Bürclərin münasibətlərə təsiri

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 5 783
Səs ver:
(səs: 0)
Zodiak işarələri ünsür və formalarına görə 4 yerə bölünürlər:

1. Od ünsürü (Qoç, Şir və Oxatan)
2. Torpaq ünsürü (Buğa, Qız və Oğlaq)

Bürclərin qarşılıqlı münasibətlərə təsiri

Astrologiya bizim qarşılıqlı münasibətlərimizi yaxşılaşdıra bilərmiş. Bəzi astroloji işarələr, heç bir şübhə olmadan, bir-biri ilə çox yaxşı uyğun gəlir. İnsanların eyni təbiətə malik olması, onların həyata olan münasibətlərinin və əsas motivlərinin oxşarlığından, eləcə də işarələrinin bir-birini başa düşməsindən asılıdır. Bununla belə bir-birinə zidd olan işarələrin ortaq məxrəcə gəlməsi təsadüfi haldır. Belə işarələrin dünyagörüşündə və hərəkətlərində fərq ondadır ki, onlar hansı işarə ilə və necə yola getdiklərini çox yaxşı bilirlər. Belə işarələrdən birinin xasiyyəti digərini tamamlayır. Bizə zidd olan insanlarla ünsiyyətdə olmaqla özümüzü dərk edə və əvvəllər istifadə etmədiyimiz potensial qabiliyyətimizi üzə çıxara bilərik.

Bir-birinə düz bucaq altında olan işarələr arasındakı münasibətlər adətən utancaq olur. İşarəsi bizim işarəmizlə 90 dərəcəlik bucaq altında olan insanlarla münasibətlərimiz məyusluq, bir-birini başa düşməmək və qiymətləndirməmək kimi meyarlarla xarakterizə olunur. Bu vaxt disharmoniya yaranır və insan tamamilə zidd hərəkətlərə yol verir. Bu iki şəxs arasındakı qarşılıqlı münasibətlərdəki sirləri tapmaq və düzgün qiymətləndirmək üçün astroloji xəritələrə müraciət etmək lazımdır (yaxın zamanlarda astroloji münasibətləri ən xırda detallarına qədər sizə açacağıq – S.R.).

Qoroskoplar
"Qoroskop" sözü (horoscope) Mesopotomiyada e.ə. V əsrin əvvəllərində meydana gəlib. Bu qoroskoplarda insanın anadan olduğu tarix, həmin anda planetlərin vəziyyəti, onun gələcək taleyi haqqında yazılar var idi. Lakin hələ göy cisimlərinin sistemi işlənib hazırlanmamışdı, onun yalnız ellinistik dövrü meydana çıxmışdı. E.ə. I minillikdə Mesopotomiyada astrologiyanın səviyyəsi və təsiri haqqında bir fakt var ki, qədim dövrdə "haldey" sözü "astroloq" sözünün sinonimi idi.

Astroloqların haldey hökmdarlarının saraylarındakı nüfuzu və təsiri haqqında "İsaiya" adlı Bibliya kitabında ətraflı yazılıb. O, peyğəmbərcəsinə Babilistanın gələcək süqutu haqqında hökmdarı xəbərdar edib yazırdı: "Qoy göy cisimlərini müşahidə edənlər, Ay və ulduzları öyrənənlər səni gələcək bəladan qurtarsın" (İsaiya 47:13).

Əhmənilər sülaləsinin hakimiyyəti dövründə astrologiya elmi adi Zodiak astrologiyası ilə birlikdə Hindistana, Yunanıstana və Misirə də yayıldı, orada daha da inkişaf etməyə başladı.

Zodiak nədir?
Zodiak - astrologiyanın məğzi sayılan 12 işarədən ibarətdir və onlar eyniadlı zodiak bürclərinə uyğun gəlir. Zodiak dairəsinin başlanğıc nöqtəsi yaz gecə-gündüz bərabərliyidir və onun real vəziyyəti, ulduzlara nisbətən, ildə 50 dərəcə sürətlə hərəkət edir.

Zodiak işarələri ünsür və formalarına görə 4 yerə bölünürlər:

1. Od ünsürü (Qoç, Şir və Oxatan)

2. Torpaq ünsürü (Buğa, Qız və Oğlaq)

3. Hava ünsürü (Əkizlər, Tərəzi və Sutökən)

4. Su ünsürü (Xərçəng, Əqrəb və Balıqlar).

Formalarına görə isə üç növ məlumdur:

1. Əsas (Qoç, Xərçəng, Tərəzi və Oğlaq)

2. Daimi (Buğa, Şir, Əqrəb, Sutökən)

3. Dəyişkən (Əkizlər, Qız, Oxatan və Balıqlar).

Əsas bürclər aktivlik, fəallıq və təşəbbüskarlıqla xarakterizə olunur.

Daimi bürclər ziddiyyətli qüvvələrin bərabərliyinə işarədir.

Dəyişkən bürclər dayanıqsızlıq, möhkəmsizlik işarəsidir.

Od ünsürü

Zodiakın hər bir işarəsi dörd ünsürdən birinə aiddir. Bu baxımdan Od ünsürünə Qoç, Şir və Oxatan bürcləri düşür. "Odlu" insanlar öz istisini və enerjisini başqalarına ötürürlər. Bu ünsürə mənsub insanlar aktivliyi xoşlayır, onların özünə arxayınlığı və nikbinliyi ətrafdakıları həvəsləndirir. Belə insanlar mərddir və uğura inanırlar. Belə müsbət kefiyyətlərinə görə, onların bütün planları həyata keçir. "Odlu" insanlar həmişə stimullaşdırıcı rolu oynayırlar. Onlar müstəqildir və həyatda gözlənilməz şeyləri xoşlayırlar. Sadəcə, belələrinin yaradıcılığını üzə çıxarmaq lazımdır. Bu ünsürə aid olan insanlar bəzən özünə inanmır, öz baxış və fikirlərini əsaslandıra bilmirlər. Belə insanlar hərdən başqalarından kömək gözləyə bilər və özlərini real işlərdən kənarda hiss edə bilərlər. Od ünsürünə mənsub insanlar, çox vaxt eqoist olurlar. Belələri həmişə diqqət mərkəzində olmağa çalışır və fikirləşmədən yeni işlərə başlayırlar.

Torpaq ünsürü
Bu seriyaya Buğa, Qız və Oğlaq bürcləri aiddir. Bu insanlar ilk növbədə torpaqsevər və vətənpərvər olurlar. Belələri daha çox təcrübəyə əsaslanır, fiziki hərəkətlərə üstünlük verirlər. Onlar öz işlərinin bəhrəsini görməyə çalışırlar. Bu cür insanlar təşkilatçı, inadkar olur və öz məqsədlərinə çatmaqda böyük səbr göstərirlər. Ətrafdakılar onları təcrübəli təşkilatçı və çox etibarlı adam kimi qəbul edir. Belə insanlar çox ehtiyatlı olur və materialistdirlər. Yaxşı məlumdur ki, bu cür insanlar həyatda öz vəzifələrini düzgün yerinə yetirir, puldan istifadə qaydalarını gözəl bacarırlar.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 5 783
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri