Bürclərin xarakterləri

Müəllif: Mr. OffiCeR
Şərhlər: 9
Baxılıb: 7 735
Səs ver:
(səs: 0)
Qoç - Onlar çox aktiv, işgüzar olmasına baxmayaraq, həm də çox həssasdır. Bu zodiak işarəsi emosiyalarına nəzarət edə bilmir, onların qəlbini yaralamaq çox asandır. Həssaslıq Qoçları bəzən ağılsız hərəkət etməyə sövq edir və bu da onları müşkül vəziyyətı salır.

Tərəzi - Bu bürcün nümayəndələri əslində, göründüyü kimi zəif deyil, amma onların işlərini sona qədər çatdırmamaq kimi pis vərdişləri var. Onlar həvəs və arzularından, eyni zamanda məqsədlərindən çox tez vaz keçirlər.

Əkizlər -
Bu bürcün nümayəndələri fikrini bir işdə cəmləşdirə bilmədiyi üçün tez-tez kənar dəstəyə ehtiyac duyur. Əkizlər problemlə üzləşəndə dərhal təşvişə düşür və digər insanlardan yardım istəyirlər.

Şir - İlk baxışda bu bürcün nümayəndələri güclü və əzmkar görünür. Amma onların əksəriyyəti ətraf mühitin fikrindən asılı vəziyyətdədir. Şirlərin daim tərifə və dəstəklənməyə ehtiyacı var. Əgər bu olmasa, onlar özlərini asa bilər.

Xərçəng - Xərçənglər ən həssas bürcdür. Bu zodiak işarəsi çox tez özlərinə qapılır. Onlar daim mənəvi dəstəyə və yardıma ehtiyac duyur. Əgər onların yanında heç kim olmasa, Xərçənglər bunu uğursuzluq əlaməti kimi qəbul edəcək və depressiyaya düşəcəklər.

Oxatan -
Bu zodiak işarələrinin nümayəndələri heç vaxt ruhdan düşmür və istənilən şəraitdə xoş əhval-ruhiyyəni qorumağa çalışırlar. Onlar emosiyalarını nəzarətdə saxlamağı bacarır, təxribatlara uymur və həmişə öz fikirləri ilə hərəkət edirlər. Onların gücü nikbinlik və geniş düşüncəli olmalarındadır.

Oğlaq - O, israrlı, qətiyyətli və özünəinamlıdır. Bu bürcün xətrinə dəymək çətindir. Hətta hər şey pis olsa belə, o, kiçik və ləng addımlarla hədəfə doğru gedəcək. Onları fikrindən daşındırmaq mümkün deyil.

Qız -
Qız bürcü mənəvi gücünə görə ikinci yerdədir. Onlar adətən güclü insan təsiri bağışlayır, lakin bəzən dünyanı olduğu kimi qəbul edə bilmir və bu zaman hər şeyi öz axarına buraxır…

Əqrəb - Uzun müddət bütün emosiyalarını hamıdan məharətlə gizlədə bilər. Lakin ürəyində saxladığı problemlər onları daxildən yeyib-bitirəcək, dolayısı ilə onları daha zəif və gücsüz edəcək.

Dolça - Xəyalpərəstliyə meylli olmasına və yüksək ideallara can atmasına baxmayaraq, bu zodiak işarəsi həyatda istənilən çətinliklərə tab gətirməyə qadirdir.

Balıq - Fədakar Balıqlar bütün çətinliklərə uzun müddət dözə və ümidini itirmədən hər şeyin düzələcəyini gözləyə bilərlər. Bu cür düşünmək Balıqlara öz xoşbəxtliyi uğrunda sona qədər mübarizə aparmaqda kömək edir.
(səs: 0)
Şərhlər: 9
Baxılıb: 7 735
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri