Kişi Şirlə başqa bürclərin uyğunluğu

Müəllif: NoName
Şərhlər: 9
Baxılıb: 1607
Paylaş:
Səs ver:
(səs: 0)
Şir – Qoç. Uyğunluq çoxdur. Bəzən hər ikisinin dominant rol oynaması münasibətləri çətinləşdirir. Ünsürləri eyni olduğundan bir-birini başa düşürlər. Münasibətləri yaxşıdır. Ailə uyğun və uğurludur. Çox vaxt fikirləri üst-üstə düşür.
Şir – Buğa. Romantik münasibət arasıkəsilməyən müharibəyə çevrilə bilər. Hər ikisi tərs və dözümsüzdürlər. Münasibətlərində problemlər var. Əlaqə mümkündür, amma ailədə uzun müddətli münasibətlər olmur. Dostluq əlaqələri də uğursuzdur.
Şir – Əkizlər. Əkizlərə Şirlərin könlünü almaq üçün çox çalışmaq lazımdır. Şirlər onlara qarşı çox tələbkardırlar. Əkizlərin güzəştə getməsi bu münasibətlərin uzunmüddətli olmasına gətirib çıxarır. Ailə uğurludur. Münasibətlər uzunmüddətlidir.
Şir – Xərçəng. Münasibətləri suyun odla əlaqəsi kimidir, su güclüsə odu söndürəcək, od güclüsə suyu qaynadıb buxarlandıracaq. Xərçəngin romantik, sentimental xüsusiyyətləri Şiri yora bilər. Xərçəng Şirdən onun başa düşülməsini istəyir. Şir bunu bilir, amma ailədə dominant özü olmaq istəyir. Əgər bu belə olmasa çətin ki, ailə uzun müddətli alınsın.
Şir – Şir. Şir hər yerdə həmişə ancaq özünü fikirləşir. Bu münasibətlərin problemi iki "mən” olan şəxsin "biz” olmasıdır. Bu çətin olsa da, mümkündür. Hər ikisi romantik, həyatsevər, bir-birinə uyğundurlar. Biri digərinə güzəştə getsə, yaranan ailənin uzun müddətli olacağını söyləmək mümkündür.
Şir – Qız. Şirlərin özündən razı olması səmimi Qızda onlara qarşı mənfi reaksiya yaradır. Qız Şirin onunla əmrlə danışılmasını xoşlamır. Şirlərsə amiranəliyi sevir. Bütün münasibətlər qısa müddətlidir.
Şir – Tərəzi. İlk görüşdən bir-birinə münasibətləri əladır. Bu bürclü şəxslər bir-birinə tez öyrəşirlər. Ailə çox uğurludur. Bu bürcdə doğulan şəxslərin nikahı xoşbəxtlik və mehribanlıq yaradır.
Şir – Əqrəb. Temperament baxımından bir-birinə uyğunsalar da, ailədə xoşbəxt olmaları o qədər də real deyil. Münasibətlər uzun müddətli deyil. Ailədə həmişə problemlər olacaq.
Şir – Oxatan. Ünsürləri eyni olduğundan hər iki bürc sahiblərinin xarakterlərindəki bəzi xüsusiyyətlər eynidir. Bir-birini qiymətləndirə bilirlər. Münasibətlər çox gözəldir. Ailə uğurludur.
Şir – Oğlaq. Bir-birlərindən çox fərqlənirlər. Oğlaqlar Şirlər kimi romantik və sevgi naminə hər şeydən keçən deyillər, həm də Şirlərin özündən razı olması Oğlaqları daim əsəbiləşdirəcək. Münasibətlər mümkündür, amma ailə çətin ki, uğurlu alınsın.
Şir – Dolça. Şir od, Dolça hava ünsürlü olduğundan, münasibətlər problemlisə də, mümkündür. Bəzən bir-birilərini başa düşmürlər. Ailədə hər ikisi başçı olmaq istəyir. Bu da narazılıqlara gətirib çıxarır. Ağıllı Dolça eqoist Şiri yola verə bilmir.
Şir – Balıqlar. Aktiv, həyatsevər Şir, melanxoliyaya uyan Balıqları başa düşmür. İlk görüşdən münasibətlər alınmır. Şirin qüruru bir çox hallarda Balıqlara güzəştə getməyə qoymur. Münasibətlər problemlidir. Ailə uğursuzdur.

loading...
(səs: 0)
Şərhlər: 9
Baxılıb: 1607
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
Gulus 7
25maraqlidir biber
bele seylere inanmaq olmaz
29 may 2016 12:12
9
Offline
qaranliq1
hjqardasim ve refiqem sir burcundendiler
19 aprel 2016 12:51
8
♥♥♥Həyatda heç bir şeyim az olmadı sənin qədər.Və heç bir şeyi istəmədim səni istədiyim qədər.♥♥♥
Offline
vipbetul
bele seylere inanmaq olmaz
19 aprel 2016 03:18
7
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
___Jasmin___
Şir – Dolça. Şir od, Dolça hava ünsürlü olduğundan, münasibətlər problemlisə də, mümkündür. Bəzən bir-birilərini başa düşmürlər. Ailədə hər ikisi başçı olmaq istəyir. Bu da narazılıqlara gətirib çıxarır. Ağıllı Dolça eqoist Şiri yola verə bilmir.
18 aprel 2016 17:47
6


Aşk elbisesi en güzel sende duruyor ama ne acı terzin ben değilim
Offline
Mira199591
Nisanlim sirdi mende buga. Duzdu muharibelerimiz cox olur amma o sebr edir mene dozur helekii.. Amma uzagi 10deqlikdi kusmeklerimiz. Hem davalar kusmekler olmasa heyecan olmaz)))))))
18 aprel 2016 17:19
5
Offline
Melek5
Sir burcu ile yaxinim yoxdu ancaq ozum terezi burcuyem
18 aprel 2016 16:56
4
Get sevgilim! Dön desəm mən, gəlsən, sən Şərəfsizsən.
Offline
qanadli melek
Şir – Tərəzi. İlk görüşdən bir-
birinə münasibətləri əladır.
Bu bürclü şəxslər bir-birinə
tez öyrəşirlər. Ailə çox
uğurludur. Bu bürcdə
doğulan şəxslərin nikahı
xoşbəxtlik və mehribanlıq
yaradır.
18 aprel 2016 16:00
3
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
Offline
rəmsə
Şir-buğa nəəə?shokarasıkəsilməyən müharibəmi?:).Hər ikimiz tərs və dözümsüzmü?shok.Heç də elə deyiltriparada atəşkəs yaradırıq evdə23ufak-tepek dadsızlıklar hər ailədə var.
18 aprel 2016 15:28
2
Dəyəri azalmayan,əksinə hər gün artan tək şey övladdırquc
Offline
Narın Yağış
Şir – Tərəzi. İlk görüşdən bir-birinə münasibətləri əladır. Bu bürclü şəxslər bir-birinə tez öyrəşirlər. Ailə çox uğurludur. Bu bürcdə doğulan şəxslərin nikahı xoşbəxtlik və mehribanlıq yaradır. - 09
18 aprel 2016 15:02
1
Sənli "Günah" a dəyişmərəm sənsiz "Savab"ları heart

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv