Qız bürcünün ümumi xüsusiyyətləri

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 4 938
Səs ver:
(səs: 3)
Qız bürcünün ən nəzərəçarpan xüsusiyyəti ağıllı olmasıdır. Onlar doğru ilə yanlış arasında fərqi asanlıqla ayırd edə bilirlər. Son dərəcə diqqətli insanlardır. Hər şeyi dəyərləndirir, ölçüb-biçir və düşünürlər. Qərar alacaqlarsa, müqaisə aparmadan heç bir qərar almazlar. Etdikləri analizləri həqiqətən böyük ciddiyyətlə edirlər. Səhvi çox asanlıqla anlayıb düzəltməyə başlayırlar. Qız bürcü son dərəcə xırdaçı bürc olması ilə diqqət çəkir. Onlar üçün dürüstlük və doğruluq son dərəcə önəmlidir. Bu mövzuda ətraflarındakı insanların böyük həssaslıq göstərməsi lazım gəlir. Qızlar hər şeyi səliqəli, simmetrik bir şəkildə yerləşdirməyi sevirlər. Rəng uyğunluğuna, nizama son dərəcə önəm verirlər. Bəzən hətta kitabları belə mövzularına uyğun olaraq yerləşdirirlər. Yaşadıqları ev hər zaman təmizlik qoxusu ilə dolu olmalıdır. Belə bir evə qonaq getdiyiniz zaman o evin sahibinin Qız bürcü olduğunu asanlıqla anlaya bilərsiniz. Qız bürcü ağlın planeti olaraq adlandırılan Merkuri tərəfindən idarə olunur. Onları ən çox narahat edən vəziyyət çevrələri və mənəvi vəziyyətləridir.

Qarışıqlığı qətiyyən sevmirlər. Onlar ayaqları üstündə sağlam duruşa malikdirlər. Bunun səbəbi torpaq ünsürünə bağlı olmalarıdır. Onlar bürclər arasında ən güvən və hüzur verən insanlardır. Dəstəyə, güvənməyə ehtiyacı olan hər kəsin ona da ehtiyacı var deməkdir. Alınmalı qərarlarda doğru addımlar atır və tərəddüd etmədən onları həyata keçirir. Cəld qərarlar alması ilə diqqət çəkən insanlardır. Xüsusilə də tibb sahəsində bir çox Qız bürcü insanına rast gəlmək mümkündür. Davamlı şəkildə deyinən insanlar qarşısında sakit olmağı çox yaxşı bilirlər. Qız bürcü insanları üçün qarışıq yox, olduqca sadə insan olduqlarını deyə bilərik. Kənardan baxıldığı zaman mənəvi sıxıntıları yox imiş kimi görünsə də, bundan əvvəl ona bir az daha yaxınlaşmalı, daha sonra qərar verməlisiniz. Onlar əsla soyuq və adi insanlar deyillər.

Xüsusilə son dərəcə həssas və şəfqətli insanlardır. Ancaq bu istiqamətdə qarşısındakı insana lazım olan diqqəti göstərmirlər. Özlərindəki bütün zəif cəhətləri bilirlər. Bu səbəblə də özündən şübhə edəcək bir xarakterə sahibdirlər. Qız bürcü daim daha öncə etdiyi səhvləri düzəltməyə çalışan insanlardır.

Xüsusilə də xarici görünüşləri mövzusunda çox diqqətlidirlər. Ancaq bu xüsusiyyət sadəcə bununla bitmir. Onlar daxili dünyaları mövzusunda da son dərəcə diqqətlidirlər. Diqqətli, araşdırmağı sevən və xırdaçı davranırlar. Bu xüsusiyyətləri ilə özündəki və qarşısındakı insanın zəif nöqtəsini anlaya bilirlər. Bunları asanlıqla anlaması deyingən olmasına səbəb ola bilər. Etdikləri qarşısındakı insanı dərindən üzə bilər. Dedikləri hər şeydə mütləq gerçəklik payı vardır. Bunu unutmamaq vacibdir. Yaşları irəlilədikcə sabit fikirli və monoton bir xarakterə sahib olurlar.

Ancaq bu hal güvənsizlik səbəbindən baş verir. Gənc yaşda olan Qız bürcü insanının bu haldan qorxmasına ehtiyac yoxdur. Özünə güvəni yüksək olan və yüksəlməyi bacaran Qız bürcü insanı bundan qorxmamalıdır. Gənc Qız bürcü nümaəndələri yaşlı Qızların məsləhətlərini dinləyə bilər. Qız bürcü oğlanlarının yaddaşı olduqca güclüdür. Onlar həm özlərinə həm də digərlərinə həyatı zindan edə bilərlər. Ancaq bunu da unutmaq olmaz ki, onlar olmasaydılar bir çox iş yarımçıq qala bilərdi.
(səs: 3)
Şərhlər: 8
Baxılıb: 4 938
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri