Kişi Əkizlərin başqa bürclərlə uyğunluğu

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 3 007
Səs ver:
(səs: 1)
Əkizlər – Qoç. Hər ikisi nikbin, optimistdirlər. Yüksək təşəbbüskarlığa malikdiliər. Qoç idarəedici rolunu oynamağı sevir. Ailə uğurlu sayıla bilər. Bir-birinə hörməti ildən-ilə artacaq. Dostluq münasibətləri də yaxşıdır.
Əkizlər – Buğa. Buğa bürcü qısqanc, dözümsüz, bəzən aqressiv olduğundan, Əkizlərlə yola getməsi çətinləşir. Əkizlər də sərbəstliyi, öz düşündüklərini etməyi sevdiyindən söz-söhbətsiz keçinmirlər. Bu bürclülər real həyatda bir-birinə uyğun gəlmirlər. Uğursuz və qısamüddətli münasibətlər yaranır.
Əkizlər – Əkizlər. Eyni bürcün sahibləri olduqları üçün bir çox maraqları eynidir. Hər ikisi impulsiv, dalaşqandırlar. Daimilik heç birində yoxdur. Tez darıxırlar. Bir-birlərini çox sevsələr də, ailədə hərdən bəzi problemlər yaşana bilər. Xoşbəxt ailə yalnız bir-birinə uyğunlaşma ilə yaranır.
Əkizlər – Xərçəng. Xərçəng bürcü çox emosional, hisslərə qapanan olduğundan bəzən Əkizlərə düşündüklərini söyləməkdə, fikir mübadiləsi yaratmaqda çətinlik çəkir. Əkizlər sevgilərində daimi deyillər, bu da münasibətlərin korlanmasına gətirib çıxaracaq. Ailə uğursuz sayılır.
Əkizlər – Şir. Bu münasibətdə Əkizlər lider olmağa can atır. Şir hər yerdə başçı olduğundan qurulacaq ailədə, yoldaşlıq ünsiyyətlərində də lider odur. Əkizlər güzəştə getdiyindən ailənin uzun müddətli olması mümkündür. Dostluq münasibətlərində də hər şeyin əla olması gözlənilir.
Əkizlər – Qız. Bir-birini sevməyən şəxslərdir. Əkizlər hava, Qızlar torpaq ünsürü olduğundan uyğunsuzluq buradan əmələ gəlir, perspektivdə ancaq tozanaq qoparacaq. Qızlar çox vaxt Əkizləri tənqid edir. Əkizlər bu münasibətə çox dözə bilmir. Qısa müddətli, parlaq münasibətlər tez bir zamanda pozulur.
Əkizlər – Tərəzi. Hər ikisi xoşniyyət, optimistdir. Heç biri qısqanc deyillər. Bir-birini bir sözdən və ya bir baxışdan başa düşürlər. Bu münasibətlər əladır. Ailə çox uğurlu ola bilər.
Əkizlər – Əqrəb. Bir-birinin xoşuna gəlsələr də, bu hələ hər şeyin əla olması demək deyil. Əqrəb çox qısqancdır, Əkizlər isə sabitqədəm deyillər. Bu xüsusiyyətlər də bir çox problemlərin yaranmasına gətirib çıxarır. Ailə çox nadir hallarda uğurlu olur.
Əkizlər – Oxatan. Bir çox xüsusiyyətləri oxşardır. Buna baxmayaraq, ailədə bəzən uğursuzluqlarla üzləşirlər. Ən çox maddi vəziyyətin çətinləşməsi ilə əlaqədar olaraq müəyyən söz-söhbətlər yaranır. Dözüm, səbr olmasa, münasibətlərin davamiyyəti, uyğunluğu bir qədər çətindir.
Əkizlər – Oğlaq. Hər ikisinin münasibəti yalnız dostluq və işgüzarlıq zəminində alına bilər. Uzun müddətli və xoşbəxt ailə haqqında danışmaq bir qədər çətindir.
Əkizlər – Dolça. Bunlar arasında nəinki dostluq, işgüzarlıq, həm də uzun müddətli ailə münasibətləri mümkündür. Bəzən adama elə gəlir ki, bunlar sanki bir-biri üçün yaranmışlar.
Əkizlər – Balıqlar. Ailə münasibətləri çox vaxt uğursuz sayılır. Əsasən bu uğursuzluq ünsürlə əlaqədardır: Əkizlər hava, Balıqlar isə su ünsürlüdür. Bu münasibətdən ən çox Balıqlar əziyyət çəkəcəklər. Balıqların emosionallığı Əkizləri özündən çıxaracaq.
(səs: 1)
Şərhlər: 7
Baxılıb: 3 007
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri