Kişi Əqrəbin başqa bürclərlə uyğunluğu

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 5 447
Səs ver:
(səs: 1)
Əqrəb – Qoç. Bir-birini başa düşməkdə çətinlik çəkirlər. Qoç azadlığı sevir, qısqanc Əqrəb bunları qəbul edə bilmir. Hər ikisi eqoist, dinamik, məqsədyönlüdürlər. Heç biri güzəştə getməyi xoşlamır. Münasibətlər qısamüddətli, ailə uğursuzdur.
Əqrəb – Buğa. Xarakterlərində mənfi xüsusiyyətlər olsa da, yola getməyi bacarırlar. Problemlər çox vaxt ailədə liderliyin üstündə olur. Münasibətlər mümkündür. Tərəflərdən biri güzəştə getməyi bacarsa, xoşbəxt ailə mümkündür.
Əqrəb – Əkizlər. Əkizlər dəqiq deyillər. Bir şey fikirləşib, tamam başqa cür hərəkət edirlər. Bu isə çox vaxt problemlərin yaranmasına səbəb olur. Münasibətlər mümkündür. Ailə haqqında bunu demək bir az çətindir.
Əqrəb – Xərçəng. Hər ikisi su ünsürü olduğundan bir-biri ilə yaxşı yola gedirlər. Əsas problemlər qısqanclıq üzündən baş verir. Bu xüsusiyyətlərinə görə, hər ikisi əziyyət çəkir. Əgər qısqanmasalar, uğurlu ailə mümkündür.
Əqrəb – Şir. Ünsür baxımından bir-birindən kəskin fərqlənirlər. Şir – od, Əqrəb – su, Şir ötkəm, birbaşa, Əqrəb kinli olduğu üçün, bu onların münasibətlərində də özünü göstərir. Şirin qüruru münasibətlərdə problemlər yaradır. Ailə uğursuzdur.
Əqrəb – Qız. Bu bürc sahibləri bir-birini çox yaxşı başa düşür, olduqca gözəl münasibət qura bilirlər. İstər dostluq, istərsə də ailədə münasibətləri uğurludur. Su ilə Torpağın ünsiyyəti arzuolunandır.
Əqrəb – Tərəzi. Əqrəb – su, Tərəzi – hava ünsürlü olduğundan xarakterində də müəyyən xüsusiyyətlər var. Bəzən bu xüsusiyyətlər münasibətlərə mane olur. Tərəzilər səxavətlə pul xərcləməyi sevirlər bu Əqrəblərin xoşuna gəlmir. Ailədə münasibətlər problemlidir.
Əqrəb – Əqrəb. Bir-birinə oxşar cəhətləri çoxdur. Hər ikisi qətiyyətli, kinli, xudbin, qısqancdırlar. Bu xüsusiyyətlərinin olmasına baxmayaraq, bir-birinə layiq olmağı bacarırlar. Münasibətlər yaxşıdır. Ailə uğurlu ola bilər.
Əqrəb – Oxatan. Hər ikisi qəddardır, hər ikisində fərqli cəhətlər də çoxdur. Əqrəb evə bağlıdır, Oxatan isə səyahəti çox sevir. Əqrəb eqoist olduğundan, Oxatanın bütün azad-lığını əlindən alacaq. Bir-birini başa düşmürlər. Münasibətlər qısamüddətlidir. Ailə uğursuzdur.
Əqrəb – Oğlaq. Bu bürc sahibləri arasında böyük problemlər gözlənilir, ancaq sevgi qarşılıqlıdır. Əqrəb emosional olsa da, Oğlaqın dözümlüyü hər şeyi yoluna qoyur. Hər ikisi məqsədyönlüdür. Bir-birinə uyğundurlar. Münasibətlər və ailə uğurludur.
Əqrəb – Dolça. Bir-birindən kəskin fərqlənirlər. Dolça romantik olduğu halda, Əqrəb realistdir. Dolçanın əhval-ruhiyyəsinin tez-tez dəyişməsi Əqrəbi bezdirir. Dolça gəzib-dolaşmağı, Əqrəb isə evdə olmağı üstün tutur. Ailə uğursuzdur.
Əqrəb – Balıqlar. Bir-birinin xoşuna gəlməyi bacarırlar. Balıqlar Əqrəbə çox bağlıdırlar. Ailədə lider Əqrəbdir. Bu da Balıqların ürəyincədir. Ailə uğurludur.
(səs: 1)
Şərhlər: 2
Baxılıb: 5 447
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri