Meymun ili haqqında maraqlı məlumatlar

Müəllif: Mr. OffiCeR
Şərhlər: 9
Baxılıb: 8 581
Səs ver:
(səs: 1)
Xüsusiyyətləri: Ağıllı, bəzən hiyləgər, bacarıqlı, gözüaçıq, valehedici
Meymun ilinin ən uğurlu saatı: 15.00 - 17.00
Meymun ilinin ən yaxşı istiqaməti: Qərb, cənub-qərb
Meymun ilinin ən yaxşı fəsli: Payız
Meymun ilinin ən uğurlu ayı: Avqust
Meymun ilinin elementi: Metal
Meymun ilinin daşı: Zümrüd
Meymun ilinin planeti: Venera
Meymun ilinin rəngləri: Bənövşəyi və ağ
Meymun ilinin ən yaxşı bürcü: Şir bürcü
Meymun ilinin ən yaxşı yola getdiyi illər: Əjdaha, siçan, xoruz

Bu şəxslərin ən diqqət çəkən xüsusiyyətləri cəzbedici olmalarıdır. Demək olar ki, hər kəs onları çox istəyir. İlk baxışdan meymun ili altında doğulan insanlardan müsbət enerij almayan insanlar belə sonra onların şirinliyinə dözə bilmirlər.
Meymun ilində doğulan insanlar digər on bir ilə nisbətən daha çox insanların üzündə təbəssüm yarada bilirlər. Hazırcavab insanlardır. Bu ildə doğulanların özlərinə məxsus yaradıcılıq qabiliyyətləri olur. Hər şeyi çox tez öyrənirlər və sevimli çılğınlıqları ilə hər kəsin ürəyində özlərinə yer tapırlar. Həqiqəti öz mənfəətləri üçün asanlıqla qarşındakına hiss etdirmədən inkar edərək özlərinə tərəf döndərə bilirlər. Bu bürc altında doğulan insanlardan bəziləri usta və ağıllı fırıldaqçı ola bilər. Ancaq əsasən onlar fırıldaqçılıq əvəzinə tanıdıqları insanları özlərinə cəlb etməyi seçirlər.
Münasibət: Bu şəxslər demək olar ki, hamı ilə yaxşı yola gedir. Ancaq uzun müddət bir yerdə münasibət yaşayacaqları tərəf müqabilini tapmaqda çətinlik çəkirlər. Meymun qadını və ya kişisi qarışısındakı insana qarşı isti münasibət göstərir. Ancaq qarşısındakı ona göstərdiyi münasibətin qarşılığını verməsə, həmin vaxt meymun ili altında doğulan insanlarda aldadıldığı şübhəsi yaranır. Ancaq yenə də meymun ili altında doğulan insanlar mükəmməl həyat yoldaşı olurlar.
Meymun ilində doğulan insanlar Pələng ilində doğulan insanlarla münasibətlərində yola gedə bilmirlər. Çünki Pələnglər Meymun ilində doğulan insanlara hiyləgər gözü ilə baxırlar.
Meymun elə ən yaxşı öz ili ilə yola gedir. Çünki ikisi də səhvlərinin nələr olduğunu yaxşı bilir.

Meymun İlinin Elementləri

Metal - Meymun (1920-1980) - Meymun ilində doğulanlar arasında mübarizəçi olanıdır. Pulu necə qazanmaq lazım olduğunu yaxşı bilir. Bu şəxslər əmr almağı xoşlamırlar.
Su - Meymun(1932-1992) - Ağzı bütöv və çox həssas insanlardır. Tez inciyirlər və çöldə vaxt keçirməyi çox da xoşlamırlar.
Taxta - Meymun (1944-2004) - Ən çox danışan və açıq ürəkli insanlardır. Maddi gəlirlərini yaxşılaşdırmaq üçün xüsusi qabiliyyətə sahibdirlər desək, yanılmarıq. Əsasən də müvəffəqiyyət əldə edirlər.
Od - Meymun (1896-1956-2016) - Əsasən çöldə vaxt keçirməyi xoşlayırlar. Bütün işlərini tələsik görürlər. Çox vaxt risk alırlar və bəzən də bu, uğursuz ola bilir.
Topraq - Meymun (1908-1968) - Bu illərdə anadan olan bürclər ümumilikdə yaxşı təhsil alan bürclərdir. Əsasən iş həyatlarında çox seçicidirlər. Digər meymunlara nisbətən torpaq meymunu səssiz və sakit bir həyat-tərzi yaşamağa üstünlük verir. Hər kəs tərəfindən sevilən, səxavətli insanlardır.
(səs: 1)
Şərhlər: 9
Baxılıb: 8 581
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri