Buğa bürcü uyğunluğu

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 17 000
Səs ver:
(səs: 3)
Buğa - Qoç
70 % Buğa  bürcü qadını ilə Qoç bürcü kişisi arasında bəzi əhəmiyyətli fərqliliklər olmasına baxmayaraq, uyğun bir əlaqə görülə bilər. Qoç bürcü qanunun gücünü və enerjisini idarə edər. Onun üçün hər şeydən əvvəl özü gəlir. Səbirsiz və tələsgəndir, bəzən buna görə başı bəlaya düşər. Buğa isə Qoçun fırtınalı həyatında sakit  bir liman kimidir. Qoç mübarizəçi quruluşu ilə çətinliklərin öhdəsindən gəlsə də bəzən yorular. Buğa  bürcünün sakitləşdirici səs tonu və yumşaq rəftarları ona yaxşı gələcəkdir. Hər iki tərəf də seksual baxımdan olduqca şəhvətlidir.

Buğa - Buğa
90 % İki Buğa  arasında olduqca uyğun bir əlaqə yaşana bilər. İkisi də həyatın zövqlərinə və rahatlarına düşkün olduğundan, həyatı paylaşmaq mövzusunda hər hansı bir problem  yaşamazlar. Hər iki tip  romantikdir. Seksual istiqamətdən bir-birlərini tamamlayarlar. Əlaqələrinin uyğun bir evliliyə çevrilmə ehtimalı yüksəkdir. İki Buğa   bir-birinə güvənə bildiyi üçün çox xoşbəxtdir. Buğa  bürcü heç bir zaman sevgilisinin, ya da başqa birinin etibarını boşa çıxarmağı xəyal belə etməz. Təbii ki əlaqənin darıxdırıcı  bir birlikdəliyə çevrilmə riskini də unutmamaq lazımdır.

Buğa - Əkizlər
20 % Bu iki bürc arasında çox uyğun bir əlaqənin olması söz mövzusu deyil. Əkizlər dəyişən quruluşu səbəbiylə davamlı fərqli bir performansa malikdır, lakin risklərdən xoşlanmayan Buğa  bu vəziyyətə uyğunlaşmaqda çətinlik çəkər.  Buğa  özünü evində etibarlı hiss edərkən, Əkizlər bürcü kişisi davamlı gəzmək və yeni yerlər kəşf etmək axtarışıındadır. Buğa, Əkizlərin kresloda iki saat yatdıqdan sonra belə səhərin qaranlığında qalxıb yeni işlər arxasında qaça bilməsinə ağıl çatdıra bilməz. Əkizlər isə Buğanın necə bu qədər çox yuxu yata bildiyinə inana bilməz. Bu əlaqənin sonu yoxdur.

Buğa - Xərçəng
100 % Buğa  ilə Xərçəng  arasında uyğun bir əlaqə yaşana bilər. Xərçəng ağıllı, romantik və həssasdır. Həqiqətən birini sevdiyində fədakarlıqda sərhəd tanımaz. Buğa da ehtiraslı, zərif və mehriban rəftarlarıyla Xərçəngin ürəyini oğurlaya bilər. Yataqda, Buğanın  erotik quruluşu və Xərçəngin dərin romantikliyi birləşincə ehtiraslı bir birlik ortaya çıxar. Bu əlaqənin getməməsi üçün heç bir səbəb yoxdur. Baş-başa qaldığı zaman qucaq qucağa və yanaq yanağa sevgi dolu saatlar keçirə bilər, ailə, ev, təhlükəsizlik, nizamlı bir həyat və uşaq xəyalına Xərçəng kişisi ilə qovuşa bilər.

Buğa - Şir
80%  Buğa ilə Şir bürcünün arasında əgər gerçək sevgi olsa  mükəmməl bir uyğunlaşma söz mövzusu ola bilər. İki bürcün də həyatdan gözləmələri eynidir. Qəşəng bir restoranda yemək yemək, maraqlı partiyalara, mədəni fəaliyyətlərə qatılmaq, gözəl bir evə sahib olmaq kimi həyatin incə, gözəl, seçmə şeylərindən zövq alarlar. Şir  bürcü hüzuru və dinc mühitlərdə olmağı sevər, Buğa  bürcü qadını bu mənada Şir  kişisini ovsunlaya bilər. Hər iki tərəf də seksual istiqamətdən olduqca arzuludur, lakin zaman zaman Şir  bürcünün eqoizmi ön plana çıxa bilər.

Buğa - Qız
60 %  Buğa və Qız  arasında uyğun, hörmət və sevgiyə söykənən bir əlaqə ola bilər. Buğa  qadınının mehriban, zərif və uyğun quruluşu Qız  kişisi üçün olduqca təsir edici olacaq. Qız  bürcünün bəzi rəftarları və ağılından keçənləri birbaşa söyləməsi zaman zaman Buğa  qadınının qırılmasına səbəb ola bilər. Amma bu onun pis niyyətindən deyil içdən olmasından qaynaqlanar. Buğa ilə Qız  bürcündəki insanların bir-birinə duyduqları  sevgi cinsi həyatlarında da uyğun olmalarını təmin edər.

Buğa - Tərəzi
80 % İki bürc də Venera tərəfindən idarə olunduğundan aralarında uyğun bir əlaqə olma ehtimalı yüksəkdir. İki xarakterin də xüsusiyyətləri bir-birinə bənzər. Həyat doludurlar və yaşadıqları hər andan kef almaq  istəyərlər. Xüsusilə Tərəzi  romantik rəftarları ilə Buğaya  dərindən təsir edər. Tərəzinin sadiq və uyğun olması Buğanın güvən axtarışını olduqca təmin edər. İki tərəf də seksual istiqamətdən arzulu və romantikdir. Əgər bir-birlərinə həssas olduqları mövzularda lazımlı anlayışı göstərməzlərsə əlaqələri uzun ömürlü  olmaya bilər.

Buğa - Əqrəb
80 % Buğa  və Əqrəb bürcü xarakter olaraq bir-birindən çox fərqlidir. Zidd qütblər bir-birini çəkər sözü bu iki bürc üçün etibarlı ola bilər. Əqrəb ehtiraslı, ağıllı, romantik və açıq sözlüdür. Buğanın müsbət və zərif quruluşu ilə Əqrəb bürcünün ehtiraslı quruluşu bir-birini tarazlaya bilsə bir ömür  xoşbəxt bir birlik yaşana  bilər. Hər iki tərəf  seksual istiqamətdən olduqca ehtiraslıdır. İki bürcün də bir-birini üzə biləcək ən mənfi yanı ikisinin də olduqca qısqanc olmasıdır.

Buğa - Oxatan
20%  Öküz ilə uzun birlikdəlik təmin edə bilməyəcək bürclərdən bir başqası da Oxatandır.  Ələ ovuca sığmayan, müstəqilliyinə düşkün, hərəkətli rəftarları, Buğanın dərin duyğularına uyğun olmayacaq. Özünü etibarda hiss etmək üçün maddi stabilliyə ehtiyac duyan Buğa  bürcü üçün Oxatan bürcünün pulu idarə edə bilməməsi olduqca narahat edici olacaq. Bu iki bürcü uşaqlara düşkün olmaları yaxınlaşdırsa da təməldə çox bir uyğunlaşma sərgiləmələri çətindir.

Buğa - Oğlaq
90 % Buğa bürcünün romantik dərinliklərinə vara   biləcək bürclərdən biri də Oğlaq bürcüdür. Oğlaq romantik, düşüncəli və səbirlidir. Bir dəfə sevdiyi zaman həyatının sonuna qədər sevdiyindən və ona bağlı qalmaqdan imtina etməyəcək. İkisi də cəmiyyətdəki statuslarına  əhəmiyyət verər, hörmət edilmək istəyərlər və zidd, isyankar hərəkətlərdə olmazlar. Birlikdə çox uyğun bir həyatları olacaq. Oğlaq bürcü başını gündəlik işlərdən uzaqlaşdırıb rahatlaşdırdıqdan sonra cinsi həyatda  Buğa qədər hərarətli  və istəkli ola bilər.

Buğa - Dolça
40 % Dolçanın  dəyişkən quruluşu Buğanı  narahat edər. Ayrıca təhlükəsizlik mövzusunda olduqca həssas olan Buğa  bürcü üçün Dolçanın  sədaqət mövzusunda   tutarlı olmaması qəbul edilə bilməz bir vəziyyətdir. Dolça  bürcü tək bir adama bağlanmaqda çətinlik çəkər. Buğa  isə bunun tam tərsidir. Dolça  ilə Buğa   romantiklik baxımından bir-birindən çox fərqli gözləmələri olan tiplərdir. Ancaq bir-birlərini çox sevsələr aralarındakı əlaqə evliliyə çevrilə bilər.

Buğa - Balıq
30 % Buğa  ilə Balıq bürcünün əlaqəsi bir-birlərindən çox fərqli olduqlarından çox uyğun olmaz. Balığın  xəyalpərəst və həddindən artıq romantikliyi Buğa  üçün aydın deyil. Balıq bürcünün bəzi mövzulardakı laqeydliyi Buğa  bürcünü olduqca narahat edər. Balığın  həssas olması Buğaya  çatmayacaq. Balıq üçün xəyal edilə bilən hər şeyin reallaşması mümkündür, sərhəd tanımaz.  Bu iki tip bir-birinə cazibədar gəlsə də əlaqələri uzun ömürlü olmayacaq.
(səs: 3)
Şərhlər: 7
Baxılıb: 17 000
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri