Əkizlər bürcü haqqında ümumi məlumat

Müəllif: NoName
Şərhlər: 21
Baxılıb: 3665
Paylaş:
Səs ver:
(səs: 3)

Əkizlər bürcünün astroloji xüsusiyyətləri


Özündən əvvəlki Buğa bürcündən fərqli olaraq Əkizlər bürcünün əhatəsi istər cəmiyyətdə, istərsə də sosial həyatda gedən proseslərə o qədər də ciddi təsir etmir. Hələ qədimlərdə bu zodiakın qeyrimüəyyənliyini, prosesləri yubatmasını pisləyir, taleyüklü məsələlərin həllini sonrakı bürclərin dövrünə saxlayırdılar. Antik dünyanın münəccimləri Əkizlərin ikili xarakterinə, "ziddiyyətli iki nəfər” olmasına həmişə ehtiyatla yanaşırdılar.

Ulduzlar sistemində üçüncü yeri tutan Əkizlər bürcü təxminən mayın 22-dən iyunun 21-nə qədər olan dövrü (31 günü) əhatə edir. Ünsürü hava, planeti Merkuri, xoşbəxt rəqəmi 3, 5, 12, 18, düşərli günü çərşənbə, bazar, düşərsiz günü cümə axşamı, astroloji rəngi bənövşəyi, boz, açıq-sarı, narıncı, uğursuz rəngi yaşıl, qiymətli daşı əqiq, dağ kristalı, metalı qızıl, gümüş, enerji verən çiçəyi marqaritka, lalə, jasmin, nərgiz, müxalif bürcü isə Oxatandır.

Əkizlər bürcü Göy qübbəsində 524 kvadrat dərəcəlik sahəni tutur. Ona adi gözlə görünən 70 ulduz daxildir. Kastor və Polluks ulduzları isə daha parlaqdır. Səmanın şimal yarımkürəsində yerləşən Əkizlər bürcü digər zodiak işarələrindən yüksəkdə durur. Bu bürcün planeti olan Merkuri astronomik hesabla birinci yeri tutur. Onu qədim Roma Allahı Merkurinin şərəfinə belə adlandırıblar.

Bu planet ticarət və alış-veriş işlərinə böyük təsir göstərir, eləcə də idmanın inkişafında əhəmiyyətli rol oynayır. Qədimlərdə Merkurini həm də ölmüş insan ruhlarının və yeraltı aləmin hakimi hesab edirdilər. Onun radiusu 2440 km, elementi torpaq, tərkibi quraqlıq, xarakteri isə şöhrətpərəslikdir.

Astroloji xəritələrdə görünür ki, bu iki "qardaş” bir-birinə söykənib sanki yellənirlər. Hiss olunur ki, əkizlərin sol tərəfdə dayananı zəif və qorxaq olduğundan sağ tərəfdəki qardaş bir əlində lira tutub "layla” çalır. Digər əlində isə ox tutub özlərini düşməndən qorumağa çalışır. Əkizlər yeganə işarədir ki, hər iki qonşu bürcün hücumuna məruz qalıb. Xəritədə göründüyü kimi sağ tərəfdən Buğanın yaxınlaşan buynuzları, sol tərəfdənsə Xərçəngin "bir addımlıqda” olması vəziyyəti gərginləşdirir. Əkizlərin zəif və daima yuxulayan hissəsi çevik hissəsinə də mənfi təsir göstərir. Yəqin bu səbəbdən də həmin işarəyə şamil edilən adamların qətiyyəti lazımi səviyyədə olmur.

Hazırda Göy qübbəsinə hakim kəsilən bu bürc altında dünyaya gələn adamlar ilk növbədə müşahidəçilik qabiliyyəti ilə seçilirlər. Onlar başqalarının informasiyalarından daha çox öz intuisiyalarına inanırlar. Bu bürcün sakinləri dünyanı olduğu kimi deyil, öz xəyallarındakı kimi təsəvvür edirlər. Məhz bu səbəbdən də əksər hallarda ömürləri boyu reallıqdan kənarda qalır, mürəkkəb prosseslərdə özlərini itirirlər.

Əkizlərin ən böyük qüsuru ikili fikrə malik olmalarıdır. Belə ki, onlar lazımi məqamda qərar çıxarmaqda çətinlik çəkirlər. Bəzən hətta son ana qədər baş verən məsələyə münasibət bildirməkdən də çəkinirlər. Əlbəttə ki, bundan əvvəl haqqında danışdığımız Buğa bürcünün sakinləri də öz fikirlərini son məqamda deyirlər. Lakin birincilərdə bu addım təmkinlə uzaqgörənlikdən irəli gəlirsə, ikincilərdə səriştəsizlikdən və qətiyyətsizlikdən doğur. Yəqin elə bu səbəbdən də bəzi münəccimlər belələrinin etibarlı dost olmadığını israr edir.

Əkizlər nadir hallarda zəmanədən şikayətlənirlər. Onların əsas gileyi yalnız insanlar olur. Əgər belə tanışlarınız varsa, yəqin ki, dediklərimizi təsdiqləyərsiniz. Bu zodiakın nümayəndələri həmişə narahat görünürlər. Bəzən hətta cəmiyyətdən təcrid olunub ağır güzəran da keçirirlər. Lakin gələcəyə romantik inam həmişə onlarda yarana biləcək ruh düşkünlüyünün qarşısını alır. Bu bürcdən olan adamlar özləri haqda az və ya yalnız yanlış informasiya verirlər. "Gözümlə görməsəm, inanmaram” ifadəsi də məhz onlar üçündür. Çünki Əkizləri danışıq və məsləhətlə yola gətirmək nadir hallarda baş tutur. Bu şəxslər təcrübələri olmayan heç bir prosesə inanmırlar. Çevik və aktiv olan Əkizlər başladıqları işi axıra çatdırmağa meylli olsalar da, bu istək çox vaxt reallaşmır. Münəccimlər hesab edir ki, bu zodiak işarəsi altında dünyaya gələnlərin qəlbində böyük mərhəmət və xeyirxahlıq hökm sürür. Sadəcə olaraq bunu üzə çıxarmaqda çətinlik çəkirlər. Bəzən ömürlərinin sonuna qədər sadaladığımız bu mühüm keyfiyyətləri büruzə verə bilmirlər. Əkizlər tənhalıqdan çox qorxurlar (axı onlar bir nəfər deyil – S.R.). Çox vaxt belə hallardan üzülüb özlərinə qəsd də edirlər.

Karmaya görə, hava işarəsi olan Əkizlər kommunikasion əlaqəni təcəssüm etdirir. O, əlaqə, informasiya və kibernetikanı idarə etdiyindən müasir sivilizasiyada olduqca vacib rol oynayır. Beləsi üçün daha çox hər hansı informasiyanı səthi şəkildə qavramaq və dərhal da başqasına ötürmək xarakterikdir. Onun bu qədər qeyri-dəqiq olmasının müsbət tərəfləri də var. Əkizlər insanı mahiyyətə varmadan aralaşdırıb, səthə çıxararaq bir növ ruhi əzabları yüngülləşdirir. Bununla da yeniləşməyə səbəb olur.

Ali Əkizlər hər hansı bir məsələnin mahiyyətinə varmaqla məşğuldur. Bunu sözün əsl mənasında onların məşğul olduqları sahənin fələsəfəsi də adlandırmaq olar. Hər bir elmdə və ya insan fəaliyyəti sferasında müəyyən qanunlar var ki, bunlar da elmi yox, daha çox mistik xarakter daşıyır. Ali Əkizlər məhz bu qanunları kəşf etmək üçün Yer kürəsinə göndərilir. Beləsi dinin və fəlsəfənin sintezini yaratmağa çalışmalıdır.

Əkizlərin diqqətini cəlb etmək üçün həmişə yüksək əhval-ruhiyyədə olmaq lazımdır. Onlar daxili aləmini sonacan dərk etmədikləri, sirli, qeyri-adi insanları sevirlər. Unutmaq olmaz ki, Əkizlər hər şeylə maraqlanır, fantaziyaları sevirlər. Onlar məşhur insanları, parlaq söhbətləri və əyləncələri olan cəmiyyətə çıxmaq istəyirlər.

Bu şəxslərə xas olan uzaqgörənlik və ehtiyatlılıq heç də özünü həmişə doğrultmur. Bu fırıldaqçılar birbirilə mübarizə apara, hər iki tərəfə kömək edə və ya aranı qızışdıra bilərlər. Onlar məhz bu cür xarakterə qadirdirlər. Onlar hətta "yayda qar da tapa bilərlər”. Hər işi bacarmalarına baxmayaraq, Əkizlərin intim əlaqədəki cəhdləri uğursuzluqla nəticələnir. Qadın-Əkizlər çoxlu açarları olan vəzifəli şəxslərə qarşı xüsusi ehtiras bəsləyirlər: bu vəzifəli şəxs bank direktoru, türmə rəisi və s. ola bilər. Bu cür insanlar rəhbər orqanlara keçdikdən sonra çətinlikləri bəhanə gətirərək, öz tərəf-müqabillərini soymaqla məşğul olurlar. Kişi-Əkizlər isə bu cür haqsızlığa dözə bilmir, bunun qarşısını almaq üçün əllərindən gələni edirlər.

Bu bürcə aid insanlar istənilən mühitdə uğur qazana bilərlər. Lakin əminliklə demək olar ki, onlar heç bir sahəni mənimsəmirlər. Onların karyera qurmaq üçün ən yaxşı şansı musiqidə, ələlxüsus da ədəbiyyat sahəsində olur. Əkizlər maliyyə və kapitalla rəftar etməyi bacarmırlar. Buna görə də pulla bağlı problemlər az qala bütün ömürləri boyu onları təqib edərək çoxlu sıxıntılara, hətta ailə qalmaqallarına da səbəb olur. Onların fəaliyyət göstərməsi üçün nisbətən uğurlu mühit radio, televiziya və dilçilikdir. Həmçinin kapital qoymaq üçün onların ən uğurlu sahəsi kağız istehsalıdır.

Bir şeyi də nəzərinizə çatdıraq ki, barəsində danışdığımız bürcün qadınları əzmkarlıq, zəhmətkeşlik baxımından heç də kişilərdən geri qalmırlar. Müasir astrologiyaya görə, Əkizlər və Oğlaq bürcünün qadınları evlilik həyatında ailə başçısı missiyasını öz üzərlərinə götürürlər. Bəzən də ailəsini təkbaşına dolandırırlar.

Ümumiyyətlə, Əkizlərin müəmmalı cizgiləri çoxdur. Bəzən onların halı xarab olanda ətrafdakıların ovqatını səbəbsiz yerə korlayır, müəyyən vaxtdan sonra buna görə təəssüflənib üzr istəyirlər. Fikirlərini konkret bir məsələ üzərində cəmləşdirə bilməyən Əkizlər bəzən nəyisə təhlil edir, hərtərəfli aydınlaşdırır, sonra isə bunu yarımçıq qoyub başqa bir işə girişirlər. Bu xüsusiyyət isə onları başqalarından üstün göstərə bilmir. Bu adamlarda nəzakət və mülayimlik az olur. Əkizlər hətta sevəndə də qısqanclıq və çığır-bağır səhnələrinə davam gətirməkdənsə, qaçmağı vacib sayırlar. Onlar öz hisslərini çox ustalıqla gizlədə bilirlər. Bu işarə altında doğulanların sevgisini qazanmaq üçün əvvəlcə özünüz onlara məhəbbətinizi bildirməlisiniz. Çünki Əkizlər öz sevgisini heç vaxt etiraf etməyəcək, səylə öz hisslərini gizlətməyə çalışacaqlar. Onlar evlilik həyatında, ailədə uşaqları çox sevir, amma onlara qarşı o qədər də diqqətli olmurlar.

Bu bürc altında dünyaya gələn adamlar ən müxtəlif peşə qabiliyyətlərinə malik olurlar. Müasir dünya astrologiyası Əkizlərdən bacarıqlı vəkil, ticarətçi, katib, hüquqşünas, müəllim, səyahətçi, natiq, filosof, siyasi vasitəçi, bəzənsə fırıldaqçı və oğrular yetişdiyini bildirir. Amma bütün dövrlərin nücum elmi birmənalı qaydada bəyan edir ki, Əkizlər bürcünə şamil edilənlər daha çox mətbuat işçisi kimi yararlı olurlar. Çünki bu adamlar qədər informasiyanı tez qəbul edənlər yoxdur. Çox güman ki, məmləkətimizdə çıxan qəzetlərdə fəaliyyət göstərən Əkizlər digər həmkarlarına nisbətən daha fəaldır.

İdarəedici Əkizlər isə yaradıcı, oyun qaydalarını yaxşı bilən, bəzi hallarda isə hiyləgər olurlar. Ona tabe olanlara mütləq sərbəstlik lazımdır. Bu rəhbərlə şəxsi münasibətləri dərinləşdirmək məsləhət deyil. Yoxsa öz problemlərinizlə onda sizə qarşı ikrah yarada bilərsiniz. Rəhbər-Əkizlərlə ehtiyatlı olmağınız da vacibdir. Çünki o, kənar təsirlərə tez uyur, işçiləri haqqında deyilən hər yalana inanırlar. Bu səbəbdən də karyeraya yetişmək istəyirsinizsə, öz giley-güzarınızı bir tərəfə atıb yalnız fəaliyyətlə məşğul olmalısınız. Yaxşı olar ki, müdirinizə yeni ideyalar verəsiniz. Amma yumor hissinizi də dondurmamalısınız.

loading...
(səs: 3)
Şərhlər: 21
Baxılıb: 3665
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
_damla_
hövsələm çatmadı oxumağa
12 dekabr 2015 11:32
21
Offline
Almela
Ekizler
25 avqust 2015 22:06
20
Örtülü defterim, bagli kitabim,Men senin qelbine nece yol tapim...
Offline
Catwoman666
Mənim anam Ekizlər bürcüdür. Yola gedə bilirəm bu bürcün nümayəndələri ilə.

...666...


Sitat: Akkuw)
Dolca burcu haqqindada yazinda 18

Xanım, hamısı sıra ilədir. Hər dəfə bir bürc haqqında xəbər paylaşılır. Dolça hələ 11-ci yerdədir)

...666...
24 avqust 2015 14:42
19
Viking
Offline
vipbetul
ekizler urcunun numayendeleriycin maraqli xeberdi yazinin ne qeder doqru ne qeder yanlish olduqunu onlara daha yaxsi biler
24 avqust 2015 13:08
18
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
Dosta_inam
Ekizler bürcündenem.ancaq bezileri doğru olsada bezilerinde doğruluq yox idi.
24 avqust 2015 10:05
17
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
Offline
sadecə mən
Əkizlərəm amma yazılanlar nə qədər doğrudur onu deyə bilmərəm.
23 avqust 2015 21:18
16
"Qız" var..Qışda mini yubka geyib oğlana görə,QIZda var..Yayda hicab geyib Allaha görə dözür.
Offline
Akkuw)
Dolca burcu haqqindada yazinda 18
23 avqust 2015 20:59
15
Deyerine deyer vermeyen deyersizlere verdiyin deyer neye deyer(
Offline
Melek5
Menim burcum deyil amma tanidigim insanla elaqesi var hardasa uygunluq var idi
23 avqust 2015 20:59
14
Asan deyil uğrunda hər şeyinizi verdiyiniz insana yad kimi baxmaq.
Offline
xeyalperest
Burda yazilanlar tam menim xasiyetimdi
23 avqust 2015 19:57
13
Allahim sozlerimi nece aciqlayim?Bu sozlerde sendendir,yene sene donmekdedir.
Offline
my_angel
Uyğun olanları var idi: qərarsızam,iki fikirliyəm 01
23 avqust 2015 18:54
12
Yer üzünü günəş işığı örtsə də, qaranlıq kölgələr mütləq vardır,unutmayın...
Offline
Sevincka
əkizlərəm bəli çoxu düzdür musiqiyə böyük maraqım var və mnəcə səsim gözəldi amma 4-cü qrupa da hazırlaşıram gili işləri sevirəm hər şeyə burunumu soxmaqdanda zövq alıram deyə bilərəm 06 08 122
23 avqust 2015 18:53
11
Offline
_damla_
EKIZLEREM
23 avqust 2015 18:41
10
Offline
MiRA
Bu işarə altında doğulanların sevgisini qazanmaq üçün əvvəlcə özünüz onlara məhəbbətinizi bildirməlisiniz. Çünki Əkizlər öz sevgisini heç vaxt etiraf etməyəcək, səylə öz hisslərini gizlətməyə çalışacaqlar.
23 avqust 2015 18:35
9
Qədrimi bil -_-GECƏ-_- bir sənə göz yumuram...!
Offline
ay.dan
qizim ekizler burcudu
23 avqust 2015 17:27
8
O, sinən də yatarkən narahat olmasın deyə dərindən nəfəs almamaqdır sevgi♥♥♥
Offline
ALESSANDRA
"yayda qar da tapa bilərlər”. 122 122
ekizler burcuyem heqiqeten cox uzaqgorenem
gece bir yuxu gorurem ve o seher basima gelir 19
gizli isleri sevirem
düzdü musiqi ve edebiyyatda boyuk uqurlar elde ede bilerem 08
düzdü hemse sevgimi gizletmisem ama bu defe gizletmedim 09
düzdü cox hiyelegerem hiylegerlikde ustume yok dance

hamsi düzdü
tam ekizler ele menem! 128
23 avqust 2015 17:16
7
Don't trust anyone ∆
Offline
Ayselina
Nişanlım əkizlər bürcüdür..yazılanlarla raziyam.
23 avqust 2015 16:04
6
Təkcə Allah inandığım zaman yaşadığımı anladım!
Offline
BARBI
ekizler burcuyem yazilan butun xususiyyetleri dasiyiram.en sevmediyim xusuiyetim qerarsziligim ve iki fikirli olmagimdir
23 avqust 2015 15:43
5
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
Zuxa
Mende ekizlerem
23 avqust 2015 15:41
4
Offline
Tomris Müslümova
Əkizlər
bürcüm haqqında çox mənlumatım var bəzi xarakter cəhəttən uyğunluqlar var
23 avqust 2015 15:32
3

Sən sadəcə mənimsən...!
Offline
Fialka
Əkizlər bəzi cümlələrdə uyğunluq olsada çoxu uyğun deyildi))
23 avqust 2015 15:17
2

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv

Facebook