Bürclər yeniliklərə və dəyişikliklərə açıq olun

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 3 916
Səs ver:
(səs: 0)
Qoç istirahəti unudaraq aktiv çalışın. Ünsiyyəti məhdudlaşdırın, ümumi maraqlarınız olan insanla birgə fəaliyyətin prinsiplərini razılaşdırın. Uzaqdan xoş xəbərlər alacaqsınız. Həmfikirlər sizə yardım edəcəklər. Ailə və evin sizin təşəbbüsünüzə ehtiyacı var.

Buğa
gələcəklə bağlı planlar qurun. İşgüzar toplantılara qatılın, peşəkar məsələləri həll edin, yazışın. Ən zəif müqavimət yolunu seçin və hadisələrin müstəqil inkişaf etməsinə mane olmayın. Yaşam sizdən aktiv və sürətli qərarlar tələb edir. Yaşananlara ciddi yanaşın.

Əkizlər yaxın ətrafınızda mühüm hadisələrin ərəfəsi başlanır. Proseslərin mərkəzində olmağa çalışın. Aldığınız məlumatları təhlil edin ki, yaşanan olaylar sizi naqolay vəziyyətdə qoymasın. Borc vermək və ya borc almaq məsləhət deyil. Üstün olduğunuzu hiss etdiyiniz sahələrdə təkmilləşməyə çalışın.

Xərçəng ev işləri, ailəvi tədbirlər, alınan əşyaların müzakirəsi üçün əlverişli zamandır. Əmlak məsələlərini həll etmək olar. Süni təkana əl atmayın. Fiziki iş üçün yaxşı zamandır.

Şir
tərəfdaşlarınızı diqqətlə dinləyin. Ciddi problemləriniz varsa,oturub nəyin səhv nəyin düz qərar olduğunu aydınlaşdırın.Səhvlərdən uzaq olsanız nəaliyyətlər sizi gözləyir.

Qız şəxsi münasibətlərdəki çətin situasiyanı müzakirə etmək üçün münbit zəmin yaranır. Səfər, çoxdan bəri ünsiyyətdə olmadığınız insanla təmasların bərpası üçün yaxşı vaxtdır. Çox çalışmaq sizdə ifrat yorğunluq hissi yarada bilər. Yaşam arealı ilə yanaşı, fikirlərinizdə nizam yaradın.

Tərəzi yarımçıq işi başa vurmaq, kiçik təmirlə məşğul olmaq olar. Əyləncələr romantik hisslər yaratmayacaq. Amma ünsiyyətdən praktiki fayda əldə etmək olar.

Əqrəb
münasibətlər, maliyyə məsələləri və borc problemləri ön plana çıxır. Bəzi qərarları yeniləri ilə əvəzləmək zamanıdır. İki bənzər variant arasında seçim etmək asan deyil. Həyatınızda yeniliklər və dəyişikliklər dövrüdür. Lakin onlar asan olmayacaqlar.

Oxatan
münasibətlərdəki durum sizi əvvəlki dövlərdəki kimi qane etmir. Sizsiz də problemli yönlərini nümayiş etdirən məsələləri daha da ağırlaşdırmayın. Qəfil hadisə və ya gözlənilməz xəbərə dürüst reaksiya verin. Seçiminiz ani, dəqiq olsun.

Oğlaq
münasibətlərdə harmoniya yaradın. Situativ marağı uzunmüddətli proqrama döndərə bilərsiniz. Səhhətinizə fikir verin. Bir işi yarımçıq qoyub başqasına başlamayın. Tərəfdaşlar fəaliyyət müstəvisini genişləndirmək istəyirlər. İşlərin əsas hissəsinin onlar tərəfindən yerinə yetirilməsinə mane olmayın.

Dolça
hadisələr indi aktiv formalaşma mərhələsindədir. Laqeyd seyrçi mövqe tutmayın, konkret nəticələrdən asılı duruma düşməyin. İşdə dəqiq olun, təlimatlara və intizama riayət edin. Yaxınlarınıza hədiyyələr verin.

Balıqlar situasiya cari planları dəyişə bilər. Dəyişikliklərin arxasında sizə optimal olan perspektivləri görsəniz, təhlükəsizlik hissi bərpa olunacaq. Şəxsi münasibətlərdə güzəştə getməyi bacarın. Səmimi və qayğıkeş olun. Hisslərdə gərginlik varsa, uzun-uzadı müzakirələrə can atmayın.
(səs: 0)
Şərhlər: 8
Baxılıb: 3 916
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri