlər. İyuldan sonra öz dəyərinizi daha yaxşı başa düşməyə başlayacaqsınız. 4 aprel - 7 avqust arası çox yaxşı bir dövr sizi gözləyir.

Karyera - Bu il hobbi kimi baxdığınız şey sizin əsl işiniz ola bilər. İndiyə qədər əsla pul qazanmağı düşünmədən etdiyiniz bir iş sizin karyera yolunuzu aça bilər. Həyatınızda nəyin işə yarayıb, nəyin yaramadığını təkrar gözdən keçirin. 15 may- 26 iyunda davranışlarınıza və danışıqlarınıza diqqət edin. 11 iyundan sonra 12 ildən bir yaranan və bir il boyunca davam edən bolluq, şans dönəmi sizinlə birlikdə olacaq. Birdən çox iş görmək sizin üçündür. Gələn il siz mükafat da ala bilərsiniz.

Xərçəng "İstənilən şəraitdə həqiqi sevgi verə bilərəm"

Sevgi - Əgər siz iyun ayında doğulmusunuzsa, yeni ildə uzun müddətli, ciddi münasibətlərə hazır olun. İçinizdəki sevgi selinin axmasına icazə verin. Başqalarına diqqət, şəfqət göstərmək ən böyük bacarığınızdır. 8 avqust- 6 sentyabrda özünüzü çox yaxşı hiss edəcəyiniz, ətrafınızdakıları maqnit kimi özünüzə cəkəcəyiniz bir dönəm olacaq. Bu zamanı yaxşı dəyərləndirin və yanınızdakı insanla bol-bol zaman keçirin.

Karyera - Öz yolunuzda irəliləməniz üçün bütün imkanlar var. Bəzi ortaqlarınızla yollarınızı ayıra bilərsiniz. İşinizə və iş yerinizdəki insanlara qol-qanad gərin. Unutqanlığa qarşı diqqətli olun. İlin ilk yarısında iş səfərləriniz çox qazanclı ola bilər. 18 noyabr - 26 dekabr arasında baş verən hadisələrə öz gözünüzdən deyil, başqalarının gözündən baxsanız, bütün problemlər həll ediləcək.

Şir "Dostlarımla xoşbəxtəm"

Sevgi - 2010-cu ilin dekabrından sevgi həyatınız canlanıb. Flörtlər və sevgililər sizin daha çox yaradıcı və sevincli olmanıza kömək edir. İyunda baş verəcək hadisələr sizə çox sevincli günlər yaşadacaq. 7 sentyabr- 3 oktyabrda xarizmanız çox adamı heyran qoyacaq. Yayda özünüzü tərifləmənin də bir hüdudu olduğunu xatırlayın.

Karyera - Bu sahədə də keçmişə nisbətən daha böyük uğurlar qazanacağınız gözlənilir. Yanvar-iyul aylarında maddi imkanlarınız hiss olunacaq səviyyədə artacaq. İlin ilk yarısında karyera və etibarlılıqda parlayan ulduz olacaqsınız. İkinci yarıda önəmli insanlardan dəstək görməniz sizi ideyalarınıza daha da yaxınlaşdırır.

Qız "Başqalarından öyrənə bilərəm"

Sevgi - İlin ilk yarısında fırtına kimisiniz. Münasibətlərinizdə olduqca fəal olduğunuz üçün cəsarətiniz də artacaq. Risk edib hərəkətə keçsəniz, daha cəlbedici olacaqsınız. 23 yanvar - 14 apreldə geri addım atmanız gərəkən mövzular ola bilər. Əhvalınızı pozmayın, hər hadisədən bir dərs çıxarmağa çalışın. Keçmişə qayıtmanın faydası ola bilər. Əgər may-iyun ayında keçmiş münasibətləriniz hələ davam edirsə, onun keçmişdəkindən daha gözəl olduğunu görəcəksiniz.

Karyera - Maddi cəhətdən artıq fərqli bir yol tapmalısınız. Başqalarının işinizə müdaxilə etməsinə icazə verməyin. Belə olduqda daha sakit və hüzurlu olacaqsınız. 23 yanvar-13 aprel arası bütün işləriniz, layihələrinizi tamamlaya bilərsiniz. İlin ortasında fürsət planeti olan Yupiter 12 ildən sonra sizin bürcünüzdə olacaq. Bu, xüsusilə karyera sahəsində özünü göstərəcək. 4-28 oktyabr arasında insanlara xidmət etmək, köməkçi olmaq sizi xoşbəxt edəcək.

Tərəzi "Özümü yenidən tamamlayıram"

Sevgi - Hər zaman yaxşı bir sevgili olmusunuz. Bunu heç kim inkar edə bilməz. 2009-cu ildən başayan dəyişməyiniz 2012-ci ilin oktyabrına kimi davam edəcək. Bu zaman kəsiyində evlənə və ya boşana bilərsiniz. Qabığınızı qıraraq əsl kimliyinizi ortaya çıxarmağa başlamısınız. Hamını məmnun etmək üçün çabalamağı dayandırın və özünüzü sevməyi öyrənin. Mənəvi rahatlığı, sağlamlığı əldə emək üçün bir az daha səy göstərin. 29 oktyabr- 22 noyabr həyatınızda böyük sevgilər ola bilər.

Karyera - Sizi ətraf dünyaya hazırlamaq üçün birini tapın. Həyatınızdakı sistemlərinizi dəyişməniz çətin olsa da, bu gərəklidir. Dürüst və açıq münasibət qurarkən kobud olmamağa çalışın. Qarşınızdakılar bəzən sizin hadisələrə necə reaksiya verəcəyinizi dəqiq bilmirlər. Oktyabrda sıra pula gələcək. Şəxsi büdcənizi əvvəlkindən daha planlı şəkildə qurmalısınız. Həyatınızı bir az dəyişdirməyə başlasanız, orada əyləncəyə də yer tapılacaq. 4 iyul - 23 avqust tarixində sizinlə iş görmək hamıya cazibədar gələcək. Payıza qədər işinizi dəyişə bilərsiniz.

Əqrəb "Xaosa nəzarət etməyə çalışmıram"

Sevgi - İlin ilk yarısında münasibətləriniz uğurlu olacaq. Bu zamanda qurulan ailələr hər mənada sizə uğur, zənginlik gətirəcək. Əgər sevgiliniz varsa onun həyatında olan möhtəşəm hadisələr sizi də sevindirəcək. Oktyabrdan sonra həyata baxışınızı iki illik fasilədən sonra dəyişirsiniz. Bundan sonra bambaşqa bir insan olacaq, gərəksiz olan şeyləri həyatınızdan çıxarmaq üçün cəsarət tapmış olacaqsınız. Payızda israrlarınızın nəticəsi olaraq istədiyiniz insanı əldə edə bilərsiniz.

Karyera - İlin ikinci yarısında fərqli həyat başlayır. Öncə sağlamlığınıza diqqəti bir az da artırın. Həyatınızda müvazinəti qorumaq və münasibətlərin dadını çıxarmaq üçün bir az daha müstəqilliyə ehtiyacınız var. İlin ilk yarısında ətrafınızdakılardan böyük dəstək görə bilərsiniz. 13 noyabr ərəfəsində baş verə biləcək hadisələr sizi yeni həyata hazırlayacaq. 24 avqust- 7 oktyabr arası iş və şəxsi həyatınızla bağlı qüvvətli addımlar əhval ruhiyyənizə yaxşı təsir edəcək. 23 noyabr-16 dekabr tarixlərində ortaqlar və pul ilə bağlı istədiyinizi əldə edə bilərsiniz.

Oxatan "Xəyallarımı gerçəkləşdirə bilərəm"

Sevgi - Hər hansı sevgi münasibətinizin olub-olmamasından asılı olmayaraq 11 iyundan sonra möcüzəli zaman başlayır. O vaxta qədər yolunda olmayan, pis münasibətləri bitirmək, bəzi insanları həyatınızdan çıxarmaqdan qorxmayın. Heç kimi ittiham etmədən onlarla vidalaşın. Sevgilisi olanlar ilin ikinci yarısında evliliyə doğru addım ata bilərlər. Həyatında heç kim olmayanlar isə 11 iyundan sonra, xüsusilə ilin son həftələrində bir çox insanın diqqətini cəlb edə bilər.

Karyera - Yeni iş müraciətləri edin və həyatın sizin faydanıza işlədiyinin şahidi olun. İlin ilk yarısında etibarınızı artırmaq üçün hərəkətə keçin. İlin ortasından etibarən ağıllı və ziyalı insanlar sizə böyük dəstək ola bilərlər. 8 oktyabr - 17 noyabr tarixində böyük düşünməkdən çəkinməyin.

Oğlaq "Gücümdən sevgi üçün istifadə edərəm"

Sevgi - Ötən ildən başlayaraq heç olmadığı qədər xoşbəxtsiniz. Yaxşı, imkanlı və qənaətcil insanlarla uzun müddətli münasibətlərə başlaya bilərsiniz. İyuna qədər qatılacağınız kurslar, səyahətlər, bütün işlərinizdən böyük zövq alacaqsınız. Bu arada biri ilə tanış ola bilərsiniz. Əgər həyatınızda kimsə varsa onunla ortaq maraq dairəsi yaradın. Avqust - 6 sentyabr arasında qarşı cinsdən olan birinə möhkəm bağlantınız ola bilər.

Karyera - İş yerində böyük güc əldə etmək sizə zövq verəcək. Yaşadığınız yerdən həyat enerjisi alırsınız. Əgər işiniz yoxdursa, evdə işləməyə cəhd edin. Dostlarınız sizə böyük dəstək ola bilər. Qısa səyahətlər nəticəsində xəyal etdiyiniz işə qovuşa bilərsiniz. Oktyabr ayından sonra böyük xəyallarınıza doğru addımlar atmağa başlayacaqsınız.

Dolça "Sevgilim mənim üçün önəmlidir"

Sevgi - Münasibətlərdə hər zaman sərbəstliyin tərəfdarısınız. Bu il ötən ilkindən fərqli olaraq sevgililər ilə dostlar arasında qalmaq narahatçılığını yaşamayacaqsınız. Əslində qərarınızı çoxdan vermisiniz. Peşəniz, dostlarınız, sosial qruplar sizin üçün münasibətləriniz qədər önəmlidir. 7 sentyabr - 3 oktyabrda cəlbedici biri sizin ağlınızı başınızdan ala bilər. Ondan öyrənəcək çox şey var. Yeni insanlarla tanış olun, müxtəlif mədəniyyətlərlə maraqlanın.

Karyera - Böyük karyera dəyişikliyi üçün oktyabr və noyabr ayları daha münasibdir. Yeni bir diplom almaq və ya proqram öyrənmək üçün uğurlu ildir. İlin ikinci yarısında maddi məsələlərdə qarışıqlıq gözlənilir. 15 may- 26 iyunda keçmiş layihələriniz və işgüzar münasibətlərinizə yeni can verərək uğur qazana bilərsiniz.

Balıq "Ruh halım necədirsə, həyat qarşıma elə maska ilə çıxır".

Sevgi - İyul ayına qədər ən önəmli münasibətləriniz olacaq. Qarşı tərəfin inandırıcı, doğru və israrlı münasibəti qarşısında bir az inciyə bilərsiniz. Ancaq qarşı tərəfin sizi incitmək niyyəti yoxdur. Onun tək istədiyi hər şeyin yerli-yerində olmasıdır. Özünüzü qurban kimi göstərməkdən əl çəkib, baş verənlərə bitərəf baxsanız hər şeyi daha yaxşı dərk edəcəksiniz. Qaçmayın və münasibətlərinizi yaxşı səviyyəyə gətirməyə səy göstərin. Arxanızı dönüb getməklə problemi həll etmiş olmursunuz. Bu münasibətinizi bitirsəniz belə, bu problemlər başqa münasibətlərinizdə qarşınıza çıxa bilər. Xəyal qurmaqdan qorxmayın.

Karyera - İşlərinizi ata-babadan qalma qədim üsullar yerinə, modern, yeni qayda-qanunlarla qurmağa çalışın. Bu il media, internet kimi sahələrlə bağlı görəcəyiniz işdən pul qazana bilərsiniz. Mart ayında görəcəyiniz işləri bitirməyə tələsməyin. Neptun balıq bürcündə olması sizin insanların ehtiyaclarını daha asan anlamağınıza kömək edəcək. Yeni planlarınızda bu xüsusiyyət sizə böyük kömək edə bilər.
(səs: 3)
Şərhlər: 2
Baxılıb: 8 942
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri